Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

Polkovnik Yunus hərb yolunu tutur

Cox maraqlı vəziyyət yaranıb. Elə ki, qəzetdə bir yazım dərc olunur, o dəqiqə bəzi başqa nəşrlərdə həmin məqaləmə dərhal spesifik rəylər çıxmağa başlayır. Təbii ki, oxucu mənə etiraz eləyə bilər və deyər ki, bəs söz azadlığı nə üçündür, polemikadır da. Yaxşı anlayıram, amma mən tamam başqa şeyi nəzərdə tutduğumdan həmin yazıları bəri başdan spesifik adlandırdım. Görün nə baş verir. Mən öz məqalələrimdə hər hansı bir problem və ya hadisə barədə düşüncələrimi, təbii ki, subyektiv mövqeyimi açıqlayıram. Mənimlə razılaşmayan hər bir şəxsin də məqalə yazıb həmin problemlərə öz münasibətini bildirmək hüququ var. Və təbii ki, onun fikirləri mənimkindən kökündən fərqlənə də bilər. Amma belə olmur. Mənim opponentlərim öz subyektiv düşüncələrini oxucuyla bölüşmək kimi kifayət qədər ağır işdən vaz keçib sadə bir yol seçirlər: ünvanıma məntiqsiz, söyüşlərlə dolu bir məqalə hazırlayaraq, əslində isə yazdıqlarımın mahiyyətini təkzib etmədən qəzetlərə verirlər.

 

Sonuncu nümunəni diqqətinizə yetirim. Bu il fevral ayının 11-də "Zerkalo" qəzetində mənim "Qurd-quş bizi qorxutmur" ünvanlı məqaləm dərc edilmişdi. Fevralın 28-də isə həmin yazıya görə məni eyni zamanda iki qəzetdə söydülər: Yerevanda çıxan "Hovoye vremya" və Bakıda nəşr olunan "Hovoye vremya" qəzetlərində. Yerevanın "Hovoye vremya"sındakı "Azərbaycanın Xalq yazıçısı Andreas Qrossdan niyə narazıdır" məqaləsində məni jurnalist Qriqori Aleksandryan söyür. Bakının "Hovoye vremya" qəzetində isə elə həmin gün "Bəs Avropada bizi niyə sevmirlər" yazısında jurnalist Zülfüqar Əliyev məni daha pis söyərək şərləyir. Açığını desəm, Yerevanın "Hovoye vremya" qəzetindən olan Qriqori Aleksandryandan incimirəm. Reallıq belədir ki, erməni jurnalistinin qəzet səhifəsində azərbaycanlı yazıçıya dözümlü münasibət göstərəcəyini ummağa heç bir əsasımız yoxdur. Özü də mənim "Qurd-quş bizi qorxutmur" adlı məqaləmdə belə sətirlər də var: "Cənab Qross tutduğu vəzifə sayəsində lap müharibə ərəfəsində 220 min azərbaycanlının Ermənistandan zorla qovulduğunu da yaxşı bilir. Onu da bilir ki, dəstə-dəstə qocaları, arasında hamilələri də olan qadınları, uşaqları qışda qarlı dağlardan payi-piyada qovduqlarından onların, demək olar ki, hamısı yolda həlak olmuşdu. Həmin bu Qrosslar Xocalıdakı azərbaycanlı dinc əhalinin kütləvi qırğınından da yaxşı xəbərdardırlar".

Mən Yerevanın "Hovoye vremya" qəzetindəki məqalənin məzmunuyla qətiyyən razı deyiləm və Qriqori Aleksandryanın mənim barəmdə yazdıqlarını qəbul etmirəm, amma, bayaq qeyd etdiyim kimi, ondan incimirəm də. Hecə inciyim ki, tanımadığım bir jurnalist olan Qriqori Aleksandryan məni təhqir edərkən bakılı jurnalist Elmar Hüseynovun yazdıqlarına istinad edir. Yerevanda və Bakıda çıxan bu iki qəzetdəki məqalələr mövzu etibarilə eynidir, onların hər ikisində Maqsud İbrahimbəyov təhqir, Andreas Qross isə müdafiə edilir. Məqalələr ideya baxımından da bir-biriylə ziddiyyət təşkil etmir. Lakin onları qələmə alan jurnalistlər qətiyyən eyni səviyyədə  deyillər. Belə təsəvvür yaranır ki, Yerevanın "Hovoye vremya"sındakı yazını ağıllı, lakin əsəbiləşmiş bir ziyalı yazıb, əsəblərini cilovlaya bilmədiyindən hərəkətləri üzərində nəzarətini, eləcə də hər cür nəzakət qaydalarını tam itirərək yazıb. Bakıda çıxan bəsit qəzet yazısı isə redaksiyanın tapşırığını vicdanla yerinə yetirməyə çalışan hansısa bir oliqofrenin (geri zəkalının) sayıqlamalarıdır. Elə buna görə də, mən Yerevan qəzetindəki yazısına görə Zülfüqar Əliyevdən də incimirəm. Tfu! Yenə çaşdım, bağışlayın. Gələcək qatma-qarışıqlıqdan sığortalanmaq və oxucunun işini asanlaşdırmaqdan ötrü mən bu qəzetlərin adını birləşdirərək bu şəkildə təqdim edirəm: Bakı-Yerevan "Hovoye vremya"sı. Bu, praktiki olaraq heç bir şeyi dəyişməz.

Beləliklə, mən Bakı-Yerevan "Hovoye vremya"sının müəllifi Zülfüqar Əliyevdən də incimirəm, onun çarəsiz geri zəkalılığına görə. Beləsindən incimək özü günahdır.

Yçüncü müəllifin-Leyla Yunusun da reaksiyası elə həmin Bakı- Yerevan "Hovoye vremya"sında işıq üzü gördü. Elə həmin metoddur - söyüş və təhqir. Özü də sonuncu müəllif bu istiqamətdə həm Qriqori Aleksandryanı, həm də Zülfüqar Əliyevi çox geridə qoydu. Hə gizlədim, bərk təəccübləndim. Axı o, Zülfüqar Əliyevə nisbətən ağıllıdır. İmkanı vardı ki, normal insanlar kimi eyni məsələlər ətrafında öz mövqeyini söyüş söymədən açıqlayaraq narazılığını bildirsin. Amma nədənsə o başqa yol seçdi. Bəlkə səbəb budur ki, Leyla Yunus həmin problemlər barədə onun düşündüklərinin artıq heç kəs üçün maraqlı olmadığını yaxşı bilir? Bilmirəm. Bakı-Yerevan "Hovoye vremya"sında Leyla Yunus mənə iki dəfə sərt cavab verib - fevral və mart aylarında. Özü də bu ilin 13-15 mart tarixli ikinci, yəni "Bir daha mentalitet barədə" yazısı fevraldakı məqaləyə nisbətən daha qəzəbli idi. Mən Qriqori Aleksandryan kimi Leyla Yunusu da tanımıram, heç vaxt və heç yerdə kiminsə yanında onun adını çəkməmişəm, heç telefonla da danışmamışıq. Yalnız 12-13 il qabaq Leyla Yunusu televizorda görmüşəm. Amma onun Bakı-Yerevan "Hovoye vremya"sındakı aqressiv məqalələri məndə elə bir təəssürat oyatdı ki, sanki özüm də bilmədən nə vaxtsa ona möhkəm toxunmuşam. Elə toxunmuşam ki, hələ də özünə gələ bilmir. Qəribədir.

Leyla Yunus yazır (sitat gətirirəm): "15-16 oktyabr 2003-cü il. Bu, bizim tariximizin artıq keçmişdə qalan bədnam bir səhifəsidir. Kimsə sıravi polislərin, əsgərlərin hərəkətlərinə onların savadsızlığı və kütlüyünə görə bəraət qazandırmaq niyyətindədirsə, olsun. Amma savadlı bir insanın, yazıçının (!), "PEH"klub sədri(!) Maqsud İbrahimbəyovun son aylar ərzində dərc olunmuş çoxsaylı məqalələrində sarsıdıcı zərbə kimi açıq-aşkar ləzzətlə endirilən təhqir atəşinə necə haqq qazandırmaq olar?".

Düşünmürəm ki, mənim sözlərim və əməllərim öz mahiyyətinə və əhəmiyyətinə görə heç olmasa bircə dəfə, titullarımla ziddiyyət təşkil eləmiş olsun. Məhz elə bu səbəbdən bütün publisistik əsərlərimi və rəsmi bəyanatlarımı adətən elə bu cür də imzalayıram - Xalq yazıçısı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı.

Məndən savayı, gizlətməli və utanmalı heç nəyi olmayan başqa  şəxslər də belə edirlər. Məsələn, imzalarının yanında öz titullarını - professor, əməkdar artist, idman ustası və sairəni qeyd edirlər. Burda nə var ki? Lakin Leyla Yunus, nədənsə, belə eləmir. Halbuki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə o, Azərbaycan Respublikasının Müdafiə Hazirliyinin şöbə rəisi olub - bu, hərbi iyerarxiya qaydalarına görə polkovnik vəzifəsidir. Bu bir faktdır və mən onunla hesablaşmaq zorundayam. Mənə belə sərf eləyir. İstəyirəm düzgün başa düşəsiniz, bir var hüquq müdafiəçisi, özünü zəhmətkeş xalqın havadarı elan eləmiş bir hörmətli xanımla danışasan, bir də var polkovnik Yunus kimi sürtük maça ilə münasibətləri aydınlaşdırasan. Polkovnik, ümidvaram, həqiqətən də, üzünüzün üzlər gördüyünü danmayacaqsınız.

Öz məqalənizdə məni nəzərdə tutaraq yazırsınız (sitat gətirirəm): "Mədəniyyət, dözümlülük, nəcabət, opponentə hörmət, insana hörmət mentaliteti bəs hardadır?" Doğrudan, görəsən hardadır? Harda olacaq ki, yoxdur!!! Mədəniyyətin mentaliteti, tərbiyənin mentaliteti və yaxud opponentə hörmət mentaliteti, insana hörmət mentaliteti deyilən bir şey, ümumiyyətlə, yoxdur. Yoxdur və ola da bilməz! Yalnız mentalitet anlayışı var, elə insan mentaliteti də odur, xalqın mentaliteti də. Məyus olmayın, polkovnik. Şər deməsən, xeyir tapmazsan, əvəzində siz elm və ədəbiyyat qarşısındakı şəxsi və xüsusi xidmətə görə Bakı-Yerevan "Hovoye vremya"sının mükafatına iddia edə bilərsiniz. Bir də gördün sərsəmləyib verdilər. Qəzetin müəlliflərinin səviyyəsini nəzərə alsaq, (təkcə atipik gerizəkalı Zülfüqar Əliyev bəsdir) bu, tamamilə realdır.

16 oktyabr hadisələri barədə Horveç səfiri Steynar Gilə cavabımda "Zerkalo" qəzetində mən belə yazmışam (sitat gətirirəm): "Biz küçəyə çıxdıq. Orda ağlasığmaz hadisələr baş verirdi. Qəzəbli, aqressiv kütlə sel kimi gəlir, qarşısına çıxan hər şeyi uçurub dağıdırdı. Taxta parçaları, armatur qırıqları və daşla silahlanmış adamlar vitrin və avtobus şüşələrini qırır, minik maşınlarını dağıdır, əhalini döyür, silahsız milis işçilərinə hücum çəkirdilər. İsrar eləyə bilmərəm, amma mənə elə gəldi ki, kütlənin xeyli hissəsi ya narkotiklərin, ya da bu qəbildən olan başqa şeylərin təsirindən qızmışdı. Qəti olaraq bildirirəm ki, onlara qoyulan müxalifətçi, siyasi rəqib və yaxud inqilabçı kimi adlar kökündən yanlışdır. Onlar kinli, son dərəcə həyasızlaşaraq həddini aşmış gədə-güdədən savayı bir şey deyildilər. 16 oktyabr hadisələri 1991-ci il demokratiya özbaşınalığının ilk fazasıyla eyniyyət təşkil edirdi. Əhəmiyyətli fərq yalnız bunda idi ki, o vaxt yalançı demokratlar gəlib hakimiyyəti ələ keçirə bilmişdilər, indi isə yox. Xoşbəxtlikdən, bu gün daha belə şeylər baş verə bilməz." Vəssalam! 16 oktyabr hadisələri barədə mən bundan artıq heç bir şey yazmamışam. Polkovnik, hamıya məlumdur ki, siz qızarmaq qabiliyyətinizi lap çoxdan itirmisiniz, odur ki, paqonlarınıza baxın, bəlkə heç olmasa onlar qızardılar! 16 oktyabr hadisələri barədə mənim yazdıqlarıma əsaslanaraq belə bir nəticəyə necə gəlmisiniz? Sitat gətirirəm: "...savadlı bir insanın, yazıçının(!), "PEH"klub sədri Maqsud İbrahimbəyovun son aylar ərzində dərc olunmuş çoxsaylı məqalələrində sarsıdıcı zərbə kimi açıq-aşkar ləzzətlə endirilən təhqir atəşinə necə haqq qazandırmaq olar?" Polkovnik, boynuma minnət qoyub, məqaləmi bir də oxuyun, zəhmət olmasa. Deyin görək, oktyabr müşahidələrimin harası sizə əsas verdi ki, mənim baş verən dəhşətlərdən ləzzət aldığımı iddia edəsiniz? Bəlkə siz əsl ləzzətin nə olduğunu heç təsəvvür etmirsiniz? Bəlkə şöhrətpərəstlik, mənsəbpərəstlik bütün qalan hisslərinizi o dərəcədə öldürüb ki, insanların zaman-zaman ən müxtəlif səbəblərdən aldığı ləzzət barədə təsəvvürünüz bilmərrə yoxa çıxıb. Acınacaqlıdır.

Bakı-Yerevan "Hovoye vremya"sında mənim barəmdə yazırsınız (sitat gətirirəm): "...son aylar dərc olunmuş çoxsaylı məqalələrində". Bunun ardınca da, təbii ki, adətiniz üzrə söyüş söyürsünüz. Mən sizin əsəbiliyinizi anlayıram, amma, polkovnik, səhviniz var, mən sizin təbirinizcə desək, o qədər də tez-tez çap olunmuram. Və əgər diqqət yetirmisinizsə, mən iki halda çap olunuram. Yalnız və yalnız iki konkret halda: əvvəla, əgər ölkəmin heysiyyətinə toxunublarsa, ikincisi, şəxsən özümü təhqir edirlərsə. Mən mücərrəd mövzularda yazmıram. Qəzetlərə də öz məqalələrimi, adətən, iki-üç aydan bir təklif edirəm. Məncə, bunu, o qədər də "tez-tez" saymaq olmaz. Qalan vaxtımı isə nəsr və dramaturgiyaya aid edilə biləcək əsərlər üzərində işə ayırıram. Amma Qriqori Aleksandryan da mənim publisist kimi fəaliyyətimdən narazıdır. O, Bakıda çıxan "Monitor" jurnalına istinad edərək özünün  Bakı-Yerevan "Hovoye vremya"sındakı "Azərbaycanın Xalq yazıçısı Andreas Qrossdan niyə narazıdır" məqaləsində ünvanıma çox kəskin və təhqiramiz ifadələr işlədib. O, belə hesab edir ki, yazıçı, yəni mən, siyasətə burun soxmamalı, yalnız ədəbi fəaliyyətlə məşğul olmalıyam. İcazənizlə, sizi inandırım ki, polkovnik, hər ikiniz yanılırsınız. Məlum olduğu kimi, yazıçı, hər şeydən əvvəl, vətəndaşdır. Və o, ölkəsində baş verən hadisələrə qeyri-ixtiyari cavab verir. Yazıçı əgər həm də Milli Məclisin üzvüdürsə, bu, artıq onun vəzifəsinə çevrilir. Gözəl bir erməni yazıçısı vardı, Qrant Matevosyan, təəssüf ki, dünyasını bir neçə il qabaq dəyişdi. O, Ermənistanda, o vaxtlar Dağlıq Qarabağda baş verənləri ürəyinə çox yaxın qəbul edirdi. Qrant bütün bu hadisələri bir erməni vətənpərvəri prizmasından qiymətləndirirdi. Təbii ki, onun antiazərbaycan mövqeyini bəyənmirdim və elə bu səbəbdən rədd etdim. Lakin mən indi də onun xatirəsini əziz tuturam, çünki Qrant istedadlı, səmimi insan idi, yazdıqlarının hamısı elə düşündükləriydi. Ymumiyyətlə, istənilən insan özünün şəxsi fikrini savadlı şəkildə ifadə edirsə, onunla hesablaşmaq gərəkdir və əgər dediklərinə etiraz edirsənsə, yalnız məntiq və faktlara əsaslanmalısan, daha razılaşmadığına görə nifrinlər və təhqirlər yağdıraraq üzərinə hücuma keçməli deyilsən. Siz məni başa düşürsünüz, polkovnik? Ən xoşagələn hal da odur ki, onun sağlığında Ermənistanda elə bir əclaf tapılmadı ki, Qrant Matevosyanı siyasi problemlər ətrafında fikirlərini açıqladığına görə ittiham etsin.

Həyatın kədərli cəhəti ondadır ki, bütün adamlar yaşlaşdıqca müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Təəssüf ki, bu acı həqiqət sizdən də yan keçməyib, polkovnik. Son zamanlar siz də qabaqlar özünüzə qətiyyən xas olmayan sadəlövhlük və sentimentallıq nümayiş etdirirsiniz. Özü də bu cəhətlər sizdə həddindən ziyadə, yəni, demək olar ki, patologiya səviyyəsində təzahür edir. Görün siz Bakı-Yerevanın "Hovoye vremya"sında nə yazmısınız (sitat gətirirəm): "Bizə nə olub axı? Hiyə yad ölkənin səfiri dəyənək zərbələri altında insanların başlarının yarıldığını görəndə ürək ağrısı keçirir, bizim savadlı həmvətənimiz isə "Vur onu, vur!" deyə çığıraraq təhqirlər yağdırır." Mən bilmirəm sizin dəm vurduğunuz həmin o vəhşiləşmiş həmvətəniniz belə faciəvi bir vəziyyətdə niyə "Vur onu, vur!" deyə çığıraraq təhqirlər yağdırırmış. Mən öz həmvətənlərim arasında bu cür əclaflara rast gəlməmişəm. Mənim sabit əqidəmə görə, insanları heç bir vəchlə döymək olmaz - bu, cinayətdir. Lakin özünümüdafiə məqsədilə onlara cavab vermək vacibdir, belələri aqressivdirsə və bir şəxsin, ya ölkənin bütün vətəndaşlarının həyatı üçün təhlükə kəsb edirlərsə onlarla lap ölüm-dirim savaşına qalxmaq lazımdır. Təəssüf ki, polkovnik, biz, buna heç bir bəhanə verməmiş insanların döyülməsiylə əlaqədar bir-birinə daban-dabana zidd hadisələri yaddaşımıza yazırıq. Məsələn, yadınıza salın ki, sizin Xalq Cəbhəsindən olan rəfiqələriniz Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarovanı necə döyürdülər. Coşmuş ifritələr onu həyasızcasına kötəkləyir, üzünü cırmaqlayır, başının tüklərini çəngə-çəngə yolurdular. Elmira Qafarova buna dözə bilmədi və həmin dəhşətli hadisədən azacıq sonra öldü. Mən əminəm ki, siz onda "Vur onu, vur!"- deyə çığırmırdınız. Lakin mən əmin deyiləm ki, həmin tapşırığı onlara şəxsən siz və ya sizin əclaf silahdaşlarınızdan biri verməyib. Mən yüz faiz əminəm ki, Xalq Cəbhəsinin üzvləri sürüylə tökülüb qoca deputatları parlamentin qapısı ağzında döyəndə siz "Vur onu, vur!" çığırıb sevinməmisiniz. Həmin deputatlar səkkiz nəfər idilər və ən cavanının 71 yaşı vardı. Bəli, şübhəsiz ki, sizin təşkilatın üzvləri Bakı küçələrində adamları rus dilində danışdığına görə kötəkləyəndə, qadınları isə yalnız dodaqlarını boyadıqlarına, gözlərinə qara çəkdiklərinə görə söyüş söyə-söyə təhqir edəndə siz "Vur, vur onu!" deyə bağırmırdınız. Polkovnik, 1988-ci ili yadınıza salın, Bakıya Sovet qoşunları gətirilən günü. Vəziyyətdən qansız da çıxmaq olardı. Elmlər Akademiyasının qarşısındakı meydançanı doldurmuş kütləyə yaxınlaşmaqda olan tankların gurultusu altında gözəl insan, İkinci Dünya müharibəsinin qəhrəmanı, görkəmli bir alimin müraciətini xatırlayın. O, silahsız insanlara yalvarırdı ki, həyətlərdə daldalanıb gözə görünməsinlər, evlərinə qayıtsınlar. Bu müdrik ağsaqqal mənasız qurbanlardan can qurtarmaq istəyirdi. Sizə isə bu qurbanlar hava, su kimi gərək idi, alver predmetinə çevirmək, murdar mənsəbpərəst planlarınızı həyata keçirmək üçün lazım idi. Siz onun üstünə yeriyib camaatın gözü qabağında sillələdiniz. Özünüzdən otuz beş yaş böyük birisini. Sizin o vaxtkı hərəkətinizdə heç bir risk yox idi. Onun əsl kişi olduğunu və lap yüngül qadını belə heç bir vəchlə vurmayacağını yaxşı bilirdiniz. Allah ona rəhmət eləsin. Sizin can atdığınız provokasiya həmin gün baş tutmadı, bu, sonralar alındı. Yüzlərlə qurban, bundan daha çox yaralı. O qədər qan axdı ki, ölkəmizdəki vampirlər ailəsinin bütün üzvlərini uzun müddətlik doyura bilərdi. Amma aydın oldu ki, bu qanlar sizə bəs eləməyib. Və 15-16 oktyabrda sizin könlünüzə yenə insan qanı içmək düşdü.

Ötən ilin 15-16 oktyabr hadisələrindən yazıq qiyafəyə girib sadəlövhcəsinə danışmağınız məni heyran qoyur, amma qətiyyən yumşaltmır. Sizə nə olub? Yəni humanist bir xanım, hüquq müdafiəçisi və yorulmaz demokrat roluna bu qədər giribsiniz? Özünüzü ələ alın, polkovnik, sizin üçün adi olan, vahimə saçan qiyafənizə qayıdın! Siz vaxtı ilə "azadlıqsevər" gədə-güdəni adambaşına əlli rubl paylayıb, başınızın tükü sanı küçələrə çıxarmısınız, indi isə özünüzü bilməzliyə vurursunuz, guya ki, oktyabr hadisələrinin mübhəm mənasını dərk edə bilmirsiniz. Bilirsiniz, siz də çox gözəl bilirsiniz, mən də. 15 oktyabrda Azərbaycanda prezident seçkiləri misilsiz ruh yüksəkliyi şəraitində keçdi. Seçkini İlham Əliyev çox böyük üstünlüklə uddu. Buna heç bir şübhə ola bilməz. Bu isə çoxlarını razı salmırdı. Bax, şəhərin küçələrinə qarşılarına çıxan hər şeyi dağıtmaq, şüşələri qırmaq, maşınları sındırmaq, yoldan ötənlərin və polisin üstünə hücum çəkmək tapşırığı almış bir dəstə qansızı çıxarmaq qərarı da onda qəbul olunmuşdu. Tapşırıq yerinə yetirildi. Həyin naminə? Optimal plan hakimiyyəti ələ keçirmək idi. Alınmadı. Onda təxirə salmadan ehtiyat varianta rəvac verildi. Təşkilatçıların düşüncəsinə əsasən, "nümayişçilərin" xuliqan hərəkətlərindən yaranmış səs-küy, polislə toqquşma və üstəgəl iki nəfərin ölümü Azərbaycanı uzun müddət gərginlik altında saxlamaq perspektivi yaradırdı. "Seçkiləri udmağına uddunuz, bəs bu qurbanlarla nəticələnən xalq etirazları necə olsun? Bu üzdən də, biz, sizin bu seçkilərin saxtalaşdırıldığını beynəlxalq strukturların vasitəsiylə elan eləsək necə olacaq? Bəs elə həmin strukturların vasitəsiylə prezidenti qeyri-legitim saysaq necədir? Odur ki, yaxşısı budur şərtlərimizi yerinə yetirin." Yaxşı düşünülmüşdü, amma alınmadı. Ona görə ki, Xalq Cəbhəsi hakimiyyətinin kəramətindən camaat artıq xeyli ağıllanıb və yalançı demokratların davranışını yaxşı öyrənib, elə bu səbəbdən də ölkənin indiki vəziyyətinin və öz prezidentinin qədrini bilir. Xalq cəbhəsinin qısa hakimiyyət dövrünü normal insanlar dəhşətli yuxu kimi xatırlayırlar. Elə bu səbəbdən də xalq gədə-güdəni müdafiə etmədi (baxmayaraq ki, xalqın onların dalınca gedəcəyi qəti söz verilmişdi) və onlar hüquq mühafizə orqanları ilə təkbətək qaldılar. Dramanın final səhnəsi quldurlardan birinin milyonlarla televiziya tamaşaçısının gözü qabağında orduya məxsus yük maşınını ələ keçirərək, onu kənarda dayanmış polis əməkdaşının üstünə sürməsi oldu. Qaçmağa macal tapmayanlar barmaqlıqlar arxasına düşdülər. Vəssalam! Provokasiya biabırçılıqla bitdi. Etiraf etməliyəm ki, polkovnik, siz bu hadisələrin təfərrüatı barədə məndən də artıq məlumata maliksiniz. Məsələn, mən bilmirəm ki, oktyabr qiyamına cəhd konkret neçəyə başa gəlib. Heç bu məbləği kimin ödədiyindən də xəbərim yoxdur. Bilmirəm. Amma təxmin edirəm.

Siz yazırsınız (sitat gətirirəm): "Kimsə sıravi polislərin, əsgərlərin hərəkətlərinə onların savadsızlığı və kütlüyünə görə bəraət qazandırmaq istəyirsə..." Stop! Orta səviyyəli intellektə malik birisinin, onun fikrincə, özündən aşağı səviyyəli adamlar barədə saymazyana danışması çox xoşagəlməzdir. Özü də bu fikir onun özünə nisbətən daha kasıb sosial təbəqənin nümayəndələrinin ünvanına deyilirsə, hələ bu azmış kimi, həmin fikirlər cəmiyyət üçün də açıqlanırsa. Əgər siz demokrat olsaydınız, mən sizə başa salardım ki, bu, yolverilməzdir, aristokrat olsaydınız, deyərdim ki, sözləriniz çox iyrənc səslənir. Siz nə birinci, nə də ikinci qrupa uyğun gəlmədiyiniz üçün sizə üçüncü variantı təklif edirəm. Polkovnik, anlamağa çalışın. Əsgərlər və polis nəfərləri öz vəzifə borclarını yerinə yetirirdilər. Bir fərziyyə olaraq qəbul edirəm ki, sizin intellekt səviyyəniz onların bəzilərininkindən yuxarıdır. Lakin hakimiyyətin antikonstitusion, quldur metodlarla ələ keçirilməsinə məhz onlar imkan vermədilər. Məhz onlar ölkənin on dörd il əvvəl olduğu kimi xaos və zülmətə yuvarlanmasının qarşısını aldılar. Bu polis və əskərlərin hər biri artıq bu gün cəmiyyətin hörmətinə layiqdir. Bundan savayı, onlar hələ gəncdirlər, zaman keçdikcə öz intellekt səviyyələrini yüksəltmək, yaxşı təhsil almaq imkanları olacaq. Mən ümidvaram ki, daha hörmətli, daha comərd vətəndaş olmaq həqiqətən vacibdir. Sizin qarşınızda isə, polkovnik, artıq belə bir perspektiv yoxdur.

Heç sizin hansısa xarici ölkə səfirini müdafiə etmək naminə göstərdiyiniz bezdirici cəhdləriniz də məni mütəəssir eləmir. Bir qayda olaraq, ağıllı və iradəli insanlar olan xarici səfirlər bütün normal adamlar kimi, daimi müdafiəyə möhtacdırlar. Amma Allahın müdafiəsinə, şeytanın yox. Yaxşısı budur, siz səfirlərin hamisi və müdafiəçisi obrazından çıxasınız. Bütün bunlardan savayı, axı sizin qəyyumluğunuz lap gülməli görünür. Polkovnik, mən sizə məsləhət görürəm ki, xarici diplomatları unudub boynunuzda haqqı-minnəti olan bir insanı xatırlayasınız. Elədir, Rəhim Qazıyevi, sabiq müdafiə nazirini nəzərdə tuturam. Axı o sizə çox, daha dəqiq desək, lap kor-koranə inanırdı. Hamıya məlumdur ki, Müdafiə nazirliyində ən əhəmiyyətli şəxs məhz siz idiniz, polkovnik, Rəhim Qazıyev isə faktiki olaraq əldəqayırma rəhbər idi. "Mərkəz"lə əlaqəni də siz saxlayırdınız, Rəhim Qazıyev isə əsasən sizin məsləhətlərinizlə əmrlər verirdi. Və ən namünasib vaxtda (kiminçünsə ən münasib fürsətdə) cəbhənin ayrı-ayrı sahələri boşaldılır, qoşun hissələri, düşmən qüvvələri yerləşdirilmədiyindən onlara heç bir ehtiyac olmayan bölgələrə köçürülürdü. Taleyin oyununa baxın, məğlubiyyət və satqınlıqlarda əsasən Rəhim Qazıyevi ittiham etdilər, sizsə, polkovnik, azadlıqda gəzirsiniz. Sonuncu dəfə mən Rəhim Qazıyevi tutulmamışdan iki-üç həftə qabaq, Elmira Qafarovanın dəfnində görmüşdüm. Çox əzgin görkəmi vardı. Elə orda da son dəfə söhbət elədik. Mən bu gün də inanıram ki, o ümidsiz adam deyil. İnsanlığın bütün qanunlarına əsasən siz ona kömək etməlisiniz, təbii ki, əgər bu qanunları qəbul edirsinizsə. Sizin formal olaraq qadınlığını nəzərə alsaq, günahlarınızı etiraf etməyiniz vəziyyətinizi pisləşdirməz, amma Qazıyevə kömək etmiş olardınız. Yaxşı olardı ki, Şuşanın biabırçı təhvilinə görə sizin şaykanın aldığı pulların necə olduğunu da müstəntiqə danışasınız. Tərəddüd etmədən gedin, unutmayın ki, günahlarınızın könüllü etirafı vicdanınızın qismən təmizlənməsinə səbəb olar. Bir də ki, inanın mənim intuisiyama, gec-tez mütləq hərbi tribunal qarşısında dayanmalı olacaqsınız. Hə qədər ki, imkan var, hadisələri qabaqlayın. Polkovnik, sizi Bonner və ya Starovoytova ilə müqayisə etməyəcəyəm, o zamanlar həmin bu şəxslər sizdən çox-çox böyük miqyaslı ictimai xadimlər idilər, amma Qarabağ müharibəsinin tarixində sizin də ağır izlər qoyduğunuz heç kəsdə şübhə doğurmur. Məqalənizdə yazırsınız (sitat gətirirəm): "Bir neçə il qabaq İbrahimbəyovlar ailəsinin qohumlarından musiqiçi olan birisini törətmədiyi cinayətdə şübhəli bilərək həbsə almışdılar (sonradan həqiqi qatil də tapıldı). Buna baxmayaraq, həmin o musiqiçini qətl törətməkdə səhvən ittiham edərək dindirəndə ayaqlarının altından o qədər vurmuşdular ki, həkimlər qanqrenin qarşısını zorla ala bilmişdilər. Mən bu işin təfərrüatından xəbərdaram, çünki məsələ ilə müttəhimin ailəsinin xahişinə əsasən məşğul olmuşam." Dəhşətli hadisədir. 1948-ci ildə antisovet fəaliyyətdə ittiham edilən (SSRİ CM 58-ci maddəsi) əmim Fuad İbrahimbəyov həbsə alınmışdı. Ona 10 il verərək Tayşetə yollamışdılar, oraların konslagerlərində beş il qalmışdı. 1953-cü ildə onu azad etmişdilər. Professor Fuad İbrahimbəyov müstəqil, qürurlu bir insan idi və bilsəydi ki, azadlığa çıxmasına görə dünya proletariatı rəhbərinin qəfil ölümünə deyil, polkovnik Yunusun tərəfkeşliyinə borcludur, əminəm ki, işgəncə bahasına olsa belə, konslageri tərk etməzdi. Bundan başqa, o musiqiçi deyil, psixiatr idi. Bu hadisədən ötən 50 il ərzində heç bir qohumumu nə tutublar, nə işgəncə veriblər, nə də ki, güllələyiblər. Qohumlarım var, amma təəssüf ki,  mənim istədiyim qədər çox deyillər. Arvadım, oğlum, qardaşımla arvadı, altı əmiqızım ərləriylə, beş əmizadəm arvadlarıyla, bir də ki, onların 15 övladı. Allaha şükür ki, onların heç biri istintaq altında olmayıb və mən də kiməsə ağız açıb xahişlərini etməmişəm. Təqdir olunası haldır ki, siz bəlaya düşmüş bir insana nə vaxtsa kömək göstərmisiniz və indi də qəzet vasitəsiylə şəhərimizin əhalisini bu, şübhəsiz, humanist addımınızdan xəbərdar edirsiniz. Mən bunu alqışlayıram! Elə bu minvalla da davam edin və ümidvar olun ki, Allah ya bu dünyada, ya o dünyada əvəzini verəcək.

Sizin məqalənizdən daha bir qəribə sual (sitat gətirirəm): "Görəsən biz - müasir azərbaycanlıların mahiyyətində nə daha çoxdur: qul, yoxsa insan?" Qul, yoxsa insan?! Ay yazıq, etiraf edin, bilək ki, başgicəlləndirici hərbi karyera əldə etməzdən əvvəl hansı dərəcəli TPM-ni bitirmisiniz? Belə çıxır ki, gah sərkərdə, gah da hüquq müdafiəçisi adlandırılan bir subyektin nöqteyi-nəzərindən qul insan deyilmiş. Ayıbdır vallah, həm də çox qeyri-demokratik səslənir. İnandırım sizi ki, hər bir qul eyni zamanda insandır. Yəni özünəməxsus psixologiyası olan Homo sariens-dir. Belə deyək ki, bu psixologiya aristokratınkından fərqlənir. Yaxşı, sizin üçün necə rahatdırsa, necə əlverişlidirsə, elə də yazın. Yəqin, siz söz azadlığını belə başa düşürsünüz. Beləliklə, siz soruşursunuz: "Görəsən biz - müasir azərbaycanlıların mahiyyətində nə daha çoxdur: qul, yoxsa insan?" Cavab verirəm: Biz azərbaycanlıların belə bir problemi yoxdur. Bəs sizin necə?