Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

NORVEÇ SƏFİRİNİN BƏYANATI İLƏ BAĞLI BİR NEÇƏ QEYD

Möhtərəm cənab Gil!

 

Əfsuslar olsun ki, gündəlik həyatda bəzən olduqca xoşagəlməz situasiyalar yaranır və hətta tənbəl adam belə, ona munasibət bildirməyə borcludur. Bu il oktyabrın 23-də mən də öz evimdə belə bir xoşagəlməz vəziyyətə düşdüm; səbəb isə hörmət bəslədiyim «Zerkalo» qəzetinin səhifələrində 16 okt-yabr hadisələri və onların ətrafında cərəyan edən olaylarla bağlı sizin bəzi mülahizələrinizlə tanış olmağım idi.

Məsələn, söyləyirsiniz ki, (sitat): «Parlament kimi mə-sul bir orqan bir sıra partiyaların qadağan edilməsi kimi son dərəcə qeyri-konstruktiv təkliflə çıxış etmişdir».

Axı bu, yumşaq desək, doğru deyildir. Azərbaycan Respublikasının Milli Məclisi belə bir təklif irəli sürməyib. Ola bilsin ki, sizə yanlış məlumat veriblər, ancaq o halda istər-istəməz belə bir ehtimal yaranır ki, siz yaramaz adamlarla oturub-durursunuz, onlar da sizə mənfi təsir göstərir. Fikri-nizin davamı daha bəd gəlir: bəyan edirsiniz (özü də ailə çevrəsində, ya da dostlar arasında deyil, mətbuatda) ki, (sitat): «Bu, vəziyyətin daha artıq gərginləşməsinə gətirib çıxara bilər». Bax, bu ibarənizə isə artıq heç bir don geydirmək mümkün deyil! Yoxsa 16 oktyabr hadisələri sizə azlıq edir? Ya da bəlkə siz «parlamentin qeyri-konstruktiv təklifi» kimi yalan müddəadan istifadə etməklə yeni iğtişaşlar qızışdırmaq cəh-dində bulunursunuz?

Əgər güman etsəydiniz ki, sizin bu sayaq açıqlama-larınız bizi təəccübləndirə, ya da hiddətləndirə bilər, yanılmış olardınız, cənab Gil. Son illər ərzində biz demokratiya inhisar-çılarının belə passajlarına artıq, bir növ, adətkərdə olmuşuq. Sizə qaldıqda isə, mən hər halda ümid edirəm ki, bu bəya-natları yalnız qəfil coşmuş duyğuların təsiri altında vermisiniz. Bir məqamı da vurğulamaq lazımdır ki, ölkəmizin ali qanun-verici orqanının ünvanına yağdırdığınız bu haqsız tənqidi qeydlər Norveç səfirinin deyil, lap uzaqbaşı, Norveçin Azər-baycan üzrə Fövqəladə və Səlahiyyətli MÜFƏTTİŞİ-nin (əlbəttə ki, əgər beynəlxalq demokratik rütbə dərəcələri sırasında belə bir vəzifə olmuş olsaydı) dilindən çıxsaydı, bütün naqisliyinə baxmayaraq, bəlkə də indiki qədər yersiz görünməzdi.

Sizə deməliyəm ki, son illər Azərbaycanda bədxah bir ənənə yaranıb: başqa ölkələrdən təşrif gətirən bəzi rəsmi şəxslər – bizim müşahidələrimizə görə, bu dərəcədə yüksək missiyanı yerinə yetirmək üçün mənəvi-əxlaqi keyfiyyət-lərdən xali olan kəslər radikal müxalifətlə münasibətləri necə qurmalı olduğumuzu təkidlə, sanksiyalarla hədələyərək bizə öyrətməyə girişirlər.

Sözsüz ki, məsləhət və öyüd-nəsihət vermək üçün onların heç bir qanuni səlahiyyətləri yoxdur və beynəlxalq hüquqa müvafiq surətdə, heç ola da bilməz. Onlar özlərini jurnalist adlandıran, təpədən-dırnağadək satın alınmış, xuli-qanlıq edən üzdəniraqların həmlələrinə necə münasibət bildir-məli olduğumuz barədə bizə nəsihətlər verir, eyni zamanda məsləhət görürlər ki, dövlət və ayrı-ayrı vətəndaşlar üçün təhlükə törədən quldurları tutmayaq, əgər həmin qatı quldur əllərinin qanını silərək, böyük bir siyasi xadim olduğunu bəyan edirsə, ona toxunmayaq. Özü də bu tələb və öyüd-nəsi-hətlərin hamısı demokratik  normalara istinad etməklə nəzəri-mizə çatdırılır. Bizə dəqiq məlumdur ki, həmin zəhlətökən, çürükcü moizəçilərin siyasi şantaj həddində duran əməlləri heç də qərəzsiz, xeyirxah niyyətlərdən qaynaqlanmır və çox vaxt bunlar ölkəmizdə sabitliyin pozulmasında son dərəcə maraqlı olan nüfuzlu xarici təşkilatların və ayrı-ayrı şəxslərin tapşırığı ilə törədilir. Nə qədər ürəkbulandırıcı olsa da, bu, həqiqətdir: Azərbaycanın «qəddar dostları» bizim ölkəmizdə demokratiyanı hərrac alətinə, hədələməklə nəsə qoparmaq predmetinə çevirmişlər. Bakıda çıxan, onların nəzarəti altında olan bəzi qəzet və jurnallar isə müəyyən olunmuş gündə çaşdırıcı, yalan materiallar dərc edirlər – belə cızmaqaraların ümdə vəzifəsi ölkəmizin xaricdəki nüfuzuna zərbə vurmaqdır. Bu, ondan ötrü gərəkdir ki, BMT-nin, Avropa Parlamentinin, ya da beynəlxalq konqres və simpoziumların nüfuzlu tribuna-larından çıxış edərkən «onların öz mətbuatının», yəni Azər-baycanın özündə çıxan qəzet və jurnalların səhifələrində açıq-lanmış «faktlar»a istinad edə bilsinlər. Və belə də edirlər.

Yaxud açıq-aşkar düşmən əhval-ruhiyyəli əcnəbi qəzetdəki rəzil, böhtan xarakterli məqaləni yenə həmin fakt-larla daha inandırıcı etməyə çalışırlar. Buna da müvəffəq oldular. Jurnalistləri Norveçdə «dördüncü hakimiyyət» adlan-dırırlar, mən isə sizi əmin edə bilərəm ki, Azərbaycanda onlar artıq «dördüncü bəla» adını qanuni daşımağa iddialı olan bir mövcudluğa çevrilmişlər. Azərbaycanda bugünkü jurnalistika bizim bəla və rüsvayçılığımızdır. Bu primitiv, arsız böhtançılar və rüşvətxorlar bir neçə sarı qəzet və jurnalda özlərinə möhkəm yer eləyiblər. Psevdodemokratlar hakimiyyətinin bu eybəcər mirasından necə  qurtulmaq olar –  bunu heç kəs bil-mir.  Əlbəttə, şərəfsiz böhtançılardan, şantajçılardan danışar-kən, mən heç də otuz-qırx nəfər vicdanlı jurnalisti nəzərdə tutmuram, onlar bu haramzada və tülüngülərin fonunda, kleptomaniyaya yoluxmuş məkrli adamyeyənlər arasına düş-müş ürkək turistlər kimi görünürlər.

 Ölkəmizdə müxalifətlə bağlı qəribə vəziyyət yaranıb. Dövlət adlanan orkestrdə müxalifət əvəzolunmaz bir alətdir. Müxalifət ondan ötrü zəruridir ki, öz proqramı, öz təklifləri ilə, hakimiyyəti konstruktiv tənqid etməsi ilə ölkə həyatının bütün sahələrində gedən müsbət proseslərə bir az da təkan versin. Bunun üçün dövlət təfəkkürünə malik, ziyalı, bilikli adamlar gərəkdir. Azərbaycanda belə adamlar var, lakin onlar üzdə olmaq imkanından məhrumdurlar, çünki fəaliyyətdə olan varlı müxalifətlə müqayisədə onların rəqabət qabiliyyəti yaxud da daha dəqiq desək, pul «buraxmaq» qabilyyəti çox zəifdir. Çünki xarici donorlar müxalifətçi-quldurları və müxalifətçi-sabiq quldurları maliyyələşdirməklə, onları, necə deyərlər, süni surətdə, zor-bəla ilə suyun üzündə saxlayırlar. Beləliklə də, bir güllə ilə iki dovşan vurmuş olurlar. Birincisi, sabitliyin pozulması təhlükəsi qalmaqda davam  edir, ölkə gərginlik içində yaşayır; belə bir şəraitdə tələb etmək və şərtlər qoymaq çox asan olur. İkincisi də, müxalifətin bilikli, ləyaqətli insan-larla, dağıdıcı yox, öz ölkəsinə xeyr gətirmək istəyən və gətirə bilən təzə, saf qüvvələrlə zənginləşməsi ləngiyir. Bu ləngimə isə bizə qətiyyən gərək deyil.

Eh, cənab Gil! Mən nə qədər təəssüflənirəm ki, 1991-1992-ci illərdə siz Bakıda olmamısınız! O zaman əhalinin böyük əksəriyyəti keçmiş ittifaq respublikası Azərbaycanda Yeltsin, Kravçuk və Şuşkeviçin qərarına uyğun olaraq demokratik maket qurmaqda «əsl demokratlar»a kömək et-məklə özünü xoşbəxt sanırdı. Çox tezliklə sevinc hissləri uçub getdi, aşkar oldu ki, «əsl demokratlar» (sonradan Xalq Cəbhə-sinə və Müsavata parçalanmış Xalq Cəbhəsi) əsas etibarilə oğru, yalançı və nadan məxluqlardan ibarət imiş. Onlar əlləri-nə avtomat və qumbaralar alıb parlamentə soxulur, deputatları döyürdülər. Gözü qızmış izdihamın qarşısında coşaraq, qadın spiker Elmira Qafarovaya əl qaldırmaqdan belə çəkinməmiş-dilər. Başından aldığı yaralardan qan axa-axa onu maşına əyləşdirib birtəhər həkimə çatdırmaq mümkün olmuşdu. O adamlar oğurlanması mümkün olan hər şeyi oğurlamışdılar, hətta dəmir yolundakı elektrik naqillərini sökmüş, əridib mis külçələr şəklinə salaraq qonşu ölkələrdən birində xırıd etmiş-dilər. Aclıq çəkən əhali qaş qaralandan sonra canının qorxu-sundan küçəyə çıxmağa cəsarət etmirdi. «Əsl demokratlar»ın heyvani ksenofobiyası tüğyan edirdi.

Yox-yox, cənab Gil, bunları xatırlayandan sonra o vaxtlar sizin Bakıda olmağınıza artıq təəssüflənmirəm. Ona görə ki, əgər «əsl demokratlar» təsadüfən küçədə eşitsəydilər ki, siz azərbaycanca deyil, hansısa başqa bir dildə danışırsınız, sizi rəhmsizcəsinə əzişdirər, ya da o zaman mənim bir dostumun oğluna qəsd etdikləri kimi, bıçaqlayardılar. Heç kəs də köməyinizə gəlməzdi, çünki «demokratlar», demək olar ki, milisi ləğv etmişdilər, «təcili yardım» isə benzin yoxluğu ucbatından çağırışlara gedə bilmirdi – elə həmin «demok-ratlar» benzini də oğurlamışdılar. Demokratik dəyərlər və insan haqları barədə şüarlar hayqıran nazirlər səviyyəsində bir qrup «demokrat» hətta bir dəfə «açıq divantutma» mərasimi düzəltmişdi: onlar bir qəzetin redaksiyasına gəlmiş, əməkdaş-ların və redaksiyanın qonaqlarının gözü qarşısındaca jurnalisti döymüşdülər. «Əsl demokratlar»ın hakimiyyətinin nəticəsi o olmuşdu ki, «demokrat» sözü Azərbaycanda uzun müddət söyüş əvəzinə işlənirdi, adamlar nifrət və ya inamsızlıq ifadə etmək istəyəndə bu sözu işlədirdi.

Cənab Gil, bu ilin 16 oktyabr olayları zamanı sizin ha-rada olduğunuz mənə bəlli deyil. Ancaq iş elə gətirmişdi ki, həmin vaxt mən hadisələrin mərkəzinin lap yaxınlığında idim, köhnə dostum Mixaillə birlikdə Xaqani küçəsindəki Çin restoranında nahar edirdik. Pəncərədən içəri dolan çığır-bağırı eşidib, küçəyə çıxdıq. Ağlasığmaz bir mənzərinin şahidi olduq: qəzəbli, azğınlaşmış kütlə yolundakı hər  şeyi uçurub dağıdaraq irəliləyirdi. Dəyənəklər, armatur və daş parçaları ilə silahlanmış bu adamlar dükanların, avtobusların şüşələrini vurub sınıdırır, minik maşınlarını əzib qırır, rastlarına çıxan şə-hər sakinlərini döyür, silahsız polislərə hücum edirdilər. Dəqiq deyə bilmərəm, ancaq mənə elə gəldi ki,  həmin adamlar narkotik maddələrin, ya da hansısa başqa bir coşdurucu vasitələrin təsiri altında hərəkət edirdilər. Mənim qəti qəna-ətim belədir ki, müxalifət, siyasi rəqib və yaxud inqilabçı kimi anlayışlar bu adamlara aid edilə bilməz. Bunlar kinli, son dərəcə həyasızlaşmış və azğınlaşmış quldurlar yığnağı idi. Həmin gün törətdikləri özbaşınalıqla bu lümpenlər və cina-yətkarlar özlərini qanunun fövqündə qoymuşdular.

16 oktyabr hadisələri eynilə 1991-ci ildəki demokratik hərki-hərkiliyin birinci fazasını xatırladır – tək bircə mühüm fərqlə: onda psevdodemokratlar ani həmlədə hakimiyyəti ələ keçirməyə müvəffəq olmuşdular, bu dəfə isə bunu bacarma-dılar. Xoşbəxtlikdən, bu gün belə şey ola bilməz. Ona görə ki, indi artıq ölkəmiz möhkəmlənib, dövlət maşını işə salınıb və ahəngdar işləyir, «əsl demokratlar»la ünsiyyətdən ötən dövr ərzində xeyli ağıllanmış xalq isə onların ikinci dəfə hakimiy-yətə gəlişinə heç cür razı ola bilməz. Və bunun sübutlarından biri Azərbaycan Respublikası Prezidentinin seçkisi zamanı seçki məntəqələri qarşısındakı uzun-uzadı növbələr idi. 1991-ci il hadisələri ilə 16 oktyabr hadisələrini birləşdirən başlıca məqam odur ki, həmin o qəzəbli kütləni onda da, indi də küçələrə çıxaran Müsavat və Xalq Cəbhəsinin «başqan»ları idi. Sadəcə fərz edək ki, normal insan cəmiyyəti üçün ziyanlı və təhlükəli olan bu adamlara hakimiyyəti bir daha ələ keçirmək müyəssər olsaydı, yaranmış hərc-mərclikdə onların havadarlarının bir çoxu yəqin həmin gün qaçıb özlərini təyyarəyə yetirə bilməzdilər.

İndi isə təsəvvür edin ki, müharibənin qurtarmasından cəmi bir neçə gün sonra hər hansı bir ölkənin Norveçdə akkreditə olunmuş səfiri cənab Vidqun Kvişlinqin partiyasının üzvlərinin haqsız olaraq sıxışdırılması nəticəsində onların vətəndaş hüquqlarını Norveç polisinin pozması ilə bağlı qəzet səhifələrində öz etirazını bildirsə idi, stortinq və onun əmək-daşlarının bir qismi bunu necə qarşılayardı? Bilmirsiniz? Eybi yox, nə deyirəm, üstünu vurmayaq.

Bir neçə il bundan əvvəl Gəncə şəhərində məni bir toya dəvət etmişdilər. Və mən o toyda xalq çalğı alətləri və köhnə pianonun «ifasında» «Anitranın rəqsi»ni dinlədim. İnanın ki, bu, qeyri-adi olduğu qədər də füsunkar idi. Norveç kiçik ölkədir, ancaq onun səsinin öz bənzərsiz tembri vardır və bu avaz ən yaxşı Avropa ölkələrinin səsləri arasında inamla eşidilməkdədir. Dahi norveçlilər Knut Qamsunu, Henrix İbseni, Edvard Qriqi Azərbaycanda yaxşı tanıyırlar. Qriqin musiqisini çox evlərdə dinləyir, peşəkar musiqiçilər onu səhnədə ifa edirlər. Vaxtilə Bakıda dram teatrı «Nora»nı müvəffəqiyyətlə tamaşaya qoymuşdu...

Lakin söyləmək olmaz ki, Norveçdə hər şey əladır. Onun hamıya bəlli olan mənfi xüsusiyyətlərini sadalamaya-cağam, yalnız birini xatırlatmaqla kifayətlənəcəyəm. Norveç, planetimizdə beynəlxalq qanun və qaydaları pozaraq, balina ovu ilə məşğul olan iki ölkədən biridir. Harpun atan güclü top-larla silahlanmış Norveç gəmiləri ziyansız və müdafiəsiz bali-naları amansızlıqla, vəhşicəsinə məhv edirlər. Bununla da – bir daha vurğulayıram – beynəlxalq qanunlara qətiyyən məhəl qoymadıqlarını göstərir, həmçinin, BMT və Avropa İttifaqının üzvləri olan ölkələrin humanizmə çağıran müraciətlərinə sayğısızlıq numayiş etdirirlər. Xülasə, təsəvvür edək ki, Azərbaycan Respublikasının Norveçdəki səfiri bu misli görünməmiş özbaşınalıqla əlaqədar hökumətə, ya da stortinqə mətbuat vasitəsilə öz etirazını bildirir. Yaxud da elə həmin Azərbaycan səfiri Oslo fahişələrinin müdafiəsinə qalxır: axı onlar müştəri qıtlığı üzündən məcburi boşdayanmalarla işləyirlər, bu isə zəhmətkeş qızların məvacibinə mənfi təsir göstərir. Nə isə... Bax, belə bir etiraz-filan bildirilsəydi, həmin səfir təcili surətdə geri çağırılardı. Özü də bu lap düzgün addım olardı. Çünki göndərildiyi  ölkənin daxili işlərinə burun soxmaq əcnəbi səfirə yaraşmaz. Hər şeydən öncə, bu, nəzakətsizlikdir.

Yeri gəlmişkən, Norveçdən başqa, beynəlxalq qanun-ları pozmaqla balina ovu ilə məşğul olan ikinçi ölkə Yaponi-yadır. Cənab Gil, sizin diqqətinizi Yaponiya səfirinin ölkəmiz-dəki davranışına cəlb etmək istəyirəm. O burada hamının hörmətini qazanıb, çünki səlahiyyətli  səfirə – peşəkar diplo-mata və yaxşı tərbiyə görmüş şəxsə yaraşan tərzdə o, yalnız öz ölkəsinin maraqlarını qoruyur və başqa ölkənin işlərinə qarışmır. Nəticəsi də bu olur ki, səfirin sayəsində burada onun ölkəsinə rəğbət və maraq da get-gedə artır. Və bütövlükdə Azərbaycan gəncləri arasında siyasətə və heyvanlar aləminin qorunmasına mühafizəkar baxışları ilə seçilən Bakı qədeşləri də, adət etdikləri kimi, tində siqaret tüstülədib söhbətləşəndə belə, Yaponiyanın qanunsuz balina ovu ilə məşğul olması məsələsinin üstünü vurmurlar.

Siz deyirsiniz ki, (sitat): «İqbal Ağazadə məhkəmədə yox, televiziya ilə ifadə verir. Məgər hüquqi dövlətdə bu, yolveriləndirmi?» Yaxşı, bəs birdən İqbal Ağazadəyə televi-ziya ilə çıxış etmək imkanı verməyəydilər, onda nə olardı? Necə bir haray-həşir qaldırılacağını heç təsəvvürünüzə belə gətirə bilməzsiniz! Bəyanatlarınızın ifadə tərzinə əsasən fikir yürütsək, deyəsən, siz də qondarma şayiələrə inanmağa meyllisiniz.

Konkret bu halda o şayiələrdən söhbət gedir ki, guya İqbal Ağazadəni tam təcrid olunmuş halda, qaranlıq zirzəmidə saxlayır, ona növbə ilə gah qızmar dəmirlə, gah da elektrik cərəyanı ilə işgəncələr verirlər. Boş şeydir; bundan da betərini uydura bilərlər. Məsələn, deyərlər ki, binəva filankəs ürəkpar-çalayan qıcolmalar içində canını tapşırdı, ölümqabağı isə xahiş etdi ki, çox sevdiyi üç nəfər (təbiətdə vahid sevimli müxalifət liderinin olmaması üzündən) müxalif liderinin portretini gətir-sinlər. Bax, elə yəqin buna görə də İqbal Ağazadəyə televiziya ilə çıxış etmək imkanı verilmişdir. Əgər lazım gələrsə, iş gedib məhkəməyə çatası olsa, o, məhkəmədə də çıxış edəcək. Mən İqbal Ağazadəni Milli Məclisdəki birgə işimizdən tanıyı-ram. O, fiziki cəhətdən qüvvətli, özünə inamlı adamdır, Qara-bağda döyüşüb. Şübhə etməyə bilərsiniz ki, televiziyada könüllü çıxış edib və özgənin demək istədiyini yox, ancaq öz düşündüklərini söyləyib. Lakin İqbal Ağazadə çox ciddi səhvə yol verdi: o, Milli Məclisin iclasına gəlmədi, hərçənd bir deputat kimi iclasda iştirak etməli idi. Əgər o, tribunadan izah etsəydi ki, kütləni zorakılığa çağırmayıb və «Azadlıq» meyda-nını hələ iğtişaşlar başlamamış tərk edib, yəni sonra televiziya ilə çıxışında söylədiklərini Milli Məclisin tribunasından açıq-lasaydı, mən əminəm ki, deputatlar İqbal Ağazadənin deputat tozunulmazlığından məhrum edilməsinə səs verməzdilər. Nə olar, hələ heç də hər şey itirilməyib, təhqiqatın sonunu gözlə-yək.

Öz bəyanatınızda siz həmçinin belə bir yolverilməz faktı da pisləyirsiniz: bir şagirdin atası müxalifətçi olduğuna görə məktəbin direktoru həmin şagirdi məktəbdən qovmuşdur. Bu, həqiqətən, ağlasığmazdır. Belə bir əməl törətmiş məktəb direktoru qətiyyən pedaqoq deyil, təhsil sisteminə gəlib düş-müş təsadüfi bir adamdır və şəkk-şübhəsiz aydındır ki, o, nəinki maarif ocağına rəhbərlik edə bilməz, hətta heç məktəb divarları arasında qalmağa belə bu adamın haqqı yoxdur. Gözlənildiyi kimi də oldu və o, vəzifədən azad edildi. Görür-sünüzmü, cənab Gil, maarif, diplomatiya və hüquqşünaslıq kimi ciddi işlərlə və həmçinin elə bütün başqa işlərlə də, aşağı ixtisas səviyyəli, nəzakət qaydalarına yaxşı bələd olmayan mütəxəssilər məşğul olanda necə xoşagəlməz nəticələr meydana çıxır? Elə isə, gəlin belələrinə heç uzaqdan-uzağa da qətiyyən bənzəməyək. Ümidvaram ki, mənimlə razılaşacaq-sınız. İndilik isə, işlərdən danışmaq yetər. Çox ola bilsin ki, bu gün naharda sizin süfrənizdə rəşadətli Norveç harpunçusunun hüquqi məkandan kənar hansısa bir ekzotik dənizdə ovladığı bala balinanın zərif ətindən hazırlanmış ləzzətli bifşteks qoyacaqlar. İştahla yeyin, cənab səfir! Nuş olsun!

«Zerkalo»,

«Bakinski raboçi»,

29 oktyabr, 2003-cü il