Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

«MONİTOR» JURNALINDAN ELMAR HÜSEYNOVA CAVAB

Hörmətli cənab Hüseynov!

 

«Meşşan zadəganlıqda, yaxud Milli Məclisin deputatı Maqsud İbrahimbəyovun Norveç Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Steynar Gilin bəyanatı ilə əlaqədar bir neçə qeydi ilə bağlı «Bir neçə sual» kimi sicilləmə sərlövhəli məqalənizi oxuyan-da, dərhal nənəniz barədə düşündüm. Nə isə, nənəniz məsə-ləsinə bir qədər sonra qayıdarıq.

Məqalənizin sərlövhəsindən başlayaq – «Meşşan zadə-ganlıqda». Məlumunuz olsun ki, zadəganlıq ancaq və ancaq quruca addır və bizim günlərdə bu adı daşıyana heç bir maddi fayda imtiyaz verə bilməz. Zadəgan titulu insanı istedadlı edə, yaxud  onun xasiyyətini yaxşılaşdıra bilməz. Bu, sadəcə, addır. Odur ki, zadəganlıqla öyünməyi kiməsə məsləhət görməzdim.

Yaxşı, bəs bu sərlövhə nə deməkdir: «Meşşan zadəganlıqda?» Bunun, mənə heç bir aidiyyəti ola bilməz, ona görə ki, əslən zadəganam və meşşan təbəqəsinin nə mənə dəxli var, nə də yaxın keçmişdəki əcdadlarıma. Məqalənin sərlövhəsi fotoşəklinizin yuxarı hissəsində verilmişdir. Amma bu sərlövhənin sizə də dəxli ola bilməz, doğrudur, artıq başqa səbəbdən. Məlumdur ki, Elmar Hüseynov olaraq siz rəiyyət mənşəlisiniz və ona görə sizi meşşan səviyyəsinə güc-bəla ilə ucaltmaq olar. Amma onu da yadınızda saxlayın ki, təbii ki, siz zadəgan deyilsiniz və heç zaman da olmayacaqsınız. Nəsilləriniz də olmayacaqdır. Beləliklə, siz meşşansınız, amma zadəganlıqda yox.

İndi isə, gəlin, fikirləşək, bizim üçün bu konkret halda «Meşşan zadəganlıqda» kimi belə qeyri-adi sərlövhə sizin nəyinizə gərək idi. Mən bu barədə düşünüb-daşındım, amma ağlabatan bir şey tapa bilmədim. Lakin «Monitor» jurnalının məqaləniz olan nömrəsini mənə gətirən dostum izah elədi, hansısa bir əcnəbi ziyalı səfir sizə söyləyib ki, vaxtilə cənab Molyer bu adda pyes yazıbdır və indi siz, lazım olduqda xoşunuza gələn addan öz ehtiyaclarınız üçün istifadə edirsiniz. Ağlabatan başqa bir izahat olmadığından, onunla razılaşdım. Nə deyirəm, klassiklərə müraciət etmək tərifəlayiqdir. Amma əfsus ki, yenə yerinə düşməmişdir. İlk mənbəyə, yəni, böyük Jan-Batist Molyerə istinad etsəydiniz, daha əntiqə olardı. Ancaq burası da var ki, adamdan bacardığından artıq tələb etmək olmaz.

Məqalənizin əvvəlində yazırsınız (sözbəsöz sitat gətirirəm): «Sadəcə, o səbəbdən ki, ziyalı tərbiyəsi almış adam kimi  uşaqlıqdan başa düşmüşəm ki, hər bir insanın öz mövqeyində malik olmaq hüquq var...» maraqlıdır, görəsən, «ziyalı tərbiyəsi» nə deməkdir? «Ziyalı tərbiyəsi», «əzilə-büzülə» davranış kimi kəmsavad və digər eyni dərəcədə gəlişigözəl ifadələr ziyalı tərbiyəsi görmüş şəxslər tərəfindən nəzakətli davranış iddiasına düşən «kişi» və «qadın» cinsli marginalların dilində tez-tez rast gəlinir. Amma, siz ki, cənab Hüseynov, pardon, hər halda jurnalist sayılırsınız. Görünür, bununla demək istəyirsiniz ki, ziyalı ailəsində böyümüsünüz. Belə də deyin. Çarə nədir, sözünüzə inanmalı olacağıq.

Sonrası bundan betərdir. Siz elə öz məqalənizdəki bu ifadəyə bir fikir verin (sözbəsöz sitat gətirirəm): «Lakin insan heyvandan məhz buna görə fərqlənir ki, insanın öz rəyi olur və bu rəy onun rəsmi statusuna heç də həmişə uyğun gəlmir». Bəs, normal adam dilində bu, nə deməkdir? Bu əcaib ibarədə bir məna tapan adama bəri başdan təşəkkür edirəm. Gətirdiyiniz müqayisə qeyri-dəqiq və cəfəngdir, çünki hər hansı müqayisənin strukturunda müqayisə olmalıdır. İnsandan fərqlənən məhz hansı heyvandır ki, onun, yəni heyvanın rəyi öz statusuna hökmən uyğun gəlməlidir? Siz rəsmi statusu olan, üstəlik, öz rəyini ifadə edən heyvanı harada görmüsünüz? Bərəkallah! Cənab Hüseynov, «ziyalı tərbiyəsi» almağınıza baxmayaraq, demə, o qədər də savadlı deyilmişsiniz.

Cızma-qaranızdakı digər cəfəngiyyatı sadalamaya-cağam – çox üzücü işdir. Həm də hesab edirəm ki, siz yaşda adama əlifba dərsi vermək səmərəsiz işdir.

Yazırsınız (sözbəsöz sitat gətirirəm): «Elə adamlar var ki, onlarla apriori polemikaya girmək istəmirsən. Məsələn, parlamentimizin əksər deputatları ilə. Misal üçün, həmkarınız Siyavuş Novruzovla polemikaya girməyin nə mənası?» Təəs-süflə qeyd etməliyəm ki, sizdə qələm əhli üçün vacib bir keyfiyyət – özünüzə qarşı tənqidi münasibət yoxdur. Maraq-lıdır, sizdən daha hörmətli və daha ləyaqətli olan adamlara sizin bu təkəbbürünüz nəyə əsaslanır. Belə deməyə tam əsa-sım var ki, Siyavuş Novruzovun və bir çox deputatların çıxışın-da sizin kin-küdurətli, xuliqan, dəlil-sübutsuz cızma-qaraları-nızdakından müqayisəedilməz dərəcədə daha çox sağlam məna, həqiqət və öz ölkəsinə faydalı olmaq arzusu var. İddia edirsiniz ki, siz cızma-qaralarınızda xalqın mənafelərini və hüquqlarını qoruyursunuz.

Ümidvaram ki, xalqın sizin xidmətlərinizə ehtiyacı olmadığını başa düşmək üçün qədərincə anlaqlısınız. Əgər sizi Bakıda ciddi adam kimi qəbul etsəydilər, öz qeyri-konstruktiv, dağıdıcı fəaliyyətinizlə xalqa və ölkəyə ziyan vurardınız. Amma bu bir faktdır ki, siz artıq çoxdan iyrənc bir simaya çevrilmisiniz. Belələrinə isə fikir verən yoxdur. Əgər siz iqtidarın, azacıq da olsa, qanını qaraltdığınızı güman edirsi-nizsə, bərk yanılırsınız. Cənab Hüseynov, sizin mövcud-luğunuz və fəaliyyətiniz azı iki səbəbə görə iqtidara faydalı və sərfəlidir. Birincisi: siz öz jurnalınızla birlikdə hakimiyyət qurumları üçün qorxulu deyilsiniz, çünki inandırıcı dəlil-sübutlar əvəzinə, söyüş və təhqirlərdən istifadə edirsiniz, bu cür söz yaradıcılığı, daha doğrusu, boşboğazlıq isə hökmən əks təsir göstərir. Oxucular sizin alçaq, əsassız qarayaxma-larınızdan zərər  çəkənlərə rəğbət bəsləməyə və canıyanan-lığa başlayırlar. İkincisi: xaricdə və ya ölkənin daxilində iqti-darı mətbuata təsir göstərməkdə və söz azadlığının məhdud-laşdırmaqda təqsirləndirməyə başladıqda iqtidar nə edir? İqti-dar dərhal növbəti əsərlərinizin çap olunduğu «Monitor» Jur-nalını növbəti tənqidçiyə tədim edir və soruşur: cənab tən-qidçi, siz söz azadlığını deyil, söz azğınlığını nümayiş etdirən «Monitor»a bənzər nəşri harada, dünyanın hansı ölkəsində görümüsünüz? Burada tənqidçi susmalı olur, ona görə ki, həqiqətən, dünyanın heç bir ölkəsində Bakının «Monitor» jurnalı kimi belə xuliqan, böhtançı, üfunətli iy verən jurnal nəşr edilmir. Elə bu ruhda da işinizdə olun, görəcəksiniz ki, qədirşünas iqtidar jurnalınızın saralıb-solmasından ehtiyatla-naraq, onu əl altından yemləyəcəkdir. Cənab Hüseynov, sizi məyus etmək istəmirəm, amma bilin, öz xalqını müdafiə etmək üçün mənəvi hüquq almaqdan ötrü insan mənəvi və intellektual keyfiyyətlərə malik olmalıdır. Onlar isə sizdə görünmür, cənab Hüseynov. Bəlkə sizin barənizdə ədalətsiz danışıram? Bəlkə «Monitor»dakı məqalənizə görə hirslənmi-şəm? Yaxud mənim barəmdə yaxud ölkənin bəzi gözəl insan-ları haqqında bir müddət əvvəl İnternet saytınızda yazdığınız iyrənc hədyanları sizə bağışlaya bilmirəm? Bəlkə, mənim fikrimə rəğmən, siz doğrudan da gözəl jurnalist, xalqın və hər bir insanın hüquqları uğrunda çarpışan görkəmli mübarizsiniz? Bilirsinizmi, tez-tez belə olur – birisi, demək olar, peyğəm-bərdir, di gəl ki, vətəndə onu bu cür qəbul etmirlər. Əvəzində, başqa ölkələrdə insanlar zillət çəkən xalqın nurlu gələcəyi  naminə çox ağır yükün altına girən azmanın fəaliyyətinə heyrandırlar. Belə hallar olur.

London nəşriyyatı mənə 2004-cü ilin «The Interna-tional WHO I”S WHO” adlı çox iri həcmli ensiklopedik soraq kitabı göndərmişdir. Qarşımda masanın üstündə olan bu kitaba dünyanın bütün ölkələrinin, o cümlədən də Azərbaycanın hal-hazırda yaşayan çoxsaylı nümayəndələri – mədəniyyət, elm, incəsənət, siyasət xadimləri, ixtiraçıları, idarəçilik mütəxəs-sisləri və başqaları daxil edilmişlər. Bu kitabda çoxlu jurnalist adları, habelə insan hüquqları uğrunda mübarizlərin, o cumlə-dən əqidələrinə görə yerlərdən təqib edilənlərin adları var. Cənab Hüseynov, gözlənildiyi kimi, bu kitabda sizin adınız yoxdur və sizi əmin edə bilərəm ki, adınız bu nəşrə gələcəkdə də, yəni heç zaman düşməyəcəkdir. Nəzərinizə çatdırım ki, bu soraq kitabını Azərbaycan iqtidarı deyil, təcrübəli ensiklopedi-yaçılar, öz işinin ustası olan, həqiqi dəyərləri elə ilk baxışdan seçməyi bacaran zəngin məlumatlı, yüksək ixtisaslı adamlar tərtib etmişlər. Yeri gəlmişkən, jurnalist adları arasında mənim Norveç səfirinə yazdığım məktubda sadaladığım jurnalistlərin adlarına da rast gəlmək olar. Yadınızdadırmı? Mən yazmışdım ki, vicdanlı jurnalistləri bu haramzada və tünbətünlərin fonun-da, klertomaniyaya yoluxmuş məkrli adamyeyənlər arasına düşmüş ürkək, fağır turistlər kimi görünürlər. Mən öz fikrimdə qalıram.

Siz məni elit evdə yaşamaqda, Çin restoranlarında nahar etməkdə qınayırsınız. Sizin sözlərinizi eyniliklə təkrarla-yıram: «Oxucularınızın nəzərinə çatdırıram ki, bu restoran şəhərimizin Ən bahalı müəssisələrindən biridir». Sizin bu sözlərinizin adi etika qaydalarının pozulması olduğunu nəzərə çatdırmağın faydasız iş olduğunu başa düşsəm də, hər halda, bəzi şeyləri sizin anlayacağınız şəkildə izah edim. Siz məqalə-nizdə mənim barəmdə yazırsınız (sözbəsöz sitat gətirirəm): «Sizin əsərləriniz Bakı gənclərinin əksəriyyəti üçün şəhərin himni olmuşdur». Bundan belə nəticəyə gəlirəm ki, mənim yazıçı olmağım, hər halda, sizə məlumdur. Mən, həqiqətən, yazıçıyam. Əsərlərim 27 ölkədə nəşr olunmuş, pyeslərim müxtəlif dövrlərdə 40-50 teatrda səhnəyə qoyulmuş, ssenari-lərim əsasında on iki bədii və 20-yə qədər sənədli film çəkilmişdir. Bu il Bakı dram teatrı mənim yeni «Neft bumu hamıya gülümsəyir» pyesimi səhnələşdirmişdir. Ola bilər, bu pyes yaxın gələcəkdə Moskva teatrlarından birində də səh-nəyə qoyulacaqdır. Bütün bunları nəyə görə deyirəm? Cənab Hüseynov, bunu deməkdə məqsədim odur ki, indiki ölçülərə görə varlı olmasam da, hər halda özümə, sizin dediyiniz kimi, elit ev, bağ tikdirmək üçün kifayət qədər qazanmışam. İstə-yəndə öz dostlarımla ən bahalı restoranlarda şam etməyə də gücüm çatır. Mən təmin olunmuş adamam və heç vaxt hakimiyyətə satılmağa nə ehtiyac görmüşəm, nə də bu arzuda olmuşam. Niyə? Siz bunu başa düşməzsiniz, lakin mən istədiyim kimi yaşayıram və həmişə düşündüyümü deyirəm. Yeri gəlmişkən, mən heç vaxt həyatda, hətta cavanlığımda da dövlətə müraciət edib, onun hesabına mənə ev verilməsini və yaxud maddi yardım göstərilməsini xahiş etməmişəm. Onu da deyim ki, mən nəinki satılmamışam, hətta acıqla zingildəyən sandıqtulası almağa imkanım var. Ailə büdcəsinə ziyan vurmadan, bir neçə belə tula ala bilərəm. Lakin mən bunu etmirəm, çünki hətta mənə yox, başqa bir yaxşı adama hürən tulalardan xoşum gəlmir. Məni düz başa düşün, mən heç də heyvanların əleyhinə deyiləm – mənim iki itim – mopsum və ovçarkam var, mehriban, ağıllıdırlar. Satqın, acıqlı, zingil-dəyən tulalar isə, üzr istəyirəm, məni əsəbiləşdirir və bu, özümdən asılı deyildir.

Siz qəribə şeylər yazırsınız (sözbəsöz sitat gətirirəm): «İstəyirsiniz, müqayisə edək – diri gözlü satın alınmış, şərəfsiz böhtançı, jurnalist Elmar Hüseynov (gördüyünüz kimi, mən özümə vurğun deyiləm, əminəm ki, siz məni məhz onların sırasına aid etmisiniz) necə yaşayır və satılmamış ziyalı Mak-sud İbrahimbəyov necə yaşayır? Zənnimcə, yaşayış şəraitləri-mizin müqayisəsi yalnız sizin xeyrinizə olacaq».

Əzizim, siz ağlınızı itirmisiniz! Hansı müqayisədən söhbət gedə bilər? Məlum olur ki, siz digər nöqsanlarınız və qüsurlarınızla yanaşı, həm də, özünüzdən müştəbeh adamsınız. Ağlınızı başınıza yığıb bir ədalətlə düşünün. Mənimlə müqa-yisədə sizin mənziliniz necə olmalıdır? Sizin heç vaxt həyatda Maqsud İbrahimbəyovun dostları  kimi adlı-sanlı dostlarınız, kitabxananız və başqa şeyləriniz olmayacaq. Siz, cənab Hüsey-nov, xroniki uğursuz adamsınız, yarımçıq jurnalistsiniz və bütün kinli paxıllar və uğursuz adamlar kimi bütün dünyaya nifrət edirsiniz və ilk növbədə, öz gözəl ölkənizə qarşı qəzəb-lisiniz. Bu cür adamların şərəfsiz və mənasız həyatlarında, bir qayda olaraq, axıradək yaxşı heç nə olmur. Bütün bunlarla yanaşı, normal insanların nifrətini qazandığınız halda, şika-yətlənirsiniz ki, başqalarından pis yaşayırsınız?! İşə bax ha! Həqiqətən, də əlacsız bir haldır.

İndi nənənizi bir daha yada salmağın əsl vaxtıdır. Sizin nənənizi nəzərdə tutmuram, ümumiyyətlə, hesab edirəm ki, insanın həyatında nənələrin rolu çox böyükdür, onların rolu hətta valideynlərin rolundan da artıqdır. Əsas mənəvi prinsip-ləri böyüməkdə olan uşağın şüuruna nənələr yeridirlər. Buna görə də, cənab Hüseynov, ümid edirdim ki, uşaqlıqda nənəniz yalan danışmağın pis adət olduğunu sizə izah edib. Məqalənizi oxuyub başa düşdüm ki, sizin nənəniz böyük məğlubiyyətə uğrayıb. Norveç səfiri haqqında məqaləm iki qəzetdə dərc olunmuşdur. Əvvəlcə, «Zerkalo»da, iki gün sonra isə eynilə «Bakinski raboçi»də. Odur ki, burada yazdığımı yoxlamaq çox asandır. Siz «Monitor» jurnalında mənim məqaləmin məğzini tamamilə, öz istədiyiniz kimi təhrif etmisiniz. Siz mənim sözlərimi olduğu kimi verməmisiniz, sözləri və cümlələri istə-diyiniz kimi dəyişmisiniz, məqalənin məntiqini təhrif etmi-siniz, özünüzün uydurduğunuz ağlıma belə gəlməyən sərsəm fikirləri yazmısınız. Hələ üstəlik, şəxsən mənə böhtan atmısınız. Demək istərdim ki, vicdanlı adamlar belə hərəkət etməzlər, lakin sizin üçün qapalı olan bu mövzuda söhbət etməyin faydasız olduğunu düşünüb, bundan vaz keçdim; qozbeli qəbir düzəldər. Bunun əvəzinə sizin məqalənizi oxuyub qurtarandan sonra əllərimi yaxşı-yaxşı yudum. Cənab Hüseynov, sizinlə istənilən formada ünsiyyət saxlamaq arzu-sunda olmadığım üçün sizinlə polemikaya girmək təklifinizi də qətiyyətlə rədd edirəm. Ən başlıcası isə, bunu etməyə şəxsi ləyaqət hissim yol vermir. Özünüzün antisanitar «jurnalist» fəndlərinizə, ədəbsizliyinizlə mənəvi ziyan vurduğunuz adamlara sizinlə qəzet səhifələrində deyil, yalnız və yalnız yaxşı vəkilin iştirakı ilə məhkəmədə polemikaya girməyi məsləhət görürəm. Bununla belə, hesab edirəm ki, vaxtımı sizə hədər yerə sərf etmədim. Faydalı iş gördüm. Sizi, cənab Hüseynov, yaxşı-yaxşı yoxladılar, ölçüb-biçdilər və çox böyük, islahedilməz əyər-əskikliklər aşkar etdilər.

 

«Yeni Azərbaycan» qəzeti,

7 noyabr, 2003-cü il