Maqsud İbrahimbəyovun rəsmi vebsaytı

DƏNİZDƏ QASIRĞA

BİRİNCİ KİTAB

Şimali Abşeron sahilləri başdan-başa qaranlığa qərq olub.

Təkcə sahilin lap yaxınlığındakı təpənin üstündə xudmani bir evin pəncərəsindən işıq gəlir. İyirmi yeddi yaşlı neft kimyaçısı Kamil Məmmədəliyev köhnə “Reminqton”unda nə isə çap edir; hərdənbir ara verərək, lazımi kimyəvi formulaları makina mətninə əllə yazır. İşini qurtarıb ayağa qalxır, otaqdan, sonra da evdən çıxır.

Bura adi Bakı bağlarından birinin həyətidir – qumun üstünə sərilmiş üzüm tənəkləri, su quyusu, ilin bu fəslində hələ çılpaq olan bir necə əncir və nar ağacı gözə dəyir. Ağarmaqda olan dan yerinin alatoranında bağın əlli-altmış metrliyindən başlanan dənizin hamar, dalğasız səthi, kimsəsiz qumlu sahillər zorla sezilir. Kamil artıq evə dönməyə hazırlaşır, ancaq həmin anda elə bir hadisə baş verir ki, yorğunluğu bir göz qırpımında yox olur: sahilin lap kənarında suyu yüngülcə sıçradaraq, demək olar ki, səssiz-səmirsiz, bir sualtı qayıq dəniz səthində peyda olur. Ondan içərisinə hava doldurulmuş bir avarlı qayıq aralanır. Qayıqda bir neçə sərnişin, o cümlədən iki qadın var.

Kamil binokl götürmək üçün evə qayıdır, sonra tələsik geri dönüb, qayığı bir müddət maraqla müşahidə edir. Qayıq sahil boyu üzərək, mayakın uçuqları görünən qayalıq burun istiqamətində uzaqlaşır və döngəni burulub gözdən itir. Soyuqdan büzüşmüş Kamil evə qayıdır.

Həmin gün sübh tezdən sovet hərbi gəmisi açıq dənizdə adi patrul xidmətinin yerinə yetirir. Onun lap yaxınlığında, paralel kursla yaraşıqlı bir yaxta üzür. Üzərində İran bayrağı dalğalanan yaxta elə bil “sərhədçi”ni addım-addım izləyir.

– Düz altı saatdır dalımızca gəlir, – deyə sərhədçi zabit dillənir.

O, kapitanın yanında, körpücükdə dayanıb, binoklla “qonşu”nu seyr edir. Yaxtadan kim isə əl edib onları salamlayır. – Ötən həftə seyner bizi qarabaqara izləyirdi, indi də bu. Lap ovçuları azdırıb, öz yuvasından uzaqlaşdırmağa çalışan tülküyə oxşayır.

– Şübhəsiz, nəsə bir məqsədi var, – deyə kapitan qaşqabaqlı halda razılaşır. – Buralarda heç kəs boş-boşuna dolaşmaz. Nə mənzərəsi bir şeydir, nə də havası. – O, danışıq borusuna sarı əyilir:

– Dəstənin bütün gəmilərindən təkrar soruşun: qonşu kvadratlarda şübhəli bir şey görməyiblər ki?

– Oldu, kapitan! Dəstənin bütün gəmilərinə təkrar sorğu göndərilsin!

Səhər tezdən yuxudan qalxan kimi Kamil kiçik qardaşı Poladı oyatmaq üçün onun otağına keçir. Bir divar başdan-başa atletik bədən quruluşuna malik otaq sahibinin sərbəst güləş karyerasının ən xoş məqamlarında lentə alınmış şəkillərlə doludur. Rəflərin birindən kitablar yığışdırılıb, oraya hələ yuxuda olan gəncin idman zəfərlərini əks etdirən bir neçə kubok düzülüb. Kamil qardaşını oyadır.

...Səhər yeməyini masanın üzərinə düzən Kamil narahatlıqla qardaşına baxır:

– Gecikirik!

– Əcəb havadır, gərək eyvanda oturaydıq, – deyə Polad əlini süfrəyə uzadaraq dillənir. – Duzunu bir yarımca kilo az töksəydin, lap dadlı qayğanaq alınardı.

– Bu gecə sualtı qayıq görmüşəm. – Kamil xəbər verir.

– Sonra?

– Heç, eləcə sualtı qayıq gördüm.

– Sonra nə oldu e? Onu de görək!

– Əvvəl suyun səthinə qalxdı, sonra sahilə bir neçə adam düşürdü, sonra da təzədən suyun altında qeyb oldu. Vəssalam.

Kamillə Polad sahil boyunca irəliləyir. Qayığın yan aldığı yerə çatırlar. Polad diqqətlə izlərə baxır.

– Bəlkə yuxuda görmüsən?

– Yuxu-zad deyil, şübhən olmasın.

– Onlar sahillə elektrik qatarı stansiyasına sarı gedirlər.

– Sən mənim böyük qardaşımsan, dediklərinin hamısına inanmaq mənim borcumdur, hətta Xəzər dənizində səkkizayaqlı ilbiz və köpək balıqları kimi, sualtı qayıqların da olmadığını dəqiq bilsəm belə... Sərnişin daşıyan sualtı qayıqlar isə, mən bilən, ümumiyyətlə olmur.

– Qadın sərnişinlərdən biri isə lap Meri Pikforda oxşayırdı.

Binoklla açıq-aydın görürdüm.

8 – Yaxşı, tutaq ki, sualtı qayıq qayıtdı suyun dibinə. Bəs sərnişinləri aparan o biri qayıq necə oldu? Avarlı qayıqla şəhərə azı iki günlük yoldur. Elə isə, onda sənin gözəlçələrin görəsən hara qeyb olublar?

Kamil fikirli-fikirli:

– Qayıq mayaka tərəf üzürdü... – deyir və dərhal da əlavə edir, – yeyin gəl, mən hələ evə çatıb paltarımı dəyişməliyəm.

– Atama salam de. Sabah şəhərə gələndə onun iş yerinə dəyəcəyəm.

Nahara ləngimə. Nərə balığı qızardacağam, sənsə çörək, bir də göyərti alarsan.

Onlar stansiyaya elektrik qatarı ilə eyni vaxtda çatırlar. Tək qalan Polad dönüb evlərinə qayıtmaq istəyir, ancaq bir-iki addım atdıqdan sonra fikrini dəyişib, yarıuçulmuş tənha mayaka sarı yönəlir.

Kamil fikirli halda elektrik qatarının pəncərəsindən baxır.

Dənizin mavi suları sonuncu dəfə görünüb yox olur. İndi qatar ta üfüqədək hər tərəfi bürümüş sıx buruqlar meşəsinin içi ilə şütüyür.

Ən güclü təxəyyül belə bu əzəmətli, hansısa məşum bir qüvvə tərəfindən yaradılmış mənzərəni canlandırmaqda, bəlkə də acizdir.

Şəbəkəli, qara buruqlardan ibarət qalın bir meşə və həmin buruqlardan hər birinin içərisində ahəngdar surətdə enib-qalxan qara şatunlar... Onların hərəkəti elə təəssürat yaradır ki, guya bu cansız, bu ölü meşədə hansısa bədheybət varlıqlar yaşayır. Və bunun nəticəsində neft hopmuş qapqara torpaqda “bitən” həmin meşə təsadüfi yolçuya ikrahoyadıcı, vahiməli görünür. Buruq “ağac”lardan minlərlə kiçicik neft arxı ayrılır, sonra onlar qovuşaraq, nisbətən iri çaylar əmələ gətirir. Və bu neft çaylarından hər biri öz alov doğuran möhtəviyyatını mədənlər ərazisindən keçirərək magistral vaylara çatdırır, onlar isə coşqun, qara nəhrlərə – neft şəlalərinə çevrilib yeraltı göllərə – rezervuarlara tökülür.

Polad qayaların arası ilə irəliləyir. Mayak yerləşən təpənin zirvəsinə, qaya parçalarının örtüb görünməz etdiyi, güclə görünən bir cığır qalxır. İliklərə işləyən şiddətli külək başlayır. Polad şərfini boynuna bir az da möhkəm dolayıb, idman gödəkçəsinin başlığını qaldırır. Əynində köhnə balıqçı plaşı olan bir nəfər külək tutmayan tərəfdən mayakın divarına qısılaraq çömbəlib oturub. O nə vaxtsa mayakın qapısı olmuş oyuqdan içəri keçən Poladı arxadan görür.

Pilləkənlə ikinci mərtəbəyə qalxan Polad yarıqaranlıqda boş yeşiyə 9 toxunub büdrəyir. Yeşik gurultu ilə aşağı diyirlənir. Polad meydançadakı yeganə qapını açır. Bu geniş, dairəvi otaq yəqin vaxtilə mayak baxıcısının yaşayış yeri imiş. Otaqdakı adamlar dərhal yerlərindən sıçrayıb qalxırlar. Poladın baxışları qadınlardan birinin gözləri ilə bir anlığa qarşılaşır. Bu qadın diqqəti cəlb edən parlaq gözəlliyi ilə seçilir. Polad sövq-təbii arxaya çevrilir: onun ardınca yuxarı gəlmiş, əynində balıqçı plaşı olan kişi bıçağı endirməyə hazırlaşır.

Polad sağ əli ilə rəqibinin biləyini qamarlayır. O, artıq Poladı yaralamağa macal tapsa da, idmançı özünü itirmir, məşqdə imiş kimi asanlıqla sərbəst güləşdə “dəyirman” deyilən fəndi işlədir. Rəqibi onun çiyni üstündən uçub, təpəsi üstdə zərblə daş döşəməyə çırpılır.

Ani çaşqınlıqdan özlərinə gələn kimi otaqdakılar Poladın üstünə cumurlar. Polad sıldırım qayanın kəlləsindən özünü dənizə tullayır.

Timsah kimi burunlarını irəli uzatmış qayalara sanki bir möcüzə nəticəsində çırpılmayan Polad suyun altında gözdən itir.

– Vasif onun üstünə atılmasaydı, hər şey yaxşı qurtarardı, – deyə təqibçilərdən biri – yerdə qalan kişilərin hamısı kimi əynində qaba brezent plaş olan kişi qayanın zirvəsindən dəniz sularına diqqətlə baxdıqdan bir xeyli sonra dillənir.

– Vaxta hələ yarım saat qalır, ümid edək ki, dalımızca maşını təyin olunmuş vaxtda göndərəcəklər.

Elə həmin mayakdan bir az aralıda, dəniz sahilində birmərtəbəli ev. Kamillə Poladın xudmani evciyindən fərqli olaraq, bu, geniş aynabənd eyvanlı möhkəm daş binadır. Ev sahibi – sabiq milyonçu, neft sənayeçisi Əbiyev kresloda əyləşib demi çəkir. Evə bir fayton yaxınlaşır. Əlində kiçik həkim çamadanı olan cavan bir adam faytondan düşür. Keçmiş faytonçu, indi isə bağban, həm də eyni zamanda aşpaz, təsərrüfat müdiri, eşikağası, bir də qulaq yoldaşı vəzifələrini icra edən Məmməd aralı qapıdan başını içəri salır:

– Bəy, doktor gəlib! Qəbul edək?! – deyə o, qocalara xas olan bir tərzdə kəlmələri fışıltı ilə tələffüz edərək soruşur.

– Lap ağlın çaşıb, Məmməd, – Əbiyev gülümsünür. – Bu çöllübiyabanda məni yoxlayan yeganə adam, doktordur, sən də hələ bir soruşursan ki, onu buraxım evə, ya yox.

– Salam-əleyküm, bəy! Gözümə bir az narahat dəyirsiz. Yoxsa mənə elə gəlir?

10 – Əyləş, əyləş. Narahat-zad deyiləm. Qocalıqdır da... oturub özümçün fikrə dalmışam. Bir vaxtlar sahibi olduğum bu kəndə baxıb düşünürəm ki, siz bolşeviklər hər halda qəribə adamlarsınız.

– Bəy! – Həkim tənə ilə onun sözünü kəsir.

– Canına vicvicə düşməsin. Əgər mən nəsə deyirəmsə, deməli, onu deməyə haqqım var. Bəlkə də sən bilmirsən, inqilab olanda mənim imkanım vardı ki, bütün əmlakımı satıb, kapitalımı xaricə ötürüm. Hara desən, çıxıb gedə bilərdim – Parisə, Amerikaya, Avstraliyaya. Ancaq mən getmədim. Öz-özümə dedim ki, sənin bütün xatirələrin bura ilə bağlıdır, ən əziz adamlarının məzarları buradadır. Bu torpağı tərk edib hara gedə bilərdim? Bankdakı pullarımı, mədənlərimi, münbit torpaqlarımı təzə hökumətə bağışladım.

O zaman qərara aldım ki, hamı kimi yaşayacağam – indi də heyfsilənmirəm. Ancaq bu gün səhərdən sahilə baxıb düşünürəm ki, görəsən buralar niyə belə bərbad haldadır? Axı bu cür mənzərəli sahildə gözəl evlər, restoranlar tikmək olar. Hələ Aralıq dənizini demirəm, heç olmasa Qara dəniz sahillərindəki kimi çimərliklər salmaq olar, həm camaatın ürəyincədir, həm də dövlət varlanar.

– Üzr istəyirəm, bəy, – həkim xəfif təbəssümlə sözə başlayır.

– Axı elə indicə özünüz buyurdunuz ki, bu torpaqlar əvvəllər sizə məxsus olub...

– Elə gözləyirdim ki, bunu mənə xatırladacaqsan; – Əbiyev qalibanə əda ilə dillənir. – Boynuma alıram, biz kapitalistlər camaat üçün çimərlik-filan qayğısına qalmırıq. Düzdür! Ancaq bəs onda aramızda nə fərq olur? Mən kiməm – kapitalist, istismarçı, hər şeydə mənfəət güdən bir şəxs. Axı siz inqilabçıların ki bütün dərdisəri xalqın qayğısını çəkməkdir.

– Hər şeyçün vaxt gərəkdir, əzizim bəy! Respublika hələ gəncdir, kurortlardan daha vacib problemlərimiz var. Məsələn, elə götürək səhiyyəni. Heç bilirsiniz son illər...

– Qəzetləri mən elə özüm də hər gün oxuyuram, – Əbiyev onun sözünü kəsərək əlini yelləyir.

Həkim həftəlik müayinəsinə başlayır, bəyin hərarətini ölçür.

– Nə deyə bilərəm? Öz yaşınıza görə siz tamamilə sağlam adamsınız. Heç bir məxsusi müalicəyə ehtiyacınız yoxdur. Əgər yaxşı yemək, təmiz hava və qulluq təmin edilsə, hər şey yaxşı olar.

Dediyim məsələlər nə yerdədir? Nəyə ehtiyacınız var?

11 – Sovet hakimiyyəti mənimçün yetərincə çox şey saxlayıb: bu evim, şəhərdəki mənzil, pensiya, hətta hər həftə həkim də göndərirlər.

Yaxşı yeməklə bolluca təmin edilmişəm. – Əbiyev bir az fikirləşib, vəziyyəti daha ətraflı təsvir edir. – Təmiz hava? Burada əla dəniz havası uduram. Deməli, hava sarıdan da bəxtim gətirib.

Qalır bir şey; o da ki... Doktor, onlar gedən deyillər.

– Bəy, rica edirəm, mənim yanımda belə zarafatlar etməyin, – deyə həkim etirazını bildirir. – Elə keçən dəfə də fikrimi yayındırdınız, Sizə deməyə hazırlaşırdım ki, il uzunu şəhərdən uzaqda yaşamağınız heç ürəyimcə deyil.

– Şəhərdə yaşamaq mənimçün çətindir, şəhər evləri, ələlxüsus da ümumi mənzilləri olan binalar əsl işgəncədir. Birdən qanın qara olur, heç kəslə kəlmə kəsmək istəmirsən, ancaq məcbursan ki, qonşularla danışasan. Öz komamda tənha yaşamaq o cür mənzildə qalmaqdan yaxşıdır. Onsuz da divarın o üzündə yad adamlar yaşayır.

– Axı qışda buralarda heç kəs qalmır. Hamı bağlardan şəhərə köçür. Olmadı belə, oldu elə...

– Buralar çox sakit yerdir. Heç vaxt heç bir hadisə-filan olmur.

Son 50 ildə üçcə dəfə dava olub – üçü də qısqanclıq üstdə özü də hər üçü yazda.

Əbiyev həkimin baxışlarını izləyərək, onun diqqətlə nəyə isə fikir verdiyini görür. Üst-başı qan içində, paltarlarından su süzülən bir adam evə yaxınlaşır. Bu, Poladdır, səndələyə-səndələyə çətinliklə pillələri qalxır.

Məmməd başını qapıdan içəri salır:

– Bəy, gələn var. Buraxım?

– Tez onu tut, yıxılmasın. Gəlirik, – Əbiyev çətinliklə yerindən qalxır.

Huşunu itirən Polada ilk yardım göstərdikdən sonra bəyin isti xalatına bürüyür və köməkləşib onu faytonun oturacağına yerləşdirirlər ki, şəhərə aparsınlar.

– Özünə gəlincə qoy hələ burada qalsın, – deyə Əbiyev təklif edir.

– Vəziyyəti təhlükəlidir. Onu təcili xəstəxanaya çatdırmaq lazımdır, – həkim qəti etirazını bildirir.

Yaralı ilə həkimi aparan fayton uzaqlaşır. Əbiyev fikirli halda keçib masa arxasında əyləşir, sonra da radioqəbuledicini – ortada işıqlanan gözcüyü olan iri taxta qutunu – o dövrdə geniş yayılmış 12 “ÇRL-8” markalı radionu qurur. Efir maneələri və alqış sədaları səngiyəndə Hitlerin uca səslə söylədiyi nitqi eşidilir. Əlində məcməyi içəri girən Məmməd maraqlanır:

– Bu adam kimdir? Niyə belə hirslidir?

– Adolf Hitlerdir. Özü də hirsli-zad deyil, əksinə, kefi kökdür.

O, böyük uğur qazanıb, Məmməd. Avropanın yarısını tutub, – radioya qulaq verib, eşitdiklərini tərcümə edir: – Deyir, guya Allah onu yer üzünə bir məqsədlə göndərib: alman xalqını xoşbəxt etmək. Və o həmin məqsədə çatmaq yolunda heç bir maneə qarşısında dayanmayacaq, – radioqəbuledicinin səsi kəsilir. – Onu heç nə dayandıra bilməz!

– Mən belə adamlar görmüşəm. Beləsi heç vaxt yaxşı şey vəd etməz. Yox, əgər haranısa yandırmağa, kimi isə öldürməyə söz verirsə, sözünün üstündə duracaq. Bu da ciddi danışır, səsindən bilinir.

Əbiyev səbirsizliklə əlini yelləyir:

– Sən o yaralıdan danış, bizim qonşudan. Anlaşılmaz əhvalatdır.

– Kim isə əvvəl onu bıçaqlayıb, sonra da hər ehtimala qarşı suda batırmaq istəyib. Belə bir adət var, bəy.

– Get, Məmməd, get.

Şəhər vağzalının binası qarşısında fayton və taksilərdən ibarət qarışıq cərgələr düzülüb.

Kamil dənizkənarı küçədə evlərinin qabağında taksidən düşür.

Bu, müharibədən əvvəlki tipik arxitektura üslubunda ağ daşdan tikilmiş, hündür Venetsiya pəncərələri və iri açıq küçə eyvanları olan binadır. Atası evdədir, Kamilin dayısı Əbülfəzlə söhbət edir.

– Dayını təbrik elə, – anası utancaq halda başını aşağı dikmiş Əbülfəzə işarə edərək Kamilə deyir. – Dünən uşağı olub.

– Səkkizincisi? Pah atonnan! Bu qədər uşağı neynirsən, a kişi?

– deyə Kamil heyrətlənir. Təbrik edirəm, təbrik edirəm.

– Səkkizinci olanda nə olar? – Əbülfəz möhkəm inciyir. – Narahat olma, birtəhər dolandırarıq. Qorxma, səndən çörək-su istəyən deyiləm.

Kamil onu axıradək dinləmədən qonşu otağa keçib, tələsik paltarını dəyişməyə başlayır.

– Adam da belə şey eləyər? – Anası tənə ilə dillənir. – Təbrik əvəzinə...

1 3– Yaxşı, yaxşı, bağışla. Zarafat elədim, qoy özləri üçün törəyib çoxalsınlar.

Anası cavab verməyə macal tapmamış, telefon zəng çalır. Dəstəyi götürüb qulaq asır və sonra yerinə qoyub deyir:

– Bağırovun qəbul otağındandı. Dedilər ki, on birə on beş dəqiqə qalmış sənin dalınca maşın göndərəcəklər.

– Lap yaxşı. Deməli, birlikdə səhər yeməyinə hələ vaxtımız var, – atası öz fikrini bildirir.

– Kimi çağırıblar Bağırovun yanına? Guya səni? Ola bilməz!

Əbülfəz bic-bic gülür.

– Çağırıblar, çağırıblar, – stol arxasına keçən Kamil dillənir.

– Ancaq sən əsəbiləşmə.

– Söhbətə adam qəhətdir? – Əbülfəz hələ də heyrətlənir.

– Səninlə danışmaq heç mənimçün maraqlı deyil, o da ola... yəqin səni eyni familiyalı başqa adamın yanına çağırıblar. Xüsusi belə adamlar saxlayırlar ki, sənin kimilərlə onlar söhbət eləsinlər.

Atası söhbətin mövzusunu dəyişməyə cəhd göstərir:

– Gələn bazar mən də bağa gedəcəyəm. Təsəvvür edirəm, indi oralar necə gözəldir.

– A kişi, sən ayaq üstə zorla durursan, – deyə anası söhbətə qoşulur. – Mayın ortalarınacan heç yerə getdi yoxdur! Bəs Polad şəhərə gəlməyəcək?

– Həftənin axırında gələcək. Bu nədir belə? – Kamil atasının ona uzatdığı açıq kitabı alıb maraqla baxır.

– Şagirdlərim üçün hazırlamışam – neft tarixinə dair faktlardır.

Bax, bunlar Roma imperiyası dövrünə aiddir, daha dəqiq 624-cü ilə. Həmin il qədim Roma imperatoru Bakıya soxulmuş, atəşpərəstlərin bir neçə məbədini dağıtmışdı. Ancaq romalılar bu diyarı qul edə bilməmişdilər. Bizim əcdadlarımız o zaman görünməmiş silahdan – içərisinə yanıcı maye doldurulmuş gil qablardan istifadə etmişdilər. Bu qabları hara tullasan, hədəfə dəyən kimi hər şeyi yandırırmış, onun alovunu söndürmək qeyri-mümkün imiş – nə su, nə də qum kömək edirmiş. Qoşunda xüsusi “neffatinlər” – “neft atanlar” olarmış, onlar katapultalardan həmin maye doldurulmuş bardaqlarla “atəş açarmışlar”. Tarixçilərin təsvirinə görə, həmin maye yanarkən özündən oksigen ayırır. Odur ki, həmin alovu söndürmək əslində mümkün deyilmiş. Özün bilirsən, yalançı vətən- 14 pərvərlik duyğusu mənə yaddır, ancaq bütün faktları diqqətlə araşdırandan sonra inamla deyə bilərəm: Bakıda işlədilmiş həmin silah o vaxtadək tarixdə olmayıb.

– “Yunan alovu”na bənzər bir şeymiş, – Kamil xəfif təbəssümlə dillənir.

– Bəli, bəli. Məhz “bənzər” bir silahmış. Konstantinopolda yaşayan memar Kallinik Bakıdan gətirilmiş neft əsasında artıq 650-ci ildə həmin dəhşətli silahı təkmilləşdirir. Onun reseptinə əsasən, çoxavarlı gəmilərin burnunda quraşdırılan xüsusi nasoslardan düşmən üzərinə yanar maye şırnağı tuşlayırmışlar. Bu silaha “yunan alovu” adını da məhz o verib. Bir neçə yüz il ərzində – ta 1189-cu ildə İkinci Lüteran kilsəsi “canlı qüvvə arasında həddən artıq və lüzumsuz insan tələfatına səbəb olduğu” üçün “yunan alovu” nun Avropada tətbiqini qadağan edənədək bəşər övladı həmin silahdan istifadə etmişdi.* Hə, necədir? Maraqlıdır?

– Gör a, sən demə, benzini lap qədimlərdə ixtira ediblərmiş, – Əbülfəz heyrətlə başını yırğalayır.

– Bəs sənin üçün maraqlı deyil, hər şeyi alovlara qərq edən bu qatışıq nədən və necə hazırlanırmış? – deyə atası Kamildən soruşur.

– Maraqlı olmağına maraqlıdır. Bəs səninçün?

– Mənim bura nə dəxlim? – deyə atası qımışır. – Mən orta məktəbdə kimya müəllimiyəm, sənsə alim. İkimiz də kimyaçıyıq, ancaq hərənin öz vəzifəsi var.

– İki ildir aspiranturanı bitirmişəm, amma hələ heç dissertasiya da müdafiə eləməmişəm, – Kamil gülümsünür. – Məndən nə alim?!

Bu sözlər elə bil Əbülfəzin ürəyindən xəbər verir:

– Düz deyirsən, sən alim sayılsan, onda mən gərək yanıcı maye sayılam ki... hi-hi-hi... özü də “yunan alovu”.

– Maşın gəldi, – deyə anası xəbər verir.

Əbülfəz getməyə hazırlaşan Kamilə ani bir nəzər salıb, cəld eyvana yüyürür.

Doğrudan da eyvanın altında qara “hökumət” maşını dayanıb.

Əbülfəz təzədən içəri cumur, cəld qapıya doğru qaçıb, pilləkəndə özünü Kamilə yetirir:

– Bura bax, doğrudan Bağırovla görüşəcəksən?

Tarixi fakt – Mənim səndən bir xahişim var, – Əbülfəz pillələri enə-enə tələsik dillənir. – Eşidirsən? Belə fürsəti əldən buraxmaq olmaz.

Məqam tap, ona mənim barəmdə danış. De ki, bir yaxşı dayım var, ağıllı, vicdanlı, bacarıqlı təşkilatçıdır. Deyərsən?

– Tutaq ki, dedim. Sonra?

– Sonra da nəzakətlə əlavə edərsən: “Əziz yoldaş Bağırov, əgər bu kristal kimi təmiz insanı harayasa rəhbər təyin etsəniz, bütün xalqımız üçün çox faydalı olar. Lap böyük yer olmasa da, eybi yoxdur, təki rəhbər olsun”.

– İmkan olsa deyərəm, – Kamil əlini küçə qapısının dəstəyinə uzadaraq vəd edir.

– Nə deyəcəksən, təkrar elə görüm, – Əbülfəz xahiş edir. – Hər bir kəlmənin əhəmiyyəti var.

– Əsas məsələni deyərəm də... Deyərəm ki, doqquz nəfərdən ibarət bir gənclər təşkilatının rəhbəri olmaq lap sənin boyuna biçilib.

– O hansı təşkilatlar elə? – Əbülfəz çaşqın halda xəbər alır.

– Sənin ailən – arvadın, bir də səkkiz uşağın!

– Köpək oğlu! – deyə Əbülfəz yoldan ötənlərə əhəmiyyət vermədən, uzaqlaşan maşının arxasınca çağırır. – Bu gündən mənim sən adda bacım oğlu yoxdur. Başdanxarab, üfləmə...

Fayton xəstəxananın həyətinə girir. Poladı cərrahiyyə korpusuna aparırlar. Növbətçi həkim qayğılı halda başını bulayır.

– Xəstəni əməliyyata hazırlayın, – deyə o, baş tibb bacısına tapşırıq verib, dəstəyi qaldırır: – professor Mahmudbəyovu!.. Professor, zəhmət olmasa, qəbul otağına düşün. – Dəstəyi yerinə qoyub, dərhal da başqa bir nömrə yığır. – Milisdir? Semaşko adına xəstəxananın cərrahiyyə şöbəsindən növbətçi həkim Topçiyev sizi narahat edir. Beş dəqiqə əvvəl bizə döş qəfəsi nahiyəsindən ağır bıçaq yarası almış bir cavan oğlan gətiriblər. Xəstə huşsuz haldadır.

Polad cərrahiyyə stolundadır. Əməliyyata son hazırlıq işləri gedir. Yaraşıqlı şəfqət bacısı – praktikant Zərifə qan analizinin nəticələri yazılmış kağızları Mahmudbəyova gətirir.

– Hemoqlobin... aha... Lap buğa kimidir, – deyə o, burnunun altında mızıldanıb, sonra Zərifəyə müraciət edir: – Sizin diaqnozunuz?

– Yaralanıb, qan itirib... Ağzından da qan açılıb!

– Elədir ki, var! Çox güman, plevrası zədələnib... Üstəlik də suda bədəni həddən artıq soyuq çəkib. Dediklərimlə razısınız?

16 – Professor, o ölməyəcək ki?

– Necə yəni ölməyəcək?! – Mahmudbəyov qımışır. – Qırx beş, bəlkə də əlli ildən sonra mütləq öləcək... Narkoz verin!

Polad gözlərini açır. Nəzərləri Zərifənin ona zillənmiş baxışları ilə toqquşur.

Bağırovun kabineti. Pəncərələrindən buxta və dəniz kənarının mənzərəsi görünən çox böyük kabinetdə cəmi bir neçə nəfər var.

Bütün divar boyu dayaqlar üzərində dəniz neft mədəninin eskizi vurulub. Layihə müəlliflərindən biri – Əlövsət Rəhimov göstərici çubuğu eskiz üzərində gəzdirərək, son izahatları verir. Kamil çox diqqətlə qulaq asır.

– Neft tankerlərlə sahildəki ən yaxın məntəqəyə – bax buraya daşınacaq. Burada neft emalı zavodu olacaq.

– Bəs niyə sualtı neft kəməri ilə yox, məhz tankerlərlə? – deyə Bağırov Rəhimovun sözünü kəsir.

– Biz bu barədə düşünmüşük, yoldaş Bağırov. Lakin gələcək dəniz mədəninin layihələndirildiyi yataq sahildən yüz kilometr aralıda yerləşir. Biz belə nəticəyə gəldik ki, nefti tankerlərlə daşımaq daha sərfəli olar.

– Bəs hava pis olanda necə? Tankerlərin hərəkəti dayananda çıxarılan neft harada saxlanılacaq? Deməli, elə burada – açıq dənizdəcə neft anbarları tikməli olacağıq?.. Belə qənaətcillik bizə baha oturar. Neft kəməri mütləq nəzərdə tutulmalıdır. Sən mənimlə razısan, Rəhimov?

– Bəli, yoldaş Bağırov.

– İndi qalır ən ciddi məsələ: Xəzər dənizində, xüsusilə də qış mövsümündə elə günlər, bəzən elə həftələr də olur ki, fırtına çox şiddətli qasırğa həddinə çatır. Siz, yəni sən və sənin qrupun təminat verə bilərsiniz ki, bu qurğu küləyin şiddətinə davam gətirəcək?

Cavab verməzdən əvvəl yaxşı-yaxşı fikirləş.

– Biz qurğunun ümumi möhkəmliyini və bütün qovşaqların davamlılığını, 12 bal da daxil olmaqla, güclü küləyi nəzərə alaraq layihələndirmişik, – Rəhimov ləngimədən cavab verdi.

– Bəs əgər külək daha şiddətli olsa? – Kamillə üzbəüz əyləşən şəxs, görünür, Bağırovun səsindəki şübhə intonasiyasını sezib sual verir.

– 12 baldan da güclü külək? – Kamil gülür. – Görəsən bu nə ola bilər?.. Parovoz. Düzmü tapdım?

17 Bağırov zəhmli baxışlarını Kamilə zilləyib, qiymət verirmiş kimi baxır.

– Məmmədəliyev? Sən çox faydalı krekinq qurğusu işləyib hazırlamısan, bu, pis deyil. Bəs sonra?.. Deməli, sən təklif edirsən ki, dəniz neftinin sahildə emalı üçün bu təbii liman yerində iki zavod tikək? Orada yüksək keyfiyyətli benzin, sürtkü yağları, həmçinin mazut istehsal edilsin. Bu da pis deyil. Ancaq bəs necə olub ki, sən layihədə aşqarlar istehsalı sexini nəzərdən qaçırıbsan? Axı nə vaxtadək biz sürtkü yağları üçün aşqarları dünyanın bu neft paytaxtına xaricdən gətirəcəyik? Sənin mənliyin var?

– Vaxt az idi, – deyə Kamil cavab verir.

– O, təklif etmişdi, – Rəhimov dillənir.

– Təklif etmişdinsə, yenə dərd yarıdır. Əlimizdən gələni etməliyik ki, heç kəsdən asılı olmayaq. Məlum deyil sabah bizi nə gözləyir.

Beynəlxalq vəziyyət çox ciddidir. – O, sözünə ara verir. Çünki gözü alır ki, mülki geyimli bir nəfər kabinetinin yan qapısından səssiz-səmirsiz keçərək, kandardaca hərəkətsiz durur. – Nə var? Nə olub?- deyə Bağırov masa arxasında oturmuş Rəşid Əmiraslanova müraciətlə soruşur, – yəni bir saat yarım sənsiz qala bilmirlər?

– Üzr istəyirəm, yoldaş Bağırov, – o, hərbçilərə xas olan cəldliklə yerindən sıçrayıb dillənir.

– Get, get, – Bağırov əlini yelləyib deyir. – Qozbeli qəbir düzəldər... Deməli, harda qaldım? Hə. Avropa üzərində qara buludlar getdikcə sıxlaşır.

Xəstəxana palatası. Zərifə Poladın qoluna iynə vurur. Baş həkimin və professor Mahmudbəyovun müşayiəti ilə Əmiraslanov içəri girir. Nədənsə adamların gəlişindən Zərifə pərt olur, Əmiraslanov bunu sezir.

– Hə, çempion, bu gün işlər necədir? Bir az söhbət edəkmi?

Baş həkim otağı tərk etməzdən qabaq Zərifəyə də işarə edir ki, çıxsın.

– Yox-yox, – Əmiraslanov mehribanlıqla gülümsünür, – qoy tibb bacısı qalsın. Mən həkim deyiləm, ancaq fikrimcə, bu, xəstəmizin sağalmasını tezləşdirər. Axı biz iş barədə danışmağa hazırlaşmırıq.

Eləcə söhbət edəcəyik.

– On beş-iyirmi dəqiqədən artıq olmaz, – Mahmudbəyov xəbərdarlıq edir.

18 – Oldu, – deyə Əmiraslanov razılaşır. Baş həkimlə Mahmudbəyov dəhlizə çıxırlar.

– Siz qətiyyən ehtiyatlı deyilsiniz, – baş həkim tənə ilə sözə başlayır. – Çox yaxşı bilirsiniz ki, Əmiraslanov hörmətli adamdır, xalq komissarıdır.

– E-eh, əzizim, – Mahmudbəyov gülümsünür. – Mənim “Gekuba” ilə, “Gekuba”nın mənimlə nə işi?! Xalq komissarının əsas məqsədi bütün vətəndaşların təhlükəsizliyini təmin etməkdir, mənim vəzifəm isə bir insan həyatının. Hər kəs ilk növbədə öz vəzifəsini yerinə yetirməlidir.

Kamil yüyürə-yüyürə xəstəxanaya girir. Mülki geyimli yekəpərin birisi dərhal onun qarşısını kəsir.

– Qardaşımın yanına gedirəm. Yaralıdır.

– Çox yaxşı. Üstünüzdə bir sənədiniz-zadınız var?

Kamil ciblərini axtarır. Vəsiqəni tapıb, keşikçiyə təqdim edir.

Bu vaxt haradansa başqa bir keşikçi də peyda olub, ikinciyə yanaşır.

Hər ikisi diqqətlə vəsiqəni gözdən keçirir. Keşikçi təəssüflə deyir:

– Əmr olunub ki, qardaşınızın yanına heç kimi buraxmayaq. Siz narahat olmayın, tezliklə sağalar.

– Onda məndən vəsiqə niyə istəyirdin, hə? Oyun çıxarırsan?

– Onsuz da narahatlıq içində olan Kamil əsəbiləşir. O, irəliyə bir addım atır, ancaq kişi yolunu kəsir.

– Əmr olunub ki, heç kəsi buraxmayaq.

Əmiraslanov tələsik pillələri enir.

– Bu adam nə vaxt gəlsə, onu buraxın, – deyə keşikçiyə göstəriş verir. – Qardaşınızın vəziyyəti yaxşıdır. Səhv etmirəmsə, adınız Kamildir. Hardan bildiz qardaşınız burdadır? Onun yaralı olduğunu kim dedi?

– Bütün şəhər bu barədə danışır. Evə çatana kimi azı beş nəfər mənə xəbər verdi, – Kamil çiynini çəkir.

– Hər halda, Bakı qəribə şəhərdir, – Əmiraslanov kədərlə başını bulayır.

Kamil birdən nəyi isə xatırlayır:

– Bağışlayın, deyəsən, biz haradasa görüşmüşük?

– Əlbəttə, bu gün səhər. Mən sizi o saat tanıdım! Əminəm ki, aşqarlar və sürtkü yağları məsələsi bundan sonra daha sürətlə həll ediləcək.

19 Küləksiz dənizdə üzərində İran bayrağı dalğalanan yaraşıqlı yaxta gəzintiyə çıxıbmış kimi, asta sürətlə üzür. Qarşıdan suları köpükləndirə-köpükləndirə esminets şütüyür. Yaxtaya çatmağa yarım kilometr qalmış kəskin hərəkətlə dönərək onu haqlayır. Artıq yaxta ilə yan-yana, paralel kursla irəliləyir. Esminetsdən əmr eşidilir:

– Xahiş edirik, dayanıb, sərnişinləri qəbul edəsiniz.

– Bitərəf sulardayıq. Sizin tələbiniz qanunsuzdur, – yaxtanın kapitanı meqafona çağırır. O, mina gəmisinin yaxtaya tuşlanmış topunun üzərindən örtüyün götürülməsini gərgin həyəcanla izləyir.

Esminetsdən təkrar əmr eşidilir.

– Xahiş olunur, dayanıb sərnişinləri qəbul edəsiniz.

Gəmi dayanır. İçərisində sərhədçilər olan kater yaxtaya yaxınlaşır.

Mülki geyimli yeganə şəxs – Əmiraslanov səmimiyyətlə gülümsünərək, iki zabitin müşayiəti ilə endirilmiş trapla göyərtəyə qalxır. Qonaqları kapitan qarşılayır. Bu, ucaboy, dolu bədənli bir kişidir. Qalın qaşlı və saqqallı bu adamın simasından son dərəcə qəzəbləndiyi oxunur.

– Siz beynəlxalq gəmiçilik qanunlarını pozursunuz, – deyə o, qaşqabaqlı halda Əmiraslanova müraciət edir. – Mənim gəmim bitərəf sulardadır!

– Elə bizim gəmimiz də bu saat bitərəf sulardadır. Nə olsun?

– Əmiraslanov gülərüzlə cavab verir. – Yəni doğrudanmı bitərəf sularda kiməsə qonaq getmək arzusu beynəlxalq gəmiçilik qanunlarının bu dərəcədə kobud pozulmasıdır? Axı sizinlə biz iki dost dövlətin təmsilçiləriyik, əzizim kapitan!.. Bəlkə örtülü bir yerə keçək? Bura nə isə soyuqdur.

– Siz kimsiniz və məndən nə istəyirsiniz? – Kapitan hələ də kinli-kinli soruşur.

– Biz kimik? Gəlin tanış olaq, – Əmiraslanov növbə ilə yoldaşlarını təqdim edir: – Mayor Çiçanidze, kapitan Salamov. Mən isə bunların rəisi Rəşid Əmiraslanovam.

– Bəşir Əfrandi, – deyə kapitan özünü candərdi təqdim edir.

– İndi öyrənə bilərəmmi ki...

Əmiraslanov hamıya, əsasən də kapitana müraciətlə şikayətlənir:

– Deyəsən, mənim yaddaşım zəifləyib. Mən əmin idim ki, şanşövkətli Pəhləvidən olan cəsur ağayi Fərzani ilə söhbət edirəm, ancaq məlum olur ki, qarşımdakı Bəşir Əfrandidir.

20 – Keçin! – Kapitan çağırılmamış qonaqları zövqlə bəzədilmiş kayut-kompaniyaya dəvət edir. Əmiraslanov yumşaq divanda dinməzcə əyləşib, kölgə kimi o tərəf-bu tərəfə vurnuxan nökərləri seyr edir.

– İndi öyrənə bilərəmmi mənim gəmimdə sizə nə lazımdır?

– deyə kapitan hövsələsiz halda soruşur.

– Deyirsiniz, Sizi necə adlandıraq? – Əmiraslanov alnını qırışdırıb sual verir.

– Sizə necə xoşdursa, elə, – kapitan çiyni çəkir. – Adını dəyişməklə insan özü dəyişilmir. Sizə nəsə bir şey lazımdır?

– Ağayi Fərzaninin yüksək şərəfinə xələl gətirə bilən, yaxud əmlakına ziyan vura bilən heç bir şey, – Əmiraslanov səmimi tərzdə sözə başlayır. – Sizdən kiçik bir xahişim var. Bir saat-saat yarımdan sonra siz nəzərdə tutulan yerdə, lap sərhəddə sualtı qayıqla görüşməlisiniz (o qayıq gecə Abşeron sahillərində olub).

Sonra da həmin qayığı müxtəlif sulardan keçirməlisiniz. Siz həmişəki kimi, suyun səthində, qayıq da həmişəki kimi, suyun altında olacaq. Mənim dənizçilikdən başım çıxmır, ancaq mütəxəssislər mənə izah etdilər ki, yaxta motorunun səsi ilə siz sərhədçilərin diqqətini sualtı qayıqdan yayındırırsınız. Mühərrik uğultusu eşidirlər – baxırlar, sizin yaxtanızdan başqa heç nə görmürlər. Nə isə, bunlar heç. İndi sizdən kiçik bir xahişim var, ağayi Fərzani, xahiş edin, qayıq suyun üzünə qalxsın ki, mən onun kapitanı ilə görüşübsöhbət etmək imkanı qazanım.

– Yəni indi mənimlə söhbət etdiyiniz kimi? – Fərzani istehza ilə gülümsünür.

– Məhz bu masa arxasında olmasa da, keçər, – deyə Əmiraslanov ciddi tərzdə cavab verir, – axı siz sərhəddi səhvən pozmusunuz və mən sizinlə sadəcə, qonaq ev sahibi ilə danışan kimi söhbət edirəm.

Onu isə dindirmək istəyirəm. Əlbəttə, bundan ötrü mən əvvəllərdə onu görməli, sonra da həbs etməliyəm... Xülasə, işimiz çoxdur. Hə, nə deyirsiz, mənə kömək edəcəksiniz?

Fərzani cavabında gülür:

“ – Tutalım, dövrümüzün həzrəti-Musası mənəm, sən deyən möcüzəni mən necə icad eləyim?!” – deyən şair min dəfə haqlıymış.

Ətrafınıza nəzər salın, möhtərəm cənab, hər tərəf Xəzər dənizinin sularıdır! Siz məndən soruşacaqsınız, sualtı qayıq görmüşəmmi?

21 Mən də deyəcəyəm görmüşəm – kinoda; məgər İranın sualtı qayığı var? Siz isə istəyirsiniz ki, mən onun kapitanı ilə rabitəyə girim!

– Adamlara yazığım gəlir, – Əmiraslanov çiyinlərini çəkir.

– Əgər bir saatdan sonra onlar suyun altında həlak olsalar, mən ürəkdən onların halına yanacağam. Bəs sizi necə, ağayi Fərzani, onların taleyi narahat etmir?

– Lap həmin qayıq həqiqətən burada suyun altında olsaydı belə, mən onunla rabitəyə necə girə bilərdim? Bəlkə radio ilə? Mənim ki, radioötürücüm yoxdur.

– Xəzər dənizi sualtı qayıqlar üçün o qədər də əlverişli yer deyil. Düz sahilədək su o dərəcədə şəffafdır ki, dənizin dibi də aydın görünür. Xüsusən də təyyarədən, – o, artıq bir neçə dəqiqədən bəri havada uçuşan iki hidrotəyyarə işarə edir.

Saatına baxır:

– Vaxtdır! Qoy başlasınlar hücuma! – deyə Əmiraslanov təəssüflə yoldaşlarına tapşırıq verir. Ancaq onları bircə saniyə ləngidərik, Fərzaniyə müraciət edir: – Bəlkə, hər halda, onları suyun səthinə çağırmaqçün bir üsul var?

Bənizi kətan kimi ağarmış kapitan başını bulayır.

Dərinlik bombalarının partlayışından su fəvvarələri yüksəlir.

Təyyarələr qanad çalıb, bomba atılan yerdən bir anlığa uzaqlaşır, sonra təzədən qayıdıb lap alçaqdan yaxtanın üzərində hərlənir. Bu isə kapitanı açıq-aşkar narahat edir.

Fərzani dəniz səthinə yayılmış qara iri ləkədən gözlərini ayıra bilmir.

– Yaxşı, mən daha gedim. Qonaqpərvərliyinizə görə çox sağ olun. Yeri gəlmişkən, siz haqlı çıxdınız. Hər halda Xəzərin bu hissəsində heç bir sualtı qayıq yoxdur.

Təyyarələr gurultu ilə göyərtə üzərindən uçur. Adama elə gəlir ki, dor ağacına toxunacaqlar. Kapitan başını çiyinlərinə qısır.

– Narahat olmayın, – trapa yaxınlaşan Əmiraslanov onu arxayınlaşdırır.

– Mən bunlarla tanışam, hörmətimi saxlayırlar. Nə qədər ki, məni burada görürlər, yaxtanıza heç bir xətər toxunmaz...

Yox, əgər (bu barədə düşünmək nə qədər dəhşətli görünsə də) nəsə olub-eləsə, təsadüfən bomba düşsə, ya da kater sizinlə toqquşsa, biz o saat akt tərtib edərik, dəyən ziyanı qanuni qaydada ölkənizə ödəyərik – həm gəmiyə görə, həm də adamlara. Ancaq mən güman edirəm ki, heç bir xoşagəlməz hadisə baş verməz.

22 – Səhv etmirəmsə, siz nə barədəsə danışmaq istəyirdiniz?

– deyə kapitan istehzalı bir təbəssümlə xatırladır.

– Eh, əzizim Fərzani, əzizim Fərzani, heç ağlınıza da gəlməz kompaniyada əvvəlki yerində əyləşib, kapitanla təkbətək söhbətə başlayır. – Siz isə mənimlə lap yad adam kimi davranırsınız.

– Əfv edin, ancaq mənə həqiqətən elə gəlir ki, sizinlə ilk dəfədir görüşürəm, – Fərzani karıxır. – Yəqin mənim barəmdə nəsə eşitmisiniz.

– Bir-iki xırda-para məsələni nəzərə almasaq, ancaq yaxşı şeylər.

Məsələn, bilirəm ki, həyatda hər şeyi öz əlinizin zəhməti ilə qazanmısınız. Birdorlu yelkənli balıqçı qayığından başlamısınız.

İndi – on ildən sonra isə beş iri seyneriniz, Pəhləvidə xüsusi mülkünüz, Tehran bankındakı şəxsi hesabınızda otuz min dollarınız var.

Əlbəttə, hər şey asan olmayıb, yeddi il əvvəlki uğursuzluğunuz yadımdadır, az qala müflis olacaqdınız. Ancaq xoşbəxtlikdən dostlarınız dar ayaqda əlinizdən tutdular. Yaxşı dostlardır: həm iranlılar, həm də almanlar. Siz də onlara borclu qalmır, yaxşılığı unutmursunuz.

Buna görə də dostlarınızdan biri olan mənə bugünkü münasibətiniz xətrimə dəydi. Minnətdarlıq eşidəcəyimi gözləməsəm də, səmimi qarşılanacağıma, hər halda, ümid edirdim.

– Qoy mənim alimənsəb dostum əmin olsun ki, bizim bundan sonrakı görüşümüzün şirinliyi bu görüşün acı təəssüratını onun qəlbindən siləcək, – deyə kapitan dillənir. – Öyrənə bilərəmmi möhtərəm dostuma nəyə görə minnətdar olmalıyam? Sualıma cavab gözləyirəm, axı əbəs yerə demirlər ki, insançün ən böyük qüsur nankorluqdur.

– Minnətdarlıq barədə daha bircə kəlmə də danışmayın!

– Əmiraslanov etirazını bildirir. – Söhbət övladını çox sevən bir ataya cüzi yaxşılıqdan gedir. Möhtərəm Fərzani isə, hamıya bəllidr ki, məhz bu cür atadır. Məsələ belə olmuşdu: Tehranda sovet mütəxəssislərinin yaşadığı qəsəbəyə gecə yarısı hücum etmiş bir dəstə quldur həbs edilmişdi. Həmin dəstəyə təsadüfən düşmüş bir cavanla söhbət aparası oldum. Ondan vəd aldım ki, bir də pis adamlara qoşulmayacaq, sonra da buraxdım. Yerdə qalanların hamısı qətl və yanğın törətməklə ittiham edilirdi. İttiham məhkəmə zamanı təsdiq olundu. Həmin xoşagəlimli cavanın adı Tevfiq Fərzani idi.

Məgər bunu sizə danışmayıb?

2 3– O mənə demişdi ki, özü qaçıb! – Xeyli susduqdan sonra Fərzani qurumuş dodaqlarını yalayaraq cavab verir.

– Tevfiq yaxşı oğuldur, əziz atasını sevindirmək istəyib.

Gərəksiz fikirlərlə qanını qaraltmağa lazım bilməyib. Axı əbəs yerə deməyiblər ki, valideynlərə qayğı övladın yaraşığıdır.

– İndi onunla tez-tezmi görüşürsünüz?

– O vaxtdan bəri bircə dəfə də görüşməmişik. Hərçənd etiraf etməliyəm ki, o tərbiyəli cavanla görüşsəm, məmnun olardım. Eyib etməz, hər halda məktublaşırıq. Yadıma düşdü, deyəsən Tevfiqin son məktublarından biri cibimdədir. Orada bəzi məlumatlar çatdırır, – Əmiraslanov cibini qurdalayıb, məktubu çıxarır və sifətinin qanı qaçmış Fərzaniyə uzadır. Fərzani yazılanları oxumağa başlayanda isə deyir: – Əhvalınızı pozmayın, əziz ağayi Fərzani, bu sizinlə məndən başqa heç kəsə əyan olmayacaq.

– Məndən nə istəyirsiniz?

– Əzizim ağaye Fərzani, lütf edib çatdırmaq istəyəcəyiniz məlumatı mən sizdən vaxtaşırı olaraq bircə şərtlə qəbul etməyə razıyam: istərdim ki, bu sizin üçün xoş və sərfəli olsun. Yox əgər təklifim ürəyinizcə deyilsə, dərhal unudun. Nə sizin özünüz üçün, nə də mənim dostum – sizin oğlunuz üçün bu söhbətin heç bir pis nəticəsi olmayacaq. Axı mən sizə, Allah eləməmiş, vətəniniz İranı sağmağı, ya da şəxsən özünüzə və ya var-dövlətinizə ziyan vura bilən iş görməyi təklif etmirəm... Söhbət almanlardan gedir.

Onlarla sizin çox gözəl münasibətləriniz var, sizə etibar edirlər.

Yeganə istəyim budur ki, mənimlə də arada bu cür dostluq münasibətləri yaransın. Bunu ürəkdən arzu edirsinizmi?

– Bəli, – deyə Fərzani cavab verir.

– Bir neçə ay əvvəl Berlindən imperiya coğrafiya cəmiyyətinin üzvləri təşrif gətirmişdilər. Hər şeylə maraqlanan adamlardı. Səhv etmirəmsə, indi onlardan biri yüksək vəzifə sahibidir.

– İrandakı alman kəşfiyyatına rəhbərlik edir. Bu da onun şəkli.

– Şəkildə iradəli sifəti olan orta yaşlı bir nəfər təsvir olunub.

Əmiraslanov şəklə baxaraq, yaxın zamanlarda baş verən bir əhvalatı xatırlayır.

Əmiraslanovun maşını, sahili süni özüllər üzərindəki dəniz mədəni ilə birləşdirən estakadanın üstü ilə şütüyür. Açıq havada, dənizin qoynunda neft buruqları ilə əhatə olunmuş nəhəng 24 meydançada bayramsayağı bəzədilmiş masaların uzun cərgələri düzülüb. Orkestr çox ucadan “Muleyli” çalır. Əmiraslanov maşından düşüb, iti addımlarla Bağırova tərəf yönəlir. Lakin ona yaxınlaşmağa macal tapmır; bu anda orkestr susur, əlində badə tutmuş Bağırov ayağa qalxaraq, toplaşanları salamlayır. Gen-bol bayram süfrəsi arxasında azı üç min-üç min beş yüz nəfər yığışıb. Onlar da ayaq üstdə durub dinləyirlər.

– Yoldaş inşaatçılar, neftçilər, əziz dostlar! Bu gün bizim hamımız üçün böyük bayramdır. Biz yeni dəniz mədənin istismara verilməsini bayram edirik. Bu mədən, hər il respublikamızda çıxarılan 12 milyon ton neftə daha on minlərcə ton qara qızıl əlavə edəcək.

Vətənə fayda verməyi bacarmaq insan üçün əsl xoşbəxtlikdir.

Məhz bunun nəticəsində hər bir kəs əsl insan olduğunu hiss edir, başa düşür ki, dünyada əbəs yerə ömür sürmür. Belə insan öz şəxsiyyətinə hörmətlə yanaşmağa, ətrafdakılardan da hörmət gözləməyə haqlıdır. Bugünkü tədbiri mən bir də ona görə “böyük bayram” adlandırıram ki, siz – burada iştirak edənlər dənizdəki sualtı yataqda kəşfiyyat işini də məhz özünüz aparıbsınız. Bu mədənin layihəsini siz hazırlamısınız. Bu süni yarımadanı siz, məhz siz yaratmısınız. Və siz bu gün quyular qazaraq, dənizin dibindən neft çıxaracaqsınız. Bütün bunlar sizin ağlınız, əməliniz, zəhmətiniz sayəsində mümkün olmuşdur. Əvvəllər olduğu kimi kənardan mütəxəssislər dəvət etmədik. Bu bayramı həm də ona görə “böyük bayram” adlandırmaq olar ki, siz – azərbaycanlılar, ruslar, yəhudilər, bütün Qafqaz xalqlarının nümayəndələri millətçiliyin nə demək olduğunu Bakıda çoxdan unudubsunuz. Siz bir-birinizlə qardaş, dost, həmfikirsiniz! Bu badəni sizin şərəfinizə qaldırıram!

Son kəlmələr musiqi sədaları altında eşidilməz olur. Bağırov işarə ilə Əmiraslanovu yanına çağırır.

– Əyləş! Eşidirəm səni.

– Şultsu buraxmaq olmaz, yoldaş Bağırov.

– Şults barəsində səninlə artıq söhbətimiz olub, – Bağırov qaşlarını çatır.

– Onu qətiyyən buraxmaq olmaz. Gizli kamera ilə çəkilmiş şəkillər, dəniz dibi relyefinin xəritəsi, Abşeron və Bakıdakı benzin anbarlarının planı...

– Coğrafiya mürəkkəb elmdir, – Bağırov başını bulayır.

25 – Ən başlıcası budur ki, onu buraxsaq, onunla əlbir olanları heç cür tapa bilməyəcəyik. Onları isə mütləq tapmaq lazımdır. Şults burada həmin adamlarla əlaqəyə girməyə fürsət tapıb. Tamamilə qanuni əsasla, mən hələ bir on gün onu ləngidə bilərəm.

– Bu sənə nə verəcək? Olsa-olsa, beynəlxalq qalmaqal. Almaniya səfirliyi SSRİ hökumətinə müraciət edib, hələlik şifahi etirazını bildirib. Axı Şults üçün Almaniya Coğrafiya Cəmiyyəti vəsatət verib.

-Deməli, heç bir tədbir görmək olmaz?

Bağırov qanı qaralmış Əmiraslanova baxır:

– Yaxşısı budur, sən mənə başqa məsələdə kömək elə. Əlbəttə, əgər əlindən gəlirsə... Bayaqdan baş sındırıram: bu orkestr azı on kərə musiqi çalıb, hər dəfə də elə eyni mahnını. Görəsən bununla nə demək istəyirlər?

Əmiraslanov orkestrə gözucu nəzər salıb, əlüstü dillənir:

– Özfəaliyyət orkestridir, çalanlar da hələ təzə başlayıblar, bircə “Muleyli”ni öyrənməyə macal tapıblar.

– Afərin! Başın işləyir! – Bağırov vəcdlə dillənir. – İndi isə süfrəyə yaxın əyləş! Yeməklərin dadına bax, sonra da mənim sağlığıma iç! İndi buna çox böyük ehtiyacım var! Bilmirəm, orkestrin səsindəndir, yoxsa sənin Şultsuna görədir, nə isə, başım partlayır, – o, badəsini qaldırır. – Sənin sağlığına, Əmiraslanov!

O zaman Əmiraslanov Şultsa demişdi:

– Sizi buraxmaqda böyük səhvə yol verirəm.

– Siz heç bir səhvə yol vermirsiniz, – deyə Şults qəribə bir ifadə ilə – sanki halına acıyırmış kimi, Əmiraslanova baxmışdı. – Siz əmrə tabe olursunuz, – o, gülümsünmüşdü. – Ancaq birdəfəlik ayrıldığımızı zənn etmək sizi kədərləndirirsə, çox nahaq yerə.

Məndə almanlar üçün nadir sayıla bilən bir xüsusiyyət var – mən intuisiyama çox inanıram. Bu intuisiyam isə mənə pıçıldayır ki, sizinlə yenə görüşəcəyəm.

– Bəs coğrafiya bilikləri ilə bir az da möhkəmlənən intuisiyanız həmin görüşün məhz harada baş tutacağını pıçıldamır ki?

– Bunu bilmək çətin deyil. Əminəm ki, bizim növbəti görüşümüz Bakıda olacaq... Bəlkə də lap elə bu kabinetdə... Bakı çox gözəl şəhərdir.

26 – Çox gözəldir, – deyə Əmiraslanov təsdiq edir. – O sizə qədimi qızıl sikkəni xatırlatmır ki?

– Düzünü desək, elə bir bənzəyiş görmürəm.

– Bilirsiniz, onların hər ikisi – Bakı da, sikkə də hamının xoşuna gəlir və hər kəs də onları öz əlinə keçirmək istəyir...

– Düz deyirsiniz... – Şults sadəlövhcəsinə gülümsəyir. – Ancaq bir az dəqiqləşdirmək lazımdır. Dünya paytaxtlarının bütün bankları qızıl sikkələrlə ağzınacan doludur. Bu problemi başqa yerdə də həll etmək olar. Hazırda qızıldan da vacib sərvətlər var, – o, ayağa qalxaraq, Əmiraslanovu pəncərənin yanına dəvət edir.

– Bax, o yarımadanı görürsünüzmü?

– Bayıl burnunu?

– Lənət şeytana, həmişə unudaram ki, mən coğrafiyaşünasam, – Şults şən halda dillənir. – Nə isə, hal-hazırda Almaniyanın “Bismark” və “Tirpits” adlı iki super xətt gəmisi var. Onlardan hər biri az qala bax bu burun böyüklükdədir. Sivill bəşəriyyətin bütün tarixi boyu dünyanın heç bir ölkəsi bu cür texnika möcüzəsini yuxusunda da görməyib. Onların limandan tərpənməsi kifayətdir ki, İngiltərə – indi daha sabiq dənizlər hökmranı sayılan dövlət qorxuya düşüb, bütün radiostansiyalarını işə salsın. İngilis gəmiləri isə qorxudan zağ-zağ əsən çömçəquyruqlar kimi, sahildə başlarını soxmaq üçün, necə deyərlər, siçan deşiyi axtarırlar. – Şultsun səsində patetik notlar eşidilir. – Bundan əlavə, Almaniya hər il tərsanələrdən iki yüz ədəd sualtı qayıq buraxır. Təsəvvür edirsinizmi? İki yüz sualtı qayıq – özü də necə qayıqlar?!

– Təsəvvür edirəm, – Əmiraslanov başı ilə təsdiq edir. – Fotoşəkillərini görmüşəm. Sizə bir sual versəm inciməzsiz? Sərnişin gəmilərini batırmaq onların nəyinə gərəkdir? Az qala hər gün sərnişin gəmilərinin batırılması barədə xəbərlər gəlir. Suda boğulan qadınlar, uşaqlar... hətta şəkillərdə belə, bu, çox müdhiş görünür.

Özü də bitərəf ölkələrin gəmiləri atəşə tutulur. Belə hərəkətə izah tapmaq çətindir.

– Buna mən ancaq təəssüf edirəm. – Şults qaşqabaqlı halda cavab verir. – Bu hər şeydən əvvəl Almaniyanın nüfuzuna zərbə vurur.

Lakin müharibənin qəribəlikləri ilə həmişə barışmaq lazım gəlir...

Deyəsən, əsas mövzudan yayındıq. İndi mən sizə bir sirr açacağam!

Həm “Bismark”, həm də “Tirpits” gecə-gündüz okean sularını 27 yararaq o yan-bu yana üzmək əvəzinə, əfsuslar olsun ki, aylarla yanalma körpüsündə dayanıb durmağa məcburdur. Sizcə, niyə?

Əmiraslanov başını bulayır:

– Mən hərbi dənizçi deyiləm.

– Ona görə ki, iki günlük kreyser yürüşü ərzində bu gəmilərin hərəsi səksən ton yanacaq udur. Hələ də yerdə qalan dəniz donanmasını – xətt gəmilərini, kreyserləri demirəm. Üstəlik də dünyada ən güclü hava donanması – Lüftvaffe var.

– Ən güclü? Mən indiyədək elə hesab edirdim ki, bu, sırf amerikansayağı bir ədadır. “Dünyada ən uca göydələn”, “planetin ən qarınqulu adamı”...

– Almaniyanın səyi sayəsində amerikalılar daha bu ədalarını tərgidirlər. Yeri gəlmişkən, başqa bir səbəbdən elə siz də Almaniyaya minnətdar olmalısınız, – Şults bu sözdən karıxan Əmiraslanovu məmnun halda seyr edərək dedi:

– İki il əvvəl İngiltərə Fransa ilə birləşərək, Qafqazı işğal etməyə hazırlaşırdı. Onların baş qərargahları müfəssəl həyasızlıqla bəyan etmişdi ki, Bakı tək bircə dövlətə məxsus ola bilməz – necə dövlət olur-olsun, fərqi yoxdur. Yəqin bunu eşitmişsiniz?

– Hətta bilirəm də.

– Almaniya isə Fransa ilə İngiltərəni məcbur etdi ki, öz dərdsərlərilə məşğul olsunlar, burunlarını başqasının işinə soxmasınlar.

Almaniyadan qeyri, buna daha hansı qüvvə qadirdir? Biz indi təkbətək söhbət edirik, gəlin açıq danışaq, yəni doğrudanmı siz buna görə böyük Almaniyaya minnətdar deyilsiniz?

– Minnətdaram. – Əmiraslanov iri divar saatına yaxınlaşır. – Bu saat yüz beş il bundan əvvəl işə salınıb, indiyə kimi fasiləsiz işləyir.

Özü də Almaniyadan gətirilib. Bir çox başqa nailiyyətlər üçün də sizin ölkəyə mənim hörmətim var. Ancaq şübhəsiz, ona görə yox ki, Almaniya guya, bizi kimlərdənsə qoruya bilər.

Şults nəyi isə xatırlayıb saata baxır:

– Qatar bir saatdan sonra yola düşür. Biz yenə görüşəcəyik, amma çətin ki, bir də bu cür arxayın şəraitdə söhbət etmək bizə müyəssər olsun.

– Sizcə, vuruşacağıq?

– Biz onsuz da elə indi sizinlə vuruşuruq, – deyə Şults çox ciddi tərzdə dillənir. – Və siz məni buraxmaqla, ilk məğlubiyyətə uğramış olursunuz.

28 Əmiraslanov qəflətən Fərzaninin sual dolu baxışlarını üzündə hiss edib, fikirdən ayrılır. Dərhal da gerçək şəraitə “qayıdır”.

– Hərdən o köçüb Pəhləvidə yaşayır – orada “Mersedes” firmasının nümayəndəsi sayılır. Firdovsi küçəsində firmanın filialı yerləşir.

Bu adam sizə tanışdırmı?

– Onun adı Səbadır, – Fərzani şəklə ötəri nəzər salıb deyir.

– Səba ləqəbidir. – Əmiraslanov düzəliş verir. Əsl adı Henrix Şultsdur. Abverin mayorudur. Sualtı reyslər ideyasının müəllifi odur. Əzizim ağaye Fərzani, bütün bildiklərinizi yazın, – Əmiraslanov ona bloknotla qələm uzadır. – Gecə “desant”larını da unutmayın.

Ətraflı yazın, – adamların sayını, adlarını...

– Adlar və digər məlumatlar təkcə Səbaya bəllidir, bir də ola bilsin ki, sualtı qayığın komandirinə.

– Nəyi bilirsiniz, onu yazın.

– Nə gizlədim, mənim siz deyən savadım yoxdur, – Fərzani utancaq halda etiraf edir. – Yaxşısı budur, mən hər şeyi danışım, siz yazın.

– Əzizim ağaye Fərzani, şifahi sözlər nə qədər qiymətli olsa da, deyilir və sonra da unudulur, sizin məktubunuz isə bu andan etibarən mənim yaddaşımın dayağı olacaq. Axı əbəs yerə deməyiblər ki:

“Sözə inan, ancaq bir qiymətli əşyanı da girov kimi saxla”.

Pəhləvi. “Mersedes” filialının təmtəraqlı binası önündə qara rəngli kiçik bir maşın dayanır. Fərzani maşından düşür. Geniş nümayiş zalından keçib gedərkən tanışları – əməkdaşlar və müştərilərlə yüngülcə təzim etməklə salamlaşır. Zalın qurtaracağında dar dəhlizə burulur. Divarda o qədər də nəzərə çarpmayan polad qapı görünür. Keşikçilər onun vəsiqəsini diqqətlə yoxlayırlar. Fərzani qəbul otağına keçir. Sarışın katibəyə salam verir. Otaqda idmançı – əsgər görkəmli iki cavan adam var. Əyinlərindəki kostyumlar da biçiminə görə hərbi geyimi andırır.

– Səba bir-iki dəqiqə əvvəl sizi soruşurdu. İndi anqardadır.

– Onu burada gözləyim?

– Sizi onun yanına ötürərlər.

Anqarın bütün ərazisində təlimlər gedir. Təlimatçıların rəhbərliyi altında yüzlərcə adam əlbəyaxa döyüş fəndlərini təkrarlayır.

Onların əynində Fərzaniyə tanış olmayan hərbi forma var, ancaq fərqlənmə nişanları gözə dəymir. Fərzani Səbanı uzaqdan görür.

29 Bu, iradəli sifəti olan qırx-qırx beş yaşlarında bir kişidir. O da Fərzanini görür və səbirsiz halda əli ilə onu yanına çağırır. Lakin Fərzani yanaşmağa macal tapmamış, darvaza açılır, üzərinə xırdaca bayraq bərkidilmiş “Mersedes” avtoparka girir. Sürücü cəld yerə sıçrayıb, maşının qapısını açır. Çal saçlı, ucaboy bir kişi, onun dalınca isə iki nəfər müşayiətçisi maşından düşür. Səba Fərzaniyə ani bir nəzər salaraq, onların qabağına gedir.

– Üzr istəyirəm, polkovnik, biz gecikmişik, – yeni gəlmiş şəxs salam verib sözə başlayır. Hiss olunur ki, hansı xoş təəssüratsa onu həyəcanlandırıb. – Tehrandan gec çıxdıq. Saraydakı görüşümüz çox məhsuldar keçdi. Söhbət gözlənilmədən uzandı, ancaq bizim ümumi işimiz üçün bunun yalnız faydası oldu. Həmçinin Almaniya səfiri də orada idi.

– Həmçinin... – Səba sanki sözün səslənməsini yoxlamaq üçün təkrar edir. – Çox şadam ki, əhval-ruhiyyəniz yaxşıdır, çünki bu, qarşınızdakı mənzərəyə də uyğundur. Desantçılardır. Bölməyə yaxşıların da ən yaxşıları daxil edilib. Əla təlim keçiblər, öz borclarına sadiqdirlər. Demək olar ki, hər bir şəraitdə döyüşməyi bacarırlar.

Başqa dəstələrdə olduğu kimi, buradakıların da üçdə bir hissəsi sizin həmvətənlərinizdir, qalanları ruslar, gürcülər, ləzgi, osetin, çərkəzlərdir. Xülasə, demək olar ki, bütün Qafqaz təmsil edilmişdir...

Onlarla söhbət edəcəksinizmi? Yoxsa yol sizi yorub dincəlmək istəyirsiniz?

– Dincəlmək? Siz zarafat edirsiniz, polkovnik. Artıq çoxdan bəridir ki, istirahət nə olduğunu unutmuşam. Əlbəttə, onlara bir-iki kəlmə demək istərdim. Bir halda ki, burdayam, onlar qarşısında çıxış etmək borcumdur.

Səba mikrofona yaxınlaşır. Komandalar eşidilir və heç bir çaxnaşmasız- filansız, bir göz qırpımındaca desantçılar iki cərgəyə düzülür. Sükut çökür. Səba səliqəli cərgələri məmnun halda gözdən keçirib deyir:

– Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası qanuni hökumətinin başçısı, baş nazir Xasay bəy Rəsulbəyli məxsusən sizinlə görüşmək üçün Parisdən buraya gəlmişdir.

“Baş nazir” mikrofona yaxınlaşan kimi, gurultulu alqış sədaları Səbanın işarəsi ilə dərhal kəsilir. Sözə başlamazdan öncə Xasay bəy cib dəsmalını çıxarıb, nəmli gözlərini silir.

30 – Mənim dostlarım! Mənim övladlarım! Mən öz göz yaşlarımdan utanmıram: həyatda elə nadir anlar olur ki, həmin anda əsl kişinin ağlamağa hüququ var. Xoşbəxtəm ki, sizlərlə – igid oğullarımla görüşdüyüm üçün uzun illərdən bəri ilk dəfə gözlərim yaşardı. Bu o deməkdir ki, qəddar düşmənlərimizin günahı üzündən Vətənimizin başına gələn bəlalar mənim qəlbimi hələ daşa döndərə bilməyib.

Mən xoşbəxtəm ki, biz, nəhayət bir yerdəyik, hiylə və zorla xalqımızı özünə tabe etmiş zalımlara qarşı əldə silah birgə mübarizə aparacağıq... – Natiq hərarətli çıxışını davam etdirir. Səba isə hər şeyin lazımi qaydada getdiyini yəqin etdikdən sonra, nəzərə çarpdırmadan kənara çəkilir.

– Qonaqlara deyərsən ki, məni təcili çağırdılar, – deyə o, təlimatçılardan birinin qulağına pıçıldayır. – Çıxışa görə təşəkkür eləməyi unutma.

Səba Fərzani ilə maşına əyləşib, ofisi tərk edir.

– Biz həddən artıq qayğısız olmuşuq, – Səba heç kimə müraciət etmədən mızıldanır. – Yaxşı ki, heç olmasa sərnişinləri düşürmək mümkün olub.

– İndi onlara görə də narahatam, – Fərzani dillənir. – Axı Bakıda...

nədir o?.. Hə, pasport qeydiyyatı var. Bircəsini qaralasalar, nə qədər dözümlü olsa da, hamısını ələ verər!

– Kimi isə ələ verməkdən ötrü həmin şəxsin adını bilmək, görünüşünü yadda saxlamaq, haraya getdiyindən, yaxud gedə biləcəyindən xəbərdar olmaq lazımdır.

– Məgər onlar bir-birini üzdən tanımır?

– Hər bir qrupun üzvləri ilk dəfə yalnız tapşırığa yollanan zaman görüşürlər. Onlara bir-birləri barədə başqa heç nə bəlli olmur. Çatan kimi də dağılışırlar, hərə özünə tapşırılmış işə başlayır, – Səba sanki təlimat oxuyurmuş kimi sözləri aydın tələffüz edərək danışır və Fərzaniyə diqqətlə baxır: – Dostum, bu gün siz hər şeylə yaman maraqlanırsınız. Hə, deməli, o adamlardan heç biri o birilər barədə bir şey bilmir. Bu, yalnız bir nəfərə – mənə məlumdur! Müəyyən edilmiş gündə və saatda mənim göndərəcəyim adam onların hamısını axtarıb tapacaq. Və qabaqcadan nəzərdə tutulan niyyəti yerinə yetirəcək! – Səba coşqunluqla sözünü bitirib susur. Sonra xəfif təbəssümlə Fərzaniyə baxır:

– Dostum, siz bu gün hər şeyə qeyri-adi maraq göstərirsiniz!

31 – İki-üç gün ölümün gözünün içinə baxmış bir şəxs yəqin ki, dostlarına qeyri-adi görünər, – Fərzani də cavabında gülümsünür.

– Əgər ciddi danışsaq, mən risq etməz, başqa bir yol axtarıb tapardım.

– Əgər ciddi danışsaq, – deyə Səba məyus halda dillənir, – başqa bir yol yoxdur. Sərhədin bir metri elə qorunur ki, heç şahənşah taxt-tacı varisinin yataq otağı o cür mühafizə edilmir.

Maşın, şəhəri arxada buraxaraq, sahilə paralel şose ilə şütüyür.

Ətrafda bircə dənə də olsun tikili gözə dəymir. Dənizə doğru uzanan yan yola burularaq, maşın uca dəmir hasar önündə dayanır.

Hasarın üstü ilə yüksək gərginlikli cərəyan naqilləri çəkilib. Əllərində avtomat tutmuş saatdarlar yuxarıdakı keşik qüllələrindən laqeyd halda maşına tamaşa edirlər. Darvaza açılır. Üç nəfər keşikçi çıxır. İkisi avtomatlarını hazır saxlayıb. Üçüncü – yəqin ki, rütbəcə yüksək olan, maşına yaxınlaşır. Səbanı tanıyıb, hərbi təzim edir.

Səba ilə Fərzani içəri keçdikdən sonra keşikçi geri qayıdıb, maşını saxlamaq üçün sürücüyə yer göstərir.

– Siz məni burada gözləməli olacaqsınız, – onlar yaşıl çəmənlikdə şahmat qaydasında tikilmiş ilk kotteclərə çatan kimi Səba qəflətən ayaq saxlayır. Fərzani çaşıb qalır. Tamam yadımdan çıxıb, orada elə bir adam olacaq ki, sizi görməsi məsləhət deyil!

Bənizi ağarmış Fərzani çiynini çəkib, kafeyə girir. Buranı zabit yeməkxanası adlandırmaq daha düzgün olar. Geniş zalda cəmi bir neçə masa tutulub. Müştərilərin hamısı alman zabitləridir. Bəzilər Fərzaniyə tanışdır. Salamlaşır, bara yaxınlaşıb, qəhvə sifariş edir.

Barmeni arxasında yerli radio şəbəkəsinin böyük reproduktoru qoyulub.

Musiqi təranələri qısa elanlar və çağırışlarla tez-tez kəsilir.

Səba yaxşı təchiz edilmiş hərbi bazanın ərazisi ilə üstüaçıq “daxili” maşınla gedir. Limanda hərbi gəmilər durur. Səba sualtı qayıqlar dayanan yanalma körpüsünün yanından ötüb, kotteclərdən biri qarşısında maşından düşür. Qapını döyür. İdmançı görkəmli cavan bir kişi qapıya çıxır. Dəniz quldurları sayaq boynuna doladığı ala-bəzək şərfdən və qısa tumandan başqa əynində heç nə yoxdur.

– Bağışlayın, cənab polkovnik, – o, Şultsu içəri buraxıb qonşu otağa keçir, sinəsində ordenləri olan dənizçi zabit formasını geyinib, təzədən otağa qayıdır.

– Həmişə yadımdan çıxır Sizdən soruşum: cəngavər xaçını nəyə görə almısınız? – deyə Şults soruşur.

32 – Böyük Britaniya kral həzrətləri hərbi-dəniz donanmasının eskadra kreyseri “Uels şahzadəsi”nə görə, – deyə sualtı qayıq komandiri iftixarla cavab verir. – İndi o öz ekipajı ilə bərabər əbədi dayanacaqdadır.

Bu mənim submarinamın batırdığı on ikinci gəmi idi. Bir də risqə getməmək üçün Reder on üçüncünü batırmağa qoymadı, bizi Baltikadan cənuba göndərdi. Dedi ki, guya burada ürəyimiz istəyən qədər günəş, balıq kürsüsü, bir də qadınlar var. Günəşdən şikayətimiz yoxdur. Başqa şeyləri isə hələ dəqiqləşdirə bilməmişəm. Ay yarım ərzində bircə dəfə də olsa şəhərə çıxmağa icazə verməyiblər.

– Hələ hər şey irəlidədir, əzizim Konrad, hər şey irəlidədir. Siz öz yeni sualtı qayığınızdan yenə narazısınız? İtalyanlar deyirlər ki, manevr və maneələri aşma qabiliyyətinə görə onun tayı-bərabəri yoxdur.

– Onlarda hər şey musiqiylədir, elə sualtı qayıqları da... Beşcə metr dərinliyə enən kimi bitişmə yerləri kastanyet kimi şaqqıldamağa başlayır. Birinci dəfə bu şaqqıltı-gurultunu eşidəndə ürəyim ağzıma gəldi. Sən demə, ağıllı-başlı alman gəmiqayıranlarından fərqli olaraq, bitişmə yerlərini pərçimlə birləşdirmək əvəzinə, bu gicbəsərlər onu konserv qutusu kimi qaynaq edirlər. Sazandalardır da... onlardan başqa nə gözləmək olar!..

– Görürəm, müttəfiqlərimiz barədə o qədər də yüksək fikirli deyilsiniz, – Şults söz atır. – İndi nə ilə məşğulsunuz?

– Bu gözəl tövlədə baş qatmağa bir şey varmı ki? Bekarçılıqdan çərləmişəm.

– Lap əla. Elə isə nə vaxt dənizə çıxa bilərsiniz?

– Nə vaxt desəniz. Lap günü sabah.

– Mən istərdim ki, qırx dəqiqədən sonra çıxasınız.

– Qırx dəqiqə? Zarafat edirsiniz?

– Beş nəfər sərnişin götürəcəksiniz. Sərhədi hava qaralmamış keçməyin. Səhərə yaxın sərnişinləri göstərilən yerdə sahilə düşürərsiniz.

Sonra ta axşam düşənədək sıldırım sahilin kölgəsində, suyun dibində gözləməli olacaqsınız. Yaxta ilə müşayiət oyununun üstü açılıb. Biz çox qorxu-hürküsüz hərəkət etmişik.

– Komandanın iki üzvü indi şəhərdədir. Kömək edin, onları axtarıb tapaq.

– Onlarsız birtəhər ötüşün. İnciməyin, kapitan, bütün bunlar təhlükəsizlik tədbirləridir. Təcili çıxmaq sizin öz təhlükəsizliyiniz üçündür. Gözünüzü saata niyə zilləmisiniz?

 33– İstəyirəm ki, dəqiq fikir verim, görüm siz nə vaxt qurtaracaqsınız.

Mən də hazırlaşmaq üçün nə qədər vaxt qaldığını hesablayım.

– Afərin! Əhsən! – Şults ürəkdən gülür. – Cəngavər xaçı heç kəsə əbəs yerə verilmir! Söhbət etdiyimiz vaxtı nəzərə almaya bilərsiniz.

Sualtı qayığın komandiri daxili rabitə düyməsini basır.

– Danışan kapitan Konrad Şrankedir. Diqqət! Yanalma körpüsü üzrə növbətçi üç nömrəli obyektin qidalanma mexanizmini birləşdirin!

Təkrar edirəm: 3 nömərli obyektin qidalanma mexanizmini birləşdirin. Sıxılmış hava və yanacağın miqdarı yoxlanılsın.

“Sıxılmış hava və yanacağın miqdarı yoxlanılsın. 3 nömrəli obyektin komandası 20 dəqiqədən sonra hazır olsun. Təkrar edirəm:

3 nömrəli obyektin komandası 20 dəqiqədən sonra yerində olsun”, – Fərzani dinamikdən eşidilən bu əmrləri üzünün ifadəsini dəyişmədən dinləyir. Barmenin qayıtmasını gözləmədən, pulu piştaxtanın üstünə qoyur, gözucu ətrafa nəzər salıb, heç kəsin ona fikir vermədiyini yəqin edir və tələsmədən qapıdan çıxır. Kafenin qabağındakı bağçadan cəld ötüb, tut ağaclarının kölgəsində qoyulmuş skamyada əyləşir və dərhal “mürgüləyir”.

Şults maşını Fərzaninin bərabərində saxlayır:

– Bəs mən elə bilirəm, hələ də kafedəsiniz, dedim sizə qoşulum.

– O kafe hasara alınandan, şveysar isə saatdarla əvəz ediləndən sonra açıq havada oturmağı daha üstün tuturam, – deyə Fərzani “yuxulu-yuxulu” zarafat edir.

Sualtı qayıq buxtanı tərk edəndən dərhal sonra komandir Konrad Şranke dərinliyə enmək əmri verir. Zabitlərdən biri açıq lüka düşməzdən əvvəl təəccübünü bildirir:

– Dəniz sakit, səma buludsuzdur. Ətrafda bir ins-cins gözə dəymir...

– Əmri yerinə yetirirəm, – komandir soyuqqanlı tərzdə çiyinlərini çəkir.

Sualtı qayıq dənizin dibinə enir.

– Deyəsən, nədənsə narahatsınız, – Şults maşında soruşur.

– Deməli, son dərəcə həssas intuisiyaya malik olan siz anlaya bilmirsiniz ki, köhnə dostunuzun ürəyindən niyə qara qanlar keçir?

Çünki ona daha etibar etmirlər. Axı nəyə görə? Yox, yox, icazə 34 verin sözümü axıradək deyim. Sizə yaxşı bəllidir ki, gözümün ağıqarası bircə oğlum var. Onu nə qədər sevdiyimi də bilirsiniz. Onun canına and içirəm, əgər nə vaxtsa sizə xəyanət etməyi ağlıma belə gətirmişəmsə, qoy oğlum tikə-tikə doğransın. Əlbəttə, nə gizlədim, çətin dəqiqələrim olub, mən də hiyləyə əl atmışam, biclik işlətmişəm, müəyyən güzəştlərə getmişəm, kimlərisə qurban vermək lazım gəlib, nə etməli, işimiz belədir. Ancaq sizə ziyan vurmaq fikrinə düşməmişəm, sizə həmişə sadiq dost olmuşam. – Fərzani pıçıltı ilə danışır: həyəcandan səsi batıb. – Siz isə uzun illər əməkdaşlıq etdiyimizi unudub, məni rəzil bir cəsus kimi maşından düşürürsünüz, hələ üstəlik də sanki lağlağı edərək, guya hansısa təhlükəli adamdan gizlənmək lazım gəldiyini deyirsiniz...

– Siz ki, bilirsiniz, hərdən mən lap mövhumatçı oluram. Biz sualtı qayıq heyətinin üzvləri ilə gələrkən mən qəflətən nəsə naməlum bir təhlükə hiss etdim. – Şults onun sözünü kəsib, inandırıcı tərzdə izahata başlayır. – Bəlkə də mənim hərəkətim bir az nəzakətsizlik təsiri bağışlayıb. Boynuma alıram, ancaq sizə etibar etməmək barədə heç bir söhbət ola bilməz. Həm də ki, biz ora ümumi işimizin xatirinə getmişdik. Sadəcə, sizin təhlükəli səfərinizdən sonra istəyirdim bir az dincələsiniz, işlərdən ayrılasınız. Hər şeyi sonra danışmağa hazırlaşırdım – həmişəki kimi, əməliyyata bir gün qalmış. Dostumun az qala məndən inciməsinə səbəb olan o “gizli” sirr həqiqətən boş şeydir. Özünüz fikirləşin: gələn həftə siz müşayiət reysi etməlisiniz. Və mən istəmirəm ki, ekipaj üzvlərindən kim isə sizi vaxtından əvvəl görsün. Mənim sizdən gizli başqa heç bir sirrim yoxdur. Heç olmasa, indi inandınız?

Fərzani dinməzcə başı ilə təsdiq edir.

Fərzani öz evinə girir.

– Tevfiq hardadır? – deyə o, üz-gözündən biclik yağan qapıçıdan soruşur.

– Ağayi Tevfiq bağdadır. Qonağı var.

– Farslardı, almanlardı? Qadınlardı, kişilər? Kimlərdir qonaqları?

– Fərzani hirslə soruşur.

– Bayram xonçası kimi hamısından var. – Fərzaninin bağa sarı yönəldiyini görən nökər qondarma canfəşanlıqla məsləhət verir.

– Getməyin ağa, onlar indi hamısı cənnət bağındadırlar.

Bağdakı hovuzun qarşısına xalılar döşənib. Oğlunun qonaqları yaxşıca nahar etmiş qədim romalılıar sayaq, çıl-çılpaq uzanıblar.

Fərzani bağın qapısında ayaq saxlayıb, bir neçə saniyə bu mənzərəni seyr edir, sonra işarə ilə nökəri yanına çağırır.

– Get ona de ki, Tehrandan anası zəng vurur.

Bu vaxt dostu Kurt dili dolaşa-dolaşa Tevfiqə izah edir:

– Səninlə mən arilərik. Bax, Luiza da aridir, indicə sənə sübut edərəm. Əsas sübut döşlərin formasıdır, – o, arilərə məxsus döşlər sahibini arxası üstə çevirməyə cəhd göstərir, ancaq hovuzun kənarında bərk yuxuya getmiş qızı yerindən tərpədə bilmir.

Nökər Tevfiqə yaxınlaşır:

– Tehrandan ananız sizi telefona çağırır.

Tevfiq səndirləyə-səndirləyə evə yollanır. Qapıdan girən kimi normal yerişi və üzünün adi ifadəsi özünə qayıdır. O, atasının kabinetinə keçir.

– Bir saat əvvəl sualtı qayıq Abşerona – Ambur mayakına doğru istiqamət götürdü. Gecə beş sərnişini sahilə çıxarmalıdır. Beşi də təcrübəli qatillərdir. Səba onları ən mühüm tapşırıqlar üçün qoruyur.

– Yaxşı fikirləşmisənmi, ata? – Tevfiq qayğılı halda soruşur.

– Axı Səba yerin üstünü də görür, altını da.

– O, yalan danışmağa başlayıb. Bu isə o deməkdir ki, artıq mənə etibar eləmir.

– Sərnişinlər kimin işini bitirməlidir?

– Rəhbər işçilərin. Əməliyyat kiminsə işarəsi ilə, təyin olunmuş vaxtda başlanacaq. Siyahı üzrə.

– Nə vaxt?

– Bilmirəm, – Fərzani başını bulayır. – Bəli, oğlum, mən qəti qərara gəlmişəm. Bundan sonra səninlə mən bir yerdə olmalıyıq.

Əbiyev eyvanda əyləşib qürub etməkdə olan günəşin zəif şəfəqləri işığında iki gəminin qəribə hərəkətinə tamaşa edir.

Gəmilər paralel kursla sahil boyu üzürlər. Məmməd binokla narahatlıqla baxıb deyir:

– Bəy məni bağışlasın, ancaq bu, çox ziyanlı şeydir.

– Bayaqdan zəhləmi tökmüsən: zərərlidir, zərərlidir, – Əbiyev qəzəblənir. – Bu, çox gözəl Seys binokludur. Onun, axı nəyə ziyanı dəyə bilər?

36 – Sağlamlığa. Adamın canının qənimidir. Mən boş yerə belə demirəm. İndiki kimi yadımdadır – 20 il bundan qabaq türklərlə ingilislər Bakıya girəndə, bax, o qayanın başında bir nəfər oturub, belə bir şeylə gəmilərə baxırdı. Sonra yıxıldı, bir də qalxmadı. Heç meyiti də tapılmadı. Bir həftədən sonra yenə bu cür – birisi düz axşamacan oturdu, axşamüstü o da öldü.

Əbiyev gülür:

– Məmməd, burada binoklluq bir şey yoxdur. Həmin o iki nəfər müşahidəçi kiminsə xoşuna gəlməyib, ona görə də öldürüblər.

Özün dedin ki, hadisə 20 il bundan qabaq olub. O dövrdə aləm qarışmışdı, it yiyəsini tanımırdı.

– Elə indi də buralarda nəsə baş verir, – Məmməd narahat halda ətrafa boylanıb: – Camaat danışır ki, bizim qonşunu gəlmələr yaralayıb.

Bir ay əvvəl də Pirşağada milis rəisini öldürmüşdülər. Necə, nəyin üstündə – heç kəs bilmir. Heç nəyini götürməyiblər – nə pulunu, nə də tapançasını, – Məmməd diksinir; darvazanın qarşısında bir fayton dayanır. Şıq geyimli cavan oğlanla gənc qadın faytondan düşür. Onlar eyvanın bərabərində ayaq saxlayıb, çox ehtiramla Əbiyevlə salamlaşırlar.

– Məni tanımadız, bəy? – Cavan oğlan mehriban təbəssümlə soruşur. – Təyyaram da, sizin dostunuz Fərhad bəy Gəncinskinin oğlu. Bu isə həyat yoldaşımdır.

Əbiyev ayağa qalxıb, onlar qarşılayır:

– Xoş gəlib, səfa gətirmisiz! Buyurun evə. Məmməd, süfrə hazırla, bu gün hörmətli qonaqlarımız gəlib.

Təyyarın arvadı utancaq təbəssümlə əlini uzadır:

– Sevda.

– Fərhad bəyin kefi necədir? İndi haralardadır?

Cavab verməzdən əvvəl Təyyar ətrafa göz gəzdirir ki, görsün Məmməd yaxınlıqda deyil ki...

– Əvvəlki kimi Fransadadır. Sizə salamı var. Bir həftə əvvəl görüşmüşük.

– Dayan, dayan, – Əbiyev qəflətən nəyisə xatırlayır. – Axı Fransa işğal edilib. Almanlar səni necə buraxdılar?

– Almanların da arasında yaxşı adamlar var.

Sevda gözlərini dənizdən çəkmir.

– Orada nə olub? – deyə Təyyar saymazyana soruşur.

– Heç nə, – arvadı nəzərlərini dənizdən ayırmadan dillənir.

– Buxtanı da, bütün sahilboyunu da minalayırlar.

Əbiyev gülümsünür:

– Elə şey olmaz, qızım. Bu yerlərdə heç minanın nə olduğunu eşidən yoxdur. Yəqin dənizin dibini ölçürlər. Deyilənə görə, burada gələcək kurortlar üçün sahil bəndləri çəkəcəklər.

Sualtı qayıq asta-asta sahilə yanaşır.

Komandir exolotun və xəritənin göstəricilərini saniyəbəsaniyə tutuşduraraq, sualtı qayığı dar qayalıq dəhlizlə buxtaya doğru ehtiyatla sürür. Bayırdan taqqıltı eşidilir. Komandirin ürəyi şiddətlə döyünür. Köməkçisi rubkaya daxil olur. Onun nigaran baxışına cavab olaraq, Konrad başı ilə təsdiq edir: yəni düzdür, qayığın örtüyünə mina toxunur.

– Lap asta sürətlə geriyə! – Komandir danışıq borusuna tərəf əyilib, demək olar ki, pıçıltı ilə əmr edir. Elə bu anda sol tərəfdən qıcırtı eşidilir.

– Periskop! – Konrad dənizin səthinə nəzər salır. – Qaranlıqdır!

– Kiminsə əlini çiynində hiss edib səksənir.

– Nə olub?

– Gözlərini periskopdan ayırıb, rubkaya girənlərə çaşqın nəzərlərlə baxır, sonra xatırlayır:

– A-a! Sərnişinlər! – Səsində dərhal həmişəki komandir hökmü duyulur. – Bu saat öz yerinizə qayıdın. Rubkaya girmək qadağandır.

– Mən normal sərnişin kimi soruşuram ki, nə olub? Bu isə...

– Bu isə özünü arabaçı kimi aparır. Hə, nədir, ay arabaçı, minaların arasında ilişmisən? “İrəli! Geri!” – bəlkə bu, sənin xoşuna gəlir, biz özgənin işinə qarışmırıq. Ancaq bizi düşür. Daha gəlib çatmışıq, hava da qaralıb – hər şey plan üzrə gedir. Düzdürmü?

Onda əmrə uyğun olaraq, qayığı suyun üzünə qaldır, bizi burax.

– Hər şeydən əvvəl qayığı xilas etməliyəm. – Konrad qəzəbli halda batıq səslə dillənir. – Sizi düşürmək barədə sonra düşünərik – salamat qalsaq. – O, həmsöhbətlərinə daha əhəmiyyət vermədən əmr edir: Birinci və ikinci sisternlərə hava vurun! Suyun dibinə enirik! – Bu anda yenə mina qıcırtması eşidilir.

Birinci “sərnişin” qüvvətli zərbə ilə Konradın əllərini şturvaldan qoparır. Komandir bir göz qırpımındaca tapançasını çıxarıb, 38 “sərnişini” güllələyir. İkinci isə silahı vurub Konradın əlindən salır, sonra tapançanın lüləsini onun peysərinə dayayır:

– Bəlkə bağışlayacağam səni, bəlkə də yox... Yuxarıda danışarıq.

Niyə gülümsəyirsən?

– Fərhad bəyin oğlunun və onun ailəsinin üzünə bu evin qapıları da, süfrəsi də həmişə açıqdır. Ancaq bir şərtlə: yenə deyirəm, əgər sən buralara xoş niyyətlə gəlməmisənsə, and iç ki, öz planlarını unudacaqsan, – Əbiyev qonaqlarını qapıyadək ötürür.

– Atam demişdi ki, onun dostu Əbiyev vətənimizin düşmənlərinə qarşı mübarizədə mənə kömək edər.

– Mən onları düşmən hesab etsəydim, o zaman sizlərlə bir yerdə vətəni tərk edərdim. Yenə deyirəm: buranı öz evin hesab edə bilərsən...

– Yəni doğrudanmı siz elə düşünürsünüz ki, ailəmizin bütün var-dövlətini – neft mədənlərimizi, torpaqlarımızı, mülklərimizi qoyub getdiyimiz Bakıya mən ona görə gəlmişəm ki, özgə evində siçan kimi gizlənəm?

– Dayan-dayan, – Əbiyev heyrətlənir. – Nə mülk, nə mədən?

Sən nəyisə çaşdırırsan. Bolşeviklər gəlməmişdən iki ay əvvəl sənin atanın əlində Çadrovı küçəsindəki iki mülkü, Naberejnıda mehmanxana ilə restoranı, bir də üç gəzinti kateri qalmışdı. Köçüb gedəndə bütün bu əmlakını iyirmi min qızıl pula satdı. Həmin pulları da özü ilə apardı. Nədir, yoxsa hamısını xərcləyib qurtarıb? Olar, olar. Pul əl çirkidir, təki insanlığı itirməyəsən... Bəlkə qalıb gecələyəsiniz?

Əbiyev qonaqları faytonun yanınadək ötürüb geri qayıdır.

Stolun böyründən keçəndə binoklu götürüb, uzaqlaşmaqda olan faytonun qırmızımtıl işıqlarını izləyir.

– Fərhad bəy yaxşı adamdır, ancaq bir qüsuru var: qumarbazdır!

Qumara ki başladı, dünya-aləm gözünə görünmür.

– Yəqin elə oğlu da özünə çəkib... Birini salıb yanına gətirib, özü də deyir “arvadımdır”, – Məmməd hirslə dillənir. – Mən samovarı aparırdım, bir də gördüm faytonun yanındadır. Faytonçuya deyirdi: “Get o axmağı çağır, yoxsa səhərədək çərənləyəcək”.

Sonra da bir-iki söz əlavə elədi, dilə gətiriləsi deyil. Heç anbardar Abbasdan da belə sözlər eşitməmişəm, bəy.

Elə bu anda dənizdə güclü partlayış olur. Qorxudan ayaq üstdə zorla duran Məmməd yalvarır:

– Allaha and verirəm, bəy, o zəhrimarı tez ol gizlət! Görürsən, lənətə gəlmiş nələr törədir!

Projektorlar çaxır, gözqamaşdıran ağappaq işıq sahilə süzülür.

Sualtı qayığın məhv edildiyi yerdə bir gəmi lövbər atıb. Əlində öz “qənimət”ini gətirən dalğıc yenə – artıq neçənci dəfə suyun üzündə görünür.

Əmiraslanovun kabineti. O, əməkdaşları ilə birlikdə, dənizin dibində əldə edilmişi kağız-küğüzları çox diqqətlə gözdən keçirir.

– Sizi telefona istəyirlər, yoldaş general! – Yavər otağa girib, astadan xəbər verir.

– Axı dedim ki, məni heç kəslə calaşdırmayın, – Əmiraslanov heyrətlə başını qaldırır.

– Polad Məmmədəliyevdir. Dedi ki, əgər birdən adını xatırlamasanız, yadınıza salaq ki, zəng vurana “yaralı”dır.

Əmiraslanov dəstəyi qaldırır:

– Salam. Özünü necə hiss edirsən? Hə, nə deyir ki? Aydındır.

Sən hər ikisini diqqətlə dinlə, qərarı isə özün qəbul elə. Bəs o tibb institutunun tələbəsi olan qız də sənin yanında durub? Necə? “Düz tapdım” yox, mən bilirdim ki, sənin yanındadır.

Lap dəqiq bilirdim, buna görə də dedim. Sən sabah bir mənə dəy. İstəyirsən məşğələlərdən sonra görüşək. Saat üçdə? Lap yaxşı. – O, dəstəyi qoyur.

Yavər içəri girir. Üzündəki təbəssümü gizlədə bilməyərək, Əmiraslanova bir neçə kağız vərəqi uzadır.

– Şifri açdıq, yoldaş general.

– Elə buna görə də sevinirsən? – Əmiraslanov sərt ifadə ilə donquldanır. Ancaq əməkdaşlar başa düşürlər ki, o yalandan donquldanır.

– Otuz beş nəfərlik siyahı. Özü də hökumət ziyafətinə dəvət üçün deyil, bu, bir növ menyudur. Mənim soyadım siyahıda dördüncüdür. Əgər Herr Şults, yaxud Səba hər halda siyahıda mənə dördüncü yeri ayırıbsa, deməli, hörmətimi saxlayır. Maraqlıdır, görəsən, məni nə cür öldürməyə hazırlaşırlarmış? – Otağa girən eksperti işarə ilə stolun yanına çağırır.

– Sənədlər çox məharətlə hazırlanıb, yoldaş general. Sənədlərin hamısında pasport, baytar həkimi vəsiqəsi, əlillik və əmək kitabçasındakı bütün məlumatlar olduqca səhihdir. Bircə faktdan – sənəd sahibinin şəxsiyyətindən savayı. Çox güman ki, sualtı 40 qayıqda aşkar edilmiş sənədlər də, bir ay əvvəl Nardaranda güllə ilə vurulmuş naməlum şəxsdən tapılmış sənədlər də eyni yerdə hazırlanıb.

– Çox ürəkaçan məlumatlardır, – Əmiraslanov istehza ilə gülümsünür.

– Deməli, bu gün bizim şəhərimizdə 30-a yaxın adam var ki, onları hələ heç özlərinə bəlli olmayan məqsədlərlə Bakıya göndəriblər.

Hamısının da əlində qüsursuz saxta sənədləri var. Bəzi məlumatlardan görünür ki, özləri ilə siyahını gətirən həmin 5 nəfər sonuncu imişlər. Bu nə deməkdir? Əmiraslanov qəti fikir söyləmədən çiynini çəkir. – Belə güman etmək olar ki, həmin adamların törətməyə hazırlaşdığı “sevindirici” işlərə daha lap az qalır. Əbəs yerə şirniklənməyək.

Bu, yalnız ehtimaldır. Bu gün 1941-ci il mayın 18-dir.

– Lap bu dəqiqə məlumat almışıq: dünyada ən böyük xətt gəmisi olan “Bismark” vurulub batırılmışdır, – deyə Yavər hesabat verir. – Almaniyada milli matəm elan edilmişdir.

Almaniya baş qərargahının müşavirəsi gedir. Quru qoşunları komandanı general-feldmarşal Brauxiç özünü itirmiş halda Şərqi Avropanın iri xəritəsi önündə dayanıb. Yalnız Hitlerin səsi eşidilir.

O, qəzəblənib, lakin sözləri astadan və aydın tələffüz edir.

– General-feldmarşal Brauxiç! Fürsətdən istifadə edib, deməliyəm ki, siz çox şöhrətpərəst adamsınız. Bir yadınıza salın, “Barbarossa” əməliyyatı hazırlanarkən təkrar-təkrar deyirdik: əsas zərbə Qafqaza yönəldilməlidir ki, hər şeydən əvvəl Sovetlərin silahlı qüvvələrini enerji ehtiyatlarından məhrum edək. Belə olsa, hətta ləğv edilməyən texnika belə öz-özünə dayanar. Yoxsa sizə bəlli deyil ki, bu müharibə motorlar müharibəsidir! Bakı bütün sovet neftinin 85 faizini verir. Bir təsəvvür edin, əgər başlıca neft mənbəyini ələ keçirə bilsək, nələr olar?! Düşmənin bütün hərbi texnikasını yanacaqdan məhrum etmək imkanı yaranır. Yanacaqdan məhrum olacaqları gün düşmənin tank və təyyarələrini boş konserv qutuları kimi dənləyə bilərik. Onlarda vuruşanlar isə yanacaqsız qalanda təzə doğulmuş pişik balasıtək köməksiz olacaqlar. Birdən ingilislər Rumıniyanın neft mədənlərini bombalasa, nə olar? Mən qorxaq deyiləm. Ancaq belə bir şeyi təsəvvürümə gətirməyə cəsarət etmirəm!

Yadınıza salın, biz “Barbarossa” planını necə hazırlamışdıq.

Mənim qətiyyən Moskvaya hücum etmək fikrim yox idi. Sovet 41 sistemini ən zəif yerindən boğmaq üçün mənə Qafqaz lazımdır! Sizə isə Moskva gərəkdir, Brauxiç, çünki dahi sərkərdə şöhrəti qazanmaq istəyirsiniz! Danışın! Mən sizin etirazlarınızı eşitmək istəyirəm!

– “Barbarossa” planında təklif etdiyim cüzi dəyişikliklər fürerin qəzəbinə səbəb olubsa, bu mənim ürəyimi ağrıdır. Mənim fürerim, çox şad olardım ki, siz həmin planda bircə müddətin, döyüş əməliyyatlarının keçirilməsi üçün bircə tarixin belə dəyişdirilmədiyinə diqqət yetirəydiniz. Qafqaz fürerin müəyyən etdiyi müddətdə bizim olacaq! Və biz həm donanmamızın, həm aviasiyamızın, həm də ordumuzun qıtlıq çəkdiyi yanacağı alacağıq. Ancaq bununla belə deməliyəm: hələ təhsil aldığım illərdə mənim dahi müəllimlərim belə bir həqiqəti mənə təlqin etmişlər: müharibədə o tərəf qalib sayılır ki, rəqibin silahlı qüvvələrini darmadağın edərək, düşmən dövlətin paytaxtını ələ keçirsin. Bütün dövrlərdə bu, bir qayda olaraq, həm bütün qoşunun, həm də dinc əhalinin mənəvi məhvinə gətirib çıxarmışdır. Mən sizə vəd edirəm ki, fürerin mənə etibar etdiyi qoşunlar bütün dünyanı lərzəyə salaraq ildırım sürəti ilə Şərqə sıçrayış edəcək və ay yarımdan sonra Moskva Almaniyanın böyük rəhbərinin ayaqları altında olacaq. Moskvaya hücumla eyni vaxtda biz Cənubun neft və kənd təsərrüfatı mərkəzlərinə də hücuma keçəcəyik.

– Brauxiç nəfəsini dərmək üçün dayanır. Hitler fürsəti fövtə vermir. O, üz-gözünü turşudaraq, dərhal Qalderə sarı dönür:

– Baş qərargahın rəisi Qalder, siz bu gün ağzınıza su alıb oturunuz.

Nə qədər qəribə görünsə də, bircə kəlmə belə danışmaq istəmirsiniz.

“Barbarossa” planı işlənib hazırlanarkən fürsət düşən kimi siz mənim planımı bəyəndiyinizi bildirirdiniz, xüsusilə də söhbət planın iqtisadi təminatından, konkret olaraq, Qafqaz istiqamətindən düşəndə. Bu gün isə səsiniz çıxmır.

– General-feldmarşal Brauxiç, fürer qarşısında öz məsuliyyətini dərk edən bir sərkərdə kimi, həmin planda etmək istədiyi ölçülübbiçilmiş həmin əlavələrdə planın mahiyyətini dəyişdirə biləcək bir şey sezməmişəm. Müharibənin elə ilk günündən Qafqazın işğalına başlanılacaq və bu proses Moskvanın ələ keçirilməsindən sonra daha sürətlə gedəcək. Moskvanın isə bircə aya qaliblərə təslim ediləcəyinə mənim şübhəm yoxdur. Mən cəsarət edib, generalfeldmarşalın sözlərini təkrarlamaq istərdim! Moskva ruslar üçün sadəcə, paytaxt deyil, həm də onların bütün tarixinin, incəsənət və etiqadının daşıyıcısı, rəmzi olan bir şəhərdir.

– Buna görə də ruslar Moskvanı ay yarıma başlarından etmək istəyəcəklər, eləmi?! – Hitler özündən çıxaraq bağırır. Sonra səsini kəsir və quruyub-qalmış qoşun başçılarını bir-bir süzür. Asta, yorğun səslə təzədən sözə başlayır. – Bu saat mənim etməli olduğum ən ağıllı hərəkət təcili olaraq feldmarşal Qalderi reyx baş qərargahının rəisi vəzifəsindən götürməkdir. Və elə eynilə bu cür təcili qaydada Brauxiçi vəzifəsindən çıxarıb, quru qoşunlarına komandanlığı öz üzərimə götürməliyəm... Ancaq mən, bəlkə də həyatımda ən böyük səhvə yol verəcəyəm – onları əvvəlki yerlərində saxlayacağam. Siz hər ikiniz zamin durmalısınız ki, Moskva ay yarımdan sonra tutulacaq. Mənsə sizə ay verirəm. Üç aydan sonra sizi elə bu zalda dinləyəcəyik!

Bakı vağzalı. Qatar platformaya yaxınlaşır. Vaqonlardan sərnişinlər:

qadınlar, qocalar, uşaqlar tökülüşməyə başlayır. Əllərində bağlama və çamadanlar olan bu adamlar pillələri enib, ucu-bucağı görünməyən izdihama qarışırlar. Yük maşınının üstündə tələsik düzəldilmiş tribunaya gənc bir qadın qalxır.

– Əziz dostlar! Bizim şəhərə xoş gəlmisiniz. Mən Azərbaycanın səhiyyə naziri Çimnaz Babayevayam. Müvəqqəti olaraq faşistlərin işğal etdiyi şəhər və kəndləri tərk etməyə məcbur olmuş sovet vətəndaşlarını yaşayış yeri və yeməklə təmin etmək kimi şərəfli vəzifə mənə həvalə edilib. Hər şeydən öncə, sizdən xahiş edirəm, bəzilərinizlə söhbət zamanı eşitdiyim bir sözü – “qaçqın” sözünü unudasınız. Bu, pis, yanlış sözüdür. Siz Bakıda qaçqın deyilsiniz.

Siz öz qardaş-bacılarınızın yanına gəlibsiniz. Siz bizim əziz qonaqlarımızsınız.

Bunu yaddan çıxarmayın.

Çimnaz Babayeva nitqini davam etdirir. Həmin vaxt ilə buradaca, meydanda qoyulmuş masaların arxasında əyləşən müvəkkillər gələnləri qeydiyyata almaqla məşğuldur.

Bakı həyətləri. Minlərlə Bakı həyəti... Hər birində də mənzillərin qapıları gələnlərin üzünə qonaqpərvərliklə açılır.

Hərbi komissarlıq. Kamil öz qohumu hərbi komissarla söhbət edir.

– Sonrası da, mən utanıram, lap elə qonşulardan xəcalət çəkirəm.

Mənim yaşıdlarım çoxdan ordudadır, bəziləri isə yəqin ki, artıq cəbhədədir...

Hərbi komissar əli ilə Kamilin susmasına işarə edib, açıq qovluğu onun qarşısına sürüşdürür.

– Bu, tam məxfidir, ancaq sənə etibar edə bilərəm. Oxu, gör nə yazılıb?

Kamil cəld əmri gözdən keçirir:

– Yazılıb ki, neftçilər, eləcə də bilavasitə neft hasilatı ilə bağlı olanlar hərbi xidmətdən azad edilsin. Bu “sirr”dən bütün Bakının xəbəri var. Axı mən neftçi deyiləm. Neft çıxarılması ilə də heç bir əlaqəm yoxdur. Mən neft kim-ya-çı-sı-yam!

– Sənin rütbən nədir?

– Kiçik leytenant!

– Kiçik leytenant Məmmədəliyev! Farağat! Geriyə dön!

– Yaxşı-yaxşı, İsmayıl dayı, yenə səni öskürək tutacaq. Axı sənə qışqırmaq olmaz. İndi görərsən, bu gün-sabah deyəcəklər ki, qohumbazlıq eləyir.

– Mənə görə narahat olma, – hərbi komissar gülümsünür. – O cür vicdansız yaramazlar üçün bax, bu qovluqdakı əmri saxlayıram.

Əmrdə göstərilir ki, sən çox mühüm elmi işlə məşğul olduğuna görə hərbi xidmətdən azad edilməlisən.

– Əşşi, mən heç bir iş-zad görmürəm! Səhər tezdən gedirəm laboratoriyaya, axşamacan bayquş kimi tək-tənha otururam. Hər gün beləcə... Heç bir faydası da yoxdur. Nə var nə var ki, Bağırov direktora nəsə deyib. Yəqin özünün də yadından çoxdan çıxıb...

– Yoldaş Bağırov?! – Hərbi komissar ayağa qalxıb “farağat” durur. – Ay axmaq, bayaqdan niyə mənə demirsən?! – Zəngin düyməsini basır, dərhal haradansa peyda olan leytenanta deyir:

– Maşın çağır, iki nəfər adam qoş buna. Təcili hökumət tapşırığını yerinə yetirmək üçün instituta göndər. Tapşır, yolda maşından buraxmasınlar!

– Baş üstə, yoldaş mayor!

Kamil ağzını açmaq istəməsə də, komissar: “heç nə eşitmək istəmirəm” – deyə əllərini yelləyir.

...Kamil evlərinə girən kimi, kəsif iy hiss edir. Mətbəxə girəndə görür ki, atası ilə Əbülfəzin ağ neft pilətəsinin üstündə nəsə bişirirlər.

Qazandan qatı tüstü qalxır, ancaq Əbülfəz buna əhəmiyyət vermir, lap yaxından durub tamaşa edir. Atası həmişəki kimi yenə də Kamilin gəlişinə sevinir.

– Nə iş görürsən belə? – Kamil soruşur.

– Qozlu qızılgül mürəbbəsi bişiririk! Adını da kimyaçı qoymusan, – Əbülfəz hırıldayır.

– Sabun bişiriləndə uzaqda durmaq məsləhətdir, – deyə Kamil dillənir. – Kaustik soda buxarı ilə bir az da nəfəs alsan, ömürlük astmaya mübtəla olarsan. Onda nə mürəbbənin sənə köməyi olar, nə də sabunun. Ata! Evi tüstü bürüyüb ki...

– Sabah ananın ad günüdür, bir hədiyyə tapmadım, – atası günahkar adam kimi izahat verir. – Özüm işə başladım. Üç-dörd damcı da ətir qatacağam – bir parça yaxşı əl-üz sabunu alınacaq.

– Sabun indi qızıldan bahadır, – deyə Əbülfəz əlavə edir.

– Mən axıra çatdıraram, siz gedin otağa, – Kamil deyir – Bu saat hazır olacaq. Sən get əyləş. Çox ləngiməyəcəyəm.

Kamil gedəndən sonra Əbülfəz soruşur:

– Bəs bir-iki... üç-dörd parça da düzəltmək olar?

Kamil divanda oturub, nə isə oxuyur. Atası sevinə-sevinə otağa girir. Əlində yasəmən rəngli bir parça sabun var. Kamilin başı oxuduğu kitaba bərk qarışıb. Atası divana yaxınlaşır:

– Nəyə belə girişmisən?

– Sənin kitabındır, qədim kimyagərlər haqqında, – Kamil başını qaldırır, kitabı əlindən yerə qoymayıb deyir:

– Çox maraqlıdır. Hə, hazırdır? – İyləyir, – əla sabundur. Lap köhnə vaxtlardakı sabunlara oxşayır.

Mətbəxdə tək qalmış Əbülfəz sabun qırıntılarını tələm-tələsik yığışdırır. kənardan baxanda elə bil ki, həlledici oyunqabağı kartları qarışdıran qumarbazdır.

Ankara. Üzərində svastika olan bombardmançı təyyarə hərbi aerodromda yerə enir. Onun ardınca qırıcılardan ibarət eskort da enir. Təyyarənin trapına Almaniya səfirinin maşını yaxınlaşır. Səfir Keyteli qarşılayır. Elə buradaca Türkiyənin silahlı qüvvələr və xarici işlər nazirləri, Keytel və qarşılayanlar bir-birini salamladıqdan sonra maşınlara əyləşirlər.

– Baş nazirin sarayına, – deyə Keytel səfirin maşınında əmr edir. – Bircə dəqiqə də vaxt itirmək olmaz. Mən elə bu gün Berlinə qayıtmalıyam, – aerodromda cərgə ilə düzülmüş hərbi təyyarələri seyr edərək, məmnun halda dillənir:

– Əla! Dostlarımız, deyəsən, pis hazırlaşmayıb.

– Türkiyənin 26 diviziyası sovet sərhədində tam hərbi hazırlıq vəziyyətində dayanmışdır, – deyə səfir cavab verir.

Bir saat əvvəl hərbi nazirlə söhbət zamanı o, bir daha təsdiq etdi ki, hərbi əməliyyata başlamaq üçün yalnız hökumətin əmrini gözləyir.

– Bəs baş nazir Saracoğlu nə deyir?

– O susur, cənab reyxsnazir. Ancaq mən hiss edirəm ki, bir türk kimi, o, Rusiyanın məhvini ürəkdən arzulayır.

– Qəribədir. – Keytel çiyini çəkir. – Hər halda bu gün dəqiq bir söz deməlidir. Mən fürerin əmrilə bu gün ona görə baş nazirlə görüşə gəlmişəm ki, fürerin adından yeganə bir sual verim:

Türkiyə, nəhayət, nə vaxt hücuma keçəcək?

... – Türkiyə baş qərargahı plan işləyib-hazırlamışdır və mən İran yaylasından Zaqafqaziyaya hücuma başlamaq planını təsdiq etmişəm. Bununla eyni vaxtda hərbi-dəniz donanması Qafqazın Qara dəniz sahillərinə desant çıxaracaq. Qalır yalnız əlverişli məqam gözləmək. Və mən güman edirəm, daha doğrusu, əminəm ki, bu məqam çox tezliklə yetişəcək. Mən təntənəli surətdə vəd edirəm və mənim sözlərimi Almaniya rəhbərinə çatdırmağı sizdən rica edirəm, cənab Keytel: müzəffər alman qoşunları Moskvanı işğal edən kimi, biz müharibəyə qoşulacağıq. Bu sevincli hadisəni bütün dünya səbirsizliklə gözləyir. Bu həm qoşunların, həm də xalqın ruh yüksəkliyi üçün zəruridir! Mənim hökumətim və müxalifətin bir hissəsi də eyni fikirdədir. – Saracoğlu nəzakətli tərzdə, lakin qətiyyətlə cavab verir.

– Moskva hələ sentyabrın sonlarınadək tutulacaq, – Keytel qaşqabaqlı cavab verir. – Lakin kommunizmə qarşı müqəddəs savaşda Almaniyanın və onun bütün müttəfiqlərinin mənafeləri təkidlə tələb edir ki, Türkiyə ayın axırınadək cənubdan hücuma başlasın.

– Almaniyanın və onun müttəfiqlərinin mənafeləri həmişə mənim qəlbimdə coşqun əks-səda doğurmuşdur və doğuracaq...

Lakin Allahın və xalqın iradəsi ilə mən ona görə seçilmişəm ki, ilk növbədə Türkiyənin mənafelərini qoruyum. İnandırıram sizi, narahatlıq üçün heç bir səbəb yoxdur. İyirmi gündən sonra Moskva tutulacaq və Türkiyə ordusu öz müttəfiqlik borcunu qəhrəmanlıqla yerinə yetirməyə başlayacaq.

– Əgər mən sizi düzgün başa düşdümsə, cənab baş nazir, deməli, Türkiyədə hələ indiyədək də müxalifət mövcuddur? Mənə belə gəlir ki, hazırkı beynəlxalq vəziyyət kimi mühüm tarixi dövrdə müxalifət ölkə daxilində “beşinci təkər” kimi bir şeydir və bu, təcili surətdə ən qəti tədbirlər görülməsini tələb edir. Bu cür sanitariya tədbirlərinin zəruriliyinin İranda vaxtında anlamış, həmin azarın kökünü kəsmək üçün təmizləyici atəşdən istifadə etmişlər, bununla da dövlət monolitliyini xeyli qüvvətləndirmişlər.

– Türkiyə İran deyil, cənab Keytel, – deyə Saracoğlu quru tərzdə cavab verir.

Bağırov uzaq neft mədəni ilə telefonla danışır:

– Əgər qəzet oxumursansa, mən sənə göndərə bilərəm. Müharibə gedir, eşidirsən məni? Müharibə. Bəs sən mənə nə deyirsən?

Mənə neft lazımdır, quru söz yox! Yaxşı, Vəzirova əmr edərəm, sənə iki qazma qurğusu verər. Bundan artıq heç nə yoxdur. Qalan məsələlərin də öhdəsindən özün birtəhər gəl! Hə, bilirsən lap yaxşı, – Bağırov tam general formasında içəri girən Əmiraslanovu görür.

Təəccüblə qaşlarını qaldırıb, əyləşməsinə işarə edir. Söhbətini davam etdirir: – Ürəkdən arzu edirəm ki, vaxtında çatdırasan. Yox, incimə, zarafat elədim, – dəstəyi yerinə qoyur. – Bədirovun işi çətindir – adam yox, mexanizm yox... – Əmiraslanova müraciət edir.

– Sən nə münasibətdə belə bəzənmisən?

– Bir həftəliyə getməliyəm. Sabah bizim qoşunlar İrana girir.

İcazə verəcəksiniz?

– Mütləq gərək sən gedəsən? – Bu anda içəri girən katibə narazıparazı baxır. – Nə olub?

– Oğlunuz gəlib, yoldaş Bağırov.

On doqquz yaşlarında təyyarəçi-leytenant kabinetə daxil olur.

– Qoy gözləsin... Yaxşı, çağır görək.

– Nədir, yoxsa sözləşmisiniz? – Bağırov salamlaşıb soruşur. – Bu da formadadır! Sən hara hazırlaşırsan!

– Deyəsən, cəbhəyə. Bir saatdan sonra uçuram, – oğlu gülümsəyərək cavab verir.

– Hansı cəbhəyə? – Bağırov yerindən qalxıb pəncərəyə yaxınlaşır.

Hirsli-hirsli deyinir. – Heç nə başa düşmürəm. Həftələrlə üzünü görmürəm, haralardasa itib-batırsan. İndi də gəlmisən ki, “bir 47 saatdan sonra uçuram”. Heç olmasa, deyiblər hara? Mən öyrənərəm, hə-hə, özüm öyrənərəm... – Ciblərini axtarır, pul çıxarır, zarafatyana danışmağa çalışır. – Sənin yaşında mən pul xərcləməyi yaman xoşlayırdım. Ancaq heç vaxt pulum olmurdu, – diqqətlə oğlunu süzür. – Sən haçan belə böyüdün?! Yəqin mən hər halda pis atayam, – qəflətən hərarətlə oğlunu bağrına basır. – Özündən muğayat ol, oğlum! – Asta-asta qollarını açıb, Əmiraslanova müraciət edir. – Bilirsən, bu anadan olanda... – Sözünü yarıda kəsir, çünki Əmiraslanov artıq otaqda yoxdur.

Müharibə dövrünün Bakısı. Minlərcə şəhər sakini Bakını şimal istiqamətindən qorumaq üçün çala və səngərlər qazır. Şəhər üzərində balinaları xatırladan aerostatlar asılı qalıb. Bağırov mədəndədir.

O, Azneft rəisi Tahir Əzizbəyova deyir:

– Ötən ay siz planı cəmi yüz on faiz artıqlaması ilə yerinə yetirmisiniz.

– Adamların yarısı cəbhədədir, yoldaş Bağırov. Tələm-tələsik uşaqlara, qadınlara işi öyrədirik. İstismarla yanaşı, kəşfiyyatla da məşğuluq, yeni quyular qazırıq.

– Səhhətin necədir? – deyə Bağırov diqqətlə Əzizbəyovu süzərək soruşur. – Ürəyin incitmir səni?

– Hərdən. Ancaq bütövlükdə deyəsən sağlamdır.

– Səninlə məsləhətləşmək istəyirəm. Sözsüz, sənə hamıdan yaxşı bəllidir ki, böyük diametrli borular məsələsi nə yerdədir.

– Bağırov az qala yalvarışla danışır. – Yəni bilirsən ki, belə borular yoxdur və müharibə qurtaranacan da olmayacaq. Bu tərəfdə faşistlərin hücumu ilə bağlı, neft kəməri həyati vacib məsələdir.

Əzizbəyov az qala səksənir:

– Kim çəkəcək o kəməri?

– Bu, sonrakı məsələdir, o barədə hələ danışacağıq... Əsas məsələ boru tapmaqdır.

– Neft kəmərinin uzunluğu nə qədər olacaq? Əgər 300-400 metrdisə, mədənlərdə axtarmaq olar.

– Yox, bu neft kəməri daha uzun olmalıdır. Deməli çıxış nöqtəsindən son məntəqəyədək onun uzunluğu... 800 kilometrdir. Buradan Kuybışevəcən. Qaldı ki, boruları haradan almaq indi səninlə danışarkən birdən ağlıma gəldi! Axı bizim müvəqqəti gərəyimiz 48 olmayan Bakı-Batumi neft kəməri var. Onsuz da Qara dənizə almanlar üçün neft vurmayacağıq ki?.. Camaatımız neftsiz qalıb, əziyyət çəkir. Batumiyədək kəməri sökmək lazım gələcək. Sonra da Kuybışevədək təzədən çəkmək. Plan səninçün gözlənilməzdir, buna görə sənə elə gəlir ki, uzaqdır. Sənin yaşında oralara qaçaqaça getmək olar: istər Batumiyə, istərsə də Kuybışevə.

Əzizbəyov hələ bir müddət çaşqın halda Bağırova baxır. Sonra buruğun beton özülü üzərinə çökür. Bağırov onunla yanaşı oturur.

Adamlar uzaqdan onlara baxsalar da, heç kəs yaxınlaşmağa cəsarət etmir.

– Ağrıyır?

– Hə.

– Dözə bilirsən?

– Dözürəm...

– Nahaq yerə. Ürək ağrısına dözmək ziyandır, gərək o saat dərman içəsən, – cibindən dərman qutusunu çıxarır, Əzizbəyova bir həb uzadır. – İndi keçər. Çətini birinci dəfədir. Sonra alışarsan. Sən sabahadək boruları, neft kəmərlərini yaddan çıxar. Dur gedək mənimlə. Bu gün əlahiddə müdafiə rayonu yaradırıq, onun da nəzdində qərargah. Qərargahın üzvü olacaqsan.

– Bəs neft kəmərini nə qədər vaxta çəkmək lazımdır?

– Vaxt sarıdan bəxtimiz gətirib, – Bağırov gümrah halda cavab verir və dərman qutusunu təzədən çıxarır. – Boruları tapmaqla müqayisədə nə qədər desən vaxtımız var. Dörd ay.

– Dörd aya səkkiz yüz kilometrlik neft kəməri?

– O birini sökmək, üstəlik də bu birini çəkmək, – Bağırov astadan təkrar edir.

– Bu, mümkün deyil!

Bağırov canıyananlıqla ona baxır, razılıq əlaməti olaraq, başını tərpədir. Ah çəkir, sonra təzədən başını tərpədir.

– Eləyərik, – deyə o, astadan dillənir ki, Əzizbəyov hətta eşitmir.

Əmiraslanovun kabineti. Polad söhbətini bitirib, Əmiraslanovla sağollaşır.

– Bu, çox ciddi məsələdir, – deyə Əmiraslanov qayğılı halda dillənir.

– Hətta sizi bu işə cəlb etdiyimə görə hərdən vicdan əzab çəkirəm. Səndən də çox o qızın qarşısında özümü xəcalətli sanıram.

Ona mənim salamımı çatdır. Özün isə heç kəsdən heç nə soruşma.

İnan ki, səni yaddan çıxartmayıblar. Çağırış vərəqi almısan?

– Getmişdim, dedilər lazım olanda çağıracağıq.

Əmiraslanov başını tərpədir:

– Ən başlıcası budur ki, sənə nə öyrədirlərsə, yaxşı-yaxşı yaddaşına həkk elə. Bundan çoxlarının, o cümlədən sənin də həyatın asılı olacaq! Məni başa düşdün?

Polad gedəndən sonra Əmiraslanov Bağırova zəng vurur.

– Mən İranda qüvvələr düzümü barədə hesabat hazırlamışam.

Almanlar daha altı ədəd sualtı qayıq və iki esminets əlavə ediblər.

Təyyarələr, tanklar da müntəzəm gətirilir. Bunların hamısının hədəfi Bakıdır. Hesabatı sizə göstərib, sonra Moskvaya göndərmək istəyirəm... Çox sağ olun. Təcili qərargaha göndərirəm.

Tehran. Şahənşah sarayına fasiləsiz olaraq maşın karvanları yaxınlaşır. Vəliəhdin ad günü münasibətilə şah ziyarət verir. Üzərinə svastikalı kiçik bayraq bərkidilmiş maşından düşən Almaniya səfiri Şultsun müşayiəti ilə tələsmədən pillələri qalxır. Laləzar sarayının həyətində əks-səda verən səs qulaqlardan çəkilməmiş, pillələrlə onları qarşılamağa enən İran hökmdarı Rza şah Pəhləvi görünür. Etiket üzrə nəzərdə tutulan təbrik və hörmət-ehtiram izharından sonra şah asta səslə alman dostlarına xəbər verir:

– Səhər yeməyindən sonra mənə eyni vaxtda iki etiraz notası gətirdilər: biri ingilislərdən, biri də sovetlərdən. Təklif edirlər ki, yeddi gün ərzində bütün xarici qoşunları İrandan çıxaraq. Olduqca kobud tərzdə 1921-ci il müqaviləsini xatırladırlar.

Şah çox sərbəst və hətta şən danışsa da, onun baxışlarından elə bir möhkəm inam oxunmurdu. Və bu, Şultsun xoşuna gəlmədi.

– Əgər İran şahı mən olsaydım, belə dövlət başçılarını həyasız namələrinə cavab verməyi özümə layiq bilməzdim. Çünki onların aqibəti hələ bu il başa çatmamış Berlində həll ediləcək. İndiki halda çox incə bir demarş etmək və şah həzrətləri ilə məktublaşmağa cəsarət etmiş hər iki tərəfin hansı yerə layiq olduğunu əyani göstərmək lap yerinə düşərdi.

– Axı bu gün sarayda bayramdır! Mən isə heç yerdə fürerin portretini görmürəm, – Şults heyrətini bildirir. – Lütfən, əlahəzrət, etirazınız yoxdursa...

– Adolf Hitleri mən özümə qardaş hesab edirəm və ailəmin belə bir xoşbəxt günündə bu zalda fürerin portretinin asılmamasına görə özümü günahkar sayıram.

Əvvəlcə Böyük Britaniya səfiri öz xanımı ilə birlidə təşrif gətirir.

O, salona daxil olanda dərhal Hitlerin portretini görür. Konyakla dolu badəni bir kənara qoyub, arvadına nəsə deyir.

Qadın ərinin qoluna girir və səfir xanımını portretin yanına aparır.

Orada düz bir dəqiqə, yəni seyr edilən sənət əsərinin məziyyətlərini görmək üçün lazım olduğundan xeyli artıq dayandıqdan sonra İngiltərə səfiri xanımının qulağına nəsə pıçıldayır. Qadın gülür, sonra pıçıltı ilə ərini cavabında nəsə deyir. Təbii ki, bu sözlərin gizli mənası toplaşanlar üçün naməlum qalır. Sovet səfiri isə həmin gün, ümumiyyətlə heç gəlməmişdi.

Qaranlığa qərq olmuş Moskva. Sirenalar uğuldayır. Motorların gurultusunun tez-tez partlayan bomba səsləri batırır. Stalin bağ evindədir. Damda, yağışdan qorunmaq üçün faner talvarın altında dayanıb, qıpqırmızı səmaya baxır. Yanında dayanmış Şerbakov Stalini sığınacağa düşmək üçün dilə tutmağa cəhd göstərir. “Təhlükə bitdi” siqnalı verilir. Uzaqlarda motorların gurultusunu eşidilməz olur, sirenalar susur.

– Cəmi dörd təyyarə vurulub, – Stalin pilləkənlə enərkən narazı halda dillənir. – Məncə, bu qədər sıx zenitçilər dəstəsi üçün çox azdır... Bu günə hansı məsələdir?

– İranda vəziyyə. Bu da Uinston Çörçilin məktubu. Qafqazın təhlükəsizliyi üçün narahatdır.

– Konkret təklifi nədir?

– Təklif edir ki, nasist aviasiyasının hücumlarının qarşısını almaq məqsədilə Bakı rayonunda amerikalılarla birlikdə ingilislərin səkkiz qırıcı eskadrilyası yerləşdirilsin. Ancaq bir incə məqam var: o bizə təyyarələri öz ekipajları ilə birlikdə təklif edir. Üstəlik də aviabazalarda bütün xidmət işlərini ingilis mütəxəssisləri görməlidir.

– Vəssalam?

– Xeyr, yoldaş Stalin. Məlumat almışıq ki, bizim qoşunlarla birlikdə İrana yeridilən ingilis qoşunlarını tərkibində xüsusi desant alayı olacaq. Bizim Zaqafqaziyadakı mövqelərimizin zəifləyəcəyi təqdirdə bu alay dərhal Qafqaza keçərək, Bakıda yerləşdirilmiş aviasiya qoşun hissələri ilə birləşməlidir. Yəni Qafqazın işğalı planı göz qabağındadır.

Çörçilin incə zövqü var. İşləyib hazırladığı gizli əməliyyata “Velvet” adını verib. Yaxşı addır?

– Müttəfiq üçün olduqca qəribə əməliyyatdır.

– Öz ölkəsinə yalnız xeyir arzulayan adamı günahlandırmaq lazım deyil. Ən başlıcası, məsələni aydınlaşdırmaqdır, kimi isə günahlandırmaq yox. Və elə hərəkət etmək lazımdır ki, öz ölkəni bəladan qoruyasan. İmkan olsa, hətta onun üçün hər işdə faydalı bir cəhət də tapasan. Beləliklə, gəlin bizim üçün ayrılmış səkkiz eskadrilyaya görə cənab Çörçilə hərarətli minnətdarlığımızı bildirək, ancaq ekipajlardan mütləq imtina edək! Daha sonra: bizim qoşunların İrana daxil olma tarixini müəyyənləşdirin və Çörçilə də xəbər verin. Əgər başqa təklifiniz yoxsa, mən sentyabrın 16-nı məsləhət bilirəm.

Əbiyev pillələri asta-asta düşüb, tənəkliyə enir. Bakı üçün adi payız havasıdır, – artıq isti olmasa da, hava hələ yetərincə ilıqdır.

Tövlənin açıq qapısı önündə, sınıq-salxaq skamyada oturmuş Məmməd mürgüləyir. Əbiyev, səbəbi özünə də bəlli olmayana bir qüssə ilə qocanı süzür. Əlini onun çiyninə toxundurur. Məmməd gözlərini açır. Bəyi görən kimi “həmin dəqiqə” divara söykənib hörmətlə ayağa qalxır.

– Atlara yem verdim. Elə oturmağımla gözümün yumulmağı bir olub, – deyə mızıldanır.

– Qocalmışıq, qardaş, qocalmışıq, – Əbiyev dillənir.

– Nə qədər canımda can var, bəyin sadiq nökəriyəm! – Məmmədin dişsiz ağzından sözlər fışıltı ilə çıxır.

– Düzdür, nökərsən, – deyə Əbiyev razılaşır. Bu zaman üzündə güclə sezilən təbəssüm görünür. – Ancaq nökərin bu gen dünyada bircə doğma adamı yoxdursa, elə ağası da onun özü kimi yalqızdırsa, deməli, onlar bir balaca qardaşdırlar. Atları qoş. Şəhərə gedəcəyik.

– Elə atlarımız da qocalıb, – Əbiyev gülümsünür. – Şəhərə gedək!

Əvvəl sür Bibiheybətə – mənim ilk quyumun fantan vurduğu yerə!

Fayton şəbəkəli buruqların sıx meşəsi ilə irəliləyir, Əbiyev təkcə özünə bəlli olan hansı nişanələrə görəsə Məmmədə istiqaməti göstərir.

– Dayan! Budur! Onda fantan vurmasaydı, mən ömrümün sonunacan dilənçi qalardım! O gün bank müfəttişi gəlib qapını kəsdir-mişdi, icarə müddəti həmin axşam bitirdi... Nə isə... Bu uşaqlar, deyəsən, vaxtlarını boş keçirmirlər, gör nə qədər təzə tikili var!

İndi zavodun yanına sür. Sonra limana gedərik: mənim barjamın, tankerlərimin dayandığı yerə baxmaq istəyirəm.

Əynində fəhlə geyimi, qolunda sarğı olan gənc neftçi zavodun ərazisinə keçməyə icazə vermir.

– Olmaz. Xüsusi buraxılış vərəqi lazımdır.

Boruları bərkitməklə məşğul olan fəhlələrin arasından bir nəfər ayrılır:

– Salaməleyküm, bəy! Xeyirdimi?

– Buralarla vidalaşmağa gəlmişəm, – bəy zavod binasına işarə edir.

– Bəs mən elə bilirdim sən buralarla iyirmi il bundan qabaq vidalaşmısan, – Fəhlə zarafat edir.

– Vidalaşmağa bu gün gəlmişəm, – Əbiyev ciddiyyətlə cavab verir.

– Mən yadına gəlirəmmi, bəy!

– Xeyr, – Əbiyev təəssüflənir. – Bağışla, yadımda qalmamısan.

– Tətil komitəsinin üzvü idim. Fəhlələrlə müqavilə məsələsi üçün yoldaşlarımla bir yerdə sənin kontoruna gəlmişdim.

– Hə-ə, deyəsən yadıma gəlir, yadıma gəlir... Tətil... Ancaq heç cür xatırlaya bilmirəm sən nəçi idin?

– Quyu təmiri ustası.

– Bəs indi?

– O indi də usta işləyirdin, indi də usta. – Əbiyev bir anlıq fikrə gedir. – Bəs onda mənə izah elə görüm tətil-filan sənin nəyinə gərək idi?..

– Doğrudanmı başa düşmürsən, bəy? Sən ki, həmişə ağıllı adam olmusan. Bunu hamı bilirdi... Sənə yaxşı yol. – Növbətçini yana çəkir. – Qoy keçsin.

– Yaxşı başa düşmədim. O, kapitalist olub?

– Kapitalist olmağına kapitalist idi, ancaq o birilərə bənzəmirdi.

– Demək istəyirsən yaxşı idi? – Cavan oğlan inamsızlıqla soruşur.

– O birilərə bənzəmirdi, – deyə neftçi təkrar edir. – Əbiyev!

Onu hamı tanıyırdı.

Bağırovun kabineti. Stol arxasında bir neçə nəfər əyləşib.

Kamillə onun direktorundan başqa, o biri dörd nəfərin hamısının, 5 3o mlədən Bağırov da (onun əynində general mundiri var) hərbi forma geyinib.

– Demək istəyirsən ki, bu maye tankın zirehini yandıra bilər?

– Bağırov inamsızlıqla Kamildən soruşur.

– Üç dəqiqə yarım ərzində fasiləsiz yandıqda bu maye qalınlığı sıfır tam onda dörd santimetr olan polad təbəqəni yandırıb dəlir, – Kamili sözləri ipə düzübmüş kimi deyir.

– Laboratoriyada ola bilər, tankın üstündən, özü də hərəkət edən tankdan isə külək bircə saniyədə alovu üfürüb söndürər.

– Bağırov şəkkaklıqla gülümsünərək, yarımlitrlik butulkanı saymazyana tərzdə polkovnik Karpovun qarşısına sürüşdürür. – Sən tankçısan. Necə bilirsən, bu maye doğrudanmı o cür möcüzəli keyfiyyətlərə malik ola bilər, az qala günəşdəkinə bərabər yanma temperaturu; nə küləkdən qorxur, nə sudan, nə qumdan?

– Ümumiyyətlə, mən belə maddə barədə bir şey eşitməmişəm, yoldaş hərbi şura üzvü. – Karpov şüşəni çalxalayır, işığa tutub içərisindəki mayeyə baxır, sonra qapağını açıb qoxulayır. – Ağ neft iyi gəlir, – deyə Karpov nədənsə məyus olubmuş kimi dillənir və onun bu hərəkəti ümumi gülüş doğurur.

Bağırov üzü lalə kimi pörtmüş ixtiraçıya baxıb, hamı ilə birlikdə gülür. Bir papiros götürüb, kibriti çaxır. Həmin saniyə Kamil üfürüb kibriti söndürür.

– Üzr istəyirəm, papiros çəkmək olmaz!

Gülüş dodaqlarda donur. Otağa ölü bir sükut çökür.

– Kimə olmaz? – deyə açıq-aşkar pərt olmuş Bağırov ani sükutdan sonra soruşur.

– Heç kimə! Axı mən bu mayenin xassələrindən danışdım, – deyə Kamil izahat verir.

– Yadına salmaq istəyirəm ki, bu mənim kabinetimdir və mən burada özümü necə... – Bağırov sözünü yarıda kəsib, qaşqabaqlı halda Kamilə:

– Afərin! – deyir. Sonra hamıya müraciətlə əlavə edir: – deyəsən, biz bu... butulka məsələsini yaman uzatdıq. Fikriniz nədir?

– Hər halda sınaqdan çıxarmaq lazımdır, – deyə hərbçilərdən biri dillənir.

– Razıyam. – Gəlin sınaqdan keçirək! – Bağırov başını tərpətməklə razılığını bildirir.

– Yoldaş Bağırov, siz yalnız vaxtını təyin edin... – direktor sözə başlayır, lakin Bağırov onun sözünü yarıda kəsir:

– Buna daha əlavə vaxt sərf edə bilmərik. – Zəngin düyməsini basıb, katibə deyir: – Yanğınsöndürənə çatdırın, bir vedrə su, bir vedrə də qum gətirsin. – Şüşəni əlinə götürüb, kabinetin bir küncündəki mislə işlədilmiş iri mərmər buxarıya yaxınlaşır. – Sınağı bax elə bu saat buradaca keçirin! Bununla da məsələni qurtaraq!

– Buxarı heyfdir, – deyə Kamili fikrini bildirir. – Tüstü borusu da yana bilər.

Direktor ona gözünü ağardıb, stoldan uzaqlaşır, şüşədəki mayeni buxarıya tökür. Kibrit çəkir.

– Temperatur nə qədərdir, bilmirəm, ancaq yaxşı yanır! – Bağırov şahə qalxan alov dillərinə baxaraq heyrətlə deyir.

Otaqdakıların hamısı buxarının başını yığışır. Karpov Kamilə rəğbətlə baxaraq soruşur:

– İndi sönəcək?

Ancaq Kamil o qədər həyəcanlıdır ki, bu sözləri eşitmir.

– Yuxarıda yaşayan var? – deyə o heç kəsə müraciət etmədən soruşur.

– Üst mərtəbədə konfrans zalıdır. – Bağırov gözlərini buxarıdan çəkmədən cavab verir. – Sən narahat olma. Bizim yanğınsöndürən alim deyil, ancaq belə şeylərdən başı çıxır. Yaxşı, şərti olaraq hələlik belə hesab edək ki, sınağın birinci hissəsi uğurlu keçdi.

İndi daha söndürmək olar. Başlayın!

Yanğınsöndürən alovun üstünə qum tökür, lakin alov əvvəlki tək şiddətlə yanmaqda davam edir. Daha iki nəfər ona qoşulur. Bir neçə vedrə qum gətirirlər. Odu söndürmək mümkün olmur. Buxarıdan qalxan hərarət hamını kənara çəkilməyə məcbur edir.

– Məsələ ondadır ki, bu qatışıq yanan zaman ondan oksigen ayrılır, – otağa çökmüş sükut içərisində Kamilin səsi eşidilir. – Onu qum və su ilə söndürmək olmaz.

Fayton şəhərin küçələri ilə irəliləyir.

– Saxla, saxla! – deyə Əbiyev xahiş edir. – Axı bunların hamısını mən tikdirmişəm. Bax, bu, kişi gimnaziyasının binasıdır. O yandakı qadın gimnaziyasıdır. Heç bilirsən burada nə qədər gənc pulsuz təhsil alıb?! Buraya ən yoxsul ailələrin balalarını qəbul edirdilər. Təhsil, yemək, paltar – hamısının pulunu mən verirdim. Yaxşı oxuyanlara təqaüd də ödəyirdim. Beş yüz nəfəri Peterburqa, Moskvaya, Parisə 55 oxumağa göndərmişdim... Mən onları oxutdururdum, çünki öz xalqıma xeyir arzulayırdım. Gör heç indi bunu yada salan var?

– Yaxşılıq itməz. Balıq bilməsə də, xalıq bilər, – deyə Məmməd dillənir.

– Yaxşılığı da gərək ağılla eləyəsən, – Əbiyev ah çəkir. – Heyf ki, mən bunu gec başa düşdüm. Özü də Nərimanovun sayəsində, Nərimanov yadındadır?

– Budey! – Məmməd binalardan birinin divarına vurulmuş portreti göstərir. – O da Peterburqda sənin pulunla oxuyub. Bakıda onu tanımayan vardı məgər?!

– Universiteti mənim pulumla qurtardı. Sonra da pullarımın hamısını geri qaytardı. Axırıncı qəpiyinədək. Hər ay öz məvacibindən az-az qaytarırdı – aramızda mübahisə düşəndən sonra... O mənə başa salmağa çalışırdı ki, yaxşılığı necə eləmək lazımdır, mən isə onunla razılaşmırdım. Allah ona rəhmət eləsin! Məndən nə inqilabçı, ay Məmməd?

– Atlar yorulub, bəy, – Məmməd qürub edən günəşə narahatlıqla baxaraq deyir. – Axşam düşür. Biz isə çatınca şər qarışacaq.

Yolda saxlayıb-eləyən olar.

– Bax, o binanın yanına sür. Görürsən, keşikçi dayanıb qabağında.

Bağırovun kabinetində, qübbəsi uçmuş buxarıda od hələ yansa da alovun şiddəti bir az səngiyib.

– Bəlkə başqa kabinetə keçək, yoldaş Bağırov, – deyə katib təklif edir.

– Mən buxarının yanından tərpənmək istəmirəm, – Bağırov uçub tökülmüş tağtavana işarə edir. – Bütün bu həngamədən görünür ki, temperatur da çox yüksəkdir.

– Hələ onu iki yüz dərəcə də artırmağa imkan var, – Kamil dərhal təklif verir.

Bağırov qımışır:

– Hələlik saxla. – İndi isə əyləş görək! Hansı yolla bu mayeni...

Sən onu necə adlandırırsan?

– Yanıcı qatışıq...

– Hə, bu yanıcı qatışıqdan döyüş şəraitində necə istifadə etmək olar? Tutaq ki, tanka qarşı...

– Butulkalarda. Birlitrlik də olar, yarımlitrlik də. Məncə, yarımlitrlik şüşələr yaxşıdır, onları uzağa tullamaq daha rahatdır.

Atmazdan qabaq, bu qatışıq hopmuş fitili alışdırmaq lazımdır.

– Bu cür qatışıqla neçə qabı doldurmaq olar? – Dərhal gözləri işıldayan generallardan biri soruşur.

– Lap milyon dənəsini! Əsas butulka problemidir! – Kamil cavab verir. – Bu qatışığı qeyri-məhdud miqdarda hazırlamaq olar.

Heç bilirsən, sən nə ixtira eləmisən? – Bu suala Kamildən cavab almayan Bağırov o birilərə müraciət edir. – Bu yeni və bəlkə də çox qüvvətli bir silahdır! Nə ad qoyursan ona?

– Yandırıcı qatışıq şüşəsi!

– Heç silah adına oxşamır. Ancaq eybi yox, ad əsas məsələ deyil. Afərin! Afərin sənə! Bu silahın istehsalı üçün təcili zavod yaratmalıyıq. Bir aydan sonra ilk on min şüşə cəbhəyə yola salınmalıdır.

ETİ direktoru bükülü vatman kağızını açır. Nəhayət, onun da dillənmək vaxtı yetişir.

– Gənc kimyaçı Məmmədəliyevin təklif etdiyi yandırıcı maye qatışığının sənaye istehsalı üçün biz belə bir texnologiya işləyib hazırlamışıq: məhlulun komponentləri bizim sərəncamımızda olan rezervuarlara tökülüb qarışdırılır. Bu məqsədlə, hesabdan silinmiş təyyarələrin propellərindən istifadə etmək olar. İstehsala dərhal başlaya bilərik. Əlbəttə, əgər butulkalar olsa.

Bağırov diqqətlə Kamili süzür:

– Yaxşı, de görüm, bu ideya sənin beyninə haradan düşüb?

Necə oldu ki, sən təkbaşına belə bir şeyi fikirləşib tapdın?

– Mən hər dəfə izah edirəm ki, heç nə fikirləşib tapmamışam.

Atam mənə qədim xalqların istifadə etdiyi silahlar barədə danışmışdı.

Mən də həmin silahın – yanıcı qatışığın necə olduğunu müəyyənləşdirməyə çalışdım. Sən demə, çox asan imiş!

– Çox asan məsələ olduğunu biz gördük, – nə vaxtsa buxarının yerləşdiyi yerdə hələ də yanıb qurtarmamış alova baxan Bağırov dillənir. – Tezliklə bunu başqaları da görəcəklər. Daha doğrusu hiss edəcəklər.

Əbiyev faytondan düşüb, keşikçiyə yaxınlaşır. Salam verir.

– Zəhmət olmasa, get Bağırova de ki, mən onu görmək istəyirəm.

– Bağırovun yanına olmaz, ay yoldaş.

– Heç soruşmursan ki, onu görmək istəyən kimdir, nəçidir?

O saat deyirsən “olmaz”. Yeri, get de ki, Əbiyev gəlib. Qorxma, sənə ziyan olmaz.

– Ay yoldaş, çəkil burdan. Mənə əmr olunub ki, heç kəsi buraxmayım.

Tini burulun, qeydiyyat şöbəsinə müraciət edin.

– Bura bax, oğul, sənin hərəkətin məni yaman narahat eləyir:

bundan sonra da özünü belə aparsan, səndən çətin ki, dövlət adamı çıxar. Ömrünün sonuna kimi keşikdə durmaqdan isə tez bezəcəksən.

Buraxmamağa nə var ki... Qapıya pələng bağlasan, o da heç kəsi içəri buraxmaz. Sən isə savadlı adamsan, əvvəlcə bir öyrən gör, gələn kimdir, niyə gəlib?

Binanın qarşısında bir maşın dayanır. Əmiraslanov düşüb, giriş qapısına yaxınlaşır, Əbiyevlə yanaşı durub, onun nə vaxt sözünə xitam verəcəyini gözləyir. Qapıdakı növbətçi onu görən kimi əsgəri salam verir. Əmiraslanov Əbiyevə müraciətlə:

– Hər halda o öz rəisini çağırdı. Eşidirəm sizi. Nə istəyirsiniz?

– İstəyirəm Bağırova xəbər versinlər ki, neft sahibkarı Əbiyev gəlib, dövlət işləri barədə danışmaq istəyir! Başqa heç kəsdən heç bir təmənnam yoxdur.

– Bunu mən ona çatdıra bilərəm, – Əmiraslanov qocanı özündən irəli buraxaraq deyir, – ancaq bilmirəm, sizi qəbul edə biləcəkmi?

O indi bərk məşğuldur.

Qəbul otağının qapısında katibi görür, nəsə soruşur. Əbiyevə sarı dönür:

– Yanında adamlar var. Bəlkə kiminləsə xəbər... – Əbiyevin sərt baxışlarını görüb susur. – Yaxşı! – Kabinetin qapısını açıb, içəri girir və astanadaca donub qalır. Parket yaş qumla örtülüb, pərdələr hisin içindədir, kabinetin sahibi və onun qonaqları hisə batmış üzlərini çertyojun üstünə əyib, nəyi isə qızğın müzakirə edirlər.

Bağırov başını qaldırıb, şən halda Əmiraslanova baxır:

– Hə, necədir səninçün?

– İçəri girəndə elə bildim ki, yandırıcı bombaların söndürülməsi üzrə təlim keçirilib. Nə məsələdir?

– Yandırıcı bombalardan qat-qat maraqlı məsələdir! Sən heç bilirsən kefim necə kökdür?! Heç bilirsən necə gözəl insanlarımız var? Nə xəbərlə gəlmisən? Ancaq bəd xəbər olmasın:

– Sizinlə Əbiyev görüşmək istəyir:

– Həmin o Əbiyev? – Bağırov təəccüblənir. – Nə istəyir görəsən?

İyirmi ildir onu görməmişəm. Nə isə... Deyərsən ki, ürəyi istəyən vaxt gəlsin.

– O burdadır.

Əbiyev içəri girib hamıya salam verir. Bağırov onu özü ilə üzbəüz əyləşməyə dəvət edir.

– Sən heç dəyişməmisən, – Əbiyev sözə başlayır. – Elə belə də olmalıdır. Mən fikir vermişəm: hakimiyyət, bir də iş insanı yaxşı saxlayır. Yalnız bu iki şey insanı qocalmağa qoymur. Biləndə ki, camaat sənin dalınca gedir... Bağışla, sənin yanında adamlar var, mən isə təklikdə danışmaq istərdim.

Bağırov məcburən gülümsünüb, əlacsız halda əllərini yana açır.

Otaqdakılar yerlərindən qalxır.

– Siz də məni bağışlayın, çox vacib məsələdir, qətiyyən təxirə salmaq olmaz, – deyə Əbiyev onlara müraciət edir. Son sözləri söyləyərkən Kamili tanıyır:

– A-a! Qonşu! Qardaşına məktub göndərəndə Əbiyevdən də salam yazarsan.

Bağırov susub, Əbiyevin ona nə deyəcəyini gözləyir.

– Bilirsən mənim babamla atam dünyasını necə dəyişiblər?

Heç biri xəstəlikdən ölməyib. Atam qoca olsa da, hələ canı sulu idi. Günlərin birində dedi ki, daha mənim ölmək vaxtım çatıb.

Bütün qohum-əqraba ilə görüşüb halallaşdı, iki gün keçməmiş yatdı, bir də yuxudan qalxmadı. Bizim nəsildə kişilər hamısı bu cür ölüb. Əvvəllər anlamırdım ki, bu necə olur. Ancaq indi, deyəsən başa düşürəm. Daha doğrusu, hiss edirəm ki, o nə təhər yaxınlaşır.

Odur ki, sənin yanına gəlməyi lazım bildim. Mənim atam ömrü boyu kasıb olub. Ancaq ölümündən sonra heç kəs deyə bilməz ki o, kiməsə borclu qalıb. Mən də borclu qalmaq istəmirəm, buna görə də sənin yanına gəlmişəm! – O, Bağırovun təəccüblə baxdığını görüb gülümsünür. – Xeyr-xeyr, şəxsən sənə borcum yoxdur! Öz borcumu nə vaxt idi vermirdim, çünki özümü borclu saymırdım. İndi isə hətta sevinirəm ki, belə etmişəm. Çünki bu borcu xalqım üçün ən çətin zamanda qaytaracağam. İndi başa düşəcəksən nədən danışıram. Mərdəkandan bir az aralıda mənim torpağım vardı. Sizin bütün reyestrlərdə bu torpaq qeyri-məhsuldar kimi göstərilir. Bir-iki gün əvvəl ora getmişdim, hamısı yerindədir – beş quyu. İyirmi il əvvəl onları doldurub torpaqlamışdım.

Mənimlə ora gedə bilərsən?

Dəniz sahili. Dizəcən çatan yamyaşıl yaz otları arasında bir dəstə adamın əhatəsində Bağırov və Kamil dayanıb, qazma qurğusunun işinə tamaşa edirlər. Bir az aralıda Əbiyev durub. O, dimdik, hərəkətsiz dayanıb, dodaqlarını bərk-bərk sıxıb, fikirli baxışlarını uzaqlara dikib. Bu görünüşü ilə o, ibadət edən adamı xatırladır.

Torpağın altından qəfil gurultu eşidilir. Qazma qurğusunu zərbə dalğası yüngül talaşa kimi bir kənara vurub atır və adamların sevinc nidaları altında qatı neft fantanı göyə millənir.

Neftayırma zavodlarındakı rezervuarlardan neft dolu ağır qatarlar aralanır. Sisternlər üzərində şüarlar gözə dəyir: “Hər şey cəbhə üçün!” “Faşist işğalçılarına ölüm!” Bakı yük limanının yanalma körpüləri. Burada qeyri-adi bir əməliyyat keçirilir: möhkəm, elastik yedəklə bərkidilmiş gəmi karvanındakı tankerlərə növbə ilə yanacaq doldurulur. Kiçik bir yedək sualtı tanker karvanını öz arxasınca çəkib aparır.

– Görəsən, doğrudan Dərbəndəcən apara biləcək? – deyə gənc fəhlə təəccüblənir. – Birdən fırtına qopsa?

– Hələlik yola saldığımız 38 karvanın hamısı sağ-salamat çatıb.

Suyun altında onların nə fırtına vecinədir, nə isti, nə də yağış, – sualtı karvanların ixtiraçısı Əsgərov gülümsünür. Bu vaxtilə Əbiyevin mədənində fəhləlik etmiş adamdır.

– Özün fikirləşib tapmısan, yoxsa hardasa görüb eşitmisən?

– Özüm, – deyə ixtiraçı fəxrlə cavab verir. – Üçüncü səmərələşdirici təklifimdir. Üçü də qəbul olunub, istehsalata tətbiq edilib.

– Bəs mükafatı sənə necə verirlər? Məvacib kimi, yoxsa hər karvan üçün?

– Birdəfəlik də, hər karvan üçün də! – Əsgərov ağızucu cavab verib uzaqlaşır. O, növbəti tankerin anbarının qapağını örtməyə tələsir.

– Onunçün fərqi yoxdur, – aldığı pulların hamısını tank düzəltmək üçün göndərib, – nisbətən yaşlı fəhlələrdən biri təqdir edib-etmədiyi bilinməyən bir tərzdə qımışır. – Hə, nə oldu? Daha paxıllığın tutmur ki?

Cavan oğlan başını bulayır:

– Hələ təzə-təzə başlayıram paxıllıq eləməyə.

Bremen. Almaniyada kömürün hidrogenizasiyası zavodu. Xırdalanmış kömürü fasiləsiz axınla konvektorların ağzına ötürən transportyorun yanında Hitler zavod müdiriyyətinin müşayiəti ilə maşından düşür.

Bu nəhəng zavod kiçik şəhərin ərazisinin xeyli hissəsini tutur.

Dəmir yollarında ağzınadək yüklənmiş platformalardan kömür transportyorlar vasitəsilə nəhəng ağızlarını nərilti ilə açmış dəyirmanlara verilir. Maşın karvanı yaxınlaşır. Lap qabaqda Hitlerin üstüaçıq “Mersedes”i dayanır. İkinci maşından zavod direktoru cəld düşüb fürerin maşınının yanına qaçır, qapını açır. Orkestr çalır.

Fürer lenti kəsir.

Direktor işləməkdə davam edən, əyinlərində uniforma olan adamları göstərərək izahat verir:

– Burada kömürün ilkin emalı aparılır. Kömür xırdalanır, toz halına salınır, sonra əsas sexlərə ötürülür. Orada üç mərhələdə hidrogenizasiya prosesi gedir. Fiziki əmək sərfi tələb edən bütün sahələrdə işləyənlər yalnız və yalnız işğal edilmiş ölkələrdən köçürülmüş şəxslərdir.

– Artıq Böyük Almaniya ərazisində yaşayan işçilər, – deyə Hitlerlə yanaşı arxa oturacaqda əyləşən Himmler düzəliş verir:

– Tamamilə düz buyurursunuz, cənab reyxsnazir! Üzr istəyirəm, mən adətim üzrə, köhnəlmiş terminologiyadan istifadə edirəm.

Həmin işçilərin əməyindən istifadə edilməsi istehsalı xeyli ucuzlaşdırır.

Əgər fürer lütfən texnoloji proseslə tanış olmaq istəyirsə...

Hitler etiraz əlaməti olaraq başını bulayır:

– Bu, çox vaxt aparır, – o, cib dəsmalı ilə alnını silib, gözucu dəsmala baxır, kömür tozunun qara ləkələri görünür. – Mən hazır məhsulu görmək istərdim.

Dəmiryol qatarının açıq sarımtıl boya ilə rənglənmiş sisternlərinə yoğun şırnaqla dupduru, şəffaf maye axır.

Hitler və onun məiyyəti maşından düşüb, bu möcüzəli mənzərəni heyranlıqla seyr edirlər.

Ətrafdakı mənzərə – əsas magistrala çıxan, ətrafında gül-çiçək əkilmiş kiçik dəmir yolları, səliqə ilə rənglənmiş qatar mavi səma və yaşıl təpəliklər fonunda oyuncaq uşaq dəmir yolunu xatırladır.

– Bu benzindir?

– Bəli, mənim fürerim! – direktor Hitlerin bu açıq-aşkar ritorik sualına dərhal cavab verir. – Bu, yüksək oktan ədədli hidrogenizasiyalı benzindir. Hazırda Almaniyada altı belə zavod var. Bundan başqa, bizdən nümunə götürən müttəfiqlərimiz – İtaliya və Yaponiya da eynilə bu cür zavodlar tikib.

Hitler direktorun əlini sıxır.

– Alman xalqı adından mən sizə və sizin əməkdaşlarınıza təşəkkürümü bildirirəm. Bu gözəl zavodun layihəsini verən, onu inşa edən şəxslərin siyahısını sənaye nazirinə təqdim edin. – O, sənaye nazirinə müraciət edir: – Siz mənim avtomobilimdə gedəcəksiniz.

Maşında Hitlerin üzündən təbəssüm silinir.

– Bu hidro... süni benzinin dəyəri adi benzindən nə qədər yüksəkdir?

– Beş dəfə, – deyə sənaye naziri cavab verir. – Ancaq bu, yeni zavodun tikintisinə çəkilmiş xərclər ödənildikdən sonra belədir.

– Yəni belə çıxır ki, bu gün bu benzinin bir litri qızıldan bahadır?

– Hitler təsdiqləyici tərzdə verdiyi bu suala cavab gözləmədən sözünə davam edir və dəyərinin bu qədər yüksək olmasına baxmayaraq, biz onu lazımi miqdarda istehsal edə bilmirik, eləmi:

– Hidrogenizasiya edilmiş kömür bizim yanacağa olan tələbatımızın təxminən doqquz faizini təmin edir, – deyə nazir əzbərçi şagirdtək cavab verir.

– Bu kütbeyin homoseksualistlər Brauxiçlə Qalder anlamırlar ki, hal-hazırda bizim üçün ən başlıcası neftdir. – Hitler qəzəblə dillənir.

Himmler gözləri ilə qabaq oturacaqda əyləşən sürücüyə və nazirə işarə edir, sonra astadan xatırladır:

– Bizim əlimizdə hələ Rumıniya nefti, potensial kimi isə İran nefti var.

Nazir cəld hesablayır:

– Rumıniyanın hesabına otuz faiz əlavə olunur. Yenə kəskin neft qıtlığı qalır ki, qışda bu özünü daha aydın büruzə verəcək.

Gələcəkdə bütün ümidlər İran neftinədir. Ancaq bu, gələcək üçün nəzərdə tutulub.

Himmler nifrət oxunan baxışlarını sənaye nazirinin peysərinə dikir.

Bakı vağzalı. Hərbçilərlə dolu eşalonlar yola düşməyə hazırdır.

Qohum-əqraba cəbhəyə yollanan əsgərlərlə vidalaşır. Vaqonlardan birinin yanında əyninə kiçik leytenant forması geymiş Polad daya- 62 nıb. Valideynləri, qardaşı və Sevda onu ötürməyə gəliblər. Əbülfəz qaranəfəs özünü yetirir. Əlində kiçik bir bağlama var:

– Şprotdur! Səninçün iki qutu şprot tapmışam, – deyə o, uca səslə elan edərək, Polada sarı cumur, lakin yarı yolda Kamil onun qarşısını kəsir. Əbülfəz onun əlindən çıxmağa çalışır – burax! Növbəsiz hara soxulursan?! – Qoy bir Poladla vidalaşım, sonra səninçün də bir-iki dəqiqə vaxt taparam.

– Müharibə başlanandan bəri ilk dəfədir ki, sənin əlinə kimsə fayda vermək imkanı düşüb, – Kamili asta səslə, təntənəli tərzdə onun qulağına pıçıldayır. Öhdəsindən gələrsən!

– Neyləməliyəm ki? – Əbülfəz şprotu unudub, qulaqlarını şəkləyir.

– Üçcə dəqiqəlik ağzını yum. Məgər görmürsən nişanlısı ilə vidalaşır?

– Bu nə sözdür mənə deyirsən? – Əbülfəz özündən çıxır. Ancaq sözünü bitirməyə macal tapmamış fit səsi eşidilir. Qatar tərpənir.

Polad doğmalarının ağuşundan qopub, hərəkət edən qatarın pilləkəninə sıçrayır.

Elə bu andaca sirenanın uğultusu eşidilir. Hava həyəcanı siqnalı verilir. Reproduktorla hamıya perronları tərk etmək təklif olunur.

Ancaq heç kəs buna əhəmiyyət vermir. Hamı başını yuxarı qaldırıb, gözlərini aerostatlarla dolu səmaya – təyyarə uğultusu eşidilən göylərə zilləyir. Zenit topları atəş açır.

Bir neçə nəfər növbətçi – əyinlərində mülki patrulun qəribə yarımhərbi geyimi olan ahıl kişilər camaatı sığınacağa enmək üçün dilə tutur. Lakin demək olar ki, heç kəs onları saya salmır.

– Bir təyyarəyə görə elə hay-küy qaldırıblar ki, guya lap Hitler özü gəlib onunla! Onsuz da günümüz bir gün deyil, sən də bir tərəfdən arvad-uşağı qorxudursan, – Əbülfəz diqqəti cəlb etmək üçün uca səslə növbətçiyə irad tutur. O, iki qadını zorla perrondan çəkib aparmaq istəyir, lakin Əbülfəzin sözünü eşidən kimi qadınlardan əl çəkib, ondan yapışır.

– Mənimlə gedəcəksiniz, vətəndaş! – O bir əli ilə Əbülfəzin kəmərindən bərk-bərk yapışıb, o biri əlindəki fiti dodaqlarına yaxınlaşdırır. İki nəfər başqa növbətçi qaçıb gəlir. Əməllicə sarısını udmuş Əbülfəz qorxa-qorxa soruşur:

– Mən sənə nə dedim ey?

– Özün bilirsən!

– Nə deyib? – O biri növbətçi soruşur.- İntizam əleyhinə təbliğat aparır. Deyir almanlar heç vaxt Bakını bombalamazlar!

– Sənədlərinizi göstərin! – Böyük növbətçi ciddi tərzdə tələb edir.

– Evdə qalıb.

– Necə yəni evdə qalıb? Bu saat sənədlərin ver. Yoxsa pis olar!

– Bu kişi mənim dayımdır, – deyə Kamil yaxınlaşıb sanballı əda ilə məlumat verir. Vəsiqəsini və hərbi biletini təqdim edir. – Bu adam sizə lazım olsa, mənim vəsiqəmlə tapa bilərsiniz.

Artıq zenit topları susur, faşist təyyarəsinin gurultusu da eşidilməz olur.

– Mən sənə nə demişdim? – deyə Kamil sözə başlayır, ancaq Əbülfəz onun sözünü ağzında qoyur.

– O nə söz idi bayaq işlətdin? “Ağzını yum”. Olmayaydın mənim bacım oğlu, bilirsən neylərdim? – Artıq özünə gəlmiş Əbülfəz deyir. – Bir də o sözü təkrar eləsən, daha sən adda qohumum yoxdur.

– Xox, qorxdum!.. Yaxşı, bir də demərəm... Ancaq sən heç bilirsən səsini kəsəndə necə yaxşı adam olursan.

– İndicə Poladı cəbhəyə yola saldıq, sən isə heç nə olmayıbmış kimi gəzib, gic-gic çərənləyirsən, – Əbülfəz tənə ilə başını bulayır.

– Çox istəyirsən Poladı?

– Hər halda səndən az istəmirəm! Heç olmasa, sənin kimi lağlağı eləmirəm, ürəkdən dərd çəkirəm.

– Bu saat sənin dərdini dağıdaram: mənim bir hörmətli tanışım var – generaldır. Söz verib ki, bir həftədən sonra məni də Poladın xidmət etdiyi yerə göndərəcək. Döyüş şəraitində daha bir sınaq keçirəcəyik. Xahiş eləsəm, səni də göndərər, gedərik?

– Birinci dəfədir belə şey eşidirəm: dost-doğma dayısını müharibəyə dəvət eləyir! – Gözlənilməz təklifdən çaşmış Əbülfəz dillənir.

– Bu gün ağır gündür, ancaq Poladla nişanlısına baxanda hər halda ürəyim açıldı. Bir-birlərinə necə də yaraşırlar. Sən bir qızın üzünə bax, qədd-qamətinə bax! Bundan əvvəl də Polad çox qızlarla görüşüb, biri o birindən yaraşıqlı olurdu. Bura bax, heç ömründə bir cananla qol-qola gəzmisən, düzünü de? Bizim nəslin kişiləri isə 64 həmişə gəzəyənlikdə ad çıxarıblar. Bunu bütün Bakı bilir. Bax, elə sənin baban: toya üçcə gün qalmış şəhər prokurorunun gözünün qabağında nişanlısını qaçırtmışdı! Atan da cavanlığında fürsəti fövtə verən deyildi. Götürək lap elə mənim özümü. Heç bilirsən birinci dəfə qadına elani-eşq edəndə mənim neçə yaşım vardı?

– Əlbəttə, bilirəm – on dörd. Bütün Bakı bilir ki, yeddinci sinifdə oxuyanda dərsdən sonra nəğmə müəlliməsinin üstünə necə atılmısan. Ancaq bağışla, yadımdan çıxıb səni onda kim yaxşıca əzişdirmişdi: onun əri, yoxsa sənin atan?

– Bunu sənə hansı it oğlu danışıb? – Əbülfəz dərhal özündən çıxıb çığırır. – O köpək oğlunun adını de. Tez ol!

– Baş üstə! Bunu mənə, bir də Polada sənin əmin oğlu, yəni mənim atam danışıb. İnanmırsan, özündən soruş.

Onlardan qabaqda gedən Sevda və Kamilin valideynləri səsə geri çevrilir.

– Nəyi bölə bilmirsiniz? – deyə Kamilin atası soruşur. – Niyə qışqırırsan, ay Əbülfəz?

– Söhbət eləyirik, – Əbülfəz cavab verir. – Siyasətdən danışırıq!

London. Axşam hava hücumu başa çatır. Təhlükənin sovuşduğunu bildirən sirenalar susur. Royal Deç Şell neft şirkətinin binası önündə bir-birinin ardınca dörd iri qara maşın dayanır. Şirkət prezidentinin kabinetində müşavirəyə dəvət edilmiş idarə heyəti üzvləri maşınlardan düşür.

Şirkətin prezidenti altmış beş yaşlarında ucaboy, arğaz adamdır.

– İdarə heyətinə məlumat verməyi özümə borc bilirəm ki, yarım saat əvvəl baş nazir heç izahat vermədən, sabahkı rəsmi görüşü qeyri-müəyyən müddətədək təxirə salmışdır. Məndən başqa, bu barədə o biri iki iştirakçıya da xəbər verilmişdir: – Bunlardan biri sabahkı görüş üçün həyatını risq qarşısında qoyaraq okeanın bu tayına gəlmiş Standart Oylun prezidenti, o biri isə İngiltərəİran şirkətinin prezidentidir. Bu məsələ ilə bağlı heç bir izahat verilməsə də, məndə elə bir təəssürat yaranıb ki, çoxdan bəri gözlənilən həmin görüşün qəflətən təxirə salınmasının səbəbi, bizim hələ haqqında heç bir məlumata malik olmadığımız daha gözlənilməz hadisələrlə əlaqədardır. – Detertinq susub, narahat simaları bir-bir süzür və yenə tələsmədən, inamlı tərzdə sözə başlayır.

Onun nitqində zorla sezilən bir kinayə duyulur. – Daha bir söhbət olmuşdur ki, fikrimcə, bu söhbətin də təxirə salınmış görüşlə müəyyən əlaqəsi vardır. Sizin gəlişinizdən bir az əvvəl Brendan Braken – ser Uinstonun katibi, müşaviri, bəzi məlumatlara görə isə həm də kamerdineri mənə zəng vurub onun adından şam yeməyinə dəvət etdi. Bəlkə də bu, məhz elə bir imkandır ki, müzakirəsini yekdilliklə mənə həvalə etdiyiniz problemlərin mühümlüyünə baş naziri inandırmağa müvəffəq oldum.

Detertinq artıq iki yüz ildən bəri imperiya baş nazirlərinin yaşadığı əzəmətli qədimi binanın qarşısında maşından düşür. Pəncərə şüşələrinin çoxu qırılıb. Axşamdan xeyli keçməsinə baxmayaraq, fəhlələr təmir işləri görür. Giriş qapısında Detertinqi baş nazirin “Cümə”si Brendan Braken qarşılayır.

– Son ay yarımda üçüncü dəfədir ki, şüşələri dəyişirik, – Braken əsəbi hərəkətlə dodaqlarını yallayaraq deyir. – Lakin hərbçilərin təkidli tələblərinə baxmayaraq, ser Uinston yerini dəyişməyə razılıq vermir. Güc-bəla ilə onu üzbəüz binanın lap alt qatında gecələməyə razı salmışıq. Mən əminəm ki, bircə dənə yaxşı bomba düşsə, bizim bu binanın kitabı bağlanar.

– Bütün yaxşı bombalar bizdədir. – Detertinq təsəlliverici tərzdə sözə başlayır. – Almanlarda ancaq pisləridir. Böyük Britaniya baş nazirinin iqamətgahına belə bir bombanın düşməsi də doktor Gebbelsin Bekinhem sarayına səfəri kimi qeyri-mümkün bir şeydir.

– Ser, qorxuram işlərimiz bundan sonra da belə getsə, həmin görüş baş tuta bilər. Buyurun bura, ser!

Brendan, Detertinqi kiçik yemək otağında əyləşdirib, onun üçün şerri süzür və baş nazirin indi gələcəyini söyləyir. Qırmızı sifətində təbəssüm oynayan, həlim səsi qəribə təsir bağışlayan yupyumru bir centlmen görünür. Onun əynində gödək qara pencək və zolaqlı şalvar var.

Şam yeməyini süfrəyə olduqca sadə görünüşlü bir qadın gətirir.

Yəqin ailənin lap çoxdankı qulluqçusudur. Süfrənin soyutma ət, salat, pendir, qəhvə, şərab və portveyn bəzəyir.

Çörçill qəhvədən imtina edib, xırdaca gümüş qutudan tənbəki iyləyir.

– Günün ikinci yarısında heç vaxt siqaret çəkməyin, – deyə o, Detertinqi siqara qonaq edərək, xeyirxahcasına məsləhət verir.

– Əgər yaxşı yatıb dincəlmək, səhər tezdən ağzınızda xoşagəlməz tam hiss etməmək istəyirsinizsə, yatmazdan qabaq mütləq tənbəki iyləyin, özü də yalnız gümüş qabdan. Yeri gəlmişkən, bu tənbəki qutusundan vaxtilə Hersoq Malboro istifadə edib.

Detertinq nəzakətlə qutunu gözdən keçirir.

– Bu gün şənbədir. Mən böyük məmnuniyyətlə sizi Çekersdə qəbul edərdim, lakin təhlükəsizlik xidməti ay bədrlənən zaman şəhərkənarı iqamətgaha getməyə icazə vermir. Siz buraya Barklistritdən keçib gəlmisiniz? Elə isə, yəqin Dauninq-stritin başlanğıcındakı bombalanmış binaları görmüsünüz.

– İqamətgaha bitişik Xəzinədarlıq binasını yarıuçulmuş vəziyyətdə görəndə həmin binalar dərhal yadımdan çıxdı, – deyə Detertinq cavab verir.

– Sığınacağın tikintisini bu günlərdə başa çatdıracaqlar.

Lap yaxında – Trafalqar-stritdə olacaq. Təsəvvür edirsinizmi, Böyük Britaniya baş naziri üçün Londonda bomba zərbələrindən qorunmaqdan ötrü sığınacaq! Belə bir söz eşitmisiniz: “Konventrizasiya”!

Ribbentronun kəlməsidir. Axı o, yeni elmi anlayışlar “ixtira eləməyin” ustasıdır. Koventrizasiya, ser, İngiltərənin xarabazara çevrilməsi deməkdir. Konventrinin yerində qalmış xarabalıqlar kimi. Mən həmişə bədən cəzasının əleyhinə olmuşam, lakin Ribbentronun xatirinə öz prinsiplərimə xəyanət etməyə hazıram.

Hələlik isə dözmək lazım gəlir. Bombardmançı təyyarələrin sayına görə alman aviasiyası hazırda ingilis aviasiyasını iki dəfə yarım üstələyib. Yeganə təsəllimiz budur ki, gündəlik uçuşlar üçün onlara benzin çatışmır.

– Lap tezliklə onlar lazım olan qədər benzinlə təmin olunacaqlar, – Detertinq öz fikrini bildirir.

Müsahibi bərkdən asqırır.

– Nə xoş xəbər! Mən bu yeniliyi olduqca ürəkaçan bir axşam xəbəri adlandırardım.

– Əslində bu, lap yaxın gələcək üçün proqnozdur, ser. Bugünkü vəziyyətin, üstəgəl sabaha real baxışın təhlilinə əsaslanan proqnoz.

Əgər dünən Qərb dünyasında üç inhisarçı bilirik – Amerika Standart- Oyl, həmçinin Britaniyaya məxsus İngiltərə-İran şirkəti və 67 bəndeyi-həqirinizin rəhbərlik etdiyi Royal Deç Şell hökmran idisə, bu gün hər şey dəyişmişdir, çünki bizim İran ərazisindəki bütün neft mədənlərimiz faktik olaraq almanların əlindədir. Şah cismən və ruhən Hitlerə sadiq olan bir adamdır. Bu vaxtadək Almaniyanın oradan nefti daşımaq imkanı yox idi. Lakin indi – almanların şığıyıcı bombardmançı təyyarələrinin Aralıq dənizində Böyük Britaniyanın hərbi gəmilərinə hücum edib, onları suya qərq etdikləri, hətta onun paytaxtına hücuma keçdikləri bir vaxtda isə...

Çörçill onun sözünü kəsir:

– Mən sizə kiçik bir sirr açacağam. Ona görə “kiçik” deyirəm ki, bu cəmi iki sutka sirr olaraq qalacaq. – Çörçill sevincini gizlətmədən Detertinqə baxır, – məhz iki sutkadan sonra Böyük Britaniyanın və Sovetlərin qoşunları iki istiqamətdən eyni vaxtda İrana daxil olacaq. Şah 1921-ci il müqaviləsini pozub və buna görə cəzasını alacaq.

– Ruslar İranın işğalı üçün qoşunu haradan tapacaqlar? – Detertinq həqiqətən təəccüblənir. – Mənə məlum olduğuna görə onlar son qüvvələrini toplayıb vuruşurlar və artıq çox böyük itkilərə məruz qalıblar. İranın yaxşı təlim görmüş ordusu var. Xüsusilə də şimalda. Axı orada almanların Qafqaza soxulmaq üçün nəzərdə tutulmuş bazaları yerləşir! Mən əminəm ki, bir-iki həftədən sonra almanlar Moskvanı tutacaq... Ruslar var qüvvələrini paytaxtı qorumağa yönəldiblər... Çox güman ki, belə bir niyyətə düşməkdə onlar lovğalıq edirlər, özü də çox təhlükəli bir lovğalıq!

– Güman etmirəm. Hətta əminəm ki, belə deyil. Stalin çox qətiyyətli adamdır və ən mühümü də, həddən artıq xudbindir. Əgər o öz məktubunda iddia edirsə ki, qoşun yeridiləcək, deməli, bu niyyətini yetərincə vüqarla gerçəkləşdirməyə çalışacaq. Sovetlərin vəziyyəti həqiqətən çətindir, onların halı demək olar ki, ümidsizdir. Lakin bütün bunlara baxmayaraq, intuisiyam mənə pıçıldayır ki, orada əsas hadisələr hələ qarşıdadır, – deyə Çörçill fikirli-fikirli dillənir.

– Ser, deyəsən, Hitlerin sayəsində yaranmış belə bir vəziyyətdə siz Sovetlərə qarşı rəğbətə bənzər bir hiss duyursunuz.

Çörçill həmsöhbətinə təəccüblə baxır:

– Mən istəyirəm ki, onlar bir-birinin ətini didsinlər. lakin bizim üçün mühümdür ki, bunu birinci Sovetlər etsin. Özü də bu yolda mümkün qədər çox qan töksünlər. Rəğbət bəsləmək üçün isə 68 mənim başqa obyektlərim var. – Çörçill buxarının üstündən qucağında körpəsi olan gənc bir qadın şəkli götürüb, Detertinqə uzadır.

– Gəlinimlə nəvəmdir. – Bu zaman “Cümə”nin boğazını arıtlamasını eşidib, geri qanrılır.

– Saat 11-ə general Qardninqi dəvət etmisiniz. O, qəbul otağında gözləyir.

– Qoy gəlsin.

Böyük Britaniya quru qoşunları geyimində qırx yaşlarında bir nəfər daxil olur. Çörçill gülər üzlə onun qarşısına yeriyib Detertinqə təqdim edir.

– Çox şadam ki, bu tanışlıq mənim evimdə baş tutdu, Çörçill generalı özü ilə üzbəüz əyləşdirərək, onun üçün şerri süzür. Siqar qutusunu uzadır.

– Təşəkkür edirəm, ser, mən çəkən deyiləm.

– Allahın insana bəxş etdiyi azsaylı ləzzətlərin birindən heç adam da öz xoşu ilə imtina edərmi? – Çörçill gülümsünüb, Detertinqə müraciət edir. – General Qardner İranda əməliyyatlar keçirmək üçün nəzərdə tutulmuş üç biri qoşun birləşməsindən birinin komandanı qismində İrana yola düşür. 10 ordudur. Deyəsən, siz artıq səfərə hazırsınız?

– Bəli, ser. Mən artıq hərbi nazirdən ən müfəssəl təlimatlar almışam.

– Hərbi nazir mənim indi Sizə deyəcəklərimi yəqin ki, deməyib.

10 ordunun başlıca vəzifəsi İranın işğalından daha mühümdür.

Fikrimcə, generallar Mak Leyden və Smit bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələcəklər. Sizin vəzifəniz gözləməkdir, yəni hərbi hazırlıq vəziyyətində olmaq və lazımi məqamda – bu məqamın seçilməsi isə bütövlükdə sizdən asılıdır, general – Qafqazın neft rayonlarını ələ keçirmək. Çox güman ki, bunun üçün əlverişli məqam çox tezliklə gələcək. Bəlkə də iki-üç həftədən sonra. Sovet qoşunlarının geri çəkilməsi barədə informasiyanı diqqətlə təhlil edin. Kəşfiyyatın əldə etdiyi bütün məlumatlar sizin sərəncamınızda olacaq. Qətiyyət və cəsarətlə hərəkət edin.

General çaşqın halda Çörçilə baxır. Nəhayət, eşitdiklərini beynində cəld təhlil edib dillənir:

– Ser, mən bu barədə yazılı əmr almaq istərdim. Sizin dedikləriniz həqiqətən hərbi nazirin verdiyi təlimatdan çox fərqlənir.

– Yazılı şəkildə əmr Sizin nəyinizə gərəkdir?!

Qardinq fikirli-fikirli boş qədəhə baxır. Sonra onu stolun üstünə qoyur.

– Ruslar bizim müttəfiqlərimizdir, ser.

– Bundan mənim də xəbərim var, nə olsun ki? Məgər sizə bəlli deyil ki, onlar fasiləsiz geri çəkilirlər? Yoxsa istəyirsiniz həmin rayonlar hansısa üçüncü bir dövlətə qismət olsun?

– Xeyr, müttəfiq ordunun hərbi uğursuzluğundan xaincəsinə istifadə edən adam təsiri bağışlamaq istəməzdim.

– Sizin ordunun bütün zabitləri gələcəkdə tarixin onlara verəcəyi qiymətə görə çox narahat olurlar. Hamısı. Məndən başqa. Yeri gəlmişkən, sizə deməliyəm ki, tarixi qaliblər yazır. Hər halda, həmişə belə olub! Sizə əmr lazımdır? Nə olar, əgər fikrinizi dəyişməsəniz, vaxtı çatanda siz o əmri alacaqsınız. Lakin mənə çox xoş olardı ki, siz həmin vaxtadək başa düşəydiniz: Sovetlərə münasibətdə müttəfiqlik öhdəliklərini kor-koranə yerinə yetirmək lüzumsuz və gülünc ədabazlıqdır. Bu müharibədə Rusiyanın dəqiq tarixi missiyası var: o, öz varlığı bahasına sivil dünyanı hunların yürüşündən xilas etməlidir. O, müharibədə qələbə qazana bilməyəcək.

Məhz belə olacağına heç kəsdə, o cümlədən sizdə, general, zərrəcə şübhə olmamalıdır. Lakin biz yol verə bilmərik ki, Qafqaz kimi zəngin bir diyar, onun tükənməz sərvətləri hansısa üçüncü bir dünya dövlətinə qismət olsun. Biz bunun qayğısına qabaqcadan, yəni indi qalmalıyıq. Biz böyük Britaniyanın gələcəyi barədə düşünməyə borcluyuq və mən sizi də öz borcunuzu yerinə yetirməyə çağırıram.

1920-ci ildə Sovetlər ingilis əsgərlərini günah işlətmiş məktəblilər kimi Bakıdan qovmuşdular. Bu gün sizin əlinizə imkan düşüb ki, bu qara ləkəni Britaniya bayrağından siləsiniz! Britaniya bayrağı Qafqaz üzərində dalğalanmalıdır!.. Buna bənzər uğurlu şans bütün ömrü boyu bircə dəfə ələ düşür, general! Ondan istifadə edin, əks təqdirdə mən elə düşünəcəyəm ki, sizi seçməkdə yanılmışam.

Üzərində “Bakı 1№li meyvə şirələri və mineral sular zavodu” yazılmış lövhə olan darvazanın qarşısında dayanan maşından Kamil düşür. Darvazanın önündə, eləcə də hasar boyunca hərbiləşdirilmiş mühafizə postları düzülüb. Təcili yardım maşınları dayanıb. Sexlərdən birində nəhəng hovuz yanıcı maddə ilə ağzınadək doldurulub.

Kəhrəba rənginə çalan hamar səth üzərinə iki təyyarə vinti sallanır.

Aralarındakı bir neçə nəfər hərbçi olan kiçik qrupdan – qəbul komissiyasından əlavə, zalda yanğınsöndürənlər gözə dəyir. Onlar gərgin vəziyyətdə brandspoytların və qumla dolu yeşiklərin yanında durub, qurğunun işə salınmasını gözləyirlər. Kamil zavod mühafizə dəstəsinin rəisinə müraciət edir:

– Mənim sizdən böyük bir ricam var. Zəhmət olmasa, xahiş edin, qəbul komissiyasının üzvlərindən başqa hamı zalı tərk etsin.

– Xahişiniz yerinə yetirilib: bir saat əvvəl bütün işçilər zavod ərazisindən təxliyə edilib.

– Hamı çıxsın, – deyə Kamil təkrar edir, – o cümlədən yanğınsöndürənlər də. Mən əminəm ki, hər şey normal keçəcək. Lakin işdi-şayəd, bu maye alışsa, onu söndürmək qeyri-mümkündür.

– Mən də sizdən üzr istəyirəm, ancaq məhz belə bir vəziyyətdə nə mən, nə də mənim adamlarım öz postların tərk edə bilər.

Kranlar asta-asta vintləri mayenin içərisinə endirir, iyirmi beş santimetr dərinliyə çatdıqda kranların hərəkəti dayanır.

– Başlayın, – Kamil komanda verir, lakin propellər hərəkətsizdir.

– Nə olub?

– Bəlkə elektrik açarını özünüz işə salasınız, – deyə həyəcandan tərləmiş alçaqboy kök kişi – zavodun direktoru Kamilə müraciət edir. O, motoru işə salmağa cəsarət etmir. – Nə gizlədim, limonadla işləməyə daha çox alışmışam.

Kamil təbəssümünü çətinliklə boğaraq, güc pultuna yaxınlaşır və açarı burur. Vintlər dərhal işə düşür, asta-asta hərlənərək, mayeni qarışdırmağa başlayır. Hovuzdan maye borularla qablaşdırma sexinin yarımavtomat xəttinə daxil olur. Orada üzərində hələ də “meyvə şirəsi” etiketləri qalan şüşələrə doldurulur.

Komissiya üzvləri qəbul aktını imzalayır. Hamının üzündən sevinc yağır.

Kamilin işlədiyi ETİ-nin direktoru ona yaxınlaşır:

– Mən öz vədimi yerinə yetirdim. Sənin üçün çox ağıllı bir köməkçi tapmışam. Kimyaçı, özü də Kiyev universitetinin diplomu ilə.

– Bizim ETİ-dəndir? – Kamil təəccüblə soruşur. Nəsə Kiyev diplomu olan heç kəsi yadıma sala bilmirəm.

– Boş yerə özünü yorma. O qız qaçqındır.

– Qız! – Kamil məyus olur. – Kişi daha yaxşı olardı.

– İndi kişilər qıtdır. Və mən bilən, getdikcə daha da qıtlaşacaqlar.

Mən adam tapmaqda mahirəm. İnan mənə, bu qız əsl sənə lazım olan adamdır. Çağırım? Maşında gözləyir.

Direktor ucaboy, gənc bir qadınla qayıdır.

– Tanış olun, – deyir. – Bu, Kamil Məmmədəliyevdir, “İşartı” layihəsinin rəhbəri. Bu isə kimyaçı mühəndis Lidiya Mişinadır.

Kamil gənc qadının əlini sıxır. Ona elə gəlir ki, bu qadını haradasa görüb. Yadına salmağa çalışsa da, bir şey çıxmır. Çünki onun heç ağlına da gəlməz ki, qarşısındakı bu gözəgəlimli qadını, əynində sadə yay donu olan “Kiyev qaçqını”nı o, ilk dəfə öz bağ evinin pəncərəsindən – dan yeri təzəcə sökülərkən Şultsun kəşfiyyatçılarından ibarət təxribat qrupu sahilə çıxarılanda görüb.

– Universiteti nə vaxt bitirmisiniz?

– İki il əvvəl. Elə o vaxtdan da turşular laboratoriyasında kiçik elmi işçi işləmişəm.

– Nə olar, mən etiraz etmirəm. Ancaq sizə qabaqcadan xəbərdarlıq etməliyəm ki, burada iş çətin olmasa da, çox təhlükəlidir.

Əgər bu sizi qane edirsə, sabahdan işə başlaya bilirsiniz.

– Sabahdan çətin ki, baş tutar, – deyə direktor gülümsünür.

– İndiki şəraitdə buraya işə təzə adam götürmək o qədər də asan məsələ deyil. Fikrimcə, sənədlərin yoxlanılması iki həftə çəkər.

Bunu bizim kadrlar şöbəsinin iş təcrübəsinə əsasən deyirəm. Yaxşısı budur üçümüz birlikdə gedək 1-ci hissəyə.

Konveyer zalından çıxmazdan əvvəl Lida içərisində yanıcı qatışıq olan şüşələrdən birini əlinə götürüb çıxışa sarı yönəlir.

– Onu neynirsiniz? – deyə Kamil təəccüblə soruşur. – Axı sizi çıxışda onsuz da saxlayacaqlar. Bu şüşədə yandırıcı maye var...

– Boş şüşə necə, götürə bilərəm?

Kamil dinməz-söyləməz çiynini çəkir. Direktor da qıza təəccüblə baxır.

Kabinetin olan-qalan müxəlləfatı iki seyfdən, yazı stolundan və bir də “Boşboğaz adam casus üçün tapıntıdır” plakatından ibarətdir.

Birinci hissənin rəisi Lidanın sənədlərini diqqətlə gözdən keçirir.

Möhür və imzaları işığa tutub baxır. Dodaqlarını tərpədərək, uzun müddət bütün yazıları ürəyində oxuyur.

– Pasport, iş yerindən arayış, xasiyyətnamə, komsomol bileti, Kiyevin Stalinsk rayonu təxliyə komitəsinin arayışı, – o, qızın sənədlərinin reyestrini tərtib edə-edə ucadan sadalayır. – Bakıda harada yaşayırsınız? – Yazır. – Deməli belə. On gündən sonra gəlin. Özünüz başa düşürsünüz, bizim zavod hərbi obyektdir, özü də, təbii ki, məxfi obyektdir. Odur ki, mən sizin sənədlərinizi yoxlamaq üçün xüsusi instansiyalara göndərməliyəm.

– Bəs bir az tez olmazmı? – deyə direktor soruşur. – Hal-hazırda biz 2№-li alkokolsuz içkilər pivə və meyvə şirələri zavodunda yeni istehsalat işə salırıq. Təcili surətdə mütəxəssislər lazımdır.

Birinci hissənin rəisi cavab verməyə macal tapmır. Çünki bu vaxt Lida yarımlitrlik boş şüşəni onun qarşısında stolun üstünə qoyur.

– Bu nədir? – Rəis qaşqabaqlı halda Lidaya baxır.

Şüşədir. Konveyer sexindən götürmüşəm. Üstündəki yazıya baxın: “1№li Bakı meyvə şirələri zavodu”. Deməli, hər gün üzərində bu zavodun etiketləri olan beş min şüşə cəbhəyə göndəriləcək.

Yandırıcı qatışığın Sovet İttifaqının hansı guşəsində istehsal edildiyini öyrənmək üçün faşist kəşfiyyatı çox şeyindən keçər. Bax, şəxsən sizin diqqətsizliyiniz sayəsində isə bunu heç bir çətinlik çəkmədən öyrənə bilərlər. Əminəm ki, bunu qəsdən etməmisiniz!

Bənizi kətan kimi ağarmış rəis bir neçə saniyə donub qalmış halda şüşəyə baxır. Sonra dırnağı ilə etiketi qoparmağa çalışır.

– Əlbəttə, qəsdən etməmişəm! Bu nə sözdür! – rəis həyəcanla dillənir. Sonra tələsə-tələsə əlavə edir. – Elə günü bu gün şüşələrin qəbuluna ən ciddi nəzarəti təmin edəcəyəm. Hər bir şüşənin üstündəki kağızları yuyub təmizləməlidirlər! Bundan başqa şəxsən özüm nəzarət edəcəyəm ki, konveyerə müntəzəm olaraq digər şəhərlərdəki ünvanlar göstərilən kağız yapışdırılmış şüşələr verilsin.

SSRİ-nin bütün guşələrindən etiketlər görəndə onlar bu məsələdə başlarını tamam itirəcəklər. Sizə isə yoldaş Mişina, afərin!

Düşmənlə mübarizədə sayıqlıq çox mühüm silahdır! Təəssüf ki, bunu heç də hamı başa düşmür. Sayıqlıq və ayıqlıq. Ayıqlıq və sayıqlıq! Çünki düşmənin hər yerdə gözləri və qulaqları var. Siz heç təsəvvür edə bilməzsiniz onun gözləri, qulaqları necə itidir!

– Deməli, mən on gündən sonra gəlim? – Lida I hissə rəisinin sözünü kəsib soruşur. – Dəqiq, ayın neçəsində?

– Əbəs yerə vaxtı uzatmaq nəyə lazım? – Sənədlərinizin hamısı qaydasındadır. Layihə rəisi razılığını verib, elə bu gündən işə 7 3başlayın. – Rəis onları qapıyadək ötürür. – Ancaq yoldaşlar, sizin hamınızdan rica edirəm, şüşələr məsələsindəki anlaşılmazlıq barədə heç kəsə bir kəlmə də söz deməyin. Başlayacaqlar küncdəbucaqda xosunlaşmağa. Ölkə üçün indiki ağır şəraitdə isə lüzumsuz söz-söhbət işə yalnız ziyan vura bilər. Sözümüz sözdür?! – Son sözləri rəis əvvəlki nəsihətcil, ağayana əda ilə söyləyir.

Tehran. Küçələrdə atışma səsləri kəsilir. İran ordusunun əsgərləri Almaniya səfirinin maşınını bir neçə dəfə saxlayıb, sənədləri yoxlayırlar. Şəhər kənarındakı kiçik aerodromda səfirin “Mersedes” i və onu müşayiət edən maşınlar sürətlərini azaltmadan uçuş meydançasına – zəif işıqlandırılan yeganə uçuş zolağına çatıb, artıq motorları işə salınmış bombardmançı təyyarənin yanında dayanırlar.

– Sabah şah taxt-tacdan imtina edəcək, – deyə səfir dillənir.

– İranda oyunu uduzduq, ancaq Allah bilir ki, Bunda mənim günahım yoxdur.

– Berlində uğurla yerə enmənizi arzulayıram, – deyə Şults təyyarənin pilləkəni yanında səfirin əlini sıxır. – Hər şey başqa cür ola bilərdi, əgər... – o, səfirin narahat halda mühafizə dəstəsi zabitinə tərəf boylandığını görüb susur. – Mən bir-iki gün Pəhləvidə ləngiyəcəyəm.

Orada işlərimi görüb qurtarmalıyam, həm də bəzi “borclarım” var, onları qaytarmalıyam.

Şults hərbi-dəniz bazasındakı zabit kafesində, bomboş bar piştaxtası qarşısındakı hündür kətildə – vaxtilə Fərzaninin oturduğu yerdə əyləşib. Reproduktordan təxliyə komandaları eşidilir, qulluqçular adbaad çağırırlar.

– Bu bütün günü işləyir? – o, reproduktora işarə ilə soruşur.

– Gecə-gündüz, – deyə barmen təsdiqləyir.

Şults telefon dəstəyini qaldırır:

– Danışan Şultsdur. 2-ci şöbədən kapitan Krankeni göndərin.

Sonra barmenə müraciətlə:

– Bir stəkan konyak süz, – deyir.

– Üzr istəyirəm, cənab polkovnik, hər şeyi yığıb qablaşdırmışıq.

Şərab təklif edə bilərəm, indicə bir qutu şampan gətiriblər.

Şults şampandan qurtum-qurtum alaraq, nə barədəsə ciddi düşünür. Fərzani ilə birlikdə bazaya gəldiyi günün bütün anlarını bircə-bircə gözü önündə canlandırır. “Yuxulamış” Fərzaninin üzü- 74 nün ifadəsi, bardakı içkilərin çeşidi barədə deyilənlər – bütün bunlar Səbanın-Şultsun gözü qarşısında kino lenti kimi keçir.

Rabitə zabiti iti addımlarla kafeyə girir.

– Hayl Hitler!

Şults döş cibindən bloknotunu çıxarır, nə isə yazıb, vərəqi cıraraq zabitə uzadır:

– Bu telefonla bütün danışıqları izləyin.

Kapitan qeyri-ixtiyari əlini uzadıb, vərəqi alır, ancaq üzündə heyrət ifadəsi görünür.

– Mənim şöbəm üç saatdan sonra təxliyə olunmaq barədə əmr almışdır, – cəld saatına baxıb düzəliş verir: – İki saat qırx beş dəqiqədən sonra.

– Əmr ləğv olunur. Siz və sizin adamlar ləngiməli olacaqsınız.

Biz hamımız iki gündən sonra birlikdə uçacağıq.

Tehran. Əmiraslanovun maşını İran kəşfiyyat idarəsinin binasına yaxınlaşır. Əmiraslanov kabinetlərdən birinə daxil olur.

– Siz İran Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini tutursunuz.

Özünüz də ciddi-cəhdlə inandırmağa çalışırsınız ki, Şults “Mersedes- Benz”in Tehran filialına başçılıq edirmiş və başqa heç nə ilə məşğul olmurmuş? Mən də sizə inanmalıyam, eləmi? – əynində sovet forması olan cavan müstəntiq soruşur.

– Sizin inanıb-inanmamağınız məni az maraqlandırır. Mən sizin bir neçə sualınıza yalnız və yalnız nəzakət xatirinə cavab verməyə razı oldum. Mən əsir deyiləm, siz də istintaq aparmırsınız. Sizin qoşunlar buraya müqaviləyə uyğun olaraq gəliblər və müvəqqəti qalacaqlar. Xahiş edirəm, bunu unutmayasınız. Bu gün səhər əlahəzrət Rza şah Pəhləvi İran taxtına çıxıb. Allah onun köməyində dursun. Mən də ən yüksək rütbəli zabit kimi yalnız onun qarşısında hesabat verməliyəm, – iranlı bu sözləri xüsusi təkəbbürlə söyləyir.

Əmiraslanov söhbətə müdaxilə edir:

– Əlahəzrət İran şahı hələ çox gənc və təcrübəsizdir. Taxta çıxdığı ilk gündən onu çirkin işlərə qatmağa dəyərmi?

O, hələ də qapının qabağında durub. İranlı geri çevrilib, əynində mülki geyim olan bu naməlum şəxsə sınayıcı nəzərlərlə baxır.

Əmiraslanov stola yaxınlaşır:

– İndi siz mənimlə razılaşacaqsınız ki, onu bu işlərə qatmağa dəyməz.

O, iranlının qarşısına bir şəkil qoyur:

– Bu şəxs – Britaniya səfirliyinin birinci müşaviri Aleksander Uolter, rəsmi məlumata görə iki il əvvəl dənizdə çimərkən suda batmışdır. Ancaq məlum olur ki, batmayıbmış. Budur, baxın: onu – Aleksandr Uolteri çılpaq, işgəncələrə məruz qalmış halda qollarını burub, tavandan asmışlar. Bəs aşağıda dayanan kimdir?.. Bağışlayın, mən unutdum ki, siz yalnız İran şahının suallarına cavab verirsiniz.

Buna görə də suala özüm cavab verəcəyəm. Bu sizsiniz. Yad ölkə səfirliyinin müşavirini ən ağır işgəncələr verməklə dindirirsiniz.

Yəqin artıq başa düşdünüz ki, şəkil Şultsun əmri ilə çəkilmişdir.

İranlı qaşqabaqlı halda başı ilə təsdiq edir.

– Peşəkarla işləmək olduqca xoşdur: hər şeyi dərhal başa düşür, – deyə Əmiraslanov təqdiredici tərzdə dillənir. – Odur ki, sizə bir təklifim, daha doğrusu, məsləhətim var. Sizə məsləhət görürəm, mənim suallarıma cavab verərkən özünüzdən asılı olan hər şeyi edin ki, sizə etibar eləyim, daha yaxşı olar ki, özünüzə qarşı rəğbət oyadasınız. Əgər məndə belə qənaət hasil olsa ki, lazım olan bütün məsələləri vicdanla və düzgün danışmamısınız, dindirmədən dərhal sonra əmr edəcəyəm sizi həbs etsinlər və siz bu həftə beynəlxalq tribunal qarşısında cavab verəcəksiniz. Bəlkə də məhkəmədə siz hakimləri inandıra biləcəksiniz ki, cinayətləri keçmiş şahın əmri ilə törətmisiniz. Belə olsa, bir neçə illik katorqa cəzası ilə yaxanızı qurtararsınız.

– Şirnikdirici təklifdir, – iranlı istehza ilə qımışır. – Bəs əgər cavab verməkdən imtina etsəm necə?

– Pəncərəyə yaxınlaşın. Yaxınlaşın, yaxınlaşın... Küçədə nə görürsünüz?

– Əsgərləri.

– Hansı əsgərləri?

– Sovet, ingilis.

– Hə, deməli belə, əgər siz məndə rəğbət oyatmasanız, mən ikinci, yenə də qanuni yolu seçəcəyəm. Özü də bunu, təkrar edirəm, dərhal həyata keçirəcəyəm. Bu şəkli də, o biriləri də rastıma çıxan ilk ingilis patruluna verib xahiş edəcəyəm ki, sizi buradan üç məhəllə aralıda yerləşən Britaniya səfirliyinə aparsınlar. Sizcə, sonra nə olacaq? Yəqin elə bilirsiniz ki, sizi güllələyəcəklər?

Çətin. Çox güman ki, sizi asarlar. Və məncə, bu, çox ədalətli olar.

Beləliklə, birinci sualımız: Şults haradadır?

– Pəhləvidə. – İranlı əlüstü cavab verir.

– Pəhləvidə deyil, mənə deyiblər ki, o, Tehranda gizlənir. Məni inandırın ki, Pəhləvidədir.

– Dünən gecə o, Almaniya səfiri ilə bir yerdə Tehrandan alman hərbi aerodromuna getdi. Hətta ən inanılmış adamlara da xəbər verilmişdi ki, Şults Berlinə uçur. Səfirin təyyarəsi havaya qalxdıqdan doqquz dəqiqə sonra Şults təyyarə ilə Pəhləviyə uçmuşdur. Bu gün səhər hələ orada idi. Şübhə etməyə bilərsiniz.

Bakı yaxınlığında kimsəsiz dəniz sahili. Kiçik Duvannı buxtası.

Onun cizgiləri də Bakı buxtasını xatırladır. Bura da alçaq təpəliklərlə dövrələnib. Ətrafda insanların olduğunu göstərən yeganə əlamət yığma evciklər və hərbçilərin çadırlarıdır. Rabitəçi əsgərlərlə elektriklər göz işlədikcə uzanan bu sahildə qızğın iş görür, planla tutuşduraraq, torpağın üstü ilə kabellər çəkirlər. Həmin kabellərdən müəyyən məsafələrdə naqillər ayrılır. Onların üzərinə lampalar bərkidilib. Bütün maili sahil və ona bitişik təpələrin yamacları artıq hörümçək toru kimi naqillərlə örtülüb. Axşamüstü mühafizəçilərin müşayiəti ilə Bağırovun maşını yaxınlaşır.

Bir polkovnik işləyənlərdən ayrılıb Bağırova raport verir:

– Bütün işləri başa çatdırmışıq. Qaranlıq düşən kimi işə sala bilərik!

– İşi müəyyən edilmiş vaxtda başa çatdırmağınız öz-özlüyündə çox yaxşıdır. Buna görə sağ olun. Mənzərə yetərincə inandırıcı təsir bağışlayır, – o, saatına baxır. – Təxminən qırx dəqiqədən sonra hava qaralmağa başlayacaq. Baxaq, görək bütün bunlar gecə nə cür görünəcək. Bəs layihə müəllifi nə fikirdədir? – Bağırov özü ilə bir maşında gəlmiş Əlövsət Rəhimova müraciət edir.

– Deyəsən, bütün işlər plana müvafiq qaydada görülüb, yoldaş Bağırov, – deyə Rəhimov sözə başlayır. – Buna görə də ümid edə bilərik ki, istədiyimiz effekti əldə edəcəyik. İndi tədbirin uğuru bizim onu sirr kimi saxlayıb-saxlaya bilməyəcəyimizdən asılıdır.

Bu, birincisi. İkincisi isə, bundan heç də az əhəmiyyətli olmayan cəhət Bakıda işıq “maskalanmasını” tam təmin etməkdir.

Bağırov onları qarşılayanlardan birinə – yəqin ki, obyektin mühafizəsi üçün məsul olan şəxsə sarı dönür. O, izahat verir.

– Yaxınlıqda heç bir yaşayış məntəqəsinin olmaması işimizi xeyli asanlaşdırdı. Bu obyektin bütün ərazisi çox etibarlı mühafizə 77 olunur. Bakıda işıq “maskalanmasına” gəldikdə isə, bu sahədə işlər hələlik qənaətbəxş deyil, yoldaş Bağırov, daha doğrusu, pisdir.

Şüursuz vətəndaşlar tərəfindən maskalanma rejiminin çoxsaylı, daha dəqiq desək, kütləvi surətdə pozulması halları özünü göstərir.

– Dəqiq müəyyən edilmiş vaxtda tam qaranlıq gərəkdir, – Bağırov qaşqabaqlı halda dillənir. – Yaxın bir neçə gün ərzində buna nail olmaq zəruridir. Nə təklifiniz var?

– Ən etibarlı variant qaranlıq düşəndən ta səhərədək elektrik enerjisini kəsməkdir.

– Bu, həqiqətən çox etibarlı üsuldur, afərin! – Bağırov vəcdlə dillənir. – Yaman yaxşı fikirləşmisən. Əcəbdir! Deməli, ağır iş günündən sonra evə dönən adamlar qaranlıqda oturmalıdır? Və sən heç bir başqa çıxış yolu görmürsən, eləmi?

– Dəfələrlə radio ilə müraciət etmişik, qəzetlərdə yazmışıq, bütün müəssisələrdə izahat işi aparmışıq. Heç bir köməyi yoxdur, – mühafizə üçün məsul olan şəxs pörtmüş halda özünə bəraət qazandırır – hər gecə yüzlərcə qanunu pozma halları olur. Bunu kimin qəsdən, kiminsə təsadüfən etdiyini müəyyənləşdirmək qətiyyən mümkün deyil. Yeganə çıxış yolu ciddiliyi bir az da artırmaqdır.

Əks təqdirdə layihənin uğuru təhlükə altında qalacaq.

– Ciddiliyi artırmaq nə deməkdir?

– Yəni misal üçün, birinci dəfə cərimə, ikinci dəfə isə... məhkəməyə də vermək olar! Müharibə dövrünün qanunları belə tələb edir.

Bağırov cavab verməyə macal tapmır. Arıq bir yabının tərkində on-on iki yaşlı bir oğlan uşağı yaxınlaşır.

– Burada Bağırov kimdir?

– Mənəm.

– Sizi telefona çağırırlar.

– Kim?

– Ya Əmir Aslanovdur, ya da Aslan Əmirov. Başa düşmədim ciddi danışır, yoxsa zarafat edir. Elə bil qulağımın dibində danışır, amma deyir ki, Tehrandan zəng vururam. Guya sərhədin o tayından bizə zəng etmək olar! O, zarafat eləyir?

– Məncə, yox. Şəxsən mən Əmiraslanovun zarafat etdiyini görməmişəm, – deyə Bağırov cavab verir. – Bəs o dediyin telefon haradadır?

– Bizim budkada. Buradan 3 km aralıda. Odey...

– Məgər sən burada işləyirsən? – Bağırov təəccüblə soruşur.

– Yox. Anam işləyir. Mən isə elə-belə yaşayıram burda, həm də kömək eləyirəm anama.

– Keşikçi budkasında yaşayırsan?

– Hə də. Ona izah elədim ki, keşikçi evdə yoxdur, rəisləri qarşılamağa çağırıblar. Mənə də əmr olunub ki, evdə oturum. O isə elə dediyini deyir.

– Bəs atan haradadır?

– Cəbhədə, – oğlan dalğın halda cavab verib, bir anlıq fikrə gedir. Əgər Tehran məsələsində zarafat eləmirsə, bəlkə fanarı da doğrudan vəd edib?! Nə bilmək olar! – deyə balaca keşikçi fikrinə gələni dilinə gətirir. – Həmin o Əmirov...

– Əmiraslanov, – deyə Bağırov düzəliş verir, – hər ehtimala qarşı onun adını yadında saxla. Hə, fanar barədə sənə nə dedi?

– Mən budkadan çıxmaq istəməyəndə, məni dilə tutdu. Əvvəl bir az söyüb-söyləndi, sonra söz verdi ki, mənə elektrik fanarı bağışlayacaq. Dedi ki, əgər mənə inanmırsansa, Bağırovu tap. O ki, Tehranda deyil, haradasa budkanın yaxınlığındadır. Tapan kimi sənə o saat fanar da verəcək, üstəlik isti bublik də. Xahiş elədi çatdırım ki, on beş dəqiqədən sonra bir də zəng vuracaq. Sizcə, o düz deyib, zarafat eləməyib mənimlə?

Bağırov başı ilə təsdiq edir. Ətrafdakıların adət etmədiyi qəribə bir təbəssümlə gülümsəyərək, atdan düşməyən oğlanın yanından ötüb, maşına yaxınlaşır.

– Bəlkə buradan gedənəcən fanar tapa bilərik? – O, konkret heç kəsə müraciət etmədən soruşur.

Əlövsət Rəhimov cibindən öz fanarını çıxarır:

– Götür! – deyə Bağırov oğlana müraciət edir. – Amma bubliki borclu qalıram sənə.

– Bublik nə olan şeydir? – Balaca keşikçi batareyaların güclü işığını heyranlıqla seyr edir. Bu, müharibə dövrü hələm-hələm ələ düşən şey deyil. – Görəsən, niyə o, isti olur?

Əbülfəz səkkiz övladının hamısını yanına salıb, şəhər “tolkuçka” sına – “kubinka”ya girir. Xırda-xuruş satan təkgöz kişi ilə salamlaşıb, Davudu tapmasını xahiş edir. Tariyel gəlincə Əbülfəz təkköz qasidin girdiyi evin eyvanının altında kölgəlik tapıb, yeşiyin 79 üstündə əyləşir və gözünü qıyaraq, “kubinka”nın qaynar həyatına tamaşa edir. “Qasid” qayıdana qədər o, cəmi iki dəfə ətrafa marağını büruzə verir. Birinci dəfə onun yanından: “Tərtəmiz təmizləyir, par-par parıldadır! Potaş! Potaş! İstəyirsən ağları yu, istəyirsən ya evdə çim, ya dənizdə. Tərtəmiz, köpüksüz, canınız üçün zərərsiz!” – deyə fil kimi böyürən bir qoca keçir. Reklam etdiyi məhsullar qabağınca sürdüyü arabacıqdadır. “Sinka, istiot, soda, sinka, istiot, soda!” – Sabun var? – Əbülfəz pıçıltı ilə soruşur.

– Nə sabun? Sabun nə gəzir? – deyə bayaqdan fil kimi böyürən kişi normal adam səsi ilə cavab verir. – Potaş al. Sabun olmayacaq.

Müharibə qurtarınca sabundan gözünü çək!

– Bəs birdən olsa, burada onu neçəyə satardılar?

– Bir milyona! İki milyona, üç milyona! On manat alıb sabunu iyləməyə vermək olar! Şəxsən mən özüm 50 manat verməyə razıyam, – qoca coşub, bayaqkı kimi, uca səslə çığırır. – Sən bircə sabunu göstər!

– Tapsam, göstərərəm. İstəyirsən iylə, istəyirsən dişlə – özü də havayı.

Həmsöhbətinin adamı əsəbiləşdirən ədalarına baxmayaraq, Əbülfəz apardığı kommersiya kəşfiyyatının nəticələrindən razı qalır.

– Bilsəydin ki, səni bu gün kim gözləyirdi, indi oturub zarafat etməzdin! – Qoca təzədən adam səsinə keçib, məşum pıçıltı ilə xəbər verir və arabacığını sürüb uzaqlaşır.

Acıdil qocanın bu düşük “nömrəsi” Əbülfəzin əhvalını korlamasa da, ancaq hər halda, izsiz də keçmədi. Çünki bir-iki dəqiqədən sonra səkkiz dənə taxtalı “xoruz” konfeti alanda Əbülfəz qiyməti saldırmaqçün adətinin ziddinə olaraq, çənə-boğaz eləməyi unutdu. Yalnız “xoruz”ları uşaqlara paylayandan sonra ağızucu:

– Diri xoruz bundan ucuzdur. Camaatda insaf-mürvət qalmayıb!

Davud özünü yetirdi. Cəld Əbülfəzi darvaza arxasına çəkib, tez-tez küçəyə boylana-boylana portfeli açdı. Əbülfəzə elə gəldi ki, altı tikə sabunu görəndə Davudun gözləri işıldadı. Əbülfəz pulları sayıb, təzədən dinməzcə əlini açdı.

– Nədir, azdır? – Davud heyrətləndi.

– Axmaq-axmaq suallar vermə, – sən ki, ağıllı adamsan, – deyə Əbülfəz quru tərzdə cavab verdi.

Hər iki tərəf üçün qarşılıqlı faydalı mübadilə başa çatandan sonra Davud soruşdu:

– Bəs sən deyirdin az qala iki çamadan gətirəcəksən?

– Gətirəcəyəm. Hər şey hazırdır, ancaq çox qiymətli bir maddə var, onsuz sabun bişirmək olmaz. Zəhrimar yaman bahadır! Gərək onu tapaq.

– Adını de, bəlkə mən tapdım?!

– Bağışla, qədeş, deyə bilmərəm, – Əbülfəz yazıq-yazıq dodaqlarını büzüb cavab verdi. – Eşidib-bilsələr ki, sirri açmışam, dərimə saman təpərlər. Sən o adamları tanımırsan.

Kol-kosu, otları saralıb-solmuş çöllük.

Neftdaşıma limanına çevrilmiş yük limanının ətrafı. Boş qalmış saysız-hesabsız anbarlar. Bu liman indi dəniz yolu ilə yanacaq göndərilməsi üçün yükboşaltma məntəqəsinə çevrilmişdir.

Dolu sisternlərdən ibarət qatarlar gətirdikləri mayeni tankerlərin anbarlarına boşaltmaq üçün limana yaxınlaşır. Uzaqdan baxana elə gəlir ki, Əbülfəzlə onun uşaqları göbələk yığırlar. Əbülfəz kibrit qutusunun yarısı boyda ağ qəlpəni uşaqlara göstərir:

– Görürsünüz, bu kaustik sodadır. Görsəniz ki, yaşdır, özünüz əl vurmayın, o saat məni çağırın. Yaş əllə ona toxunmaq olmaz, barmaqlarınızı yandırar. İndi biz bir-birimizə mane olmamaq üçün ayrılıq, yavaş-yavaş dəmiryoluna tərəf gedək, bax, o platformanı görürsünüz? Hamımız orada görüşəcəyik. Diqqətlə axtarın, orabura fikriniz yayınmasın. Bir azdan hava qaralacaq, gərək o vaxtacan iki kilo soda yığaq. Daha indi sirr də olsa, demişəm sizə, bu sodadan babanız üçün çox vacib bir dərman düzəldirlər. Əgər istəmirsinizsə babanız vaxtından əvvəl ölsün, gərək var qüvvənizlə çalışasınız. Kim hamıdan çox yığsa, deməli, babasını lap çox istəyir.

Kim bu qabı doldursa, babasını çox sevdiyinə görə ona yarım banka şirin süd düşür, az yığana isə yarım qutu yumurta paraşoku.

Əbülfəz alaq otları və zirzibilin arasında adda-budda gözünə sataşan kaustik soda parçalarını əyilib yerdən yığa-yığa anbarların arası ilə irəliləyir. Qəflətən anbarlardan birinin yarıaçıq qapısına gözü sataşır. Boylanıb baxır, orada əyinlərində yağa-neftə bulaşmış kombinezon olan iki nəfər liman fəhləsinin hansısa kiçicik bir cihaza naqil birləşdirdiyini görür. Yanlarındaca – döşəmədə təzəcə qazılmış 81 bir çala var. Əbülfəz alnını qırışdırıb, onların nə iş gördüyünü anlamağa çalışır. Bu zaman fəhlələrdən biri cihazın açarını burur və həmin anda limanda qüvvətli partlayış gurlayır. Əbülfəz qorxmuş halda üzüquyulu özünü torpağın üstünə atır. Ancaq görünür, uşaqları xatırlayıb dərhal yerindən sıçrayır. Onların yanına qaçmaq istəyir, lakin qəflətən beyninə nə fikir gəlirsə, bir anlıq dayanıb, sonra üzərində dəmirbarmaqlıqlı xırdaca nəfəslik olan metal qapının cəftəsini vurur. Bir kənarda atılıb qalmış paslı arabanı zor-bəla ilə yerindən qaldırıb, qapının ağzına aparır. Sonra atalıq instinktinin təsiri altında balalarını axtarmağa yüyürür. Onları sağ-salamat görüb, yaxınlıqdakı anbar tikililərindən birinə yığır və sakitcə oturmalarını tapşırır. Vəd edir ki, sözə baxsalar, hərəsinə bir banka şirin süd verəcək.

– Bu da sizə pendir-çörək. Bu saat qayıdıram. Kim başını bayıra çıxarsa, mənə deyərsiniz. Onun südünü də sizə verərəm.

Əbülfəz ucadan fit çala-çala bağladığı qapıya tərəf qayıdır.

O yaxınlaşan kimi qapının arxasında səs-səmir kəsilir. Əbülfəz yarıuçulmuş səkinin üstündə oturur. Tələsmədən portfelindən pendirçörək, pomidor və soğan çıxarır. Baş soğanı yumruğu ilə əzib, liman tərəfdən eşidilən hay-küyə əhəmiyyət vermədən yeməyə başlayır.

– Ey, ay kişi! – Qapının arxasından onu səsləyirlər, – Qapını sən bağlamısan?

– Ağıllı adamsan, ancaq çox axmaq sual verirsən, – deyə Əbülfəz tələsmədən yeməyini çeynəyib udduqdan sonra cavab verir.

– Sən də ağıllı ol, bizi buradan burax. Peşman olmazsan!

– Mən burada təsadüfi adamam, yoldan keçənəm. Nə bilim, sizi buraxmaq olar, ya yox. Bir az gözləyək, işçilərdən biri gələr, məsləhət bilsə, sizi buraxar.

– Onda gec olacaq! Sən gəl aç qapını, biz tələsirik. Nə dilbilməz adamsan!

– Dilbilməz niyə oluram? – Əbülfəz inciyir. – Nə qədər ki, limanda camaat bir-birinə dəyib, siz də özünüzü ora yetirmək istəyirsiniz.

Qorxursunuz kimsə bilər ki, ikiniz birlikdə harayasa əkilibsiniz.

Anasının əmcəyini kəsən adam o qədərdi ki...

– Bəs onda burax da... Bizim işimizin pis olmağından sənə nə fayda? Ancaq kömək eləsən, xəcalətindən çıxarıq. Atamın qəbrinə and olsun, ömrünün axırınacan tək özünə yox, bütün ailənə bəs edər. Tez ol!

– Bilirsən, pul yaxşı şeydir! – Əbülfəz ah çəkir. – Ürəkdən təklif edəndə adam boyun qaçırmaq istəmir... Ver gəlsin.

– Hərif özünsən, əvvəl burax, sonra pulu al.

– Məsləhət sizindir, – Əbülfəz yerindən tərpənmir.

Qısa məşvərətdən sonra nəfəsliyin barmaqlığı arasından bir əl uzanıb, pul bükülüsünü çölə atır.

Əbülfəz iməkləyə-iməkləyə cəld pulları qapıb, dərhal sayır.

– Elə bu? – deyə istehza ilə soruşur.

– Üstümüzdə bundan artıq yoxdur. Buraxarsan, ondan yüzqat artıq verərik! Cəld ol, vaxt keçir!

– Bu nə söhbətdir? Tələsirsənsə, bir az da tərlə, nə məni ləngit, nə də özünü.

İkinci pul bükülüsü qarşısına düşəndə başını razılıqla tərpədir.

İçəridən səs eşidilir:

– Əzizlərimin canına and olsun, artıq bir qara qəpiyim də yoxdur!

– Bundan artıq heç lazım da deyil. – Əbülfəz onu arxayınlaşdırır.

– Elə bu da bəsimdir. Ömrüm boyu acgöz adamlardan zəhləm gedib.

O, pulları səliqə ilə çantasına qoyub, əvvəlki yerinə qayıdır.

– Hə, indi nəyi gözləyirsən? – İçəridəkilər ikisi birdən soruşur.

– Hər dəqiqə qiymətlidir! Tez ol!

– Düzdür, siz mənə çox pul verdiniz. Allah bilir, indi bəlkə də peşman olmusunuz. Mənsə burada oturub fikirləşirəm: sizi buraxım, ya yox? Kim bilir, birdən sizi buraxaram, pullara da əlvida deməli olaram, üstəlik həyata da. Mən sözü üzə deyən adamam.

Utanmaqdan keçib, qorxuram sizdən!

– Əşşi, tüpürüm pula! Nəyə istəyirsən, and içək, sənə toxunmarıq!

Nə qədər ürəyin istəsə, pul də verərik. Ancaq adam ol, burax bizi.

– Yox, qorxuram. Silahım olsaydı, başqa məsələ. Yoxsa ki, mən burada təkəm, siz iki nəfər. Özünüzün də tapançanız var...

Görürsüz, əgər siz məni öldürmək fikrində olmasaydız, revolverləri verərdiniz.

– Bizdə revolver-zad yoxdur, – qapının dalından qətiyyətsiz səslə dillənirlər.

– Görürsüz – Əbülfəz incik-incik deyir. – Bir halda ki, yalan danışırsız, deməli, torbada pişik var. Kim inanar ki, belə işə silahsız gəlmisiniz?! Nə olar, bərk saxlayın. Mən gedəndən sonra lazımınız olar. Gəlib-eləyən olsa, birdən atışmalı olduz.

– Dayan, getmə.

Nəfəslikdən tapançaları tullayırlar. Əbülfəz iməkləyərək yaxınlaşıb onları götürür, maraqla tamaşa edir.

– Daha niyə sürünürsən, – qapı dalındakılar yaltaq-yaltaq gülürlər. – Görmürsən tapançalar səndədir? Uzatma, aç görək!

– Deyirəm, kim bilir, bəlkə yenə nəyinizsə var: revolver, avtomat, nə bilim nə. Elə pulun da birinci bükümündən sonra deyirdiz ki, daha yoxdur.

– A kişi, aç qapını! Guya sən başa düşmürsən ki, bizi tutsalar, güllələyərlər. Sənin vicdanın var?

– Yadıma yaxşı düşdü. – Əbülfəz qəfildən dillənir. – Bu limanda mənim bacım işləyir. Onun sağ-salamat olduğunu öyrənməsəm, sizi buraxa bilmərəm. Siz oturun, mən tez limana qaçıb öyrənim.

– Nə yalan uydurursan? – “Əsir”lərdən biri xırıltılı səslə deyir.

Orada bircə qadın da işləmir. Xüsusi qoşunda qulluq edənlərdir, vəssalam.

O biri əsir söyüş yağdırır:

– Mən çox yaramaz görmüşəm, ancaq sənin kimisi qabağıma çıxmayıb. Pulu aldın, başa düşdük. Tapançalar nəyinə gərəkdir?

– Özün ağıllı adamsan, amma axmaq-axmaq suallar verirsən.

Bu qədər adamı qırıb-çatdınız, hələ mənə yaramaz deyirsiniz. Sizə baxanda mən toya getməliyəm. Təhqir üstündə ikiniz də cavab verməli olacaqsınız! – Qəzəblənmiş Əbülfəz tələsik addımlarla uzaqlaşır.

Püskürən vulkan kraterini xatırladan limana sarı yönəlir.

Sisternlər partlayır, tonlarla maye alovlanır, neft kəmərləri, liman binası, ayaq altındakı torpaq buxtanın suyu od tutub yanır.

Fasiləsiz olaraq təcili yardım və yanğınsöndürən maşınları gəlir.

Əbülfəz özünü mühasirə xəttinə yetirir. Onun qarşısını kəsirlər.

– Burda ən böyük rəis kimdir? – deyə Əbülfəz çığırır.

– Rədd ol burdan! – Özündən çıxan rəis onu döşündən itələyir.

– Ayağıma dolaşma, yoxsa bu saat səni həbs edərəm.

– Mən özüm bu saat elə ikisini həbs etmişəm, iki təxribatçını.

– Bunu rədd eləyin burdan, – deyə zabit əmr edir və dərhal da səsini kəsir: Əbülfəzin əlindəki tapançalar gözünə sataşır. Zabitin əlini qobura atdığını görən Əbülfəz tələsik raport verir:

– Təxribatçıların əlindən aldığım silahdır!

Bir qrup hərbçinin müşayiətilə Əbülfəz əsirləri saxladığı anbara yaxınlaşır.

– Hələlik onları burada saxlayıram! Limana necə partlatdıqlarını öz gözümlə görmüşəm. Anbarı mühasirəyə almaq lazımdır. Çünki divarın dibində təzə qazılmış çala var, onlar lağım ata bilər, – Əbülfəz özündən razı halda göstəriş verir. – Şübhəm var ki, silahlıdırlar.

Yoldaş mayor, mən buradan uzaqlaşa bilmərəm. Əgər mümkünsə, qoy bir adam gedib o anbardan mənim uşaqlarımı gətirsin!

Əbülfəzlə zabit uşaqları minik maşınına oturdurlar. O, içində pul olan portfeli uşaqların böyüyünə verib deyir:

– Mənim çarpayımın altına qoyarsan. Anana de, ki, iki casus tutmuşam, bir az gec gələcəyəm.

Zabit sürücüyə tapşırır:

– Uşaqları anasına təhvil verin.

– Baş üstə, yoldaş mayor!

Maşın gözdən itdikdən sonra Əbülfəz sözə başlayır:

– Məni pulla ələ almaq istəyirdilər, lap təbdən çıxdım. Dalımca topa-topa pul tullayırdılar. Yəqin harasa buralarda düşüb qalıb.

Məncə, əmr vermək lazımdır ki, pulları axtarıb tapsınlar, yoxsa götürən olar. Sonra kim boynuna alacaq.

– Yox bir! Deyirsən işimizi-gücümüzü atıb pul axtaraq? – Zabit qaşqabaqlı halda cavab verir.

Sevincək olmuş Əbülfəz dərhal onunla razılaşır:

– Düz deyirsiniz, pul əl çirkidir!

Əmiraslanov Bağırovla söhbətini yekunlaşdırır.

– Hələ bir-iki gün ləngiyəcəyəm. Şultsu pəhləvidə yoxlamağa cüzi də olsa ümid var. Yoldaş Bağırov, məncə o nə qədər ki, İranı tərk etməyib, bu imkandan istifadə etmək borcumuzdur.

– İstifadə elə, özün də fikirləş, gör o sənin əlindən qaçsa, Bakıda onun adamlarını zərərsizləşdirmək üçün nə tədbir görəcəksən.

Günün günorta çağı şəhərdə onlarca başkəsən quldur dolaşır, biz isə heç onların nə məqsədlə gəldiklərini də bilmirik. Eşidirsən məni?

– Bəli, yoldaş Bağırov, çox xoşagəlməz vəziyyətdir.

– Hər şeydən əvvəl gülüncdür, – Bağırov onun sözünü kəsir. – İki gündən sonra gələrsən, bu məsələləri də özün aydınlaşdırarsan!

Bağırov, Rəhimov və daha bir neçə nəfər adam şər qarışanda maşına əyləşib “maket”dən uzaqlaşırlar. Maşın təpəyə qalxır. Bundan sonra idarəetmə pultunun yanında durmuş operator düyməni burur. İşıqlar yanır.

– Gecə vaxtı ən təcrübəli təyyarəçi də elə bilər ki, aşağıda Bakının işıqlarıdır, – Əlövsət Rəhimov gecənin qoynunda işıqları sayrışan “şəhər”in mənzərəsini seyr edərək deyir:

– Əla düzəldiblər! Guya bura dəniz sahili, bura isə dağlıq hissədir.

Lap bakılıların özlərini də çaşdırmaq olar.

– Ümid edək ki, sən deyəndi, – Bağırov uzaqdan qıpqırmızı şəfəqin səmanı bürüdüyü səmtə işarə edib soruşur və özü də cavab verir: – Bəs o nədir?

– Ya neftayrıma zavodudur, ya da liman, – Bağırov cəld maşına əyləşir. – Şəhərə sür. İldırım sürətilə!

Fərzani kabinetində oğlu ilə söhbət edir. Atasından fərqli olaraq, oğlunun əhval-ruhiyyəsi çox yaxşıdır.

– Sənə qəribə görünmür ki, Səbadan nə vaxtdır səs-soraq çıxmır?

– deyə Fərzani fikirlərini onunla bölüşür. – Heç belə olmamışdı.

– Onu dünən Tehranda görüblər. Bu gün isə, mən əminəm ki, artıq Berlindədir.

– Əmiraslanov deyir ki, o, Pəhləvidədir.

– Əgər Əmiraslanov bunu dəqiq bilirsə, özü niyə Tehranda əyləşib? Yoxsa şah üçün yas saxlayır?

– Daha əyləşməyib. Aerodromdan zəng vurmuşdu. – Fərzani saatına baxır, – yəqin yarım saatdan sonra Pəhləvidə olacaq. Yaxşı olardı ki, sakit yer tapıb bir müddət qalaydıq.

– İndi dünyanın ən sakit guşəsi İrandır. Sən nahaq əsəbiləşirsən, ata. Almanlar getdi, lap yaxşı. Şükür Allaha. Vaxtında getdilər.

Ruslar gəldi? Ruslarla bizim ailənin münasibətləri yaxşıdır. İngilislərlə də dost olarıq. Axı sən neçə il ingilis dilini öyrənməyə məni əbəs yerə məcbur etməmisən ki... – oğlu çox arxayın bir təbəssümlə gülümsünür. – Görərsən, mənim ingilis dili təhsilimə sərf etdiyin pullar sənə hələ çox gəlir gətirəcək.

Tevfiq maşın səsi eşidib pəncərəyə yaxınlaşır. Görür ki, evin qarşısında ingilis əsgərləri ilə dolu iki “cip” dayandı. Atasına deyir:

– İngilislərdir! Adını çək, qulağını bur.

Bu xəbəri eşidən Fərzani stulu qapıb, Hitlerin divara vurulmuş portretinin yanına cumur.

– Kömək elə mənə! Zəhrimar yaman ağırdır!

Oğlu pəncərədən uzaqlaşır və fikir vermir ki, ikinci “cip”-dən cəld yerə atılan əsgərlərin ardınca Səba da maşından düşür.

Həmin vaxt Fərzani kabineti gözdən keçirib, radioqəbuledicini qurur. Hansı dalğanısa tutmağa əbəs yerə cəhd göstərir, bir şey çıxmadığını görüb, oğlundan xahiş edir:

– Onlar yuxarı çıxanadək ingilis verilişi tuta bilsən, yaxşı olardı.

Qoy gələn kimi görsünlər ki, biz kimik, kimin tərəfindəyik.

Oğlu istehzalı təbəssümünü gizlədərək, düyməni burur. Və demək olar ki, dərhal da “Bi-bi-si”ni tutur. Radiosiqnallara nəsə bir inadlı taqqıltı qarışır. Aşağıda kiminsə həyət darvazasını bərkbərk döydüyünü Fərzani o saat anlaya bilmir. Amma başa düşən kimi cəld dəhlizə qaçır, aşağıdan qapıçını səsləyib əmr edir:

– Tez elə, darvazanı aç, əziz qonaqları salamla! – Bir neçə saniyədən sonra isə Fərzaninin üzünün ifadəsi dəyişir: o, pilləkəndə Səbanı görür.

– Düşmənin iyrənc geyimi altında dostun gizləndiyini yalnız mənim bəsirətli rəfiqəm ağaye Fərzani duya bilər. – deyə Səba gülümsəyir.

Fərzani özünü birtəhər ələ alıb, eyni tərzdə cavab verir:

– Tanımaq üçün ən qısa yol ürəkdən-ürəyə uzanan yoldur. Mən səni pəncərədən görəndə duyduğum sevinc son hadisələrin nisgilini qəlbimdən silib atdı.

Səba kabinetə girir, Tevfiqlə səmimi görüşür.

– Bunun səsini kəs, – Fərzani iyrənirmiş kimi əli ilə radioqəbulediciyə işarə edir. Sonra Səbaya sarı dönür: – İki gündür evdən çıxmıram, sənin zəngini gözləyirəm.

– Mən buna əmin idim. Elə o səbəbdən də, gördüyün kimi, xəbərdarlıqsız gəlmişəm, – deyə Səba cavab verir. Tərəddüdlə Tevfiqə baxır. – Bağışla, oğlum, mən yol üstdəyəm, atanla firmanın işləri barədə söhbətim var.

Tevfiq dərhal başı ilə razılığını bildirib, qapıya sarı yönəlir.

Fərzani oğluna:

– Mətbəxdə tapşır, qonaqlara yemək versinlər, – deyir. – Bizim üçünsə qonaq otağında süfrə açsınlar, sualedici nəzərlərlə Səbaya baxır; o, başı ilə razılığını bildirir.

– Ancaq qoy süfrəni burada açsınlar, – deyə Səba düzəliş verir.

– Bura sizinçün narahat olar, – Fərzani Səbanın arkyana qapıya doğru çəkir. – Qonaq otağına gedək, orada bizə heç kəs mane olmaz.

– Niyə ki? – Səba çiynini çəkir. – Vaxtımız azdır. Sonrası da, sizin kabinetiniz mənim çox xoşuma gəlir. Hər şey əlinin altındadır:

xəritə, radioqəbuledici, bar, telefon.

Pəhləvi aeroportunda bir neçə nəfər zabit yerə enən hərbi nəqliyyat təyyarəsini qarşılayır.

Tehrandan gələn Əmiraslanov təyyarədən düşür. Onu iki rota desantçı müşayiət edir.

– Güman etməyə əsas var ki, o hələ də şəhərdədir, – yuxusuzluqdan gözləri qan çəkmiş alçaqboy ahıl mayor tələsik hesabat verir.

– Nəyə əsasən deyirsiz bunu?

– Üç saat, daha dəqiq: üç saat on səkkiz dəqiqə bundan qabaq, yerli agentimizdən məlumat almışıq. Yüksək rütbəli alman zabitlərinin yaşadığı Marabda kurort şəhərciyindəki villadan zəng vururdu. Onun dediyinə görə, Şults boş villalardan birinin qarşısında maşından düşmüş, öz açarı ilə qapını açıb evə girmişdir.

Əynində açıq qəhvəyi rəngli kostyum, ağımtıl köynək, boynunda ağ qalstuk varmış. Razılaşmaya görə, ingilis qoşunları Pəhləviyə Marabda tərəfdən daxil olmalıdır. Ona görə də orada bizim qoşunlar yoxdur. Telefon zəngindən dərhal sonra yola düşdük. Villaya yaxınlaşanda bizim agentin yolun ortasında atılmış meyitini gördük.

Güllə dəymiş peysərindən hələ də qan şoralanırdı.

– İngilislərlə əlaqə yaratmağa cəhd göstərmisiz?

– Orada yox idilər. Tehrandan xəbər verdilər ki, ingilislər Pəhləviyə bu gün, günün ikinci yarısında gələcəklər. Onları indilərdə gözləyirik. Bütün yollara ciddi nəzarət edirik.

Əmiraslanovu aeroportun rabitə mərkəzinə gətirirlər. O, telefona yaxınlaşır.

Səba rahat dəri kresloda oturub, ləzzətlə ayaqlarını uzadır.

– Sutka ərzində birinci dəfədir rahat əyləşirəm. Elə bil bu sutka bitib-tükənməyəcəkdi. Dalbadal gör nə qədər hadisə baş verib: şah taxt-tacdan əl çəkib, düşmən qəfil soxulub bura, bizim dəstələrin təxliyəsi... hələ “Mersedes-Benz”in yerli maraqlarının pozulması, 88 bütün əmlakın qarşıdakı müsadirəsini demirəm. Özü də hamısı bircə sutka ərzində.

– Şah getsə də, taxt-tac yerindədir. Bu isə İranın xoşbəxtliyi deməkdir. Əbəs yerə deməyiblər ki, münbit torpaqda çör-çöp də çiçək açar. Şir balası yavaş-yavaş aslana dönəcək, – deyə Fərzani xəyalpərvərcəsinə dillənir. – Mənim üçün bütün hadisələrdən ən qəmlisi alman dostlarımızın – bu ağır zamanda İranın yeganə xeyirxahlarının bizi tərk etməsidir. Özümə təsəlli verirəm ki, bu gediş müvəqqətidir. Qoy ani təsadüflər bizim qanımızı qaraltmasın, axı hər gecənin bir gündüzü var.

– Üzr istəyirəm, möhtərəm ağa. – Səba meydanoxuyucu nəzərlərlə saatına baxıb, onun sözünü yarıda qoyur. – Yaxşı olar ki, siz yazı stolunun arxasına keçəsiniz. General Əmiraslanov son dərəcə dəqiq adamdır. Sizə təyin etdiyi vaxtda mütləq zəng vuracaq.

Bət-bənizi kətan kimi ağarmış Fərzani dinməz-söyləməz Səbaya baxır. El bu an telefon zəng çalır.

– Dəstəyi götürəcəksiz? – deyə Səba donub qalmış Fərzanidən soruşur. Cavab almayanda çiynini çəkib, özü dəstəyi qaldırır. – General, təəssüflər olsun ki, möhtərəm ağaye Fərzani yüngül əsəb sarsıntısı keçirdiyinə görə, telefona yaxınlaşa bilmir. Lakin sizin tapşırığınızı yerinə yetirib. Təsdiq edirəm ki, Şults, yaxud Səba, fərqi yoxdur, hələ də Pəhləvidədir, ancaq yaxın vaxtlarda İranı tərk etməyə hazırlaşır. Danışan kimdir? Doğrudanmı tanımadınız?

– Təəccüblənməyə dəyməz. Xəbərim vardı ki, siz farsca danışırsınız, ancaq heç təsəvvür etməzdim, dili bu dərəcədə sərbəst bilirsiniz. Cüzi də olsa ləhcə duyulmur! – Əmiraslanov söhbəti davam etdirə-etdirə qeyd dəftərçəsinin açıq səhifəsində mayor üçün yazır: “Təcili! İki desantçı rotası götürüb, Şah döngəsi, 1№-li evə gedin. Həmçinin radio ilə xəbər verin ki, siz gedib çatanadək bütün rayonu mühasirəyə alsınlar. Nəyin bahasına olursa-olsun, Şults diri tutulmalıdır”, – Mayor tələsik başının işarəsi ilə hər şeyi anladığını bildirib, qapıya yönəlir.

– Düzü, əgər kiminlə danışdığımı bilməsəydim, ləhcənizdən sizi əsl tehranlıya bənzədərdim. Elə bil Laləzar-saray rayonunda doğulub-böyümüsünüz, – deyə Səba da borclu qalmır. – Səhv etmirəmsə, Pəhləviyə ilk gəlişinizdir. Gözəl şəhərdir, ancaq burada işləmək çətindir: elektrik enerjisi tez-tez kəsilir, bir çox küçələr 89 adsızdır, binalar nömrələnməyib, evləri sahiblərinin adına görə axtarıb tapmalı olursan. Düzdür, şəhərin planı var, ancaq olmasa bundan yaxşıdır: hər şeyi elə qarışdırıblar ki, vağzala getmək istəsəniz, yaxın adalardan birindəki cüzamlılar koloniyasına, ya da hidrotəyyarələrin məxfi bazasına gedib çıxa bilərsiniz. Telefonlar da ruletka Prinsipi ilə işləyir.

– Mən sizə beşinci cəhddən sonra zəng vura bildim. Saydığınız əngəllərə baxmayaraq, bütün çətinliklərin öhdəsindən uğurla gəlirsiniz, – Əmiraslanov səmimi ahənglə danışır, – bütün bunlar da diqqətdən kənarda qalmır. Sizi ştatdarttenfürer rütbəsi almanız münasibətilə təbrik etmək üçün fürsət tapdığıma çox şadam. Bu, çox yüksək addır və sizin üzərinizə olduqca böyük vəzifələrə qoyur.

– Sağ olun, İranda birinci adamsınız ki, məni bu münasibətlə təbrik etdiniz, – Səba bir az özünü itirmiş halda cavab verir.

– Düzünü desəm, sizin SS-də xidmət etdiyinizi təsadüfən öyrənəndə mən təəccübləndim.

– Təbii! Axı siz həmişə əmin idiniz ki, mən coğrafiyaşünasam, – deyə Səba gülümsünür.

– Mən elə lap əvvəldən bilirdim ki, siz abverin zabitəsiniz!

– Əmiraslanov ciddi tərzdə cavab verir.

– Sizin üçün bunun nə əhəmiyyəti? Yeri gəlmişkən, yəqin ki, sizi də təbrik etmək olar? Düz demirəm? Bakı yaxınlığında düşmənin sualtı qayığının uğurlu məhvi əməliyyatına görə.

– Çox sağ olun. Hesab edə bilərsiniz ki, ilk mükafatı mən indicə sizdən aldım. İnanmazsınız, sərhədçilər mənə qayığın məhv edildiyi barədə hesabat verdikləri gündən bəri rahatlığımı itirmişdim. Axı heç nəyi müəyyənləşdirə bilməmişdik: qayıqda kimlər varmış?

Onlar nə məqsədlə bizim sahillərə gəliblərmişlər? Və ən başlıcası, qayıq kimə mənsub imiş. Xalis fantasmaqoriyadır! Üstəlik buraya bir məqamı da əlavə etmək lazımdır: hamıda belə qənaət hasil olmuşdu ki, Xəzər dənizində sualtı qayıq yoxdur. Bu halda mənim vəziyyətimi yəqin ki, təsəvvürünüzə gətirə bilərsiz? Sonradan bir az rahatlandım: öyrəndik ki, sizin soydaşlarınız dəmiryolu ilə İrana 6 ədəd italyan sualtı qayığı gətirmişlər. Yeri gəlmişkən, onları partlamağa macal tapdız?

– Hazırlaşırdılar, – ancaq sonra deyəsən fikirlərini dəyişdilər, adaların hansı birindəsə onları etibarlı bir yerdə qazıb basdırdılar.

Yadlarına düşdü ki, mənim həmyerlim baron Münhazen Xəzərlə Qara dəniz arasında təbii tunel olduğunu söyləyirmiş... sonrası da biz İranı uzun müddətə tərk etmirik... Nə bilim, bəlkə də lap elə partladıblar, mən dənizçilərin işinə qarışmamağa çalışıram. Vaxt necə də tez keçir, general, az qala səkkiz dəqiqədir danışırıq. Ehtimal etsək ki, məni tutmaq üçün dəstəni biz söhbətə başlayandan sonra göndərmisiz, deməli, onda sizin adamlar 40 kilometrin 10-15 kilometrini artıq qət ediblər. Heç şübhəsiz, əmr etmisiz bu rayondakı sovet, ya da ingilis işğal qoşunları ilə ratsiya vasitəsilə əlaqə yaratsınlar. Tabeliyinizdə olanları söyüb-danlamayın, general, onlar əliboş dönəcəklər.

Düz bir saatdır ki, mənim xahişimlə bu rayonda radio əlaqəsi tamam kəsilib və yalnız tam gücü ilə işə salınmış radioəngəl mənbələri aşkar edildikdən sonra rabitə bərpa olunacaq, hətta nəzəri cəhətdən belə, təcrübəli mütəxəssislərə bunu etmək üçün ən azı beş-altı saat vaxt gərəkdir. Məni başa düşdünüz?

– Əlbəttə, başa düşdüm ki, söhbət eləməyə hələ vaxtımız var.

– Elədir, bir az var. Ancaq bilirəm ki, siz indi də məni tutmağa ümidinizi itirməmisiniz. Özüm də heyfsilənirəm ki, sizin bu ümidləriniz doğrulmayacaq.

– Eybi yox, özünüzə təsəlli verin ki, gec-tez bu arzuya da çatacağıq, – deyə Əmiraslanov onun halına yanırmış kimi dillənir.

– ...Və bizlərdən birimiz o birini tutacaq, – Səba istehzalı tərzdə onun sözünü tamamlayır və kresloda quruyub qalmış Fərzaniyə göz vurur.

– Vaxtımız həqiqətən məhduddur, lakin vidalaşmazdan əvvəl sizə deməliyəm ki, bizim gələcək görüşümüz daha xoş ola bilər.

Ancaq bircə şərtlə: bu gün siz Fərzanini sağ buraxsaz. Bunu təmənnasız deyirəm. O mənə gərək deyil, heç sizin üçün də daha təhlükə törətmir. O elə bir miskin məxluqdur ki, siz səviyyəli peşəkar hərbi kəşfiyyatçı ona əl bulamaz.

– Fərzanini öldürməyim? – Səba saatına baxıb, heyrətlə soruşur.

– Bax bu heç mənim ağlıma gəlməmişdi. Sizə ki, hər şey yaxşı bəllidir. O məni satıb. Onun ucbatından ekipajı ilə birlikdə sualtı qayıq məhv olub. Kapitanı mənim köhnə dostumun oğlu idi... İndi deyirsiniz, belə bir adama əbədi həyat bəxş edim? Nə danışırsız?!

Əgər onu güllələnmə cəzasına məhkum etsəydilər, mən diz üstə çöküb, hərbi tribunala onun sağ qalması üçün yalvarardım! Əziz 91 general, ölüm nə sübutdur, nə də cəza. Xəyanətkarı öldürmək onun cəzadan qaçmasına imkan yaratmaq deməkdir. Niyə gülürsüz?

– Bağışlayın, ancaq deyəsən siz bu müdrik və humanist qaydaya heç də həmişə sadiq qalmırsız, – Əmiraslanov barışdırıcı tərzdə dillənir. – Bilirsizmi, cənab ştandarttenfürer, mən bu günlərdə sizin tərtib etdiyiniz siyahını – qətlə yetirilməsi nəzərdə tutulan məsul şəxslərin siyahısını görmüşəm. İndi isə ölüm barədə az qala mükafat kimi danışırsız. – O da saat əqrəblərindən gözünü çəkmir.

– Burada heç bir ziddiyyət yoxdur. Mən təsdiq edirəm ki, ölüm qisas tədbiri kimi sağlam düşüncəyə qətiyyən uyğun olmayan bir cəzadır. Bakı siyahısı isə sübut edir ki, təhlükəli və potensial təhlükəli şəxslərin fiziki məhvi mahiyyət etibarilə xəbərdarlıq tədbiridir.

– Səba əlavə edir: – Nə isə əmin ola bilərsiz ki, yelbeyin dostumuzu onun gözəl mülkündə sağ-salamat tapa biləcəksiniz. Bir də ki, mən Tehranı tərk etməzdən qabaq kabinetimdə baş çəkməyə macalım olmadı. Buna görə də sizdən bir ricam var: mümkünsə, elə edin şəxsi silahım özgə əlinə düşməsin.

– Arxayın olun. Tapançanı da, xəncəri də artıq mənə veriblər.

Onları özümlə Bakıya aparacağam. Bilmək olarmı sizə mükafat konkret nəyin müqabilində verilib?

– Qalsın başqa vaxta. Fikrimcə, Gilan şosesi ilə buraya doğru can atan qrup on beş dəqiqədən sonra özünü yetirəcək. Sağ olun.

Ağaye Fərzanini sizin üçün qoyub gedirəm. O, bütün suallarınıza cavab verər. – Səba dəstəyi yerə qoyur və dərhal da içəri girən zabitə irad tutur: – Axı sizə öyrədiblər ki, ingilis ordusunda əsgəri salam hansı qaydada verilir... Küçədə olsaydınız, bu yaddaşsızlığınıza görə bir güllə qazanardınız!

Səba yerindən qalxıb, Fərzaniyə müraciət edir:

– Belə bir müdrik kəlam var: lənglik tərəddüdün doğma anası, uğurunsa ögey anasıdır. Odur ki, gələcəyə doğru irəli!

Tələsik pillələri enir. Onun ardınca iki əsgər Fərzanini qabaqlarına qatıb aparır. Dinməz-söyləməz bağın bağlı qapısı önünə çatırlar.

– Burada biz sizinlə vidalaşacağıq, ağaye Fərzani. Özü də ümid edirəm ki, uzun müddətə. – Səba başı ilə unter zabitə işarə edir və o, cibindən qandalları çıxarıb, Fərzaninin sağ əlini qapının iri mis dəstəyinə qandallayır. – Dostumuz general Əmiraslanov bəlkə də 92 haqlı deyildi. Bayaq iddia edirdi ki, siz artıq ona fayda verə bilməzsiniz.

İndi başa düşəcək ki, belə nəticə çıxarmaqda tələsib: çünki sizin sayənizdə ona agah olacaq ki, Pəhləvidə mən ingilis zabiti formasında gəzirəm. Bu xəbər müqabilində o, heç şübhəsiz, sizi qandallardan azad edər.

– Yalvarıram, sizə, inanın ki, mən ona heç bir söz deməyəcəyəm.

And içirəm...

Səba onun sözünü ağzında qoyur:

– And içməyə ehtiyac yoxdur, əzizim ağaye Fərzani. Buna nə hacət? Bir də ki, mən tədbir görmüşəm, Əmiraslanovla görüşən zaman siz tamam başqa şey barədə danışasız. Çünki əbəs yerə deməyiblər ki, deyilənə inan, ancaq bir qiymətli əşyanı da götür girov saxla. Bağın qapılarını ağaye Fərzaninin üzünə açın!

Unter zabit itələyib, bağın qapısını taybatay açır. Orada gömgöy otların üstündə süngü ilə qətlə yetirilmiş adamların meyitləri səliqə ilə yan-yana uzadılıb: Fərzaninin arvadı ilə oğlu, aşpaz, dalandar, nökər və qulluqçular.

Səba bir müddət qandallardan qurtulmaqçün çırpınan Fərzaniya məşum məmnunluq hissi ilə baxıb, cəld çıxır. Üzərində İngiltərə bayrağı dalğalanan maşınlar yerlərindən qopub sürətilə sahilə doğru şütüyürlər.

Qarşıdan eyni sürətlə sovet əsgərləri ilə dolu maşınlar gəlib keçir. “Müttəfiqlər” sürəti azaltmadan bir-birini salamlayıb aralanırlar.

Pəhləvi tərəfdə Xəzərin sahili.

Sovet və ingilis əsgərləri Səbanın dəstəsini axtarır. Əmiraslanovla Fərzani maşınla gəlirlər. Fərzani düşmür. Heç bir məna ifadə etməyən nəzərlərini harasa irəli zilləyib. Oturacağa yapışıbmış kimi yerindən tərpənmir. Zabitlərdən biri qaçaraq özünü yetirir və həyəcanla raport verir.

– Yoldaş general, havadan kəşfiyyat nəticəsində, iki “Yunkers” hidrotəyyarəsi gizlədilən buxta aşkar edilmişdir. Lap yaxınlıqdadır, 5 kilometrlik məsafədə. Yəqin qaranlığın düşməsini gözləyirlər.

Əmiraslanov Fərzaniyə sarı dönür. O, başını bulayır:

– Orada olmaz. Havadan görünməsi mümkün olan hidrotəyyarələrə Səba heç yaxın düşməz.

Əmiraslanov səbirsiz halda zabiti maşına dəvət edir. Maşın sürətlə yerindən götürülür.

– Onların uça bilməməsi üçün tədbir görmüsünüz?

– Xətrimə dəyirsiz, yoldaş general, – deyə zabit nizamnaməyə qətiyyən uyğun olmayan bir tərzdə cavab verir. – Buxtanın çıxışını möhkəm bağlamışıq. Havadan və sahildən daimi müşahidə aparılır.

Heç quş da səkə bilməz!

– Quş bir yana, təyyarənin həndəvərində adam-zad gözünüzə dəyib eləməyib ki?

– Heç kəs yoxdur. Səsgücləndirici vasitəsilə bir neçə dəfə təslim olmağı təklif etmişik. Təyyarələrdən heç bir cavab verən olmayıb.

Təyyarələrin üstünə çəkilmiş nazik tor və onun üzərinə addabudda səpilmiş “yarpaqlar” hətta ən yaxın məsafədən belə, ilk baxışdan sahildəki meşəliyin davamı kimi görünür.

– Təyyarəçilərin dediyinə görə, aşkar edildikləri vaxt hidrotəyyarələr artıq uçuşa hazır imişlər, – onları qarşılayan mayor buxtanı binoklla seyr edən Əmiraslanova məlumat verir.

– Nəyə əsasən belə deyirlər?

– Hava haqqında radio ilə verilən məlumatda qasırğa gözlənildiyi elan edilsə də, təyyarələr bütün bərkidici qurğulardan açılıb.

Bundan əlavə, suya oturma dərinliyi göstərir ki, onların yanacaq bakları ağzınadək doludur. Texniki təlimata əsasən isə, uçuşa iyirmi dəqiqə qalana qədər dolu yanacaq bakı ilə su üzündə dayanmaq qadağandır. Çünki bu zaman təhlükəli deformasiya riski yaranır.

– İnandırıcı deyil, – Əmiraslanov fikirli-fikirli soruşur: – Fikriniz nədir?

– Desant qrupu əməliyyata hazırdır. Katerlər təyyarələrə quyruq tərəfdən yaxınlaşacaq. Bu növ təyyarələrin həmin hissəsi nisbətən təhlükəsizdir, hətta həmin hissəyə “ölü nöqtə” deyirlər.

Hücuma keçməyə icazə verirsiz?

Sanki beynindən keçən xoşagəlməz fikirlərə cavab olaraq, Əmiraslanov narazı halda çiynini çəkir:

– Görünür, başqa çıxış yolu yoxdur. Başlayın.

Öz arxalarınca sulu yelpazələr açaraq, katerlər irəli cumurlar.

Buxtanın girişindən – dar boğazdan keçən kimi, onlar bir-birindən aralanır və buxtanın bütün eni boyunca kəskin dövrə vurub, eyni vaxtda təyyarələri dövrəyə alırlar.

Sahildən aydın görünür: hücum qrupunun əsgərləri təyyarələrin illimunatorlarından boylanaraq, içəridə heç kəsin duyuq düşmədiyini yəqin etdikdən sonra trapla yuxarı qalxırlar. Təyyarənin qapısı bağlı deyilmiş.

– Saxlayın onları, – deyə Əmiraslanov qəflətən çığırır: – Hanı səsgücləndirici?!

Elə bu anda bir-birinin ardınca iki güclü partlayış gurlayır. Az qala səmaya yüksələn iki nəhəng su sütunu yavaş-yavaş endikdən sonra da, dənizin ağappaq köpüklə örtülmüş səthi hələ uzun müddət qaynayır.

Sıldırım sahilə çırpılıb geri qayıdan dalğalar sanki baş vermiş bu faciədən fəryad edir və artıq məzara çevrilmiş adsız buxtadan baş götürüb qaçırlar. Məruz qaldıqları amansız bəla qarşısında öz gücsüzlüyünü dərk edən adamlar isə nə edəcəklərini uzun müddət kəsdirə bilməyib, ta qaranlıq düşənədək sahildə qalırlar.

Əmiraslanov Fərzani ilə vidalaşır.

– Sizə bir köməyim dəyə bilsəydi, çox şad olardım, – o, son üç sutkada saçları əməlli-başlı ağarmış Fərzaninin halına ürəkdən acıyır.

– Mənə yalnız o bir Allah kömək edə bilərdi – bir qəfil ölüm göndərsəydi. Ancaq Xuda bunu istəmədi. Müdrik Yaradan ölümü bir müddət məndən uzaqlaşdırmaqla, mənə ağır düşüncələrə dalmaq üçün vaxt, bir də məqsəd əta elədi. İndi mən bir şeyi dəqiq bilirəm: Səbanı öz əllərimlə qanına qəltan etməyincə, nə o dünyada, nə də bu dünyada rahatlıq tapa biləcəyəm, – deyə Fərzani sakit bir qətiyyətlə cavab verir. – Yəqin fikirləşirsiz, dərd mənim ruhumu elə sarsıdıb ki, özümə mənasız arzularla təsəlli verirəm.

Əmiraslanov:

– Mən başa düşmürəm sizi. Ancaq nə gizlədim, ağaye Fərzani, sizin bu arzunuz mənə çox dumanlı görünür, – o, Fərzaninin qəlbinə dəyməmək üçün yumşaq tərzdə sözə başlayır. – Səbanı tapmaq cəhdlərimiz bir nəticə verməyib. Çox güman ki, o, indi İranda deyil. Yəqin artıq Almaniyadadır, yaxud da sizinlə mənim əlimiz çatmayan başqa bir yerdədir.

– Tapacam onu. Müharibədə Almaniyanın qələbə çalmaq şansları gündən-günə artır. Bircə ay ərzində ölkənin bütün Qərb hissəsini ona təslim etmisiz. Bu, hələ başlanğıcdır. Bir-iki günə Leninqrad da süqut edəcək. Onlar qarşısıalınmaz bir qüvvə ilə addım-addım Moskvaya yaxınlaşırlar...

– Bu yerdə böyük Şah Abbas Səfəvinin kəlamı yada düşür:

Qanlı döyüşlərdəki parlaq qələbələrdən sonra qəlbinizi oxşayan sərməstlikdən qorxun. Çünki savaş meydanındakı məğlubiyyət onu acı kədərə – insan qəlbi üçün həqiqətən öldürücü sayılan zəhərə çevirir, – deyə Əmiraslanov nəzakətli bir təbəssümlə xatırladır.

– Mənim möhtərəm dostum sözlərimi düzgün yozmadı. Bu da məni Almaniyanın qələbələri qədər məyus edir. Axı mən bu zəfərlərdən ona görə söz açdım ki, niyyətimdən dönməyim, daha möhkəm olum. Hadisələr ki, belə gedir alman qoşunları mütləq Şimaldan Qafqaza soxulacaqlar. Və o zaman haradasa – Allah-təalanın özünün qabaqcadan müəyyən etdiyi yerdə mən Səba ilə görüşəcəyəm.

– Xoşbəxtlikdən, bu, qeyri-mümkündür, – Əmiraslanov gözucu saatına baxır. – Çünki o görüşdən beşcə dəqiqə sonra sizi güllələyərlər.

– Mənə bircə dəqiqə lazımdır. Yalnız birinci dəqiqə. Yox, sizdən xahiş edən deyiləm ki, məni özünüzlə aparasız. Siz razılaşsanız belə, bunun heç bir mənası yoxdur. Başqa bir yol tapmışam:

müttəfiqlər gələndən sonra milliyətçilər alayı Türkiyə sərhədinə qaçıb. Sabah dağlardan Türkiyəyə, oradan isə Almaniyaya keçəcəklər ki, sonradan Bakıya hücum edəcək qoşunlarla birləşsinlər.

Onlarla gedəcəyəm.

Əmiraslanov şübhəsini gizlətmədən Fərzaniyə baxır:

– Əminsiniz ki, onlar sizi qəbul edəcəklər? Şəxsən mən əmin deyiləm. Üstəlik də onlar düşmən əhval-ruhiyyəli kürdlərin ərazisindən keçib getməlidirlər. Sizin yaşınızda...

– Qəbul edərlər, – Fərzani tələsmədən onun sözünü kəsir.

– Eşitsələr ki, vətənpərvər və onlarla həmfikir olmağım bir yana, hələ üstəlik Ankarada ya da İstanbulda otuz min dollar pul da verməyə hazıram, oynaya-oynaya qəbul edəcəklər. Bax, bu pullar mənim dağları aşmağımı da asanlaşdıracaq.

Lida ilə Kamil Sahil küçəsindəki evin pillələrini qalxırlar.

– Baxarsan, səni görəndə nə qədər sevinəcəklər. Neçə gündür ki, səbirsizliklə gözləyirlər, – hiss olunur ki, Kamilin kefi kökdür.

– Doğrudan?

– Bəs necə?! Sən mənim valideynlərimi hələ tanımırsan. Məndən çoxdan narazıdırlar ki, bu yaşa çatmışam, ancaq hələ heç kəslə ciddi görüşüm-filanım olmayıb.

– Bəs qeyri-ciddi? Yəqin xatırlamalı çox şey var! – deyə Lida qəsdən incik əda ilə soruşur.

– Səndən nə gizlədim: son üç ildə heç nə... İş belə gətirib! Gör, məsələ nə yerə çatıb ki, kiçik qardaşımı mənə misal çəkirlər. Bax, buna görə də bilirəm ki, bizi, yəni səni görəndə çox sevinəcəklər.

Odur ki, əzizim, hər şey sadə və aydındır, elə deyil?

– Hə, hə, elədir. Sadədən sadədir, – deyə Lida təsdiq edir. Bir azdan elə bu binanın qarşısında bir fayton dayanır. Əbülfəz faytondan sürüyə-sürüyə yekə bir çamadan düşürür.

– Bəs pul? – Faytonçu arxasınca çığırır.

– adama kömək eləmək heç yadınıza düşmür. Hamınızın fikrinizdəki bircə elə puldur! – Çamadanı səkinin üstünə qoyub, faytonun yanına qayıdır. – Nə qədər verməliyəm? Nə-ə?! – Əli ilə dənizdə görünən iri sərnişin gəmisinə işarə edir. – Görürsən? Bu qədər pula mən bazardan paroxodla gələrdim. – Ovcunda saxladığı əzik-üzük əskinası ona uzadır. Artığı da sənin olsun... Nə var, nə üz-gözünü turşutmusan, limon-zadam səninçün? Başa düş, bu çamadanda nə apardığımı sənə deyə bilmərəm. Bilsəydin, lap havayı aparardın, üstəlik sevinərdin ki, canını yaxşı qurtarmısan!

– Sən Allah, de! Verdiyin pulu da qaytarram. Kibrit alarsan özüvə – yarım qutu düşər, – faytonçu yuxarıdan-aşağı Əbülfəzi səsləyir. O isə saymazyana tərzdə əlini yelləyərək, çamadanı binanın giriş qapısına tərəf sürüyür. – Əh, demirsən, demə! Ancaq qumbara, bomba aparırsansa, özüvə qismət olsun!

Kənardan bu söhbətə diqqətlə qulaq asan qollarına qırmızı bağlamış üç nəfər növbətçi patrul Əbülfəzə yaxınlaşırlar:

– Vətəndaş! Vətəndaş! Çamadanı açın!

– Vaxtım yoxdur, vaxtım yoxdur, – Əbülfəz tələsik cavab verib, əlindəki çamadanla cəld bloka soxulmaq istəyir. – Vacib işim var, sizə görə gecikə bilmərəm. – Elə bu vaxt dəstənin böyüyünü tanıyır və dərhal da özündən çıxır. – Bura bax, sən mənə nə vermisən, ala bilmirsən? Gah vağzalda ilişirsən, qohum-qardaş yanında biabır eləyirsən, gah da gündüzün günorta çağı axtarış aparmaq istəyirsən!

Pah, məni axtaracaq! Bəlkə atam atova borcludur, xəbərim yoxdu?

Nə yapışmısan yaxamdan! Əl çək məndən, get işinlə məşğul ol.

Mədənlərdə, zavodlarda adam çatışmır. Səhərdən-axşamacan küçələri veyllənməkdən bezməmisən? Hələ üstəlik namuslu vətəndaşlara ilişirsən?

– Milisə düşmək istəmirsənsə, çamadanı aç, – deyə növbətçi gözlərini bərəldib, əmr edir.

– Hə, bax! Razı qaldın? – Çamadanı asıb soruşur.

– Bu nədir belə? -Növbətçi çaşqın halda qaşlarını qaldırıb, çamadanın içinə baxır. – Bizə məlumdur ki, siz içində gizli yük olan çamadan gətirmisiz. Özünüz faytonçuya dediniz ki, sirri açmağa ixtiyarım yoxdur. Ancaq bizə – o, “bizə” sözünü xüsusi vurğu ilə tələffüz edir. – Bunun nə olduğunu deməlisiniz. İstəyirsiz, çəkilək bir qırağa, təklikdə deyin.

– Siz ki, faytonçu deyilsiz, sizə deyərəm. Bu, kaustik sodadır, qətiyyən gizli bir şey deyil, əksinə faydalıdır. Müharibə başlayandan sonra ondan “ifşaedici” deyilən preparat buraxmağa başlayıblar.

Sənəd-mənəd yoxlamağa ehtiyac qalmır, üçcə dəqiqənin içində namuslu adamı alverçidən, sabotajçıdan çox asanlıqla ayırmaq olur.

Bu sözləri eşidəndə Əbülfəzlə patrulları dövrəyə almış işsizgücsüz küçə avaraları arasından iki nəfər ayrılıb, arxaya belə baxmadan tələsik əkilir.

– Əmi, məni yoxla da, nolar, – deyə bir oğlan uşağı xahiş edir.

– Preparat yalnız böyüklərə təsir edir, – Əbülfəz əda ilə cavab verir. – Namuslu adamlar üçün ziyansızdır, başqaları üçünsə, – bunu deyib, Əbülfəz patrulların böyüyünə mənalı bir nəzər salır, – bir az ziyanı var. Bax, məsələn, sən razı olarsan ki, səni yoxlayaq? Hə, bu meydan bu şeytan.

– Məni yoxlamaq nəyə lazımdır?

– Özün bilərsən. Könüllüdür. Əgər birisi nədənsə çəkinirsə, biz ona güzəşt edib yoxlamırıq, – Əbülfəz o biri patrullara göz vurur.

– Gopa basma. Di tez ol, yoxla görək, – deyə patrulların böyüyü təkəbbürlə razılıq verir. Sonra da çamadanını götür, gedək şöbəyə.

– Bu saat, o mənim əlimdə su içmək kimi bir şeydir! – Əbülfəz onu arxayınlaşdırır. – Cib dəsmalın var?

Dəsmalı alıb bir oğlan uşağına verir:

– Oğlum, qaç o dükanda dəsmalı islat.

Sonra çamadanı açır, diqqətlə axtarıb, bir soda qəlpəsi tapır və onun hərəkətlərini narahatlıqla izləyən patrula yaxınlaşır.

– Burda qorxulu bir şey yoxdur, – o, daha çox toplaşanlara müraciət edir. – İndi mən bu yoldaşın yaş alnında bir neçə xətt çəkəcəm. Əgər o, namuslu adamdırsa, alnı tərtəmiz qalacaq. Yox, 98 əgər əksinədirsə, onda alnında üç hərf görünəcək: a, s, f. Yəni alverçi, sabotajçı, fərari. Hə, deməli, nə görünəcək?

– Hərflər, – patrul itaətlə cavab verir. – Ancaq özünü incitmə, hərf-zad görünən deyil. Gopdur bu söhbətlərivün hamısı.

Əbülfəzin qohumları eyvandan bu həngaməyə tamaşa edirlər.

– Görəsən, Əbülfəz bu camaatı niyə başına yığıb? – deyə Kamilin atası heyrətlə soruşur.

– Deyəsən, bu fırıldaq kiminsə alnına kaustik soda sürtür, – Kamil sakitcə cavab verir.

– Sən tanıyırsan onu? – Lida soruşur.

– Əlbəttə, dayımdır. – Kamil iyrənirmiş kimi üz-gözünü turşudur.

– Nə qədər ki, kişinin dərisini yandırmayıb, gedim alım əlindən.

– Baxın, yoldaşlar, cəmi iki dəqiqə keçib, ancaq hərflər artıq görünür. – Bir dəqiqə yarım qalıb. Diqqətlə baxın, görün indi nə olacaq, – Əbülfəz işini bərk tutub, – asta-asta camaatın arasında özünə yer eləyir, sonra da çamadanı qoltuğuna sıxıb, diqqəti cəlb etmədən bloka sivişib girir.

Qaça-qaça pillələri enən Kamil Əbülfəzlə toqquşur. Onu itələyib çölə yüyürür.

– Salam verərlər, kimyaçı yoldaş! – Əbülfəz hirslə onun ardınca çığırır.

– Tez qaçın, üzünüzü yuyun. – Patrulun alnında Əbülfəzin yazdığı hərflər getdikcə daha da qızarır. – Alnınız yana bilər. Cəld olun!

– Onu milisə aparmaq lazımdı, qoy əşyayi-dəlili də orada silib təmizləsin, – baxışlarını qaldırmağa cəsarət etməyən patrula, ittihamedici nəzərlərlə baxan kiçik patrul əmr edir. – Vətəndaş, məhbusun yanından çəkilin!

– Uzaqdan eşidirdim söhbətinizi. Heç bir “ifşaedici”-zad yoxdur. Kaustik sodadır. Güclü qələvidir. Görürsüz, dərisini necə aşındırıb? Mən özüm kimyaçıyam, inanın, vallah, düz deyirəm.

– Deməli, deyirsiz boş sözdür, hə?! – Patrul istehza ilə onun sözünü kəsir. – “İfşaedici” ilə yoxlayan kimi boynuna aldı ki, qənd alveri edir. Arvadı uşaq bağçasında yeməkxana müdiridir, o, bağçadan daşıyıb gətirir, bu da Kubinkada xırıd eləyir.

İndi rəhbərliyi əlinə almış patrulun əvvəlki “böyüyü” gözlərini bərəldib, alnını qırışdırıb, nə barədəsə möhkəm fikrə getmişdi.

Handan-hana soruşur:

– Demək, deyirsiz ki, bu xüsusi yoxlama preparatı deyil? Kimyəvi, maddədir?

Ətrafdakılar nəfəslərini belə dərmədən Kamilin cavabını gözləyirlər.

Kamil təsdiq edir:

– Elədir. Potaşa oxşayan maddədir.

– Bəs hərflər? Bəs alnımdakı hərflər haradan peyda oldu?!

– deyə alverçi-patrul hiyləgərcəsinə soruşur. – Vitrində görürəm də... ASD – üç hərfdir. Camaatın qabağında məni axmaq yerinə qoymayın. Onsuz da qanım gedib. Yox bir, potaşdan mən heç boşboş çərənləyirdim?

Kamil üzünə zillənmiş baxışlarda açıq-aşkar bir inamsızlıq, bir rişxənd oxuyur.

– Səhiyyə Nazirliyindən o yoldaş dedi ki, bu kau..., nə isə – sodanı lap təzə hazırlayıblar. Bir halda ki, kimyaçısız, yəqin bu günlərdə sizə də xəbəri gəlib çatar, – patrul əvvəlcə onu arxayınlaşdırıb, sonra da sabiq “rəhbərinə” sarı dönür. – Düş qabağıma!

Kamil heç nə deməyib, çiynini çəkərək evə qayıdır. Qapıdan elə bir məqamda girir ki, Əbülfəz huş-guşla təxribatçıları tutması əhvalatını nəql edir.

– Təsəvvür edirsiz? Təxribatçılar iki nəfərdi, özləri də silahlı, mənsə tək...

– Bəxtləri gətirib ki, səndən də ikisi olmayıb. Elə hamımızın bəxti gətirib ki, mənim Əbülfəz dayımdan bütün dünyada bircə nüsxədir.

Kamil bu sözləri qaşqabaqlı halda astanadan deyir.

Əbülfəz özündən çıxır:

– Nə demək istəyirsən? – Axı, nəyə görə hamınızın bəxti gətirib ki, məndən bircə dənədir?

Anasının tənəli baxışlarını hiss edən Kamil dumanlı şəkildə izahat verir:

– Ona görə bəxtimiz gətirib ki, sən çox nadir bir məxluqsan.

Təxribatçıları da kaustik sodaynan tutursan?

– E-eh... harada qaldım? – Əbülfəz çaşır. – Görürəm, sizə maraqlı deyil. Gəlin başqa şeydən danışaq.

– Yox, yox, çox maraqlıdır, – deyə Lida dillənir. – Hə, deməli, onlar ikisi də silahlıdır, siz isə əliyalın...

– Hə, onların ikisinində tapançası vardı. Mənim əlimdə isə...

təkcə dəftər-kitab...

– Bağışla, əvvəlini eşitmədim. Təxribatçıları harada görmüsən?

Kitabxanada?

Əbülfəz yersiz zarafatı qulaqardına vurub sözünə davam etdi:

– Yük limanının yanında gördüm. Gözümün qabağında limanı partlatdılar. Baxıram tapançalara, sayıram görüm neçə güllə atacaqlar?

Mən borcumu yerinə yetirməliyəm? Mütləq yetirməliyəm!

Nəyin bahasına olursa-olsun! Nə gizlədim, birdən-birə cəsarət eləyib, hücuma keçə bilmədim, ancaq sonra ailəmizin şərəfini xatırlayıb, onların üstünə atıldım! Elə bil yuxuda vuruşurdum, bir də o vaxt ayıldım ki, tapançalar bir yandadır, təxribatçılar o biri yanda! Yəni ki, tapançalar əlimdədir, sahibləri də qabağımda.

– Bəs kitabları neylədin? Onlara verdin saxlasınlar?

– Görünüşləri necə idi? – Lida bu sualı verməklə Əbülfəzin diqqətini Kamildən yayındırır.

Əbülfəz bir az fikirləşib cavab verir:

– İkisi də cavandı. Biri lap kifir idi, ona baxanda o birisi adama oxşayırdı. Ancaq heç biri bir zibil deyildi. Şəxsən mən qızımı onlardan heç birinə ərə verməzdim. Heç diversant yox ey, lap kimyaçı olsalar da...

– Sən heç öz qızını təhər-tövründən mənə oxşayan kimyaçıya da verməzsən, düz demirəm, Əbülfəz dayı?

– İllah da kürəkən xasiyyətdən sənə oxşasa, vay mənim halıma.

Yox, vermərəm, qızımın düşməni-zadı deyiləm ki... – Əbülfəz tam ciddiyyətlə cavab verir.

Kamilin anası süfrə açır. Lida ona kömək etməkçün ayağa qalxır.

Əbülfəz fürsətdən istifadə edib, pıçıltı ilə Kamilə deyir: “Min dəfə sənə demişəm ki, yad adam yanında mənə dayı demə.” – Eybi yox, indi düzəliş verərəm, – Kamil də bunu pıçıltı ilə deyib, sonra ucadan soruşur: – Yaxşı, sənin yerində başqası olsaydı, əvvəl-əvvəl rəhbərliyin təşəkküründən danışardı. Sən isə təvazökarlıq edirsən. Danışsana!

– Hə, təşəkkür elədilər də, özü də necə! Ancaq mən o saat dedim ki, belə şeylərə ehtiyac yoxdur, mən öz borcumu yerinə yetirmişəm. Sözümə baxan kimdi, hökumət təltifinə layiq gördülər.

Bu günlərdə təntənəli surətdə təqdim edəcəklər.

– Bir dəqiqə dayanın, zəhmət olmasa! – Kamilin atası küçədə səsgücləndirici ilə verilən hansısa elanı eşitməyə çalışır. – Nəsə məlumat verirlər. Radionu aç, oğlum.

Levitan “Sovinformbüro”nun məlumatını oxuyur: “Qoşunlarımız inadlı döyüşlərdən sonra Rostovu tərk etmişlər...” Araya sükut çökür. Ananın gözləri yaşarır.

– Polad axırıncı məktubunu Rostovdan yazmışdı.

– Orada yolüstü dayanmışdılar, – deyə Kamil astadan düzəliş verir. – Srağagün onun məktubunu mənə özün oxudun ki... Poladgilin dəstəsi Rostovun iki yüz kilometrliyindədir.

Əbiyev bağ evində əyləşib alman radiosunu dinləyir.

– Almaniyada bayram elan eləyiblər. Axı, onlar Rostovu “Qafqazın darvazası” adlandırırlar. Hitler deyib ki: Qafqaz tamam ələ keçirilən gün Bakıda Qafqaz adəti üzrə ağ atın üstündə parad qəbul edəcək.

– Heç inanmıram, o, yəhərdə özünü saxlaya bilsin. Amma nə bilim, bəlkə mən yaşda bir qoca yabı tapdılar, – deyə Məmməd özözünə danışırmış kimi fikrinə gələni dilinə gətirir. – Yuxusunda görər ağ köhləni. At qocaldıqca rəngi tündləşir. – Əbiyevin radionu söndürməsini öz mülahizələrinə maraq əlaməti zənn edən Məmməd izaha başlayır. – Niyə belə deyirəm? Srağagün stansiyada plakat gördüm, Hitlerin də şəkli üstündə. Elə gülməlidir ki...

qıçları qollarından qısadır. Siyasətdən başım çıxmasa da, atlara bələdəm. Yaxşı ayğır eləsini yaxına qoymaz!

– Sənin gördüyün karikatura imiş, – bəy yorğun halda dillənir.

– Özü də çox böyük səhvə yol verirlər ki, Hitleri gülməli, axmaq təsvir eləyirlər... Məmməd, mənim tüfənglərim hardadı?

– Tüfənglər harada ola bilər, ay bəy? Anbardadır. Beşi də yan divardan asılıb. Keçən həftə hamısını təmizləyib yağlamışam.

– Bir beşaçılan seç, gətir bura.

– Vinçestr, Zauer?

– Fərqi yoxdur!

Məmməd iki tüfəng gətirir.

– Lap qocalmısan, ay Məmməd, dedim birini gətir də...

– Sizinçün birini gətirmişəm, bəy, – Məmməd inciyir. – Əgər bəy özü davaya hazırlaşır, ancaq elə zənn edirsə ki, Məmməd silahsız, əli qoynunda durub tamaşa eləyəcək...

– ...onda bəy səhv edir, hə? Niyə susdun? – Bəy tüfəngi gözdən keçirə-keçirə onun sözlərini tamamlayır.

– Bəy, siz bilən, almanlar doğrudan Bakıya gələcəklər?

Əbiyev başı ilə təsdiq edir:

– Gələcəklər. Artıq aydındır ki, onları saxlamaq qeyri-mümkündür.

Hətta almanlar ikicə ilə bütün Avropanı udanda belə mən hələ də nəyə isə ümid edirdim... Ancaq indi görürəm ki, onların qabağını almaq mümkün olan şey deyil, – Əbiyev həmsöhbətini unudub fikrə gedir. Məmməd ehtiyatla sükutu pozur:

– Əgər bütün Avropa onların öhdəsindən gələ bilmədisə, lap bəy kimi igid adam onlara qarşı təkbaşına neyləyə bilər? Özü də ov tüfəngiynən. Deyirəm... Axı onlar bizi öldürərlər.

– Əlbəttə öldürərlər. Səninlə mənə də elə bu lazımdır da...

– Əbiyev xəyalpərvərcəsinə dillənir. – Heç olmasa, çarpayı dustağı olub, qocalıq mərəzindən ölmərik. Güclü, amansız düşmənlə vuruşub, əsl kişi kimi alnıaçıq ölərik. O düşmən özündən zəiflərə olmazın bədbəxtlik gətirib... Məmməd! Əsl düşmənlə üzbəüz döyüşdə ölmək xoşbəxtlikdir! Yoxsa sən istəyirsən bu dünyadan yavaş-yavaş köçəsən? Gündən-günə taqətdən düşəsən, yaddan çıxmış şam kimi öləziyib sönəsən?

– Bəy necə istəsə, elə də olacaq. Gedim, tüfəngləri yağlayım.

– Məmməd belə desə də, ancaq astanadan çəkilmir.

-Nə istəyirsən?

– Bəy, bayaq sözüm yarımçıq qaldı. Demək istəyirəm ki, ağ atlar arasında dəlisov ayğırlar başqa rənglərdən çox olur.

Əbiyevin səbirsizlik oxunan baxışlarını görən Məmməd tələsik fikrini yekunlaşdırır:

– Bəy necə bilir, birdən işdi-şayəd paradda at Hitleri yerə çırpsa, Bakı radiosu ilə xəbər verərlər?..

Polad kazarma otağındadır. Təkdir. Yır-yığış eləməyindən belə görünür ki, harayasa getməyə hazırlaşır. Çamadanından, dolabın yeşiyindən məktubları, hansısa kağız-kuğuzları çıxarıb, hamısını xırda-xırda cırıb tikələyərək, stolun üstünə tökür. Tələm-tələsik hərbi paltarını geyinir, tapançanın darağını yoxlayır, cırdığı kağızları yığışdırıb götürür, yol boyu qabağına çıxan zibil qutularına hissə-hissə tullayır. Çıxışdakı növbətçiyə icazə vərəqəsini göstərib, yaxınlıqdakı “mülki” poçta doğru yönəlir. İçəri girib harayasa teleqram vurur.

Aramla şəhərin küçələrini dolaşır. Bazar günü hava xoş olduğundan küçələr adamla doludur. Papanin küçəsinin tininə çatanda, zirzəmidə yerləşən “Kooperator” restoranının girişinə gözucu nəzər salır. Sonra sağa dönüb beşmərtəbəli binanın həyətinə girir.

Restoranın xidmət otaqlarının qatı rəng çəkilmiş tənzif “xaçlar” yapışdırılan pəncərələri bu həyətə baxır. Polad saatına baxıb təzədən küçəyə qayıdır. Xidmət yoldaşları Semyonla Teymur onu səsləyəndə narazı halda üz-gözünü turşudur.

– Bəs sən oturub məktub yazacaqdın? – Teymur təəccüblə soruşur.

– Nə bilim, yazmağım gəlmədi. Sizdən sonra bir az oturdum, sonra dedim çıxım bir gəzişim. Buraxılış kağızım boş yerə batsın?

Bəs siz hara belə?

– “Siz” yox, “biz”, – deyə Teymur cavab verir. – Semyon valideyinlərinə baş çəkmək istəyir, nəzakət xatirinə məni də dəvət eləyib. İndi də...

– Nəzakət xatirinə niyə? Üçümüz də bizə gedəcəyik, – Semyon onun sözünü kəsir. – Heç belə şey olar? Düz beş gündür mənim doğma şəhərimdəyik, sizsə hələ də bizim evdə olmamısız.

– Başqa vaxt gedərik. Bu gün nədənsə heç kefim yoxdur. Tək qalmaq istəyirəm.

– Aha sən də şikayət edərsənmiş?! Yoxsa hamı məəttəl qalıb ki, bu necə adamdır, həmişə gümrah, həmişə nikbin. Görürsən də, hərdən adam heç özü də bilmədən qəm dəryasına qərq olur. Eybi yox, mən sənin kefini bu saat açaram.

Qırsaqqız yoldaşının əlindən yaxasını necə qurtaracağını bilməyən Polad onlarla bir iki addım atır. Qəflətən Teymur onu dümsükləyir:

– Ora bax! – Şit geyimli bir neçə qız kinoteatrın qarşısında dayanıb, reklam stendlərinə tamaşa edirlər. – Uşaqlar, gəlin kinoya gedək!

– Get, get, yoxsa biletlər qurtarar. Qızla tanış olmaq üçün kinodan yaxşı yer ola bilməz, – deyə Polad sevinir ki, indicə canını qurtaracaq.

– Sonra vaxt olanda məni də tanış eləyərsən.

Semyon imtina edir:

– Yox, mən evə gedəcəyəm.

Qızlar yollarına davam edir. Kinematoqrafiya marağını dərhal itirən Teymur qızların dalınca gedə-gedə deyir:

– Görürsən, hər şəhərin öz xüsusiyyətləri var. Misalçün, Bakıda əgər təsadüfən bulvarda, ya da kinoda bir gözəl qız görsən, yanındakı rəfiqəsinə baxmaya bilərsən. Yüz faiz əsl oranqutan olacaq.

Şübhə etməyə bilərsən. Əvvəllər qəribə gəlirdi mənə, sonra bacım izah elədi.

– Nəyi? – deyə Semyon dərhal maraqlandı.

– Sən də bilmirsən, Polad?

– Hardan bilim? – Polad gülümsünür. – Bacım yoxdur. Qardaşım da bildiyi bircə şey var o da neft kimyasıdır. Sən ona qulaq asma, Semyon. Bakı normal şəhərdir, oranqutanlar, timsahlar isə bizdə ancaq zooparkda olur.

– Sən demə kifir rəfiqəsi olmaq çox yaxşı şeydir, – Teymur onun sözlərinə fikir vermədən, nəsihətamiz əda ilə sözə başlayır.

– Çünki ən adi sir-sifəti, miyanə fiqurası olan qız da öz eybəcər rəfiqəsinin yanında dünya gözəli görünür. Ona baxan o dəqiqə hayıl-mayıl olur. Ən maraqlısı odur ki, kifir qız özü də uduzmur – gözəl-göyçək rəfiqəsinin başına dolananlar arasında ona ən yaxını da elə bu “ifritə” olur. Hələ bu harasıdır! Gözəlin yan-yörəsində hərlənən bütün pərəstişkarlar bu xeyirxah ifritəyə alışırlar. O isə tələsib-eləmir, səbirlə oturub gözləyir ki, dünya gözəlinin rədd etdiyi potensial nişanlılardan gec-tez biri hipnoz altında intihar edib həmin ifritə ilə evlənəcək. O da sevindiyindən bir-iki damcı göz yaşı axıdıb, razılıq verəcək. İndi başa düşdünüz, necə olub ki, bu qədər eybəcər qızlar yaxşı-yaxşı oğlanlara ərə gedib? Özü də, nə qədər qəribə görünsə də, gözəlin işləri heç də yaxşı getmir. Bir də görürsən tək-tənha qalıb. “Timsah” rəfiqəsininsə əri də var, eynilə analarına oxşayan “timsahcığaz” balaları da.

Teymurun boşboğazlığına fikirli-fikirli qulaq asan Polad diqqətlə və narahat baxışlarla küçədə baş verənləri izləyir. Mağazanın qarşısında bir maşın dayanır, içindən dörd nəfər cavan oğlan düşür, vitrinə bir az tamaşa etdikdən sonra Poladgilin getdiyi istiqamətdə addımlayırlar. Küçənin tinində zahirən çox adi görünüşlü bir neçə nəfər dayanıb, nə barədəsə söhbət edirlər. Polad Papanin küçəsinin tinində ayaq saxlayır:

– Hələlik, uşaqlar! – deyir. – Mən daha getmirəm. Qızlarla işiniz avand olsun! Sabaha qədər!

Gözünü qızlardan çəkməyən Teymur sevincək dostlarını dümsükləyir:

– Ora bax, ora bax, restorana girdilər!

Həqiqətən də qızlar, giriş qapısını və üzərindəki lövhəni solğun göy lampalar işıqlandıran “kinoteatr”a girirlər.

Teymur tələsir:

– Sizi bilmirəm, mən getdim. Axırıncı dəfə dəvət edirəm.

– Orada bunların nə iti azıb? – deyə Polad özünü saxlaya bilməyib hirslənir. – Yaxşı da, mən də gedirəm sizinlə.

Teymur bu dəfə dözməyib acıqlanır:

– Nə sir-sifətini turşutmusan? – Elə bil hauptvaxta aparırlar səni, gözəl qızlarla restorana yox, – üzünü Syomaya tutub. – Bəs sən, Syoma? Gedək də...

– “Kooperator”a? Ora getməyin, uşaqlar. Əvvəla, çox bahalıqdır, sonrası da... ora abırlı adamlar getmir. Heç hərbi geyimdə sizi içəri buraxmazlar da.

– Əgər belədirsə, gərək onda sən mütləq bizimlə gedəsən. Biz buralara bələd deyilik, sənsiz itib-batırıq.

Asılqan arakəsmənin arxasından əynində şveysar gödəkcəsi olan bir pəzəvəng qalxır.

– Yer yoxdur.

Teymur ona yaxınlaşır, dinməzcə çiyinlərini qamarlayıb, sağ əlini onun gözləri səviyyəsində irəli uzadır:

– Bura bax! Əlimə bax deyirəm! – O nevropatoloq həkimlər sayağı amiranə tərzdə əmr edir. Çaşıb qalmış şveysar əmri itaətlə yerinə yetirir. – Aha, indi sol əlimə bax. Cəld ol. – Müayinəsini bitirən Teymur şveysara heç bir əhəmiyyət vermədən Polada müraciətlə deyir:

– Buğa kimidir! İşə bax e! – Qiymətverici nəzərlərlə bir də zırpı şveysarı süzür. – Hələ bu günə kimi sənə deyən olmayıb ki, müharibə gedir? Niyə orduda deyilsən?

– Baş beynim xəstədir, ona görə azad edilmişəm, – şveysar incik halda cavab verir. – Heç qeyri-nizami xidmətə də yaramıram.

– Baş beynim eybi yoxdur, – Teymur ona ürək-dirək verir.

– Onurğa beynin ki, salamatdır. Düz demirəm?! Birinci Pyotr kim olub, bilirsən?

– Çar, – deyə şveysar inamsız halda cavab verir.

– Ay sağ ol! Afərin! Hə, bax, həmin o Birinci Pyotr birinci onu əmr eləyib ki, adamlar bir-birini görəndə, mütləq salam versinlər.

“Yer yoxdur”. Tez ol, bizimçün bir stol təşkil elə. Özü də qapı ağzında olmasın!

İçəridə oturanlar maraqlarını gizlətmədən, onları xüsusi diqqətlə süzürlər.

– Zəhmət olmasa, əvvəl-əvvəl bizə mineral su və tomat şirəsi gətirin. Ciyərimiz yanır. Sonra da menyunu verin.

– İki şüşə araq! – deyə bayaqdan bəri susub durmuş Polad gözlənilmədən söhbətə qarışır. – Bir də qəlyanaltı.

– Tomat şirəsi yoxdur. Ancaq “Yessentuki-14”, bir də “Yessentuki- 20” mineral suyu var. Soyuq qəlyanaltılardan siyənək balığı, kartof qarniri, duzlu xiyar təklif edə bilərəm. İsti xörəklərdən şnitsel, kartof, ya da yerkökü qarniri ilə. Təəssüf ki, başqa elə bir şeyimiz yoxdur.

– Bir ora baxın, – o sütunun yanındakı stolda oturanlar nə yeyirlər?

Əgər dediyiniz döymə ətdən şnitsel odursa, görünüşcə yaman dəyişilib. – Teymur iştaha ilə qızardılmış cücəyə girişmiş müştəriləri göstərir.

– Qızardılmış cücə vardı. Ancaq onca dəqiqə əvvəl qurtardı.

Uşaqlar, xətrinizə dəyməsin, bəlkə çıxıb gedəsiniz? Küçənin o üzündə yaxşı bir restoran var. Sizə orada əla xidmət göstərərlər.

Mənim məsləhətim budur, – deyə ofisiant cavab verir.

– Qurtardıq da! – Teymur yerindən qalxır. – Bircə artıq söz də desən, əməlli-başlı inciyərəm.

Xörəkpaylayan gedəndən sonra Semyon Polada deyir:

– Bəlkə doğrudan çıxıb gedək? Burada elə zibilə düşə bilərik ki, sonra bir ay da altından çıxmaq olmaz.

– Gərək gəlməyəydiniz, – Polad qaşqabaqlı halda cavab verir. – Bir halda ki, gəlmisiz, onda oturun, heç nəyə də qarışmayın.

Aydındır?

Poladın sözləri və ümumiyyətlə, deyimin tərzi Semyonla Teymura qəribə görünür. Onlar baxışırlar.

– Sən ki, rəqs eləməyə hazırlaşırdın, Teymur?

– Nə qaçhaqaçdır? Oynaram da... Əvvəl-əvvəl başa düşmək istəyirəm ki, sənə bu gün nə olub?.. Ora bax, bizim məsləhətçi əliboş gəlir, – deyə Teymur yaxınlaşan ofisianta təəccüblə baxır.

– İndi bizə məsləhətiniz nədir, maestro?

– Məsləhətim yox, arzum, – deyə ofisiant düzəliş verir. – Tapşırıblar ki, sizin stola xidmət etməyək. Çünki burada ad günü keçirilir, kənar adamların iştirakı arzuolunmazdır. Hörmət əlaməti olaraq, sizi paltarasılan yerdə soyuq qəlyanaltıdan ibarət şam yeməyinə və üçünüzü bir litrlik şüşədə arağa qonaq edə bilərik. Özü də havayı.

– Deyə bilərsizmi, bütün bunları təklif edən kimdir? – Təhqir olunmuş Teymur hirslə soruşur.

– Əlbəttə. Əmr ediblər ki, razılaşmasaz, Vasili Sıqana müraciət edəsiz. Odey, oturub. Sol tərəfdəki, çopur – o yox, sağ tərəfdə qızıldiş var e – o da yox, onların arasında oturan frençli oğlan. İndi isə, uşaqlar, siz Allah, nə qədər ki, imkan var, çıxın gedin. Cavan adamlarsız, hərbçisiz, burda nə itiyiniz azıb, axı?

Polad ayağa qalxır. Əlüstü mundirini qaydaya salıb, Vasili Sıqana tərəf yönəlir. Semyon onu saxlamağa cəhd göstərir, ancaq Polad qayğılı tərzdə xahiş edir:

– Burax! Doğru sözümdür, gecikirəm!

Sonra çaşıb qalmış Semyonun yanından keçərək, Sıqana yaxınlaşır:

– Siz əmr eləmisiz ki, bizə xidmət göstərməsinlər? – Araya çökmüş ölü sükut içərisində onun sualı aydın eşidilir.

Sıqan ədalı-ədalı çiyinlərini çəkir:

– Tutaq ki, mən demişəm. Hirslənmək nəyə lazım?

– Hə-ə, yadıma düşdü sizi harada görmüşəm. Səhv eləmirəmsə, adınız Vasilidir. – Polad xatırlamağa çalışır. – Dörd il bundan qabaq “Volna” restoranında baş ofisiant işləyirdiz. Müştərini haqqhesabda aldatmaq və ona xidmət göstərməkdən boyun qaçırmaq üstündə sizi oradan qovdular. Düzdür?

Sıqan bir neçə saniyə deməyə söz tapmır, qonşu stolun arxasındakı qızların pıqqıldaşmasına baxır. Sonra qəflətən əlini Mahirin sifətinə uzadıb dişlərini qıcıdır:

– Qurumsaq köpəkoğlu!

Onun yoldaşları bir himə bənd imiş kimi, Poladın üstünə atılırlar.

Sıqan əmr edir:

– Mitilini salın bu qanmazın! Elə bu saat, burda.

Ətrafdakılar nə baş verdiyini anlamağa macal tapmamış, Polad sol əli ilə Sıqanın sağ biləyindən tutub, bir göz qırpımında “dəyirman” fəndini işlədir və rəqibi onun başı üstündən uçub, zərblə parket döşəməyə çırpılır.

Sıqanın dostları gözlərini yumub-açınca, tapançanın onlara tuşlandığını görürlər. Əhvalat o qədər ildırım surətilə baş verir ki, Semyonla Teymur öz stollarından heç bir-iki addım aralanmağa macal tapmırlar.

– Bıçağı da, beşbarmağı da qoy stolun üstünə! – deyə Polad əmr edir. – Birinci gülləni yerə atacam, ikincini düz...

Qarşısındakılar ona nifrətqarışıq istehzalı təbəssümlə baxırlar.

Bunu görən Polad döşəməyə atəş açır. Oblava başlanması da restoranda atəş səsinin eşidilməsi ilə az qala eyni vaxta düşür. Silahlı əməliyyatçılar restorana doluşurlar.

Poladı qarnizon həbsxanasına aparırlar.

– Restoranda dava. İctimai yerdə atışma, – deyə həbsxana rəisi əlindəki kağızdan oxuyur və açıq-aşkar, saymazyana tərzdə Poladı süzür. – Patronu restoranda atışmaq üçün vermirlər. Adını da komandir qoyub. Abır-həya yoxdur... Eybi yox, tribunaldan sonra ağıllanarsan.

– Dava eləyib tribunala düşmək həbsxana nəzarətçisi olub arxada daldalanmaqdan yaxşıdır, – Polad da eynilə onun tələffüz tərzində cavab verir.

Poladı müşayiət edən nəzarətçi əsgərlər həbsxana rəisinin sərt baxışları altında üzlərindəki təbəssümü gizlətməyə çalışırlar. Rəis, kağıza qol çəkib müşayiətçilərə qaytarır. Onlar gedəndən sonra yenə Polada sarı dönür:

– Yaxşıdır, deyirsən?

– Normal adam üçün, əlbəttə, yaxşıdır, – deyə Polad təsdiq edir.

Özündən çıxan rəis düyməni basır. İçəri girən növbətçiyə əmr edir:

– Karserə! Üç sutka!

Milliyətçilər dəstəsi qızmar günəş altında yük maşınlarında İran sərhəddindən qərbə doğru irəliləyirlər. Qəm-qüssə içində dərin fikrə qərq olmuş Fərzani bu maşınlardan birindədir. Hətta təpəlikdən qəfil peyda olub maşın karvanını atəşə tutan süvarilərin görünməsi də onu fikrindən ayıra bilmir.

– Kürdlər! – deyə qonşusu cəld özünü skamyanın altına atır. – Uzan!

Bir müddət pərakəndə atəş açandan sonra, süvari dəstəsi qəfil peyda olduğu kimi, qəfil də gözdən itir.

– Canından bezmisən?

– Bezmişəm, – Fərzani laqeyd halda dillənir. – Ədalət günü yetişməyincə mən nə öləcəyəm, nə də rahatlıq tapacağam.

– Bəyəm sən gənc müqəddəs-zadsan, – deyə gənc könüllü inamsızlıqla soruşur.

Fərzani cavabında qaşqabaqlı halda başını bulayır:

– Lənətlənmişəm mən, oğul lənətlənmişəm!

Berlin. “Rist” otelinin qarşısında bir maşın dayanır. Əynində hərbi parad forması olan Şults düşüb, büllur kimi bərq vuran şəffaf liftlə üçüncü mərtəbəyə qalxır. Azərbaycan millətçilərinin rəhbəri, Azərbaycan “prezidenti” Xasay bəy Rəsulbəylinin iqamətgahına sarı yönəlir. Qapıda durmuş “Milli Qvardiya” əsgəri hörmətlə təzim edir.

Mehmanxana dəbdəbəsi ilə bəzədilmiş böyük qonaq otağında Xasay bəyin əhatəsində olan zabitlər Şultsa hərbi təzim etdikdən sonra Rəsulbəyli onları buraxır.

– Çox şadam ki, Berlinə köçməyin ağırlığı sizin görkəminizdə heç bir iz qoymayıb, – Şults səmimiyyətlə gülümsünərək soruşur: – Hazırsınızmı?

– Tam qətiyyətlə deyə biləcəyim yeganə bir şey varsa, o da budur ki, alman xalqının böyük rəhbəri ilə görüşə mən çox ciddi hazırlaşmışam. Ümidvaram ki, həyəcanım mənə danışmaqda mane olmasa, proqramın bütün müddəalarının müzakirəsi məhsuldar keçəcək.

– Lütfən, məni əfv edin: sizinlə telefon söhbəti zamanı xəbərdarlıq edə bilmədim ki, fürerlə bugünkü görüş ləğv olunub, – Şults pərt halda dillənir. – Sizi imperiya naziri Rozenberq qəbul edəcək.

Görünür, eşitdiyi gözlənilməz xəbərdən sarsılmış Xasay bəy sükut içində kresloya çökür. Şults sükutdan istifadə edib sözünü davam etdirir:- Biz İranda olduğumuz müddətdə vəziyyət dəyişib.

“Ost”adlanan baş plan qüvvəyə minib. Bu plan işğal edilmiş ərazilərdə hər bir xalqın məziyyət və qüsurlarını nəzərə almaqla, onların gələcəyini müəyyən edir. Misal üçün, hazırda Polşada yaşayan 20-24 milyon polyakın 20 milyondan çoxu Qərbi Sibirə köçürülməlidir.

Biz buna nail olacağıq ki, Polşa məfhumunun özü tarixdən əbədilik silinsin. Çexlərin də əksəriyyəti Mərkəzi Avropadan Sibirə köçürülməlidir ki, sibirlilərə qaynayıb-qarışmaqla onlar Sibir əhalisinin ruslarla yadlaşmasına kömək etsinlər. Bu, əsas vəzifəni – 110 rusları bir xalq kimi ayırıb məhv etmək vəzifəsini sürətləndirər.

Bütün bunları sizə ona görə xatırladıram ki, fürerin Qafqaz xalqlarına hüsn-rəğbətini və etimadını tam mənada qiymətləndirə biləsiniz.

Və Rozenberqin yanındakı müşavirəyə sizin dəvət edilməyiniz – səlahiyyətlərinizin təsdiqi deməkdir.

– Öz xalqımın həqiqi Milli hökumətinin mənə etibar etdiyi yüksək ad məni məcbur edir ki, Almaniyanın birinci şəxsi ilə görüşüm, – deyə Rəsulbəyli inadla etiraz edir. – Mənə belə görüşə təminat verilmişdi. Xatırlatmağa məcburam ki, elə Siz özünüz də dəfələrlə bunu vəd etmişdiniz.

– İmperiya naziri yanında keçirilən müşavirə heç bir planımızı ləğv etmir, – Şults arxayınlaşdırıcı tərzdə gülümsəyir.

– Lakin Rozenberqin yanına bu dəvətdən imtina etməyi məsləhət görməzdim, – onun səsində yenə də sərt notlar duyulur. – Bir daha təkrar edirəm: vəziyyət dəyişib. Elə sizin kimi, mənə də bəlli deyildi ki, işğal edilmiş vilayətlərin işləri üzrə imperiya nazirliyi yaradılıb və artıq Rozenberqin rəhbərliyi altında tam gücü ilə geniş fəaliyyətə başlayıb. Həqiqi siyasətçinin məharəti özünü məhz bunda göstərir ki, real şəraitdə ən müxtəlif və gözlənilməz dəyişikliklər zamanı çeviklik və səbat nümayiş etdirsin.

Otelin qarşısına yeddiyerlik “Mersedes” yaxınlaşır. Şults maşının qabaq hissəsinə bərkidilmiş kiçik “prezident” bayrağına təəssüflə nəzər salıb, Rəsulbəylinin dalınca maşına əyləşir. Onları ötürmək üçün küçəyə çıxmış zabitlər avtomobil yerindən tərpənən zaman əsgəri salam verirlər.

Dəvət olunanlar imperiya nazirinin geniş qəbul otağında ayrıayrı qruplara bölünüb, müşavirənin başlanmasını gözləyirlər.

Divar boyu qoyulmuş dəri örtüklü divanda Rəsulbəyli ilə yanaşı oturmuş Şults oradakı adamlar barədə pıçıltı ilə məlumat verir:

– Göy güldanın sol tərəfində oturub, xanımla söhbət edən şəxs “Folkişer Baobaxter”in redaktorudur. Qəzeti kimi özü də çox böyük nüfuz sahibidir. Bu xanım isə baronessadır. Şəxsi qəsrini qeyri- məhdud müddətə yaralı təyyarəçilər üçün pansionun ixtiyarına verib. Almaniyanın ən yaxşı ailələrindən olan otuz şəfqət bacısı baronessanın rəhbərliyi altında onlara xidmət göstərir. O tərəfdə, divanın yanında duran isə sizin yaxşı tanıdığınız Gürcüstan lideri, rumun yepiskopu ilə eston mühacirinin kompaniyasında deyəsən lap darıxır.

!

 Qəbul otağının qapısı açılır, Rozenberqin yavəri görünür.

Rəsulbəyli və Şults da ayağa qalxıb, hamı ilə birlikdə nazirin kabinetinə girirlər.

Xasaybəy Rozenberqi gərgin bir vəziyyətdə, həm də çox diqqətlə dinləyir.

– Rusiya ilə müharibə zəfərlə sona yaxınlaşır. Sovet İttifaqı artıq bu gün Avropa siyasəti subyektləri cərgəsindən çıxıb. Almaniya dünya siyasətinin obyektinə çevrilmişdir. İndi bizim rəhbər prinsipimiz ondan ibarətdir ki, həmin ölkənin ucsuz-bucaqsız ərazisində yaşayan xalqların mövcudiyyətlərinin yalnız bir bəraəti var:

o da onların iqtisadi baxımdan bizim üçün faydalı olmalarıdır. Biz unutmamalıyıq ki, bolşevizmlə amansız mübarizə toplar susandan sonra da davam edəcək. Fürer bizi bu mübarizədə sentimentsiz hərəkət etməyə, sağ qalmış “bolşevik komissarları”nı və kommunist ziyalılarını məhv etməyə çağırır. Bizim mübarizəmizdəki amansızlıq – gələcək üçün rifah deməkdir. Mənim nazirliyimin imperiya baş təhlükəsizlik idarəsi və Almaniya silahlı qüvvələri komandanlığı ilə birgə işləyib hazırladığı konkret tədbirləri bu gün sizin diqqətinizə çatdırıram. Dünən Fürer bu planı icra üçün təsdiq etmişdir. Həmin tədbirlərin başlıca iqtisadi məqsədi Almaniya üçün mümkün olduqca daha tez və daha çox ərzaq və neft əldə etməkdir. Eyni zamanda, işğal edilmiş vilayətlərdə olan bütün digər xammal materialları da Almaniya hərbi sənayesi üçün gətirilməlidir.

Belə güman etmək tam yanlış olar ki, işğal edilmiş vilayətlərdə sürətlə bərpa işləri həyata keçiriləcək.

Şults çəpəki baxaraq, Xasay bəyin üzünün ifadəsini izləyir.

– Məğlub edilmiş nəhəng dövlətin ərazisinin bir hissəsində biz dörd dövlət yaradacağıq. Çünki orada yaşayan əhali öz irqi və mədəni səviyyəsinə görə yerdə qalan əhaliyə nisbətən daha yumşaq münasibətə layiqdir. Bunlar Moskva, Ukrayna, Federativ Ostlandiya (oraya Latviya ilə Estoniya daxil olacaq) və Qafqazdır.

Qafqaz isə Azərbaycanı, Gürcüstanı və nisbətən daha çox inkişaf etmiş dağlıları birləşdirəcək. Fürer bu dövlətlərin rəhbərlərini təsdiq edib. Henrix Loze Moskvaya təyin olunub, iqamətgahı Moskva şəhərində yerləşəcək. Hans Kox – iqamətgahı Kiyevdə olmaqla Ukraynaya, Gilbert Kaşe – Ostlandiyaya (iqamətgahı Riqada) 112 Konrad fon Şikelants Qafqaza (iqamətgahı Bakıda olmaqla) təyinat almışlar. Hans Koxla Gilbert Kaşe elə bu gün təyin olunduqları yerlərə yola düşməlidirlər.

Müşavirə bitdikdən sonra üzlərindən sevinc yağan Loze, Kox, Kaşe və Şikelants təbriklərə təbəssümlə cavab verirlər.

– Bu dəqiqə sizinlə mənim yaxşı bir nahara ehtiyacımız var, – deyə Şults gümrah səslə dillənir və özünü elə göstərir ki, guya indicə eşitdiklərindən sarsılmış Rəsulbəylinin pərtliyini duymur.

– Gəlin Kurfürstendə gedək. Orada bir yaxşı restoran var, ləzzətli aysbayn yeyə bilərik. Ancaq əvvəlcə gəlin Şikelantsı təbrik edək. Sizi onunla tanış etmək üçün əsl məqamdır. Öz zəfərlərinin şahidlərini qaliblər həmişəlik yadda saxlayırlar.

Yumrusifət, qırmızıyanaq, kök Şikelants iltifatlı bir təbəssümlə Rəsulbəylinin əlini sıxır.

– Qafqaz general-qubernatoru, ştableyterfon Şikelants, – Şultsun kənara çəkilmək istədiyini görüb deyir: – Hələ getməyin, Herr Şults. Bəzi məsələləri müzakirə etməliyik.

Şikelantsın kabinetinin pəncərəsindən Şults, Xasay bəyin öz avtomobilinə yaxınlaşaraq, maşının qabağına bərkidilmiş “prezident” bayrağını necə qoparıb kanalizasiya quyusunun dəmir barmaqlığının üstünə tulladığını görür.

– Bizim üçün çox lazımlı adamdır, liderlik qabiliyyəti var.

Ancaq təəssüf ki, həddindən artıq xudbindir. Onun ölkəsinin bel sütununu qıran bir zərbəni yalnız şəxsən özünə vurulan sillə kimi qəbul etdi. Gərək indi onu tək buraxmayaydım.

Şikelants yazı masasının üstündəki kağızları yerbəyer edərək cavab verir:

– Sizdəki bu cəhət – himayənizdə olanlara qayğı kimi zəmanəmiz üçün çox nadir sayıla bilən bir xüsusiyyət məni elə əvvəllər də heyrətləndirirdi.

– Çünki mən həmişə belə hesab etmişəm ki, sağmaq istədiyin inəyi öldürmək olmaz.

– Ən yeni tendensiyalara uyğun olaraq imperiya nəinki həmin inəyi sağmaq, həm də eyni zamanda dərhal onun dərisini, ətini və içalatını da əldə etmək arzusundadır. Həm də bu zaman istəyir ki, inək dünyanı tərk edərkən dırnaqları ilə quyruğunun ona qaldığına görə minnətdar olsun, – deyə Şikelants zarafat edir və içərisində 11 3kağızlar olan qovluğu Şultsa uzadır: – Siz burada olmayanda hazırlanmış bu siyahını diqqətlə gözdən keçirin. Fikrinizi iki gündən sonra mənə bildirərsiz. Siyahıya xidməti vəzifələr tutmaq üçün 800 namizədin adı daxildir. Bakı işğal edilən gün onlar öz vəzifələrinin icrasına başlayacaqlar.

Şults başını tərpədir; bu hərəkətin heyrət, yoxsa inamsızlıq hərəkəti olduğunu anlamaq çətindir. O, əlini atıb, qovluqdakı vərəqlərdən birini çıxarır:

– Sumqayıt sintetik kauçuk zavodunun direktoru Fridrix Eysler.

1901-ci ildə Maklenburqda anadan olmuş... bu Eysler haqqında heç bir təsəvvürüm yoxdur.

– Əqidəli nasistdir. Üstəlik də yarımçıq kimyaçı, deyə Şikelants izahat verir. – Partiya kassasına ilk üzvlük haqqını hələ Münxendən xeyli əvvəl verib. Bakı konsessiyalarına pul qoymaq istəməsi də olduqca təqdirəlayiqdir.

– Rəhbər heyət cəhətdən çətinliyimiz olmayacaq. Hərçənd çox güman ki, bir-iki namizəd yoxlamadan keçməyəcək. Ümid edək ki, ixtisaslı fəhlə qüvvəsi seçməkdə də çox çətinlik çəkməyəcəksiniz.

– Daha doğrusu, çəkməyəcəyik, – deyə Şikelants düzəliş verir.

– Unutmayın ki, Bakı ilə bu və ya digər dərəcədə bağlı olan nə varsa, həmişə sizin maraq dairənizə daxil olub və mənim təyinatım da bu bağlılığı ləğv etmir. Yəqin bu məsələni də xatırlatmaq lüzumsuz olmaz ki, bizim yeni müəssisələrin uğurlu fəaliyyəti, təbii ki, bu müvəffəqiyyətin qazanılmasında rolu olan şəxslərin maddi rifah halına da öz təsirini göstərəcək.

– Varlanmaq perspektivi karyeradan sonra ikinci stimuldur, – deyə fon Şikelants nəsihətamiz tərzdə sözünə davam edir və onun bu ədası Şultsu hiddətləndirir. Mənə bəlli olduğuna görə siz kasıbsınız.

Odur ki, Bakıda yerləşdikdən sonra mən sizin qocalığınızı təmin etmək üçün qanuni imkan axtarıb tapmağa çalışacam.

– Zənnimcə, siz şirnikdirmə dərəcəsinə görə stimulları nömrələyərkən ən güclü və zəruri stimulu – borc hissini xatırlamağı unutdunuz.

– deyə Şults dərhal soyuq və sərt qeyd edir.

Şikelants diqqətlə Şultsa nəzər salıb, qəfildən gülməyə başlayır.

Xeyli güldükdən sonra təəccüblə baxan Şultsa deyir:

– Üzr istəyirəm, Şults, borc hissi barədə siz elə bir ehtiras və inamla danışdınız ki, guya onu təzəcə ixtira etmisiniz, mən isə 114 patent verməkdən boyun qaçırıram. Nəzərinizə çatdırım ki, borc dediyiniz hiss təşəbbüskar və enerjili insanların beyninə iblisanə bir məharətlə yeridilmiş əyləc mexanizmidir ki, onu müəyyən çərçivədə saxlamaq mümkün olsun! Siz uzun müddət burada olmamısız, Şults. Ətrafa nəzər salın: yəqin edəcəksiniz ki, minnətdar imperiya, rüşeymin yarandığı məqamda zərb edilmiş və dəyəri bir insan həyatına bərabər olan parlaq sikkələr şəklində ona borc vermiş igidlərin şərəfinə gurultulu mərasimlər keçirməklə kifayətlənir, sıra-sıra düzülmüş adsız məzarlara sarı boylanmadan öz zəfər yürüşünü davam etdirir. Yenidən qalibiyyət cığırı ilə sürətlə irəliləməkdə davam edərək öz ardınca qalaq-qalaq təltiflər, dəfinələr səpələyir. Bunlar isə imperiyanın o övladlarına nəsib olur ki, onlar ağıllı tərpənib özlərini qələbə taclı ana ilə bir cərgəyə atmağa tələsməsələr də, təvazökarcasına onun kölgəsindən geri qalmamağa çalışırlar. Mənim sözlərimi yazırsızmı? – Şikelants siyahıdakı kağızlarda nəyi isə qeyd edən Şultsa baxıb, istehza ilə soruşur.

– Təəssüf, gərək yazaydınız. Gələcəkdə lazım olardı!

– İntuisiyam məni heç vaxt aldatmır, – deyə Şults çox sakit tərzdə cavab verir. – Nə üçünsə, mənə belə gəlir ki, nə vaxtsa gələcəkdə bu nöqteyi-nəzərinizi dəyişməli olacaqsınız.

Otelə qayıdın Xasay bəy geniş qonaq otağına daxil olanda orada əyləşənlərin hamısı hörmətlə ayağa qalxır. Xasay bəy gəlişi üçün hazırlanmış süfrəyə dəvətdən imtina edib, ağır-ağır kresloya çökür.

Sözə başlamazdan öncə sınayıcı nəzərlərlə sanki seçirmiş kimi, öz silahdaşlarının həyəcanlı simalarını bir-bir süzür. Otel nömrəsində hökm sürən bayram əhvali-ruhiyyəsi ilə kəskin təzad təşkil edən ölgün bir səslə sözə başlayır:

– Hiss edirəm ki, məndən xoş xəbər gözləyirsiniz. Ancaq heyhat, mən sizi sevindirə bilməyəcəyəm. İki saat əvvəl eşitdiyim sözlər uzun illər mənim qürbətdə mənim qəlbimə təpər verən bütün ümidləri məhv etdi. Bu illər ərzində mən ölkəmin dirçələcəyi arzusu ilə yaşamışam. Mən Qafqazda yaşayan bütün türkdilli xalqları müstəqil Azərbaycanın himayəsi altında birləşdirməyi, onun ərazisini əvvəlki qanuni sərhədlərimizədək genişləndirməyi arzu etmişəm.

Var qüvvəmlə can atmışam ki, o xoşbəxt günü yaxınlaşdırım, vətəndən didərgin düşmüş sahibkarlar öz torpaqlarına qayıtsınlar, 115 ölkəmizdə Allahın iradəsi ilə bərqərar olmuş qayda-qanun yenidən bərpa edilsin. Dövlət nərdivanında hər kəs öz mənşəyindən, halal yola qazandığı var-dövlətdən, yaxud da Allaha inamla faydalı fəaliyyətə doğru yönəlmiş nihilizmdən və insan üçün zərərli digər naqis cəhətlərdən uzaq əqli qabiliyyətlərindən asılı olaraq, özünə uyğun pillə tutsun. Mən elə zənn edirdim ki, sizi Rumıniya ilə ittifaqa cəlb etməklə düzgün addım atıram. Vədlərə aldanıb. Belə qənaətə gəlmişdim ki, bu ittifaq mənim xalqıma müstəqillik və bütün dünya məmləkətləri ilə bərabər hüquqlar bəxş edəcək. Heç bir zəmanət-filan tələb etmədən, quru sözlərə inanırdım. Bu gün isə sizə deyirəm: mən səhv etmişəm! Qəzəbdən, ümidsizlikdən ürəyim partlayır. Çünki biz o qədər uzağa getmişik ki, daha geriyə qayıda bilmərik. Bu yolun sonucu dəhşətlidir, o bizi rüsvayçı qul həddinə çatdıracaq. Allahdan arzu edək, nicat yolunu tapmaqçün bizim fikir və qəlblərimizə qüvvət versin.

Rəsulbəyli ayağa qalxıb yataq otağına keçir və qapını arxasınca bağlayır. Bircə dəqiqədən sonra oradan boğuq tapança atəşi eşidilir.

Polad gecəyarısı lap yaxında eşidilən atışma səsinə yuxudan ayılır. Karserin qapısı açılır, kandarda əli avtomatlı iki alman əsgəri görünür. Dar zirzəmiyə göz gəzdirdikdən sonra onlar işarə ilə Polada dallarınca getməyi əmr edirlər.

Sabiq kazarmanın otaqlarından birində yazı masası arxasında əyləşmiş eses zabiti nəyisə diqqətlə oxuyur. Tərcüməçinin müşayiətilə Polad içəri girəndə kağızlardan ayrılıb, başı ilə ona əyləşməyi təklif edir.

– Almanca danışa bilirsiz? – deyə o, soruşur. Polad etiraz əlaməti olaraq başını buladıqdan sonra, o əlavə edir: – Şəxsi işinizdə göstərilir ki, məktəbdə alman dilini öyrənmisiz.

– Mən pis oxumuşam, – deyə Polad da tərcüməçi vasitəsiylə bildirir. – Bir-iki söz yadımda qalıb, bir də nədənsə bir cümlə:

Anna und Marta baden – Anna ilə Marta çimirlər.

Poladın cavabı zabitin qaşqabaqlı üzündə təbəssüm oyadır:

– Bundan sonra nə etmək fikrindəsiniz?

Polad köməksiz halda çiynini çəkir, divardan Hitlerin portreti asılmış kabineti gözdən keçirir:

– Mənim arzularımdan çox az şey asılıdır.

– Düz fikir deyil. Məhz sizin arzunuz qarşınızda geniş imkanlar açar. Hazırda biz mülki polis bölməsi yaradırıq. Həmin bölmə bu rayonun bütün ərazisində qayda-qanunun təmin olunmasında alman hakimiyyət orqanlarına kömək edəcək. Əgər polisdə işlərkən siz səy və qabiliyyətlərinizi göstərə bilsəz, bu, nəzərdən qaçmayacaq və lazımınca dəyərləndiriləcək. Bəzi cəhətlər nəzərə alınmaqla, istisna olaraq sizə məvacibinizin bir hissəsi reyxsmarka ilə ödəniləcək.

– Çox sağ olun, ancaq mən polis olmağa hazırlaşmıram, – Polad qəti etirazını bildirir. – Belə yaramaz. Axı, necə olsa da, mən Qızıl Ordu komandiriyəm.

– Sizin zabitlik karyeranıza hələ bir neçə gün bundan qabaq son qoyulub, – esesçi saymazyana əda ilə onun sözünə düzəliş verir.

– Bəxtiniz gətirib ki, bizim qoşunlar qəfil hücuma keçib, yoxsa bəlkə də indi heç sağ qalmazdınız. Tribunal sizə ya güllələnmə kəsəcəkdi, ya da ən yaxşı halda, cərimə batalyonuna göndərəcəkdi.

– O, istintaq materiallarını Polada uzadır. – Prokurorun rəyi ilə tanış ola bilərsiniz. İctimai yerdə atışma, milisə silahlı müqavimət, – daha sonra hərbi patrula müqavimət və onu antisovet səciyyəli sözlərlə təhqir və s. İctimai mənşə etibarilə proletar olmadığınız da nəzərə alınsa, çətin ki, cərimə batalyonu ilə yaxanızı qurtarardınız.

Polad vərəqi qaytararaq:

– Çox sərt yazılıb, – deyə razılaşır. – Ancaq məndən polis çıxmaz.

Hər şeyi başa düşürəm, amma bacarmıram. Məktəb illərindən yadımda Ekkleziastın bu ifadəsi də qalıb: “Ölü şir diri itdən yaxşıdır”.

– Sizi dilə tutmağa hazırlaşmıram, – esesçi Poladın şəxsi işində nə isə qeyd edir. – Ekkleziast yanılırdı. Hərbi əsir düşərgəsində çox tez başa düşəcəksiniz ki, diri it ölü şirdən qat-qat yaxşıdır.

Tərcüməçi ilə Polad əsgərlərin qoruduğu həyətdən keçib gedirlər.

Komendaturaya daxil olmazdan öncə, tərcüməçi Polada təəssüflə baxıb:

– Çox böyük səhv edirsiniz, – deyir.

Hərbi əsir düşərgəsi. Kimisinin əlində cam, kimisinin əlində parç olan məhbuslar cərgəyə düzülüb, asta-asta xörəkpaylama məntəqəsinə yaxınlaşırlar.

Düşərgənin girişinə bir maşın yaxınlaşır. Onu dərhal əraziyə buraxırlar. Maşından düşən şəxs düşərgə komendantının kabinetinə keçir. Komendant cəld yerindən qalxıb, hərbi təzim edir.

– Əyləşin. Hərbi əsirlər arasında neftçilər varmı? – Qonaq ləngimədən əsas məsələyə keçir və dərhal da müsahibinin üzünün ifadəsindən onun nə dərəcədə məlumatlı olduğunu anlayıb, əlavə edir. – Məhbusların siyahısını verin! Neft işi ilə əlaqəsi olanların hamısını təcili seçmək lazımdır.

İçərisində qaynar horra buğlanan iri qazana çatmağa cəmi bir neçə nəfər qalanda, tələsik cumub gələn nəzarətçilər Poladı cərgədən çıxarır və artıq xörəyini yeyib qurtarmağa macal tapmış digər iki məhbusa qoşaraq, qabaqlarına salıb inzibati korpusa tərəf aparırlar.

Almanların işğal etdiyi ərazidə, kiçik bir stansiyada yük qatarı dayanır. Yanlarında itləri olan əsgərlər qatarı qarşılayır, vaqonlardan birinin qapısını açırlar. Oradan düşən bir dəstə hərbi əsiri – sabiq neftçiləri yük maşınlarına doldururlar. Polad da onların arasındadır.

Onları kiçik bir düşərgəyə gətirirlər. Köhnə məhbuslarla birlikdə komendatura qarşısında cərgəyə düzürlər. Komendant onlara müraciətlə qısa nitq söyləyir.

– Böyük Almaniyaya fayda vermək üçün əlinizə yaxşı bir imkan düşüb. Ay yarım iki aydan sonra, ya da bir az tez, siz Maykop və Nefteqorsk, sonra isə Qroznı və Bakının neft mədənlərinə göndəriləcəksiz.

Orada vicdanla çalışmaqla Almaniya hökumətinin nəzərində vətəndaş hesab edilmək hüququ qazana biləcəksiniz. Burada siz kredit hesabına mənzillə və normal qida ilə təmin ediləcəksiz. Çəkənlər həftədə iki qutu siqaret alacaqlar. Bu da kreditlə veriləcək, sonradan iş yerlərində alacağınız məvacibdən tədricən tutulacaq. Təkrar edirəm: işləmək istəməyənlər indi bildirməlidirlər. Buna görə cəza nəzərdə tutulmur, ancaq təbii ki, belələrinin hamısı əmək düşərgələrinə qaytarılacaq. Yerdə qalanlar müqavilələri imzalaya bilərlər.

Düşərgədəki beş barakdan birində bu gecə, demək olar ki, hamı oyaqdır. Üst nardakı qonşusu – Qroznıdan olan orta yaşlı mühəndis Poladın böyrünə yüngül dürtmə vurub, onu oyadır.

– Səs salma, – deyə pıçıltı ilə xəbərdarlıq edir. – Yuxun qaçdı? – Qulaq as, bir saatdan sonra 11 nəfərlik qrup düşərgədən qaçacaq, hər şeyi düzüb-qoşmuşuq. Hazırlığa lap ilk gündən başlamışdıq. Riskə getməmək üçün hamıya yalnız indi xəbər verirlər. Tez ol, geyin.

– Hara qaçaq?

– Necə yəni hara? Azadlığa?

– Azadlığa? Məftilin o tayına? Bəs sonra hara?.. İstəmirəm.

Sizə də məsləhət görmürəm.

– Heç bilməzdim ki, boyun qaçıracaqsan, – deyə mühəndis təəccüb edir.

– Çox nahaq yerə! – Polad quru tərzdə cavab verir. O birilərnən İşim yoxdur, onları tanımıram. Siz isə... Zənnimcə, hələ tezdir...

Axı, hər şey irəlidədir.

– Onu daha mən özüm bilərəm.

Polad laqeydcəsinə çiynini çəkir. Hətta üzbəüz divardakı lağımın girəcəyində hənirtilər tamam kəsildikdən sonra da yatağında uzanmaqda davam edir.

Gestaponun yerli bölməsi. Poladı dəhlizdən keçirib aparırlar.

Qapılardan birinin qabağından ötəndə qəfil eşitdiyi ürəkparçalayan fəryaddan qeyri-ixtiyari səksənir. Onu Şultsun oturduğu otağa gətirirlər.

Şultsun işarəsi ilə, nəzarətçi Poladı içəridə qoyub, dəhlizə çıxır. Otaqdakı mebeldən – jurnal stolu və iri kreslolar, divan, yekə radioqəbuledici, çəkicşəkilli, cilalanmış böyük masadan görünür ki, bu kabinet müharibədən, əvvəl hansısa rəhbər vəzifəli bir şəxsin imiş. Şults Polada üzbəüzdəki kresloda oturmasını işarə edir.

– Çox xoşagəlməz bir işə düşmüsünüz, cavan oğlan, – deyə sözə başlayır. – Çox xoşagəlməz! Yeri gəlmişkən, elə sovet qanunlarına görə də cinayəti xəbər verməmək üstündə yetərincə ciddi cəza nəzərdə tutulur. Niyə qaçış barədə müdiriyyətə xəbər verməmisiniz?

Bəlkə elə bərk yatıbmışsız ki, on beş nəfərin necə qaçdığından xəbər tutmamısız? Özümü məcbur eləsəm, buna inana bilərəm. Hə?

– Düzünü desəm, bu mənim heç ağlıma da gəlməyib, – deyə Polad cavab verir.

– Nə? Məhbusların qaça biləcəyi?

– Xeyr. Xəbər vermək. Mən bilmirdim, qaçışı xəbər verməmək üstündə nə cəza ala bilərəm, ancaq xəbərçiləri adətən gecə yarısı necə gəbərdirlər, onu yaxşı bilirdim. Sonra da necə antisanitariya şəraitində “dəfn” edirlər: hissə-hissə doğrayıb ayaqyoluna atırlar.

Bu sözlərə heç bir etiraz etməyən Şults növbəti sualını verir:

– Bəs siz niyə hamı ilə bir yerdə qaçmadız? Sizə etibar etmirdilər?

Yoxsa Reyxə sadiq olduğunuzdan qaçmamısınız? Bəlkə 119 özünüzünkülərin yanına qayıtmaq istəməməyinizin bir səbəbi var?!.

Ancaq “qorxdum” deməyin. Çünki qətiyyən qorxağa oxşamırsız.

– Mənə qaçmağı təklif edən qonşumdan fərqli olaraq, hələ həmin gecədən bir ay əvvəl bilirdim ki, qaçış hazırlanır. Hətta bəzi təfsilatları da öyrənmişdim... hər şey yaxşı düşünülmüşdü, ancaq...

– Polad əlini yellədir. – Çox tez bir zamanda onlarla qaçmaq fikrindən daşındım. Qaçış baş tutandan sonra bu barədə danışmaq mənə xoş olmasa da, deməliyəm ki, məsələni təşkil eləyən adam lap ilk gündən ürəyimə yatmadı. Yaxından tanış olandan sonra isə şübhələndim ki, deyəsən, bu provokatordur.

– Yoldaşlarınıza niyə xəbərdarlıq etmədiniz?

– Bu iki ayda hələ heç kəslə dostlaşmamışam. Əlimdə heç bir fakt yox ikən, yaşlı-başlı adamları ciddi işdən çəkindirmək isə düzgün olmazdı. Həm də təhlükəli idi. İndi məlum olur ki, mənim bütün şübhələrim əbəsmiş.

Şults gülümsəyir:

– Sizin şübhələriniz tamamilə əsaslıdır. Qvardiya mayoru Qolubenko...

onu nəzərdə tutursuz eləmi? Həqiqətən, çox təhlükəli, hətta belə demək mümkünsə, peşəkar provokatordur. Bunu isə ancaq intuisiyası yüksək dərəcədə inkişaf etmiş adam təyin edə bilərdi.

Şults ayağa qalxıb fikirli halda otaqda var-gəl edir. Sonra Poladın qarşısında dayanır.

– Siz mənim heç xoşuma gəlmirsiniz. Qətiyyən, – deyib təzədən yazı masasının arxasına keçir. Ayırıb bir kənar qoyduğu qovluğu açır. Onun sözlərindən təəccüblənən Polad nə deyəcəyini bilmir.

– Niyə gülümsəyirsiz? – deyə Şults başını kağızlardan qaldırmadan soruşur.

– Üzr istəyirəm, sizə dəxli olan məsələ deyil, – Polad bir az pərt cavab verir.

– Yenə də olsun...

– Mənim Bakıda Əbülfəz adında bir dayım var. Ümumiyyətlə, pis adam olmasa da, nədənsə heç kəsin ondan xoşu gəlmir. Özünə deyəndə söz altında qalmır: “Qızıl pul deyiləm ki, hamının xoşuna gəlim” – deyir. Sonra da başlayır söyməyə. Hər dəf də müsahibinə nifrətinin dərəcəsindən asılı olaraq söyüş seçir.

– Siz bilən, həmin o dayınız məni hansı söyüşlərə qonaq edərdi? Utanmayın, deyin!

– Pis söyüşlərə. Ancaq ürəyində, – deyə Polad qətiyyətsiz halda cavab verir. – Bərkdən söyməyə qorxardı.

– Yəqin artıq başa düşmüsüz ki, mən müstəntiq deyiləm, elədir?

– Heç əvvəl də fikirləşmədim ki, müstəntiqsiz. – Barakda mənə heç almanca da bir şey izah etmədilər. – Avtomatı üzümə dirədilər – yerimdən qalxdım, kürəyimdən itələdilər – düşdüm qabaqlarına, bir də sizin qapının qarşısında qundaqla “dayan” dedilər, – mən də dayandım. Özü də məni gətirən sıravi əsgər deyildi, yefreytor Krauze idi. Məncə o, hələ də dəqiqləşdirə bilməyib ki, düşərgədə böyük kimdir – o, yoxsa komendant mayor Krake? Özünü burada necə aparmasından, lap elə kabinetinizdən də görünür ki, siz bu düşərgənin komendantından rütbəcə xeyli böyük adamsınız.

– Məgər daha inandırıcı ehtimal bu ola bilməzmi ki, mən mülki şəxsəm? Neftçiləri seçməklə məşğul olan yüksək vəzifəli mülki şəxs?

– İnandırıcı deyil, – Polad razılaşmır. – Siz iki dəfə kəmərinizi düzəltmək istədiniz, hər dəfə də çaşıb, kəməri pencəyin üstündə axtarırdınız, – yəni adətən tapança qayışının bağlandığı yerdə.

Görünüşünüzdən də hərbçi qıvraqlığı yağır.

– Çox ciddi məsələdir... bəs siz heç nə soruşmaq istəmirsiniz?

– Şultsun tonundan görünür ki, bu söhbətdən məzələnir.

– Mənim mövqeyimdə olan adam özünü pis vəziyyətdə qoymasa, daha yaxşıdır, – Polad kədərli təbəssümlə cavab verir.

– Nəzakətli cavab vermək hüququ olmayan şəxsə artıq sual vermək lazım deyil.

– Necə bilirsiz, niyə çağırmışam sizi?

– Çətin sualdır, – deyə Polad etiraf edir, – Qondarma qaçışın təfsilatı sizə məlumdur. Mənimlə bir barakda qalanların hamısını komendantın köməkçisi ötən həftə dindirib. Sizin yanınıza isə tək məni gətiriblər. Bütün bunların ciddi bir səbəbi olmamış deyil.

Ancaq nədir – bilmirəm.

– Elə bu? – Şults təəssüflə soruşur.

– Stolun üstündə şəxsi işimi görürəm: qırıq bağından qovluğu o saat tanıdım... Çox güman ki, nə üçünsə sizə lazımam. Nəsə bir planınız var, indi fikirləşirsiz ki, mən yarayıram ya yox.

– Söz verirəm ki, cavabım son dərəcə nəzakətli olacaq.

– Çox şey mənə aydın deyil, ancaq soruşmaq istəmirəm. Nə mənası. Bayaqdan biz söhbət elədikcə beynimə olduqca qəribə bir fikir gəldi: mənə elə gəldi ki, barəmdə nəsə bir planınız var, özü də hazırdır. Ancaq nədən ibarət olduğunu, deyəsən, hələlik mənə demək istəmirsiz. Sizə bircə sualım var. Adınızı, bir də kim olduğunuzu bilsəydim, pis olmazdı.

– Şults. Konrad Şults qulluğunuzdadır! Düz tapdınız, mən peşəkar hərbçiyəm. Hərbi kəşfiyyatda xidmət edirəm. İşim çox ciddidir və ən başlıcası da, hərdən-hərdən yetərincə maraqlı olur. Xülasə, mən kəşfiyyatçıyam. Çoxdanın peşəkar kəşfiyyatçısı. Buna görə də mənim bütün planlarım, niyyətlərim, bir sözlə bütövlükdə maraq dairəm bu və ya digər dərəcədə peşəmlə bağlıdır. – Şults susub, sözlərinin Polada necə təsir etdiyini izləyir. – Yeri gəlmişkən deyin əsl kəşfiyyatçıların işi barədə bir təsəvvürünüz var? Bəlkə onlarla görüşübsüz, ya da bir şey oxuyubsuz kəşfiyyatçılara dair?

– Oxumuşam, – Polad xatırlamağa çalışaraq cavab verir:

– ... “Mata Xarinin son öpüşü”dür, nədir? Sonra “Lourens – səhra və vahələr şeyxi”... Bu o birindən daha maraqlı idi.

– Mata Xari – iyrənc nimfoman qadın, üç kəşfiyyatın muzdlu agentidir. Lourens isə özünə vurğun çalmalı, əmmaməli, gicbəsər.

Ərəb dilini, bir də Quranın bir iki surəsini əzbərlədiyindən özünü fövqəlinsan sayırdı. Az qala dəvələr də bilirdilər ki, o, ingilis casusudur.

Ərəblər “öz casusları”na maraqlarını itirəndən sonra, xatirə olaraq onu sünnət edirlər və elə həmin günü də sürüşüb düşən sarğını birtəhər saxlaya-saxlaya İngiltərəyə yollanır. Orada onun döş qəfəsi nahiyəsindən “həyat üçün təhlükəli yara” aldığı bəyan edilir, özü isə milli qəhrəman elan olunur. Həmin bu Lourens bizim günlərdə hətta Ərəbistanda belə uzaqbaşı, üçcə saat duruş gətirərdi, o casus qadınsa bundan da az. İndi isə keçək mənim planıma. Bu plan tam şəkildə hələ mövcud deyil. İlk dəfə sizin barənizdə bir ay əvvəl eşitmişəm.

Tanıdığınız həmin o “qaçaqlar” başçısından. Pravakatorlara xas bir vəcdlə, həm də böyük bir səmimiyyətlə o, sizi ən gözəl keyfiyyətlər sahibi kimi səciyyələndirmişdi. Kiçik bir münaqişə ona xüsusilə güclü təsir göstərmişdi. Deyirdi ki, siz ağlagəlməz cəldliklə iki pəzəvəng canini – bıçaqla silahlanmış Şuleri təkbaşına barakdan çölə atmısınız. Təbii ki, pulsuz-filansız. “Bizim adamın” xoşuna gəlməyən yeganə şey bu idi ki, o binəva sizdə azadlıq həvəsi oyatmağa 122 hər dəfə cəhd göstərəndə özünüzü yuxuluğa, hətta karlığa vururdunuz.

Tapança məsələsi isə onu lap karıxdırmışdı.

– Qəribədir, – deyə Polad çiynini çəkir, – mən çox təəccübləndim, ancaq üzə vurmadım. Elə həmin cinayətkarlardan tapança, daha doğrusu, revolver tapdım. Darağında dörd patron vardı. Hər nə isə, ona ki, havayı başa gəldi. Yoxladı, əlimi də sıxdı! Bəs nədən narazıdır?

– Necə yəni nədən? O ümid edirmiş ki, silahı niyə istədiyini mütləq soruşacaqsız. Yerinizdə kim olsaydı soruşardı. Siz isə qətiyyən maraqlanmamısız. Elə bilirsiz, onun yaşında iki funtluq revolveri qoltuğunda gizlədib, hasardan aşmaq, ya da torpağın üstü ilə sürünmək xoşdur? Bunu mənə danışanda az qala ağlayırdı.

– Mən yenə başa düşmürəm: axı, onun provokasiyada məqsədi nə imiş? Qaçanları ki, tapmayıblar... Üzr istəyirəm, – Polad qəfil susur. – Yəqin ki, mən bu barədə danışmalı deyiləm.

– Eybi yox, boş şeydir. Arada sirr nə qədər az olsa, işləmək bir o qədər asandır: – kəşfiyyatın devizi belədir, – deyə Şults zarafat edir. – Qaçanların ikisi yerli sakinlərdir, hörmətli adamlardır. Bizim “şücaətli mayor” isə indi gizli cəmiyyətin ürəyidir. Orada şöhrət çələnginə sahib olmaqla yanaşı, işi də yaddan çıxarmır: bəzi familiya və ünvanları öyrənməyə macal tapıb. Üç gün əvvəl isə xəbər verdi ki, hamımızın axtardığı adamı harda tuta bilərik. Həmin şəxsə yerli gizli təşkilatın işini təşkil etmək həvalə olunub. O adamı indi görəcəksiniz, təxminən bir iyirmi dəqiqədən sonra ona baş çəkəcəyəm.

Nə isə, deyəsən, mətləbdən uzaqlaşdım, – deyə Şults masanın üstündəki qovluğa işarət edir. – Əvvəlcə sizin işinizi gətirdim, ağlıma gələn, imkan olan hər yerdən barənizdə arayışlar topladım. Hətta sizə polisay karyerası təklif edən zabiti də axtarıb tapdım... tədricən portretiniz gözüm önündə canlanmağa başladı. Özünüzü görəndə isə portret tamamlandı: qüsursuz keçmişi olan gənc, enerjisi aşıb-daşan bir şəxs. Ancaq portretiniz gözlərim önündə tam formalaşandan sonra sizə dedim: “Siz mənim xoşuma gəlmirsiniz!”. Ona görə ki, portretiniz həddən artıq kamil alınıb: cüzi bir nöqsan da tapmaq mümkün deyil. Əgər mən qarşımda duran başlıca məqsədi gerçəkləşdirməyə yarayan ideal obraz yaratmalı olsaydım, onu eynilə sizin kimi, sizə bənzər yaradardım. Bax elə buna görə də düşündüm: bəlkə bu gənci özləri məxsusən hazırlayıb sənin yanına göndəriblər?

Özü də elə adamlar göndərib ki, sənin məqsədindən xəbərdardılar?

Bilirəm indi nə düşünürsüz:ya siz heç nə anlamayıb məni dəli hesab edəcəksiz (əlbəttə, əgər bütünlüklə bunun içindəsizsə). – Şults bunu deyib, şəxsi iş qovluğunu döyəcləyir, – ya da başa düşdünüz ki, mən də çox hiyləgər bir iblisəm, ancaq əlimdə heç bir dəlil-sübutum yoxdur.

Polad başını bulayır:

– Təkcə onu başa düşdüm ki, siz şübhələnirsiz, guya kim isə bütün halları qabaqcadan nəzərə almaqla bizim görüşümüzü təşkil edib. Məncə, bu, ağlagəlməz bir şeydir.

– Ağlagəlməzdir! Ancaq... – Şults qovluğu açıb onun içərisindən qəzet materialları çıxarır. – Sərbəst güləş üzrə idman ustası olduğunuzu öyrənəndən sonra xahiş elədim ki, son üç ildə “Vışka” və “Bakinski raboçi” qəzetlərində sərbəst güləşə dair irili-xırdalı bütün yazıları mənə çatdırsınlar. Həmin dövrdə sizin adınız beş dəfə “Vışka”da çəkilir, üç dəfə də “Bakinski raboçi”də. Ancaq bircə yerdə də göstərilmir ki, peşəniz nədir, məşğuliyyətiniz nədir... Bir baxın, idman ustası, dinamoçu və i. a... hər yerdə də beləcə. O biri idmançılardan söhbət gedəndə isə mütləq peşəsi də, vəzifəsi də başqa məşğuliyyəti də göstərilir. Təəssüf ki, bu xırda şeydir, cüzi bir anlaşılmazlıqdır, ancaq işin içində başqa heç nə tapa bilməmişəm. Əlbəttə, qatil və valyutaçı Sıqanı güllələsəydilər, mən çox şad olardım, ancaq sizin sayənizdə o, bizim əlimizə keçib və mənə təsdiq edib ki, sizi birinci özü təhqir edib, özü də aşnası ilə onun rəfiqəsinin gözü qarşısında. Elə həmin bu oğru-quldur yuvasına gəlməyinizin səbəbkarı da bu qadınlar imiş.

– Bəs niyə elə hesab edirsiz ki, Sıqan sizin əlinizə məhz mənim sayəmdə keçib? – Polad həqiqətən təəccüblənir.

– Sıqan özü də bu fikirdədir. Biz onu hospitalda tapdıq. Restorandan birbaşa milis maşınında gətiriblərmiş. Beyin sarsıntısı və körpücük sümüyü sınığı ilə... Hə, deyəsən, qəzet məqalələri ilə bağlı nəsə demək istəyirdiniz.

– Uzun həngamədir, – Polad könülsüz dillənir. Güləşlə 14 yaşımdan məşğul olmağa başlamışam. Dinamoda məşqçim Məmmədbəyov idi. Sabiq respublika çempionu, əməkdar idman ustası, həm də qonşumuzdu.

Dörd ildən sonra instituta girəndə, qaydaya görə, mən “Fırtına quşu” tələbə idman cəmiyyətinə keçməli idim. Ancaq Məmməd- bəyovun xatirinə, ondan ayrılmamaq üçün “Dinamo”da qaldım. Bax, elə buna görə də, mənim tələbə olduğumu qəzetlərdə heç vaxt göstərmirdilər.

– Polad bir anlığa fikrə gedir. – Maraqlıdır. İlk baxışdan boş şeydir. Ancaq bu qədər vaxt keçəndən sonra hər halda yada düşdü.

Şults seyfdən əzik-üzük kağızlar çıxarıb, onları səliqə ilə hamarlayır.

Şultsla Polad dəhlizdən keçib gedirlər. Qapıların çoxunun qarşısında keşikçilər durub. Gecədən xeyli keçməsinə baxmayaraq, binanın əməkdaşları hələ də işləyirlər.

Şults zirzəminin pilləkənini yarıyadək enib ayaq saxlayır:

– Ciddi məsələdə məsləhət verən şəxs, gözlənilən riskin müəyyən hissəsini qeyri-ixtiyari öz üzərinə götürmüş olur. Buna görə də, məndən hətta xahiş edəndə belə, məsləhət verməkdən çəkinirəm.

İndi isə bunu etməyə məcburam. Ancaq sizə yazığım gəldiyinə görə yox; ona görə ki, mən həqiqəti bilmək istəyirəm, özü də kənardan kimlərinsə köməyinə müraciət etmədən. Kənar şəxslər vasitəsilə aşkara çıxarılan həqiqət bütün əməli əhəmiyyətini itirir. Buna görə də, bu fikirdən vaz keçirəm. İndi bax elə buradaca siz mənə danışmalısız ki, sizi nə vaxt və harada casusluğa cəlb ediblər, sizə həmin vaxt, yaxud da sonradan hansı tapşırığı veriblər? Sizin barədə ciddi məlumatın belə sızması – praktik əhəmiyyətinizi itirməyiniz deməkdir. Əslində, kim olmağınızın heç bir əhəmiyyəti yoxdur.

Mən özüm heç nəyi aydınlaşdırmağa hazırlaşmıram.

– Məgər dünyada elə bir adam varmı ki, kəşfiyyatçı ola, özü də bunu könüllü boynuna ala? – deyə Polad soruşur.

– Axmaq adam boynuna almaz və gəbərər. Ağıllı isə hətta ən təhlükəli vəziyyətdən belə özü üçün fayda hasil edər, – Şults həmişəkitək saymazyana əda ilə danışır, lakin onun səsində zorla duyulan bir çalar var, həm də üzünün ifadəsi sözlərinə məşum bir məna verir.

– Təkcə ona təəssüflənirəm ki, mən casus deyiləm, – Polad utancaq təbəssümlə dillənir.

Şults laqeyd hərəkətlə başını tərpədib, onu özündən qabağa buraxır.

Onlar, lap bu yaxınlaradək idman zalı olmuş böyük otağa girəndə bir neçə esesçi – unterşarfürer və esesman, başda zabit olmaqla yerlərindən sıçrayıb, Şultsu salamlayırlar. Şults zabitə müraciətlə:

– Cənab oberşturmfürer, əmr edin, Arkadyevi gətirsinlər.

– Şults boş zalda divara söykədilmiş stolun üstündə əyləşib, Poladı da özü ilə yanaşı oturmağa dəvət edir. Zalın bütün idman avadanlığı – paralel qollar, idman “keçisi” döşəklər, üzbəüz küncdə, İsveç nərdivanının yanında üst-üstə qalaqlanıb.

– Qalın şüşəli eynək taxmış alçaqboy, arıq bir kişini stolun yanına gətirirlər.

– Xoş gördük, cənab Arkadyev, – deyə Şults mehriban təbəssümlə ona müraciət edir. – Bağışlayın ki, sizi yuxudan oyatmağa məcbur oldum, əyləşin.

Arkadyev dinməz-söyləməz, başının işarəsilə salama cavab verib stulda oturur.

– Neçə gündür üzünüzü qırxmırsız? Təsəvvür edirəm, yanağınıza ülgüc dəyəndə necə rahatlanacaqsız. Bir cəhət məni həmişə sevindirir; hər dəfə əmin oluram ki, istənilən xoşagəlməz hadisədə təbii ki, təkcə ölümdən başqa, insan arzu eləsə, xoşa gələn cəhət tapa bilər. Beşgünlük fasilədən sonra isti hamam, təmiz köynək sizə ləzzət verəcək. Zarafat eləmirəm. Bu yalnız özünüzdən asılıdır.

İstəsəniz yarım saatdan sonra, ya da səhər açılan kimi – sizinçün nə vaxt əlverişlidirsə, buradan çıxa bilərsiz. Təkrar edirəm, bu ancaq özünüzdən asılıdır. Yeri gəlmişkən, sizə deməliyəm ki, həbsinizdən şəhərdə heç kimin xəbəri yoxdur. Yoldaşlarınızın hamısı elə bilir ki, səfərdəsiniz.

– Sizə ancaq qibtə edə bilərəm: özünüz burada otura-otura, tanımadığınız yoldaşlarımın fikirlərini oxuyursuz.

– Təəssüflər olsun ki, bu mənim əlimdən gələn iş deyil. Və təbii ki, burda otura-otura nəinki yoldaşlarınızın fikirlərini, heç onların adlarını da bilməzdim, əgər bir nəfər təzə yoldaş olmasaydı...

O, yeni tanışlarından bir müddətlik ayrılıb, mənə baş çəkməyə vaxt tapır. İnanmırsınız? Bilirsiz kimi deyirəm? Bu yaxınlarda sizin əmioğlunuzla bir yerdə düşərgədən qaçmış mayoru. Yəni o, mayor-zad deyil, heç yerdən də qaçmayıb. Daha doğrusu, qaçmağına qaçıb, ancaq mənim xatirimə. Budur baxın, – Şults stolun daxılından “mayorun” şəkli yapışdırılımış vəsiqəni çıxarıb, Arkadyevə uzadır. – Tanış gəlir?

Arkadyevin sifətinin bircə saniyə içində kətan kimi ağarması Poladı dəhşətə gətirir. Şults isə sözünə davam edir:

– Ancaq sizin bu dostunuzun bütün məziyyətləri ilə yanaşı, bir qüsuru da var: o, çox kütdür, özünü oda-közə vurub öyrəndiklərini belə əməlli-başlı çatdıra bilmir. Buna görə də, mənə lazımdır ki, 126 keçmiş raykom katibi, cənab Arkadyevin bildiklərini zəhmət çəkib özüm öyrənim.

– Keçmiş niyə, mən elə indi də raykom katibiyəm, – deyə Arkadyev düzəliş verir.

– Qalacaqsınız da... Əgər əzabkeş qəhrəman rolunu oynamasanız, – deyə Şults dərhal dillənir. – Karyeranızın asılı olduğu adama inanmalısız. Nə qədər ki, burdasız, mayorun siyahısından iki-üç nəfəri həbs etməyim kifayətdir. Sonra da onlara işarə vurarıq ki, barələrindəki məlumatı sizdən almışıq... Görürsüz, necə xoşagəlməz vəziyyət alına bilər.

– Bütün bu günlər ərzində görürdüm ki, əyinlərində hərbi geyim olan adamlar, yəni müasir dövlətin rəsmi nümayəndələri məhbuslara işgəncə verir. Ancaq ümid edirdim ki, bunlar təsadüfən gözdən yayınmış canilərdir və sizin hakimiyyət orqanları bu özbaşınalıqdan xəbər tutan kimi, onlar dərhal cəzalanıb mühakimə ediləcəklər.

Çünki bu cür patoloji amansızlıq hətta canlılar aləminin özü üçün də norma sayıla bilməz. Ancaq indi sizinlə söhbətdən sonra mən anlamağa başlayıram ki, hər şey dəhşətli imiş.

– Maraqlı təhlildir, – Şults təqdiredici tərzdə dillənir. – Sizin ixtisasınız nədir? Hüquqşünas? Psixoloq?

– Xeyr. Mən raykom katibiyəm. Məni nə gözlədiyini yaxşı bilirəm, ancaq heç nə deyən deyiləm.

– Baxarıq, – Şults özündən razı halda cavab verir. – Özünüzü sıxmayın. Sizə əzab, işgəncə verməyə hazırlaşmırıq. İşgəncələr əleyhinə olan təkcə siz deyilsiz.

Esesçilər Arkadyevi aparıb stulda otuzdurur və elə stulla bir yerdə də İsveç nərdivanının tirlərinə sarıyırlar. Sonra esesçilərdən biri əyilib, onun köynəyinin yaxasını açır, qoltuğuna siqaret qutusu boyda nəsə qoyur. Həmin qurğuya bərkidilmiş şnurun ucu yandan sallanır.

– Bax, bu bikford şnuru olan partlayıcı paketdir. Sizin iri tikənizi qulağınız boyda eləmək üçün kifayətdir. Əgər nəsə deməyi qərara alsanız, ləngiməyin. Yoxsa gec olar. Alov pencəyinizin yaxasına çatandan sonra heç kəs sizə yaxınlaşmağa risk etməyəcək.

Üzündə çaşqınlıq ifadəsi donub qalmış Arkadyev, gözlərini qırmızı hörümçək kimi şnurla yuxarı dırmaşan alov diliminə zilləyib.

– Onsuz da heç nə deməyəcək, – Polad özü də fərqinə varmadan dillənir. – Bəlkə söndürəsiz...

Şults bu təklifi çoxdan gözləyirmiş kimi dərhal cavab verir:

– Yaxşı bir məsəl var: xoşbəxtlik hər kəsin öz əlindədir.

– Yəqin sonradan onu dilə tutmaq olar, – deyə Polad öz fikrini bildirir.

– Axı nəyə gərək? – Şults laqeyd halda soruşur. – Elə şeylər var ki, informasiyadan daha dəyərlidir. Arkadyev özü indi bunu anlayacaq.

Bir neçə saniyədən sonra baş verən partlayış hamının gözü önündəcə insan bədənini tikə-parça edir. Şults istehza ilə Poladın davranışını seyr edir: o, qaçıb küncə qısılaraq öyüyür. Yaxınlaşan esesçilərin ona kömək göstərmək istədiyini zənn edən Polad işarə ilə buna ehtiyac olmadığını başa salmağa çalışır. Ancaq esesçilər ona əhəmiyyət vermədən, İsveç nərdivanının yanına sürümək istəyirlər. Bircə dəqiqə keçməmiş, Poladın qüvvətli zərbəsi hər iki esesçini döşəməyə çırpır. Şults vuruşun təzədən qızışmasını məmnunluqla seyr edir. Nəticədə, azğınlaşmış esesçilərdən beş nəfəri köməkləşib Poladı “əsir” alırlar. Sonra da kəndirlə onu stula elə ciddi-cəhdlə sarıyırlar ki, fiziki gərginlikdən onun sifəti qıpqırmızı pörtür.

Şults fitili alışdırmağa hazırlaşan esesçiləri əlinin işarəsilə saxlayır.

Stolun arxasından durub, Polada yaxınlaşır:

– Mən sizi xəbərdar etmişdim. İndi taleyiniz öz əlinizdədir.

Ancaq ləngiməyin.

Göz bəbəkləri irilənmiş Polad alovlanmış şnurun ilk santimetrlərini dəhşət içində izləyir. Və gözlənilmədən, inandırıcı tərzdə tələsik deyir:

– Siz qalib gəldiniz. Mən həqiqətən kəşfiyyatçıyam. Cəbhəyə mühüm tapşırıqla göndərilmişəm. Qalanını sizə təklikdə danışa bilərəm. Deyin söndürsünlər.

Şults təəccüblə qaşlarını qaldırıb, Polada yaxınlaşır:

– Elə isə, üç sual: sizi konkret kim göndərib; onunla ilk dəfə necə görüşmüsüz; sizə hansı tapşırıq verilib?.. – Danışın, hələ vaxt var.

– Mənimlə polkovnik Məmmədov söhbət aparıb. Bəstəboydur, sağ yanağında ziyil var. Bizi hərbi komissar tanış edib. Tapşırığım...

Polkovnik Məmmədov tapşırıb ki, böyük bir faşist... alman generalını aradan götürməyə çalışım. Buna qədər isə, casusluqda kimdən şübhələndiyimi xəbər verməliyəm. Nəyi gözləyirsiz?

Söndürün də!..

Şults acı-acı gülümsünüb, masa arxasına qayıdır və hansısa kağızları gözdən keçirməyə başlayır. Esesçilər uzaqda durub həzz alırmış kimi bu mənzərəni seyr edirlər.

– Bildiklərimin hamısını dedim, daha nə istəyirsiz? – Polad əlacsız halda soruşur.

– Həqiqəti, – deyə Şults təhər-tövrünü pozmadan cavab verir. – Son şansınızı əldən vermiş olursunuz. Bircə konkret ad və ya fakt sizi xilas edə bilər.

– Siz adamları öldürməkdən həzz alırsız, – deyə Polad ümidsizlik içində alovun hərəkətini izləyərək dillənir. – Özünüz yaxşı bilirsiz ki, mən minaaxtaranam, rütbəm də leytenantdır, vəssalam...

Kəşfiyyatçıya bax. Əcəb kəşfiyyatçısan. İt oğlu, əclaf! – Alov artıq köynəyini yandırdıqdan sonra Polad bağırır və gözlərini yumub, dişini qıcıyaraq, partlayışı gözləyir. Şultsun əli çiyninə toxunanda birdən-birə başa düşür ki, xilas olunub.

– Güman edirəm, “it oğlu”, “əclaf” sözlərini dayınız Əbülfəzin leksikonundan mənimsəmisiz? – deyə Şults ciddi baxışlarla Poladı süzərək soruşur. – İmtahandan yaxşı çıxdınız. Nə vaxtsa başa düşəcəksiz ki, bu sınaq zəruri idi.

Polad lal sükut içində durub, esesçilərin kəndiri nə vaxt açacaqlarını gözləyir.

Uzaqdan oyuncağa oxşayan “Kukuşka” qatarı təkərlərini taqqıldada- taqqıldada, kol-kosu saralmış çöllükdən iti sürətlə keçib gedir.

Vaqonlardan birinin pəncərəsi önündə Lida ilə Kamil oturub.

Axırıncı sərnişinlər də düşür. Onlar tək qalırlar. Lida Kamilə qısılıb, fikirli halda pəncərədən baxır.

Kamil soruşur:

– Nə fikrə getmisən?

– Bax, indi sən sual verdin, mən də fikirləşdim. Sən sual verənə qədər isə yalnız hiss edirdim, bütün vücudumla duyurdum ki, mən heç vaxt olmadığım qədər xoşbəxtəm! Əvvəllər heç təsəvvürümə belə gətirməzdim ki, bu cür bəxtəvər ola bilərəm. Bu səadətim sona çatanda həmişə özümə xatırladacağam: belə bir şey olub, olub! Mənim bu cür xoşbəxt anlarım olub!

– Nə demək istəyirsən? – Kamil narahat halda soruşur. Yəni fikirləşirsən ki, nə vaxtsa bir-birimizi sevməkdən bezə bilərik?

– Biz həmişə bir-birimizi sevəcəyik! – Lida artıq zarafatyana dillənir. – Yaxşı yadıma düşdü, sən bir mənə başa sal görüm, bu çamadandakı nədir? Biz onu niyə Əbülfəzə çatdırmalıyıq?

– Heç... öz axmaqlığımın altını çəkirəm. – Kamil pərt halda gülümsünür. – Dünən axşam evə gedəndə gördüm ki, atam Əbülfəzlə sabun bişirir. Zəhərli tüstü evi bürüyüb, yazıq kişi tərin-suyun içindədir, zorla nəfəs alır... özümü saxlaya bilmədim, dedim ki, Əbülfəz pul qazanır, sənsə dəridən-qabıqdan çıxırsan. Əbülfəz də qızışdı, nə qızışdı – səsi küçəyə gedirdi! Allahı şahid çəkdi, nə bilim, and-aman elədi ki, bircə tikə sabun satmışamsa, balalarım bəlaya gəlsin. Hətta medalına da and içdi. Mən bilən, heç yatanda məqsədlər üçün bişirir. Sonra da qapını çırpıb çıxdı. Elə incimişdi ki, qapıdan çıxanda məni söymək də yadına düşmədi. O gedəndən sonra atam düşdü üstümə. Xülasə, atama söz verdim ki, sabunu özüm aparıb Əbülfəzə verəcəyəm, hələ üstəlik üzr də istəyəcəyəm...

Deyəsən, çatdıq.

Ucu-bucağı görünməyən kolluqda şəhər camaatı dəstələrə bölünüb, səngər qazırlar. Bacısı oğlunu görəndə Əbülfəz üzənə sərt ifadə verməyə cəhd göstərir. Kamil ona yaxınlaşır:

– Bağışla məni! Al, sabunu gətirmişəm.

– Əgər doğma bacım oğlu fikirləşirsə ki, mənim kimi adam sabun sata bilər, deməli, qiyamət günü yetişib, – deyə Əbülfəz Lidaya müraciətlə deyir.

– Üzr istədim də... Ancaq hər halda, maraqlıdır, bu sabunu neyləyəcəksən?

Əbülfəzin yaxasındakı medala tamaşa edən Lida söhbəti dəyişməyə cəhd göstərir:

– Nə qəşəng medalınız var. Çoxdan eşitmişdim, ancaq indi görürəm.

– Hə, çox qəşəngdir. Ümumiyyətlə, “İgidliyə görə” medalı döyüş mükafatı sayılır. Mən bilən, Bakıda mənə qədər hələ bu medalı alan olmayıb. – O, Kamilin istehzalı baxışlarını üzündə hiss edib, incik tərzdə dodaqlarını büzür. – Soruşursan ki, sabunu neynirəm?

Bax, – o, bir az aralıda işləyən adamları göstərir, – mənim briqadamdır. Buradakılar şəhərin ən məşhur avaraları, şah tənbəlləri idi. Mən gələndə gördüm ki, onların hamısını başqa briqadalardan bircə-bircə seçib ayırıblar, özlərini də qovmağa hazırlaşırlar.

İndi isə hörmətli adamlardılar. Kimin zəhmətidir bu? Sənin? Yox, Əbülfəzin. Birinci gün gələndə məndə bir parça sabun vardı. Göz qoydum, beli o yan-bu yana hansı çox hərləyirdisə, bir tikə sabun verdim ona. Elan da elədim ki, hər gün işin axırında baxacam, kim çox iş görübsə, ilk üç yeri tutanlara mükafat verəcəm: üç, iki, bir parça sabun. İndi mənim briqadam hamıdan yaxşı işləyir. Kimdən istəyirsən soruş. Mən də zirəkləmişəm, onlardan geri qalmıram.

Elə bilirsən, məsələ təkcə sabundadır? Ötən ay, bircə tikə də gətirmədim, ancaq yenə nər kimi işləyirdilər! Əsas məsələ adamlara diqqətdir. Görürsən komissiyadır. Hamıdan əvvəl bura gələcəklər.

Əlbəttə. Medalı alandan bəri nə gecəm var, nə gündüzüm, – Əbülfəz forsla əlavə edir. – Dözmək lazımdır.

Həqiqətən də komissiya üzvləri yaxınlaşıb, Əbülfəzlə görüşürlər.

Sevincindən onun uçmağa qanadı yoxdur.

– Bu nə möcüzədir? – Sədr fərəhlə Əbülfəzin briqada üzvlərinə baxır. Onlar torpağı az qala elektrik qazma maşınından da sürətlə qazırlar. – Bəlkə bu sirri açasız.

– Heç bir sirr yoxdur, – Əbülfəz qətiyyətlə cavab verir. – Əsas məsələ diqqətdir! – Bir az düşünüb əlavə edir: – Bir də nüfuz!

Kryukovo. “Mərkəz” ordu qrupunun qərargahı. Moskvanın iri xəritəsi önündə dayanmış feldmarşal fon Bok yüksək rütbəli ordu zabitləri ilə müşavirə keçirir.

– “Tayfun” əməliyyatı son mərhələsinə qədəm qoyub. Qış düşüncə Moskvanı tutmaq öhdəliyimizi biz artıq demək olar ki, yerinə yetirmişik. Moskva general-qubernatoru Henrix Lozeni sizə təqdim etmək istəyirəm. Bu gün səhər tezdən gəlib. Cənab Loze sizə bu şəhər sakinlərinin bəzi spesifik xüsusiyyətlərindən, eləcə də şəhər ərazisinin mənimsənilməsinin ilkin mərhələlərində hərbi əsirlər və mülki şəxslərlə davranma metodlarından danışacaq.

Xahiş edirəm, onun tövsiyələrinə son dərəcə ciddi yanaşasız.

Henrix Loze ağzını açmağa macal tapmamış fon Bokun yavəri qapıda görünür.

– Berlindən zəng vurublar. Fürer sizinlə danışmaq istəyir.

Feldmarşal üzündəki narazılıq ifadəsini gizlətməyi belə lazım bilmədən qonşu otağa keçir. Qapıda Lozeyə sarı dönüb:

– Mənsiz başlaya bilərsiz, – deyir.

Artıq sifətindən əsəbilik yağan uzundraz, arağaz kişi sədrin yerinə keçir.

Fon Bok qonşu otaqda telefonla danışır.

– Bəli, mənim fürerim! Qoşunların cəmləşdirilməsi başa çatdırılıb.

Həlledici zərbə ərəfəsində bizim sərəncamımızda 77 diviziya var... Bəli, fürer, tam komplektləşmişdir. Cəmi 1 milyon yüz min nəfər canlı qüvvə, 1700 tank, 950 təyyarə. Onların hücumuna 14 min top və minomyotun atəşi kömək edəcək... Cəsarət edib deyə bilərəm ki, fürerin narahatlığı üçün heç bir səbəb yoxdur, – hirslənmiş feldmarşal dəstəyi əli ilə tutub, yavərinə sarı dönür: – “Lənətə gəlmiş yefreytor bu gecə pis yuxu görüb”. – Təfsilatları nəzərinizə çatdırıram:

narahatlıq üçün qətiyyən əsas yoxdur. Çünki yoxlanılmış, dəqiq məlumata görə, bizim qarşımıza 95 diviziya çıxarılacaq ki, bu da gücdən düşmüş, ruh düşkünlüyünə qapılmış 200 minə yaxın əsgərdən ibarətdir. Sonra, 1400 ağır və orta həcmli tank, 600-ə yaxın təyyarə. Özü də əsas etibarilə köhnə nümunəli təyyarələrdir. Buna 500 tanker və 7 min top da əlavə etsək, canlı qüvvə və texnika ehtiyatlarının siyahısını bitirmiş olarıq. Gülünc bir təfərrüatı da xəbər verə bilərəm ki, mühasirəyə alınmış şəhərdə mülki əhalidən ibarət könüllü alay və diviziyalar yaradılır. Yəqin ov tüfəngləri, ya da quşatanla silahlanacaqlar. Hazırda mən öz başlıca vəzifəmi, son mərhələdə insan tələfatını minimuma endirməkdə görürəm.

– Hər halda gözlənilməz hadisələrə hazır olmaq lazımdır, – deyə Hitler məsləhət verir. – Vyazmanı yadınıza salın!

– Bəli, fürer! Vyazma yaxınlığında biz qoşunlar qrupunu məngənəyə salaraq məhv etdik, – fon Bok meydanoxuyucu tərzdə cavab verir.

– Həmin qrup sizin 26 ən yaxşı diviziyanın hərəkətinin qarşısını düz bir həftə saxladı, – deyə Hitler xatırladır. – Başlıca vəzifə, – qış düşənədək Moskvanı tutmaqdır. Nəyin bahasına olursa-olsun.

Sizin bu cür inamlı danışığınız məni tamam karıxdırır. Axşam zəng vuracağam, yerinizdə olun. – Hitler dəstəyi asır.

Onun əynində tiftikli bürüncək var. Daha doğrusu, bu, həm qədim romalıların toqqasını, həm də hamam xalatını xatırladan bir şeydir. Mərmər sütunları, pilləli döşəməsi və hovuzu ilə qədim Roma hamamlarını xatırladan geniş klinika kabinəsində növbəti prosedura üçün hər şey hazırdır.

– Sizin son analizlərinizin nəticələrinə diqqətlə baxdım, – deyə professor Playner sözə başlayır. Təxminən 63 yaşlarında olan bu adam yaşından çox-çox cavan görünür. – Son dərəcə böyük irəliləyiş var! Qocalma prosesi tamamilə dayanıb. İndi sizin orqanizminiz 40 yaşlı adamın, özü də çox sağlam adamın potensialına malikdir.

Məsələ hələ bununla bitmir. Hazırda biz cavanlaşdırma üçün universal müalicə kompleksi işləyib hazırlayırıq. Bu kompleksin müntəzəm təsiri qeyri-məhdud uzunömürlüyü təmin edəcək.

Həmin kompleksə cərrahi yolla bədən üzvlərinin köçürülməsi, kimyəvi və fiziki terapiya, qızılkök və jenşen, eləcə də uzaq Şərq və Tibetdən gətirilmiş nadir otlar əsasında hazırlanmış hemoopatik vasitələr daxildir. Şübhəsiz, məxsusən fürer üçün işlənib hazırlanmış yeni müalicə üsulları, labarotoriya və kliniki sınaqlardan sonra mənim öz üzərimdə yoxlanılacaq.

– Mən sizə şad bir xəbər vermək istəyirəm. Sizin klinikanızın herontoloji mərkəzə çevrilməsi barədə dünən sərəncam imzalamışam.

Bu, dünyada ilk və ən böyük cavanlaşdırma mərkəzi olacaq.

Dünyanın bütün ram edilmiş ölkələrindən buraya hər cür qiymətli xammal gətiriləcək. Doktor Playner, siz heç təsəvvürünüzə belə gətirə bilməzsiz ki, mən sizin araşdırmalarınıza necə böyük əhəmiyyət verirəm!

Fon Bokun zirehli transportyoru tank diviziyalarından birinin mövqeyinə yaxınlaşır. Bok Moskva yaxınlığındakı kəndin kilsəsi qarşısında zirehli maşından düşür. Feldmarşal kiçik bir dəstənin müşayiəti ilə zəng qülləsinə qalxır. Burada onun üçün stereoboru qoyulub. “Mərkəz” ordu qrupunun komandanı apaydın görünən Kreml qülləsini təntənəli sükut içində seyr edir.

Moskva dəmiryol qovşağı. Canlı qüvvə və hərbi texnika daşıyan eşelonlar fasiləsiz olaraq yaxınlaşır. Həlledici döyüş qabağı qüvvələrin cəmləşdirilməsi prosesi gedir.

Şaxtalı qış səhərində səmada minlərcə aerostat sallanıb.

Stalinin kabinetində Moskvanın müdafiəsi ilə bağlı müşavirə başa çatır.

– Kimin sualı var? – deyə Stalin soruşur.

Bu sözlərdən sonra ayağa qalxan mülki geyimli, dolu bədənli şəxsə əhəmiyyət vermədən, o, diqqətlə hərbçilərin üzlərinə baxır.

– Deməli, hər şey aydındır? Nəsə demək istəyirsiz, yoldaş Lavrov?

– Yoldaş Stalin, mən ümumi fikri bildirmək istəyirəm. Bu fikir nəinki təkcə Moskvanın, eyni zamanda bütün ölkənin müdafiəsinin mühüm şərti ilə, eləcə də faşist Almaniyası üzərində qələbənin başlıca rəhni ilə bağlıdır.

Stalin təəccübünü gizlətmədən dinməz-söyləməz Lavrova baxır.

– Siz partiya və hökumət idarələrinin bir hissəsini, iri zavodları, elm və mədəniyyət müəssisələrini Moskvadan vaxtında təxliyə etmisiniz. Lakin biz hələ indiyədək belə bir vəziyyətlə barışırıq ki, şəraitin gündən-günə pisləşməsinə baxmayaraq, Ali Baş Komandan və Ali Baş Komandanın Qərargahı Moskvada qalır. Bu, heç nə ilə izah edilə bilməyən təhlükəli riskdir. Biz təcili təxliyə üçün tədbirlər kompleksini tamamilə hazırlamışıq.

Stalin bir qədər susduqdan sonra dillənir:

– Düz deyirsiz, yoldaş Lavrov. Hərbi əməliyyatların qızğın çağında Ali Baş Komandanın və onun qərargahının məhvi, heç şübhəsiz, faciəli, həm də əksər hallarda həlledici hadisədir. Bəşəriyyət tarixindəki bütün müharibələr Lavrov yoldaşın bu baxımdan haqlı olduğunu sübut edir. Yəqin ki, Baş Qərargahı ayrı yerə köçürmək düzgün olardı, amma paytaxt müdafiəsi ilə bağlı bir məqam var.

Sizə xatırladım ki, çox böyük çətinliklərə baxmayaraq, paytaxtı müdafiə qurğularının inşası vaxtından əvvəl başa çatdırılmışdır.

Bunların tikintisi üçün Moskvanın 470 min nəfər sakini səfərbər edilmişdi. O şəxslərin isə 75 faizi, yəni üçdə bir hissəsi qadınlardan sizinlə bizim ana-bacılarımızdan ibarət idi. Oktyabrda təşkil edilmiş 25 batalyondan bu günlərdə üç qeyri-nizami diviziya tam komplektləşdirilmişdir. Bu batalyonlar kimlərdən ibarətdir? Bizim qanunlara əsasən, hərbi xidmətdən azad edilmiş minlərcə dinc şəhər sakinindən, yəni fəhlələrdən, qulluqçulardan, ziyalıların nümayəndələrindən.

Amansız gerçəklik belə düşünməyə əsas verir ki, onların əksəriyyəti lap bu günlərdə həlak olacaq, ya da dəhşətli məhrumiyyətlərə məruz qalacaq. Bunu özləri də bilirlər. Ancaq könüllü surətdə bu addımı atırlar. Necə bilirsiz, yoldaş Lavrov, o adamlar eşitsələr ki, həlledici döyüş qabağı Ali Baş Komandan və Qərargah Moskvadan daha təhlükəsiz yerə köçüb, onların əhval-ruhiyyəsi necə olar?.. Özünüz fikirləşin... Daha sualı olan yoxdur ki? Hamınız azadsınız. Jukov yoldaşdan xahiş edirəm, bir az ləngisin.

Hərbi şura üzvləri kabineti tərk edirlər.

– Əyləşin, əyləşin, – deyə Stalin yüngülcə Jukovun çiyninə toxunur. Özü ayaq üstə dayanıb, nə barədəsə dərin fikrə dalmış halda qəlyanını doldurur. Qəfildən yan qapının qabağında kölgə kimi peyda olmuş Poskrebışev onu fikirdən ayırır:

– Məlumat almışıq ki, Çörçillin əmri ilə işlənib hazırlanmış “Velvet” planına müvafiq olaraq, general Qardninq ingilis qoşunlarının sovet sərhədində cəmləşdirilməsi üçün fəal iş aparır. Bizə kömək bəhanəsilə ingilislər Bakını ələ keçirməyə çalışırlar. XİN təklif edir ki, teleqram göndərək. Birini İngiltərə Baş nazirinə – müttəfiq qoşunlarının qəribə hərəkətlərindən təəccübləndiyimizi bildirək; ikincisini isə İrandakı sovet korpusunun komandanına – əmr etmək lazımdır ki, nəyin bahasına olursa-olsun, əməliyyatın keçirilməsinə mane olsun, Poskrebışev Stalinə sualedici nəzərlərlə baxsa da, səsində heç bir intonasiya duyulmadan məlumat verir.

Stalin çiynini çəkir:

– Bu cür xəbərdarlıqlar, hər şeydən öncə, öz gücsüzlüyünü etiraf etməkdir. Ümid etmək sadəlövhlükdür ki, eləcə də bizi dostlara teleqraf, poçt kimi vasitələrin köməyilə təsir göstərmək olar. Mən əminəm ki, bizim dostumuz və müttəfiqimiz ser Uniston Çörçill yaxın günlərdə Moskva hadisələrinin nə ilə nəticələnəcəyini bilməyinə, Bakını ələ keçirməyə cəhd göstərməyəcək. Bizim İrandakı qoşunlarımızın komandanı təcrübəli komandirdir. Teleqramsız da özü yaxşı bilir ki, dövlət sərhədini özbaşına keçən hər hansı silahlı dəstənin öhdəsindən necə gəlmək lazımdır. Yeri gəlmişkən, yoldaş Poskrebışev, mənə deyə bilərsinzimi, nə üçün bu əməliyyata “Velvet” parçasının adı verilib? Nədir, axı bu adın mənası?

Mənim adımdan Lavrov yoldaşa çatdırın ki, onun yerində olsaydım, bununla çoxdan maraqlanardım.

Poskrebışev gedəndən sonra Stalin bir müddət dinməz-söyləməz qəlyanını tüstülədir, sonra Jukova yaxınlaşır, düz onun gözlərinin içinə baxaraq deyir:

– Georgi Konstantinoviç, qalmağınızı ona görə xahiş etdim ki, son vaxtlar əhval-ruhiyyəniz məni narahat edir. Moskvanın müdafiəsinin həlledici mərhələsində cəbhə komandanının əhval-ruhiyyəsi heç də diviziyaların sayından az əhəmiyyətli amil deyil... Əyləşin, əyləşin.

– Mən bütün vəziyyət barədə ətraflı məruzə etmişəm. Yenə əvvəlkitək narahatam ki, bizim bütün ehtiyatlarımızın cəlb edilmə- 135 sinə baxmayaraq, düşmənin canlı qüvvəsi, tank, təyyarələri bizdən iki dəfə artıqdır. Volokolmamsk və Mojaysk istiqamətlərində isə bu üstünlük daha böyükdür. Onları heç olmazsa... bir azca möhkəmləndirmək pis olmazdı... Ancaq çox təəssüf, əldə bir şey yoxdur!

– Əminəm ki, sizinlə mənim kimi iki adam Şurada haqqında danışdığınız yaxşı və faydalı cəhətlərdən daha diqqətəlayiq bir şey düşünüb tapa bilər. Gəlin, Volokolmask və Mojaysk istiqamətləri barədə birlikdə düşünək. Bu məni də yaman narahat edir. Bir az baş işlət, Georgi Konstantinoviç, bəlkə Rokossovski və Qovoruxin yoldaşlara necəsə kömək etmək imkanı tapa bilərik? Əlbəttə, digər istiqamətlərə ziyan vurmadan?

Köln. Kənardan məktəbi xatırladan binaya bir maşın yaxınlaşır.

Əynində parad forması olan Şults qapıya yönəlir. Lakin giriş qapısının qarşısında dayanmış keşikçi hərbi təzim edərək, tələsmədən və diqqətlə onun vəsiqəsini gözdən keçirir. İçəri keçməzdən öncə, Şults daha iki dəfə bu proseduraya məruz qalır.

Polad tirdədir. Avtomat və tapançadan atəş açmaq üzrə təlimatçının nəzarəti altında məşq edir. Nəzəri cəlb etmədən içəri girən Şults maraqla ona tamaşa etməyə başlayır.

– Müəllimlərin hamısı müsbət qiymət veriblər, – deyə Şults bir qədər sonra çamadanını qablaşdıran Polada bildirir. – Partlayış işindən baş çıxarmaq hər vaxt karınıza gələ bilər. Elə ratsiya da. Ancaq alman dilini öyrənmək sahəsindəki uğurlarınız məni xüsusən sevindirir, – o, cibindən qatlanmış bir qəzet çıxarır. – Alın, ucadan bir şey oxuyun.

Qapıdan çıxmazdan əvvəl Polad spartalı qaydasınca çox sadə bəzənmiş kiçik otağını bir daha gözdən keçirir.

– Güman edirəm, yazda mən heç olmasa uzaqdan dayınız Əbülfəzi görə biləcəyəm, – deyə Şults maşında sözə başlayır.

– Bəs onu necə tanıyacaqsınız?

Cavab vermək əvəzinə Şults gülümsəyir.

– Uzaqdan deyirsiz, özünüz də ümid edirsiz ki, onu sizə mən göstərəcəyəm. Bir-birinə zidd fikirlərdir; axı məni orada dərhal tanıyarlar, – deyə Polad beynindən keçənləri ucadan bildirir.

– Düz deyirsiz. – Şults təqdiredici tərzdə dillənir. – Çalışarıq, bu istiqamətdə bir iş görək.

O, maşını hərbi hospitalın qarşısında saxlayır.

– Bu barədə qəzetlərdə yazmırlar. Ancaq nəzərinizə çatdırım ki, alman cərrahları üzdə plastik əməliyyatlar aparmaq sahəsində heyrətamiz nailiyyətlər qazanıblar.

– Bizim üçün iki əsas şərt olduqca mühümdür, – deyə Şults cərraha izah edir. – Çalışmaq lazımdır ki, o, tanınmaz olsun, eyni zamanda da üzünün yeni cizgiləri ətrafdakılarda rəğbət oyatsın.

Cərrah razılıq əlaməti olaraq, dinməzcə başı ilə təsdiq edir.

– İcazənizlə, – deyə Polad cəsarətsiz halda dillənir. – Üçüncü bir cəhət də var, – müharibə qurtarandan sonra mən öz normal, yəni indiki görünüşümə qayıtmaq istərdim...

– Mümkündür, – deyə cərrah cavab verir. – Bunun üçün sizin indiki üz cizgilərinizin müxtəlif rakuslardan çəkilmiş şəkilləri saxlanılmalıdır.

Hə, bir də gips maska.

– Əlbəttə, qalacaq. Yoxsa siz elə bilirsiz, müharibə hələ çox uzun çəkəcək? – deyə Şults soruşur.

– Məni məhz bu qorxudur, – həkim baxışlarını yayındıraraq cavab verir.

Külək əssə də, bərk çovğundur. Axşamın ala-toranında qarğaların qarıltısı insanın qulağını dəlir. Döyüş meydanında yanmış tankların, zirehli maşınların “skeletləri” gözə dəyir. Əsgərlərdən ibarət meyityığan qruplar asta-asta buraları dolaşır, üstünü qar basmış meyitləri tapıb götürürlər. Hansısa teleqramın mətnini ucadan oxuyan gümrah səs ətrafdakı bu mənzərə ilə tam təzad təşkil edir. “U.Çörçill İ.V.Stalinə. Ümumi planlarımızı müzakirə etmək üçün prezident Ruzveltlə görüşə yola düşürəm. Vaşinqtondan sizə teleqramla müfəssəl informasiya göndərəcəyəm. İcazənizlə, fürsətdən istifadə edib sizə bildirim ki, bütün Britaniya xalqı Moskvanın mətin müdafiəsini böyük heyranlıqla izləyir. Sizin parlaq zəfəriniz barədə xəbəri necə bir rahatlıq hissi ilə qarşıladığımı təsvir etmək qeyri-mümkündür. Müharibənin kimin xeyrinə bitəcəyini heç vaxt bu qədər inamla deyə bilməzdim. Sizə minnətdarlıq və təbriklərimi çatdırıram”.

“İ.V.Stalin U.Çörçillə. Sovet ordusunun uğurları ilə bağlı təbriklərinizə görə minnətdarlığımı bildirirəm. Çətinliklərə baxmayaraq, bir an belə şübhə etmirəm ki, SSRİ, Böyük Britaniya və ABŞ-ın qüdrətli ittifaqı düşməni məğlub edəcək və biz tam qələbə qazanacaq.

Qəti əmin olduğumu bildirirəm ki, 1942-ci il hitlerizmlə mübarizədə həlledici il olacaq!” Dəfn qrupu “A” ordu qrupu qərargahının hələ də yerləşdiyi balaca kəndin kənarında nəhəng bir çala qazır. Fon Bok telefonda Berlinlə danışır. Qərargahın bir neçə zabiti onun üzünün ifadəsini gərgin intizarla izləyir.

– Siz həddinizi aşırsınız, belə əmrləri mənə yalnız fürer verə bilər! Tez məni onunla calaşdırın, – general-feldmarşal hər kəlməni xüsusi vurğu ilə tələffüz edir. Sonra susub çaşqın halda gözlərini dəstəyə zilləyir və heç kəsə müraciət etmədən qəzəblə bağırmağa başlayır:

– Rabitə niyə qırıldı?! Lənət şeytana, bu nə hoqqadır?!

Yavər dərhal yerindən qopur və az keçmiş rabitəçi zabitlə geri qayıdır.

– Əlbəttə, normal işləyir, – deyə zabit general feldmarşalın qarşısında “farağat” vəziyyətində quruyub qalaraq izahat verir.

– Sizi yenidən qərargahla calaşdırırlar.

Telefon təzədən zəng çalan kimi Fon Bok səbirsiz halda dəstəyi qapır.

– Danışan general-feldmarşal Fon Bokdur. Məni Baş qərargah rəisi ilə calaşdırın... Cəld olun? Kimi? – Feldmarşal heyrət içində öz zabitlərinə sarı dönür. – Hansısa polkovnik Krauzedir. Dəlidir, nədir? Tələb edir ki, dəstəyi general Steynitsə verim. Siz onunla tanışsınız, Steynits?

O, dəstəyi çaşıb qalmış Steynitsə uzadır. Telefonda eşitdiyi ilk sözlərdən sonra dabanlarını bir-birinə vuraraq, farağat dayanır.

– Bəli, eşidirəm. Aydındır! Bəli, mənim fürerim əmr dərhal yerinə yetiriləcək! Hayl Hitler!

Dəstəyi qoyub, çaşqın nəzərlərlə toplaşanlara baxır, sonra özünü toplayıb, feldmarşala müraciət edir:

– Cənab feldmarşal, fürer əmr etdi ki, sizi dərhal təyyarə ilə Berlinə göndərək. Onun əmrinə əsasən, bu dəqiqədən mən komandanlığı öz üzərimə götürürəm.

Alman komandanlığının qərargahı. Əyinlərində mülki geyim olan bir neçə nəfər istisna olmaqla, toplaşanların hamısı yüksək rütbəli zabitlərdir. Hamı narahatlıq içində Hitlerin gəlişini gözləyir.

Hitler əlində kitab otağa girir. Zabitlərin təziminə cavab verdikdən sonra hamının əyləşməsinə icazə verir. Qeyd etdiyi səhifədə kitabı açıb qarşısına qoyur.

– Bok Hanı? Niyə Bok gözümə dəymir? – deyə Hitler quru qoşunları baş qərargahının rəisinə ikrahla baxaraq soruşur.

– General-feldmarşal Bok bu gün səhər mədə yarası deşilmiş halda hospitala çatdırılmışdır. İki saat əvvəl mənə məlumat verdilər ki, cərrahiyyə əməliyyatı uğurla keçib, – deyə Qalder hesabat verir.

Hitler kitabın açıq səhifəsini ucadan oxumağa başlayır:

– “Qeyri-mütəşəkkillik artıq qvardiyanı da bürüyüb. Hər addımda əl-ayağını don vurmuş adamları görmək olardı. Onlar yeriyə bilmir, zəiflikdən, taqətsizlikdən huşlarını itirib yıxılırdılar. Bu adamlara addım atmağa kömək edəndə, daha doğrusu, zorla irəli sürüyəndə, yalvarırdılar ki, bizi rahat buraxın. Mən həmin bədbəxtlərdən bəzilərini xilas etməyə cəhd göstərdim, ancaq nə fayda? Onların Qanı qaçmış dodaqları can verməkdə olduqlarını deyirdi. Yol bu binəvaların meyitləri ilə örtülü idi”. Mən əminəm ki, Klyauzevist və Moltkenin pərəstişkarı və sadiq davamçısı qraf Kolenkurun gündəlikləri ilə tanış deyil. Fransız ordusunun Moskvadan geri çəkilməsini çox doğrucul təsvir edən Kolenkuru oxuyun, Brauxiç. Yəqin edəcəksiz ki, bizim əsgərlər də indi eynilə bu vəziyyətdədirlər. Özü də bu, yeganə bənzəyiş deyil. Biz müharibəni iyunun 22-də – Napoleondan bircə gün əvvəl başlamışıq və onu eyni nəticə ilə başa vurmaq imkanı qazanmışıq.

Həqiqətin gözünün içinə dik baxsanız, Brauxiç, dəhşətə gələrsiz:

Qalderlə sizin inadınız sayəsində Almaniya qoşunları müharibənin bütün tarixi ərzində ilk dəfə olaraq ciddi məğlubiyyətə uğramışlar ki, bunun da nəticələri hadisələrin sonrakı gedişinə mühüm təsir göstərə bilər. Dediklərimə sübutlar da artıq göz qabağındadır. Türkiyə nəinki bizim tərəfimizdə müharibəyə qoşulmaqdan imtina etmişdir, hətta alınan məlumatlara görə, düşmənimizlə ittifaqa girmək barədə gizli danışıqlara başlamışdır. İndiki aviasiya əsrində bu, o deməkdir ki, Rumıniya neft mədənlərini Aralıq dənizi tərəfdən aviasiya həmlələri nəticəsində tüstülənən xarabalıqlara çevirmək mümkündür. General Anteneskunun əhval-ruhiyyəsinə bunun necə təsir göstərəcəyini qabaqcadan deməkdə çətinlik çəkirəm. Bizim özümüzün mövcudluğumuz isə həmin neft mədənlərindən asılıdır. İqtisadi məsələlər üzrə 139 mənim müşavirlərim də indi sizin aranızda əyləşib. Onların yekdil fikri belədir ki, Almaniya neft almasa, müharibəni davam etdirə bilməz.

Nefti isə biz artıq əldə edə bilərdik. Runşted Krımla Donbası tutub, lakin lap bu yaxınlara qədərki zəfər yürüşlərinin əsas icraçısı Quderianın tankları olmadan onun Qafqaz neft mədənlərinə doğru irəliləyişi qeyri-mümkündür. Sizin Moskva yaxınlığındakı avantüranız nəticəsində biz təkcə tanklardan məhrum olmadıq, həm də təcrübəli sərkərdələrimizi itirdik – onlar ruh düşkünlüyünə qapılıblar.

Quderian mənim icazəm olmadan qoşunları geri çəkir, Leeb isə Leninqrad cəbhəsinin şimal hissəsindən geri çəkilməyə icazə istəyir.

Bu gün səhər mən onları komandanlıqdan uzaqlaşdırmışam. Sizin məğlubiyyətiniz müharibənin əvvəlində əldə etdiyimiz uğurların üstündən qara bir xətt çəkdi.

– Biz Rusiyanın qüvvələrini lazımınca qiymətləndirməmişdik:

hesab edirdik ki, onun 200 diviziyası var. Ancaq indi məlum olur ki, bunların sayı 360-dan artıq imiş. Biz həmçinin Stalinin Rusiyanın içərilərindən çəkib gətirə biləcəyi ehtiyatları düzgün dəyərləndirməmişik, – araya çökmüş sükut içərisində Qalder qaşqabaqlı halda sözə başlayır, lakin fürerin nifrətli baxışları ilə qarşılaşıb dərhal sözünü kəsir.

– Siz dəyərləndirməmisiz, Qalder, biz yox! Siz, Brauxiç və Bok!

– Mən öz qərarım üçün məsuliyyət daşımağa hazıram, – deyə Qalder astadan, lakin qətiyyətlə dillənir. – Lakin Moskva yaxınlığındakı uğursuzluq yalnız komandanların yanlış hərəkətləri ilə izah edilmir. Biz tamamilə gözlənilməz maneələrlə qarşılaşdıq. Müdafiədə duranlar özlərinin strateji baxımdan ümidsiz mövqeyinə qətiyyən əhəmiyyət vermədən, görünməmiş inadkarlıqla vuruşurdular.

Bu isə bizim planların gerçəkləşdirilməsinə ciddi əngəl törədirdi.

Zəruri təchizat yollarını rəqib daim kəsirdi, ən gözlənilməz yerlərdə yolumuzun üstündə minalanmış sahələrə rast gəlirdik. Biz hər dəfə manevr sayəsində uğur qazanırdıq, lakin döyüşün özündə qalib çıxa bilmədik. Mühasirəyə aldığımız qoşunlar sağlam düşüncəyə və müharibə qanunlarına zidd olaraq heç vaxt qətiyyən könüllü əsir düşmürlər.

Mülki əhali bütün çətinliklərə qeyri-insani bir mətanətlə dözür. Bizim kəşfiyyat xidməti dəqiq məlumata malikdir ki, Uralda və digər bölgələrdəki zavodlar indi ayda 600-700 tank istehsal edirlər.

– Uydurmadır! – Hitler nifrətlə üzünü turşudur. – Müharibə dövründə belə sürət qeyri-mümkündür! Siz özünüz inanmaq istəmədiyiniz şeyə inanmırsız! Siz qətiyyən inanmağa qadir deyilsiz ki, yanacaq ehtiyatlarına malik olmadan Almaniya bu savaşda – motorlar müharibəsində qalib gələ bilməz. Mütləq Qafqaz nefti əldə edilməlidir!

Siz və Brauxiç bunu anlamırsız!

– General-feldmarşal! Fon Brauxiç heç vaxt inkar etməmişdir ki,..

– deyə Qalder sözə başlayır, lakin kəlməsini bitirməyə macal tapmır.

– Keçmiş general-feldmarşal! Və Almaniya quru qoşunlarının keçmiş komandanı, – deyə Hitler onun sözünü kəsir. – Ali komandanlığın əmrlərinə laqeyd yanaşmağa görə Brauxiç vəzifəsindən kənarlaşdırılmışdır və bu gündən təqaüdə göndərilmişdir. Bu gündən etibarən quru qoşunlarına şəxsən özüm rəhbərlik edəcəyəm.

Klyauzevistsayağı boşboğazlıq vaxtı keçib. İndi mənim başlıca vəzifəm Moskva rayonundakı qoşunları darmadağın edilməkdən, üstəlik də çaxnaşmaya düşməkdən qorumaqdır. Ən qısa məsafəyə bəzi yerlərdə geri çəkilmələr istisna olunmaqla, mən yazadək qoşunların hər hansı şəkildə öz mövqelərindən çəkilməsini qadağan edirəm, – bu anda Hitler qəflətən ayağa qalxmış Brauxiçə təəccüblə baxıb deyir; – mən sizə hələ söz verməmişəm, niyə qalxdınız?

– Bu qərar ön mövqelərdəki qoşunları dəhşətli məhrumiyyətlərə məruz qoyacaq. Əsgərlərin Rusiyada qış kampaniyası keçirmək üçün nə geyimi, nə də sursatı var, – deyə Brauxiç izahat verir.

– Çoxları həlak olacaq.

– Əgər Qalderlə Siz Baş qərargaha ildırım sürətli işğal planını sırımasaydınız, bundan qaçmaq mümkün olardı. Ya da heç olmasa, bu planı yerinə yetirməyə qadir olsaydınız... Sizin barənizdə yanılmışam, Brauxiç. Doğrudanmı, siz anlamırsız ki, ümumi hücum labüd olaraq ümidsizliyə qapılmış, döyüşlərdə yorulub əldən düşmüş qoşunların tam məğlubiyyəti ilə nəticələnəcək? Bəlkə siz də mənimlə razı deyilsiniz, Qalder? – Qalderin reaksiyasını gözləmədən, Brauxiçə üz tutur. – Bir daha sözümü kəsməyin! Yay kampaniyasının aparılması üçün Qafqaza əsas zərbəni endirmək məqsədilə “A” ordu qrupu ayrılır. Ona komandanlığı feldmarşal Listə həvalə edirəm. “B” ordu qrupu Şərqə – Volqaboyunun iri şəhərlərinə doğru irəliləyəcək. Yay ərzində biz həmçinin Leninqradı da tutmalıyıq.

Cəbhənin qalan istiqamətlərində qoşunlarımız müdafiədə qalmalı 141 və yalnız əldə edilmiş mövqeləri yaxşılaşdırılmalıdırlar. Bir sözlə, gələn il hücum cəmi iki cinahla məhdudlaşdırılmalıdır. Mən başa düşürəm ki, – deyə Hitler Brauxiçə kinayəli bir nəzər salıb, sözünə davam edir, – düşmənin paytaxtına təzyiq göstərmədən, konkret bir istiqamətdə cəbhəni yarmaq fikri alman generallarının cavanlıqda öyrəndikləri strategiya qanunlarına ziddir. Məncə, Cənuba Hücum planının mühüm qüsuru budur ki, bizim qoşunlar Qara dənizdə rəqibin əsas qüvvələri arasında qalacaq. Lakin bu gün bizim başqa çıxış yolumuz yoxdur. Almaniyanın ehtiyatlarının məhdudluğunu etiraf etməmək çox böyük və bağışlanmaz səhv olar. Bir daha təkrar edirəm:

yalnız Bakı neft mədənləri ələ keçiriləcəyi təqdirdə müharibəni uda bilərik. Qafqazın işğalına ən yaxşı qüvvələr yönəldiləcək.

“A” ordu qrupuna əlavə olaraq, təxirə salınmadan Rixtqodenin eskadrilyası, “Ebelveys” dağ-atıcı diviziyası, Klebstin 4-cü tank ordusu göndərilməlidir... Aydındırmı, Qalder? Təxirə salınmadan!

Dağ yolu ilə maşın irəliləyir.

– Əgər nəsə fövqəladə bir hadisə baş verməsə, uzağı bir aydan sonra Bakı işğal ediləcək. Lakin elə də ola bilər ki, bu müharibənin bu ən böyük mükafatı qalibi yalnız məyus edə bilər, – deyə Şults fikirli-fikirli deyir. – Sizinlə bizim vəzifəmiz də məhz buna yol verməməkdən ibarətdir.

Üzləri maskalayıcı torla örtülmüş kiçik hərbi aerodrom görünür.

– Maykopa uçuruq. Fikrimcə, oraya səfər sizinçün faydasız olmaz!

Maykop. Yerə enən təyyarədən Şultsla Polad düşür. Onları qarşılayan esesçi zabitlə salamlaşıb, maşına əyləşirlər.

– Neft mədənlərindən sürün! – deyə Şults əmr edir.

Yolun hər iki tərəfində neft hopmuş qapqara torpaq üstündə partlayışın aşırıb-qırdığı budaqlar, mancanaq, avadanlıq hissələri atılıb qalıb.

– Çox pis vəziyyətdir, – deyə Şults dişlərini qıcırdaraq dillənir.

Zabit başı ilə təsdiq edir.

– Mədənlərin hamısı sıradan çıxarılıb. Avadanlıqlar, neft kəmərləri, anbarlar partladılıb. Bütün quyuları torpaqlayıblar.

Mütəxəssislərin dediyinə görə, neft hasilatını yarım ildən tez bərpa etmək olmaz.

– Peşəkarcasına dağıdıblar, – deyə Şults onunla razılaşır. Bu anda onun diqqətini salamat qalmış yeganə buruq cəlb edir. – Görəsən, bu nə əcəb salamatdır?

– Natural ölçüdə modeldir. Bunun üzərində neft institutunun tələbələri təcrübə keçirmişlər.

– Eşitdiyimə görə sabotajçıları həbs etmisiz?

– Maykoplulara kömək üçün Bakıdan göndərilmiş bir qrup təcrübəli neftçi aerodromda lap uçuşqabağı yaxalanıb.

Şults fikirli halda keçmiş neft mədənini seyr edir:

– O adamların görkəmləri necədir?

– Üzr istəyirəm... – zabit sualı başı düşmür.

– Qoy onları az-çox abırlı görkəmdə bura gətirsinlər, yəni demək istəyirəm ki, əyinlərində öz paltarları olsun, üzlərini taraş etsinlər... Sonra da əsl peşəkarlar arasından bir, yaxud daha yaxşı olar ki, iki nəfər fotoqraf tapın.

Təəccüblənmiş zabit əmri yerinə yetirməyə yollanır.

– Ən xoşagəlməz vəziyyətdən də müəyyən fayda əldə etməyi bacarmaq lazımdır, – Şults Polada müraciət edir. – Görün tapa bilərsinizmi, mən nə fikirləşmişəm? Hə...

Polad alnını qırışdırıb cidd-cəhdlə düşünür, sonra aciz-aciz gülümsünür:

– Bilirsiniz, yadıma nə düşdü? Universitetə qəbul imtahanı zamanı müəllim soruşur ki, termometrlərin hansı növlərini tanıyırsan.

Abituriyent də cavab verir: böyük, bir də balaca. İndi mən də sizin sualınıza belə mənasız bir cavab verəcəyəm: yəqin istəyirsiniz ki, sabotajçıların şəklini çəksinlər.

Şultsun üzündə təbəssüm görünür. O, maraqla həmsöhbətini süzüb soruşur:

– Hə, axı demədiniz müəllim sonra neyləyir?

– Müəllim deyir ki, “söz verirəm, əgər siz bu axmaq cavabınıza buna bənzər bir gic şey də əlavə etsəniz, sizə qiymət yazacağam”.

Abituriyent bir az fikirləşib: “orta termometrlər” də olur deyir.

Müəllim də öz sözünün üstündə durur.

– Həmin şəxs universitetə daxil olur?

– Yox, – kimyadan kəsilir, – deyə Polad cavab verir.

– Mən heç istəməzdim ki, o adam siz olmuş olaydız.

– Yox, mənlik deyil. Həmin abituriyent Əbülfəz dayım idi...

Bəlkə mən heç o bakılı neftçilərin gözünə görünməyim? Əgər 14 3vaxtilə onlardan hansı biri iləsə tanışlığım olubsa, təsəvvür edirəm, indi nə həngamə qopar.

Yaxınlaşan avtobusdan nəzarətçi – “polisay”ların müşayiətilə bir neçə nəfər düşür. Onların ikisinin-üçünün yaxasında ordenlər görünür.

Şults bunlarla səmimi görüşür.

– Hər şeydən əvvəl, sizə demək istərdim ki, əsl ustanın işinə mən həmişə hörmət və maraqla yanaşıram, – deyə o, mehribanlıqla sözə başlayır. – Bizə dəqiq məlumdur ki, hələ ikicə həftə əvvəl bu mədənlər tam gücü ilə işləyirmiş. Siz ağlagəlməz dərəcədə qısa müddət ərzində bütün quyuları, neft kəmərlərini, hətta mexanizmləri də sıradan çıxarmısız. Bizim mütəxəssislərin fikrincə, mədənlərin bərpası üçün ən azı yarım il lazımdır. Sizcə, bu, real müddətdir?

– Baxır bərpa işini kim görəcək? – deyə neftçilərdən biri azacaq fikrə getdikdən sonra cavab verir. – Yaxşı alətlər lazımdır, bir də işdə səriştəsi olan adamlar... Ancaq yarım ilə çətin...

– Qətiyyən başa düşmürəm, sizin kimi təcrübəli neftçiləri işdən ayırmaq nəyə lazım imiş? Hər bir quyunu ayrılıqda söküb torpaqlamaq əvəzinə, mədənləri birdəfəlik partlatmaq olardı. Partlayışın nəticəsi heç də indikindən pis olmazdı, həm də daha az zəhmət çəkmək lazım gələrdi, – deyə Şults təəccübünü bildirir.

– Necə yəni nə üçün? Partlayış nəticəsində yəqin ki, yanğın törənərdi. Yanğın olsaydı, neft də başdan-başa yanıb qurtarardı, elə şəhərə də böyük ziyan dəyərdi! Sonra da bütün bunları gəl bərpa elə görüm!..

– Demək istəyirsiz ki, Maykopda sovet hakimiyyətinin bərpasından sonra daha sizə mədənləri bərpa etmək lazım gəlməyəcək? – deyə Şults arifanə tərzdə gülümsünür. – Şults fotoqrafa müraciət edir:

– Siz işinizdə olun, çəkin, çəkin. Qoy gələcək nəsillər görsünlər ki, diribaş vətənpərvərlər Maykopun neft mədənləri necə xarabalığa çevirmişlər. – Dəstə neft buruğunun tədris modelinə yaxınlaşır.

Şults həmin buruğun fonunda neftçilərə müraciətlə deyir:

– İlk vaxtlar nefti bu qazma quyusunda çıxaracağıq. Siz çəkin, çəkin! – O, neftçilərin gülümsər çöhrələrinə baxıb soruşur. – Siz nəyə gülürsüz?

– Bu ki, modeldir! – Neftçilər avtomat şaqqıltısı altında gülüşürlər.

Nə coraba yumaqdır, nə yırtığa yamaq.

– Şəkillərdə ordenlər görünəcək? – deyə Şults fotoqrafların birindən soruşur.

– Əlbəttə.

Şults neftçilərdən birinin yaxalığına diqqətlə baxıb soruşur:

– Səhv etmirəmsə, ordenlərinizdən biri döyüş ordenidir. Bəlkə yanılıram?

– Düz tapmısız. Fin müharibəsində almışam. Qalanları əmək mükafatlarıdır.

Şults mühafizə rəisinə müraciətlə deyir:

– Onları mətbəəyə aparın, mən indi ora gedirəm. Birdən şəkillər yaxşı çıxmaz, qoy yaxında olsunlar.

– Mətbəəyə? – deyə zabit təəccüblə soruşur.

– Bəli, bəli. Mətbəəyə. Yeni əmr alınca onları otaqlardan birinə salıb qapını bağlayın. Hər şey aydındır? Fotoqraflar mənimlə ikinci maşında gedəcəklər, – Şults sonra Polada sarı dönür:

– Gedin mehmanxanaya, özünüzü qaydaya salın, dincəlin, iki nəfərin əvəzinə nahar edin. Axşam saat 8-də mətbəəyə gələrsiz.

Mən bu saat ora gedirəm.

Axşamdır. Şults mətbəədə təptəzə qəzet ottiskini açıq-aşkar məmnuniyyətlə gözdən keçirir. “Sabahkı” qəzetlər topasından üçdörd nüsxə götürür. Sexdəki mətbəə maşınlarının gurultusunu batırmaq üçün uca səslə keşikçilərdən birinə:

– Sabotajçıları redaktorun kabinetinə gətirin,– deyib özü hamıdan əvvəl linotip sexini tərk edir.

Polad ikinci mərtəbəyə qalxanda görür ki, əli avtomatlı üç polisay neftçiləri zəif işıqlandırılmış dəhlizə çıxarır. Polada fikir verən olmur. O, mühafizəçilərlə neftçilər dəhlizi burulub gözdən itincə gözləyir, sonra asta-asta onların çıxdığı otağa tərəf gedir. Açıq qapının ağzında dayanıb, bekarçılıqdan darıxan adamlar kimi içəri boylanır. Neftçilərə məxsus əşyaların yığıldığı bir neçə skamyadan başqa otaqda heç nə yoxdur. Polad qalın qara kağız yapışdırılmış pəncərəyə yaxınlaşır, pəncərənin qırağında Bakıda dəbdə olan “aerodrom” kepkanı görəndə gülümsünür. Arxası qapıya tərəf dayanıb, bir an ətrafı dinşəyir, sonra cibindən tapança çıxarıb, cib dəsmalı ilə cəld silərək, onu kepkanın altında gizlədir. Dəhlizə çıxır, pilləkənin yanına qayıdıb, təzədən yarıyadək pillələri enir.

Yaxınlaşan addım səslərini eşidib özünü guya pilləkənlə qalxan kimi göstərməyə başlayır. Onları aerodromda qarşılamış esesçi zabit pilləkəndə onu ötüb keçir. Polad zabiti saxlayır.

– Deməzsiniz, redaktorun kabineti hansı tərəfdədir?

– İkinci mərtəbədə. Gedək, sizi ötürüm.

Poladla zabit içəri girən vaxt görürlər ki, qalibanə əda ilə gülümsəyən Şults neftçilərə qəzet nüsxələrini paylayır.

– Əla şəkillərdir. Hələ bir görün, sistern qatarı fona necə gözəllik verir. Çox çətinliklə tapdıq bu qatarı.

Neftçilər çaşqın halda qəzetin birinci səhifəsinə baxırlar. Orada iri şriftlə yığılmış sərlövhə diqqəti çəkir. “Maykop mədənlərinin neftçiləri Almaniya mühərriklərini neftlə təmin edirlər”. İki böyük şəkildə gülümsəyən Bakı neftçiləri və alman forması geymiş zabitlər görünür. Onlar qazma buruğunu əhatə ediblər. Yaxınlıqda sisternlərdən ibarət qatar, yerdə neft ləkələri gözə dəyir.

– Oxuyun, oxuyun, – deyə Şults dillənir. – Orada hamınızın adları var. Məqalədə göstərilir ki, yalnız təcrübəli neftçilərin köməyi sayəsində mədənləri qoruyub saxlamaq mümkün olmuşdur. Yəni mədənlərin xilaskarları siz – böyük Almaniyanın dostlarısınız!

– Bu ki, saxtakarlıqdır! Siz doğrudanmı elə güman edirsiniz ki, belə bir fırıldağa inanan olacaq? – deyə neftçilərdən biri hər şeydən əli üzülmüş halda soruşur.

– Dünyanın bütün qəzetləri bu şəkilləri təkrar çap edəndən sonra, fikrimcə, hamı inanar! – deyə Şults gülümsəyir. Saatına baxıb deyir: – İndi işə keçək. Sizi dilə tutub-ləmədən, təklif edirəm ki, burada bərpa işlərində vicdanla çalışmaqla günahınızı yuyasınız! Əminəm ki, yaxşı başa düşürsüz, törətdiyiniz əmələ görə Almaniyanın müharibə dövrü qanunlarına əsasən, edam cəzasına məhkum edilməlisiniz.

– Başa düşmürəm, nəyə görə bizi Almaniya qanunları ilə mühakimə etməlidirlər? – deyə neftçi təəccüblə soruşur. – Biz mədənləri sökən zaman Maykopun Almaniyaya heç bir aidiyyatı yox idi. Düzdürmü?

– İnandırıcı dəlildir. – Şults səbirsiz halda dillənir. – Ancaq bunun heç bir əhəmiyyəti yoxdur. Sizin gələcək aqibətiniz yalnız öz cavabınızdan asılı olacaq. Hə, nə deyirsiz, işləyəcəksiz?

– Neftçilər baxışırlar.

– Təbii ki, yox.

– Onları doğrudan mühakimə edəcəklər? – Polad küçəyə çıxandan sonra, çamadanlarını götürüb gələn neftçiləri göstərərək soruşur.

– Sübh tezdən onları güllələyəcəklər.

Neftçilərin aparıldığı üstüörtülü böyük maşını ötüb keçirlər.

Şults özündən razı halda deyir:

– Bu məqalə ilə şəkillərdən çox güclü təbliğat effekti gözləyirəm.

Hə, indi hər şey sizə aydın oldu?

– Bircə şeydən başqa: bu fağırları bütün günü mətbəədə saxlamaq nəyinizə lazım idi?

– Əgər şəkillər çıxmasaydı, təzədən onları gətirmək lazım gələcəkdi.

Sonrası da mən yol verə bilməzdim ki, bu dünyanı o fikirlə arxayın tərk etsinlər ki, borcların yerinə yetiriblər, adlarını da soydaşları minnətdarlıqla xatırlayacaq. İndi isə mənfur xəyanətkarlar kimi gəbərəcəklər.

Maşında məhbusları keşikçilərdən möhkəm dəmir barmaqlıq ayırır. İki polisay avtomatlarını dizləri arasında sıxaraq üzbəüz əyləşib mürgüləyirlər. Maşın hərəkət etdikcə onları yüngülcə silkələyir.

Neftçilərdən biri yerindən qalxır, dəmir barmaqlığa söykənərək, çox çətinliklə əlini çıxarıb, tapança lüləsini mürgü döyən polisayın çiyninə toxundurur.

– Səsin çıxmasın! Qapını aç! – deyə pıçıltı ilə əmr edir.

Mürgüdən ayılan polisay dərhal yerindən sıçrayıb, avtomatı çəkərək bağırır:

– Öldürrəm!

Boğuq atəş səsi eşidilir: polisayın beyni göyə sovrulur. İkinci gözətçi dəhşət içərisində tapançanın lüləsinə baxır. Sonra asta-asta əyilib, tüfəngini maşının döşəməsinə qoyur. Titrəyən əlləri ilə barmaqlığın qıfılını açır.

– Öldürməyin məni...

– Bu yoldaşın ağlı olsaydı, heç ona da toxunmazdıq, – deyə neftçi qaşqabaqlı halda meyitə işarə edir. – Aç, tez ol. Maşın gedəgedə atılacağıq.

– Çöldəki qıfılı müşaiyətçi bağlayır!

Neftçi tapança lüləsini polisayın gicgahına dayayır:

– Maşın saxlatdır, xahiş elə, qoy qapını açsınlar.

Polisay cəld başı ilə razılığını bildirib, tavandakı düyməni iki dəfə basır. Maşın dayanır.

– Nə olub? – Metal qapı arxasından sürücünün narazı səsi eşidilir.

– Sakitçilikdir. Yüngülvarı işim var, dözə bilmirəm, – deyə polisay yazıq-yazıq dillənir.

– Eybi yox, dözərsən!

– Deyirəm tökülür də... Sonra özün təmizləməli olacaqsan, – sürücünün təzədən kabinəyə qayıtmaq istədiyini görən polisay əlacsız halda çığırır.

– Mən sənə təmizləməyi göstərərəm, – deyə sürücü hirslə metal qapını açır və... üzünə zillənmiş tapança lüləsini görəndə səsini xırp kəsir.

Maykop hərbi aerodromunda Şults desantçılar qrupuna son tövsiyələrini verir. Desantçılar nəqliyyat təyyarəsinin qaranlıq “ağuşunda” özlərinə yer eləyəndən sonra trapın yanında durmuş Şults qrupun komandirinə deyir:

– Heç bir şübhəniz olmasın, Bakıda sizi mütləq tapacaqlar. Bir neçə variantın olması uğursuzluğu istisna edir. Çox təəssüf ki, özüm sizinlə uça bilmirəm.

Təyyarə asta-asta sürət toplamağa başlayan vaxt Şultsun maşını da uçuş zolağından aralanır.

Poladı, o, radiostansiyanın otaqlarından birində telefonla danışan yerdə tapır.

– Heç bir xəbər yoxdur, – deyə o, Şultsa məlumat verir. – Bütün şəhəri və ətrafları başdan-başa axtarıblar. Qaçan neftçiləri gördüm deyən tapılmayıb. Əl-qolu sarınmış üç nəzarətçini bir xarabalıqda atıb gediblər, forma və sənədlərini əllərindən alıblar. Maşını isə benzin qurtarandan sonra şəhərin 80 kilometrliyində tullayıblar.

Dördüncü mühafizəçinin meyiti də içində... Mənasız bir diqqətsizlik gör nəyə gətirib çıxarırmış.

– Bu, diqqətsizlik deyil, ciddi səhvdir. Özü də mənim səhvim, – Şults qaşqabaqlı halda düzəliş verir.

Stul çəkib əyləşir, şifrli mətn hazırlayır. Poladla birlikdə qonşu otağa keçib radioötürücüyə yaxınlaşır. Şifrələyiciyə mətni verib deyir:

– Tez şifrələyib, radiomayakla verin.

Maşında Şults qəbuledicini qurub, radiomayakın dalğasını tutur.

– Bu verilişi heç vaxt, heç kəs batırmır, – deyə o, izahat verir.

– Ancaq heç kəsin də hələlik ağlına belə gəlməyib ki, müəyyən günlərdə və saatlarda musiqi ilə eyni vaxtlarda son dərəcə mühüm məlumatlar verilir. Bir qulaq asın... Heç nə hiss etmədiniz. Ancaq bax, bu saniyələrdə Bakı qrupuna şifrli əmr verilir ki, yeni göndərdiyimiz dəstənin təhlükəsiz yerə enməsini təmin etsinlər. Əgər diqqətlə qulaq assanız, eşidərsiniz ki, musiqi fonunda hərdənhərdən sanki əngəllər olur. Özü də bu “əngəllər”i yalnız şifrli mətn ötürülərkən eşidə bilərsiniz, həmin siqnallar lentə musiqinin özündən bir neçə dəfə ləng sürətlə yazılır. Görürsüz ki, lap sadədir.

Müharibə başlanandan bəri, Avropada heç kəsin ağlına belə gəlməyib ki, bu gözəl proqramı daha diqqətlə dinləsin.

Bakı. Bağ evində Lida radioqəbulediciyə yaxınlaşıb radiomayak dalğasını tutur və musiqini maqnitofona yazmağa başlayır.

Sonra lap əvvəldən oxutdurur, səslənmə sürətini bir neçə dəfə artırır.

Nəticədə, musiqi rabitəsiz uğultuya çevrilir, bu fonda Morze siqnalları aydın eşidilir. Lida isə diqqətlə qulaq asır.

Böyük Qafqaz dağlarında bir kənd. Fərzani axsaya-axsaya kəndin içi ilə gedir. O, yaman qocalıb. Günəşli yaz günü olmasına baxmayaraq, soyuqdan donurmuş kimi bərk-bərk şinelinə bürünür.

Kiçik, ikimərtəbəli bir evə çatıb pilləkənlə birinci mərtəbənin eyvanına qalxır.

Əynində “Milli” qvardiya forması olan cavan əsgər söylənəsöylənə samovarı alışdırmağa çalışır. Çöməlib oturduğu yerdən qalxmadan Fərzaniyə baxır:

– Hara gedirsən?

– Cənab kapitanın yanına.

– Çağırtdırıb?

– Yox, xahişə gəlmişəm.

– Yatır! Yarım saatdan sonra oyanacaq, elə də hirsli olacaq ki, gözünə görünməsən yaxşıdır.

– Niyə elə hirsli olacaq bəyəm?

– Bilirsən, doyunca yeyib-içib, dostları ilə kalan vurub. Deməli, oyanan kimi çay istəyəcək – çox içəndən sonra həmişə ciyəri yanır.

Bəs mən çayı hərdən alım? Bir saatdır özümü öldürürəm, bir şey çıxmır. Samovar yandıra bilirsən? Doğru deyirsən? Onda vaxt itirmə, bu kömür, bu da maşa.

Denşik Fərzanini otağa gətirir. Zabit onları görən kimi xəstə adamlarsayaq üzünü turşudaraq deyir:

– Başım lap partlayır, nə sözün varsa, qısa elə. Bəri başdan deyirəm: məzuniyyət, pul, gön, çəkmə istəyirsənsə, – çıx get!

Hesab elə ki, rədd cavabı almısan.

– Bu gün həkim məni müayinədən keçirdi, xəstəliyə görə, xidmətə yararsız olduğumu söylədi.

Zabit istehza ilə gülümsünür:

– Birinci dəfə eşidirəm ki, alay həkimi kimi isə xidmətə yararsız saysın. Bəs mənim yanıma niyə gəlmisən?– Həkim səhv eləyir, – deyə Fərzini sözə başlayır. – Mən xəstə- zad deyiləm. Ancaq sırada həqiqətən çətin olur... Bəlkə mənə nəsə bir iş verəsiniz.

– Qəribə adamsan! Nə qədər ki, həkim fikrini dəyişməyib, qaç pensiya dalınca. Sonra da özünçün xudmani bir yer tap, müharibə qurtarınca başını girlə. Vicdanın da təmiz. Boş yerə heç kəs səni xidmətdən azad eləməz. Mən hələ yuxulu-yuxulu görürəm ki, ayaq üstə qırxın çıxıb.

– Mən and içmişəm ki, qələbə və ədalət gününədək döyüş meydanını tərk etməyəcəyəm! – deyə Fərzani təntənəli tərzdə dillənir.

Zabit heyrətlə qaşlarını qaldırıb, Fərzaninin hərəkətlərini izləyir; Fərzani cibindən balaca bir kitabça çıxarıb nəsə yazır. Sonra həmin vərəqi kitabçadan qoparıb zabitə uzadır:

– Əsgərlərin qəlbində ruh yüksəkliyi yaradan, komandanlığı sevindirən heyrətamiz igidliyinizə görə minnətdarlıq əlaməti olaraq Sizə təqdim edirəm.

– Sənə hansı həkim baxıb? Bəlkə psixiatr? – Zabit Fərzanidən vərəqi almayıb, özündən çıxır. – Get, harda istəyirsən, özünçün döyüş meydanı tap, lap istəyirsən, yüz il oranı tərk eləmə. Bircə saatdan sonra mənim hissəmin ərazisində izin-tozun da qalmasın!..

O nədir mənə verirsən?! Kağızını da götür, rədd ol burdan! Nə qədər ki, təpənə bir güllə çaxmamışam, itil!

– Bu, elə-belə kağız deyil, çekdir; qiymətdə ağır, vəzndə yüngül.

Çek kitabından cırdım. Bir baxın, məbləği rəqəmlə də yazmışam, sözlə də: min dollar!

Fərzani uzun-uzadı israr etdikdən sonra zabit nəhayət, çeki əlinə alıb maraqla gözdən keçirir:

– Hə... Yaxşı, indi məndən nə istəyirsən?

– Bu çeklə ölkənin hər hansı bankından pul almaq olar. Özü də dollar – bu pul heç vaxt qiymətdən düşən deyil. Rica edirəm, hörmət əlaməti, eləcə də Sizi narahat etdiyimə görə, üzrxahlıq əlaməti olaraq bu kiçik hədiyyəni qəbul edin.

– Hörmət əlaməti, bir də üzrxahlıq əlaməti... – deyə zabit ürəyindən keçənləri dilinə gətirir. – İndi nə deyirsən, iki şey üçün bir çek?

Fərzani onun sözünü bitirməsinə imkan vermədən, cəld ikinci çeki yazır.

– Buyurun! İki yüz dollar!

– Yaxşı, sənə nə iş verək?

– Nə olur-olsun. Təki burada qalım.

– Əlindən nə gəlir?

– Kommersiyadan, bank işindən başım çıxır, sabotaj şəraitində kiçik tonnajlı dəniz gəmilərini idarə etmək hüququm var, dənəvər kürünün duzlanması və balığın hisdə qurudulmasının bütün üsullarını bilirəm.

– Maşın sürə bilirsən?

– Əlbəttə, həmişə özüm sürmüşəm. Ancaq heyif ki, vəsiqəm yoxdur.

– Getdik!

Qaraja girirlər.

– Bu təzə maşınları dünən srağagün gətiriblər, – zabit onları göstərib deyir. – İki sanitar maşınıdır, avtotəmir və avtosistern.

Sanitar və təmir maşınlarını bütün günü ora-bura qovurlar. Benzin maşınında isə azı yarım gün benzin gözləyə-gözləyə dincələcəksən.

Fərzani kabinəyə dırmaşandan sonra zabit soruşur:

– Hansı maşınlardan sürmüsən?

– “Mersedes”, “Kadillak”, “Byunk” – deyə Fərzani cavab verir.

– Ancaq bunlar hamısından yaxşıdır! Əla motoru var.

Maşınqayırma zavodunun darvazasından asta-asta bir qatar çıxır. Üzərində “hər şey cəbhə üçün!” plakatı olan parovoz, sıx cərgələrlə tank əleyhinə dirəklər yığılmış açıq platformaları arxasınca zorla çəkib aparır. Tədricən zavod həyətinin tam mənzərəsi açılır. Orada açıq havada keçirilən mitinq başa çatmaq üzrədir. Bağırov astadan danışır, ancaq mitinqə toplaşanlar onun hər sözünü aydın eşidirlər.

– Xalqımızın övladları həm ön, həm də arxa cəbhədə hər gün həyatları bahasına hünər göstərirlər. Onlar bunun müqabilində mükafat istəmir, özlərini qəhrəman saymır, hətta heç düşünmürlər də ki, Vətən yolunda göstərdikləri fədakarlıq, əsl qəhrəmanlıq nümunəsidir. Xalq öz vətənini güclü düşmənin hücumundan müdafiəyə qalxanda, yəqin ki, belə də olmalıdır. İgidlik vətəndaşın vəzifəsinə çevrilir, hünər göstərmək borcu yerinə yetirmək sayılır, hünər çətin dövrün ayrılmaz əlamətinə çevrilir. Əks təqdirdə, qalib gəlmək mümkün olmaz. Yoldaşlarınız cəbhəyə gedəndən sonra sıralarınız seyrəlsə də, siz daha sıx birləşmisiniz. Sutkada 12 saat işləyib, müdafiə sənayesinin sifarişlərini yerinə yetirirsiniz. Ancaq sən demə, bu da son hədd deyilmiş.

Bu gün eşitdim ki, bunlardan əlavə siz, öz material ehtiyatlarınızdan istifadə etməklə və yalnız öz qüvvənizə bel bağlamaqla 20 min ədəd tank əleyhinə dirək hazırlamamısız. Yaxın günlərdə onlar faşist tanklarının Bakıya yolunu kəsən çoxsaylı döyüşçülərimizin həyatını xilas edəcək. Mənim üçün olduqca xoşdur ki, sizin bu əvəzsiz hədiyyənizin təqdimat mərasimində xoşbəxt təsadüf üzündən, mənimlə yanaşı, 44-cü ordunun komandanı, üç müharibə iştirakçısı, general-leytenant İvan Yefimoviç Petrov da dayanıb.

Bakının müdafiəsində duran bu ordunun tərkibində iki Azərbaycan diviziyası da vardır və mən çox istərdim ki, döyüşçü həmyerlilərimizin cəbhədə öz borclarını hansı şəraitdə yerinə yetirdiklərini onun dilindən eşidəsiniz.

İnzibati korpusda Bağırovun səsi zorla eşidilir. Əmiraslanov direktorun qəbul otağından telefonla danışır, həm də mitinq keçirilən heyəti pəncərədən seyr edir. Başqa bir telefon zəng çalır, növbətçi dəstəyi qaldırır.

– Bağırov? Sizə yoldaş Bağırov lazımdır? Bu dəqiqə, çatdıraram.

Gözləyirsiniz?

Tələsik qapıya yönələn növbətçi, Əmiraslanovun zəhmli baxışlarını görüb ayaq saxlayır.

– Kimdir?

– Həyat yoldaşı.

– Bura zəng vurub?! – Əmiraslanov növbətçidən daha çox özünə sual verir və dərhal da əlavə edir. – Heç yerə getməyin.

O, sanki qətiyyətsizliyini boğub, kənara qoyulmuş telefon dəstəyini ehtiyatla qaldırır:

– Əmiraslanov eşidir!

Bağırov Petrovla və zavod direktoru ilə qızğın söhbət edə-edə qəbul otağına girir. Direktor hamını qabaqlayıb, kabinetin qapısını açır. İçəridə bayramsayağı süfrə açılıb.

– Əsl vaxtdır, – nahar fasiləsidir, hamını süfrəyə dəvət edirəm.

Bağırovla Petrov kabinetin qapısına doğru yönəlirlər. Əmiraslanovun onların dalınca gəlmədiyini görən Bağırov çevrilib geri baxır və Əmiraslanovun ciddi nəzərlərinin üzünə zilləndiyini görür.

– Xüsusi dəvət gözləyirsən? Süfrə başına keç.

– Getmək lazımdır, yoldaş Bağırov, – deyə Əmiraslanov yerindən tərpənmədən cavab verir.

– Mənim yarım saatlıq işə qayıtmağımın mənası yoxdur – Bağırov çiynini çəkir – “Ev sahibləri”nin də xətrinə dəyə bilmərik.

Petrov astanada ayaq saxlayıb, qəfil yaranmış həyəcan dolu bir maraqla Əmiraslanovun nə cavab verəcəyini gözləyir. Və bu cavab çox astadan səslənsə də, onu eşidir.

– Sən indi evdə olmalısan... Leyla səni axtarırdı.

Bənizi qar kimi ağaran Bağırov qəribə bir çaşqınlıq içində, dinməz-söyləməz ətrafdakıların üzlərini bir-bir süzür. Elə bil adəti üzrə gözləyir ki, bu qəfil anlaşılmazlıqdan birinci baş çıxarmağa macal tapan şəxs dərhal onun baxışlarına cavab verəcək və faktlara istinadən, qəfil xəbəri təkzib edəcək... Bağırov təzədən köhnə dostuna tərəf dönəndə, onun batıq səsində cəlladı görən müttəhim ümidsizliyi duyulur:

– Hansıdır?.. Böyüyü...

Gecədən xeyli keçməsinə baxmayaraq, qaranlığa qərq olmuş şəhərdə gərgin həyat ritmi davam edir. Küçələrdəki tərpənişi, buxtada gəmilərin hərəkətindən, saysız-hesabsız solğun işıqcıqlar 15 3soraq verir. Şəhəri qoynuna almış zülmət içində yalnız hərdənbir yandırılan projektorların şüası qaranlıq guşələrə nüfuz edə bilir.

Enməkdə olan hərbi təyyarənin taxta skamyasında oturmuş daxili işlər komissarlığı geyimində olan sərnişin Bakının gecə panoramını baxış yerindən diqqətlə seyr edir.

Təyyarə yerə düşən kimi, aşağı endirilən nərdivana – trapa qara minik maşını yaxınlaşır. Maşın sərnişini götürüb, uçuş zolağından uzaqlaşır. Şlaqbaum endikdən sonra daha iki maşın ona qoşulur.

Hər üç maşın iti sürətlə artıq səhərin ala-toranında çətinliklə seçilən şəhərə doğru istiqamət götürür.

Bağırov həlak olmuş oğlunun hərbi hissədən göndərilmiş əşyalarının düzüldüyü stolun yanındakı kresloda donub qalmış kimi görünür. Arvadı Leyla da oyaqdır. Orta yaşlı bu qadın öz yaşından xeyli cavan görünür. Ömründən təzə-təzə əsməyə başlayan xəzan küləyi iki oğlu anası, çətin və qeyri-adi taleli bir insanın ömür-gün yoldaşı olan bu qadının parlaq cənub gözəlliyini azacıq soldursa da, onun qədd-qamətli əndamını, şəvə kimi qara saçlarını, mina kimi hamar dərisini hələ korlamağa macal tapmayıb. Ancaq öz ilkinin həlak olması xəbərini eşitməsindən bircə gecə və bircə gündüz keçsə də, bu müddət onun gözlərindəki parıltını əbədilik söndürməyə və ömrünün sonunadək onun üzündə kədər qırışları yaratmağa kifayət edib.

– Sən onu burada saxlamalı idin! Öz balalarını lazım olan kimi sevəydin, onları göz görəsi ölümün qabağına göndərməzdin. Heç kəs də sənə bir kəlmə söz deməzdi. Dövlət üçün o qədər iş görmüsən ki, oğlunun həyatını qoruyub saxlaya bilərdin. “Balalarımı təyyarəçilik məktəbinə getməyə qoyma” deyib sənə yalvaranda üzümə elə acıqlı baxırdın ki!.. Bir düşün, əgər oğlunun həyatını belə qoruyub saxlamağa sənin hakimiyyətin kifayət etmirsə, çəkdiyin bütün zəhmətlərin nə faydası, sən həyatda axı nə qazanmısan? – Qadın üzünü əllərilə qapayıb, acı-acı hönkürür. – Sonbeşiyimi qaytar mənə! Qoy heç olmasa o yaşasın!..

Bağırov arvadına yaxınlaşıb onun saçlarını sığallayır.

– Eh, ay yazıq, ay yazıq!.. – deyə lap astadan pıçıldayır.

Telefon zəng çalır.

– Sabahınız xeyir! Bağırovu zəhmət olmasa!

– Salam, Bağırovdur.

– Heç səsini tanımadım, yaman dəyişib. Sən necə, tanıdın məni?

Pavel Lavrov. Təyyarədən təzəcə düşmüşəm. Şəxsi tapşırıqla. Ciddi söhbət var. Yığışmaq üçün sənə nə qədər vaxt lazımdır?

– Haradasan?

– Sənin qəbul otağında.

– On dəqiqəyə gəlirəm.

Bağın qapısı önündə durmuş gözətçi Bağırova hərbi salam verib, maşını çıxarır. Bağırov ardınca çıxan arvadını bir az gec görür.

– Bağışla məni, – deyə qadın dillənir. – Bilirəm axı sən də əzab çəkirsən! Mən isə lap ölmək istəyirəm!

Baş qərargahın səlahiyyətli nümayəndəsi ilə görüşməkçün Bağırovun kabinetinə cəmi bir neçə nəfər toplaşıb. Əmiraslanovla Petrov da onların arasındadır. Bağırov əyləşənlərə müraciətlə sözə başlayır:

– Lavrov yoldaş Ali Baş Komandanın xüsusi tapşırığını yerinə yetirir. Bakıya gələrkən, o, Qafqazı müdafiə cəbhəsində olub. Orada vəziyyət ağırdır. Lavrov yoldaşın fikrincə, yaxın vaxtlar üçün lap perspektivsizdir. Yerdə qalan məsələlər barədə sizə Lavrov yoldaş özü məlumat verəcək.

– Vəziyyət həqiqətən son dərəcə ağırdır, – deyə Lavrov sözə başlayır. – mən şübhə etmirəm ki, vəziyyət düzələcək və düşmən nə qədər güclü olsa da, geri oturdulacaq. Hələlik isə, öz-özümüzə etiraf etməliyik ki, Qafqaz uğrunda döyüşdə uduzuruq. – Lavrov Qafqazın xəritəsinə yaxınlaşıb göstərir. – Bütün Şimali Qafqaz ələ keçirilib, Baş Qafqaz sıra dağlarından keçən strateji aşırımlar, Maykop neft rayonu tutulub. İndi general-feldmarşal Listin komandanlığı altında “A” ordu qrupu Bakı istiqamətində irəliləyir. Onun tərkibinə 40 diviziya daxildir. “A” ordular qrupundan əlavə, general Kleystin 1-ci tank ordusu da Bakı istiqamətində hücuma keçəcək.

Bu ordu artıq Qafqazın yolları ilə maneəsiz olaraq, 600 kilometr irəliləmişdir.

Yerüstü əməliyyatların hamısını “Lüftvafore”nin ən iri aviasiya birləşməsi müdafiə edir. Bakıya çatmaq üçün onlar təkcə bir son maneəni aşmalıdır, vəssalam. Hitlerçilərin nəhəng qüvvəsi qarşısında bizim cəmi üç ordumuz durur. Əziz yoldaşlar, nəzərə almalıyıq ki, ağır döyüşlərdən çıxmış bu orduların şəxsi heyəti 155 komplektləşdirilməyib, məğlubiyyətlərdən sonra bir neçə əsgər, hətta zabit tamam ruhdan düşmüşlər. – Lavrov əlindəki kağızdan oxumağa başlayır: – 75 min tüfəng, 21 min tank vuran tüfəng, 2990 pulemyot, 700 minaatan, 350 top bu gün Zaqafqaziya cəbhəsində əskik gəlir. Döyüş sursatı və rabitə vasitələrinin kəskin çatışmazlığı hiss olunur. Gəlin, acı həqiqətin gözünün içinə dik baxaq. Baş Qərargahın ehtiyat qüvvəsi yoxdur. Hətta o, Moskva istiqamətini müdafiə edən qoşunların bir hissəsini Qafqaz cəbhəsinə “atmaq” istəsə belə, onların yerdəyişməsi üçün nə texniki imkan var, nə vaxt.

Onlar bura gəlib çatınca çox gec olar. Kleystin tank ordusuna qarşı biz 17 tank çıxara bilərik. Son günlərin təhlükəli əlamətlərindən belə görünür ki, Qafqaz döyüşlərinin əsas obyektinə – Bakı şəhərinə qəti hücum hazırlanır. Düşmən Qafqazda hərbi qüvvə sarıdan böyük üstünlüyə malik olsa da, alman komandanlığı daha bir tank ordusunu – 4-cü ordunu Şimal istiqamətindən ayırıb, Qafqaza göndərmişdir.

Bax, elə bu dəqiqələrdə Hitlerin “vikinq” SS seçmə diviziyası və “Böyük Almaniya” diviziyası buraya gətirilir. Bəli, bütün əlamətlərdən belə görünür ki, Bakı üzərinə həlledici hücum hazırlanır.

Burada öz qəti fikrimi bildirməzdən öncə, mən yerlərdəki vəziyyətlə eləcə də kəşfiyyatın məlumatları ilə müfəssəl tanış olmuşam. İndi bu kabinetdə 44-cü ordunun yeni təyin olunmuş komandiri general Petrov da əyləşib. Fikrimcə, təcrübəli hərbçinin təhlilini eşitmək faydalı olar. Yoldaş Petrov, çox istərdim ki, siz dəlillərlə mənim mülahizələrimi təkzib edəsiz.

– Gizlətmək nəyə lazım, vəziyyət həqiqətən çox ağırdır. Ancaq mən istərdim ki, Terek və Urux çayları üzərindən keçid yerlərində tikilmiş istehkamları xatırladım. Çox möhkəm tikililərdir. Bundan başqa, öz geri çəkilən hissələrindən ayrı düşmüş yüzlərcə əsgəri hesabdan silmək istəməzdim. Mən ordu üzrə əmr vermişəm ki, onların arasında döyüşmək arzusunda olanları və hələ də silahlarını qoruyub saxlayanları hissələrə qəbul etsinlər.

– Ümidvaram ki, bu qorxaqların və təslimçilərin hamısı hərbi səhra məhkəmələri qarşısında cavab veriblər?

– Onların sayı həddən artıq çoxdur, yoldaş Dövlət Müdafiə Komitəsinin üzvü. Hərbi səhra məhkəmələri azlıq edərdi. Əvvəlcə onlar ruh düşkünlüyünə qapılmış, həm də qorxmuşdular. Sonradan eşidəndə ki, onları xəyanətkar saymırlar, bir az özlərinə gəldilər.

Yuyunmaq, yemək üçün imkan yaradılandan, onlarla normal insan kimi söhbət aparılandan sonra isə əməlli-başlı dirçəldilər. Mən həmin bu oddan-alovdan keçmiş təcrübəli döyüşçülərlə 44-cü ordunun komplektləşdirilməsini sona çatdırmağa hazırlaşıram!

– deyə Petrov qətiyyətlə sözünə yekun vurur.

– Özünün yaradıldığı cəmi bircə il olan orduya belə əlavə qüvvənin daxil edilməsi fayda gətirərmi?

– Ordu həqiqətən gəncdir, – deyə Petrov razılaşır. – Ancaq bütövlükdə mən adamlardan razıyam, çünki onlar öz təcrübəsizliklərini digər keyfiyyətlərlə üstələyirlər. 1941-ci ilin dekabrında bu ordu cəmi beş ay idi yaradılmışdı, ancaq Kerç yarımadasında desant əməliyyatını tamamilə normal keçirdi.

– Sizin ordu iki azərbaycanlı, bir gürcü və bir erməni diviziyasından ibarətdir. Əsgərlərin əksəriyyəti keçmiş kəndlilərdir, orduya çağırılınca əllərində silah tutmayıblar. Mənimçün maraqlıdır ki, əmrlər hansı dildə verilir və əsgərlərin neçə faizi əmrlərin mənasını anlayır? Lazım deyil, cavab verməyin. Biz onsuz da mövzudan yayındıq. Sizə konkret sual verəcəyəm: Sizcə, almanların Qafqazdakı sürətli yürüşünün qarşısı alınacaqmı?

Petrov bir qədər düşünüb cavab verir:

– Buna söz verə bilmərəm, ancaq yaranmış vəziyyəti çıxılmaz saymıram.

– Döyüş komandiri üçün normal cavabdır, – deyə Lavrov gülümsünür. – Ancaq təəssüf, real vəziyyət elədir ki, yaxın on gündə, bəlkə də lap tez Hitlerin qoşunları Bakıya girə bilər. Və bizim başlıca vəzifəmiz odur ki, düşmənin yanacaq əldə etməsinə imkan verməyək. Yeganə çıxış yolu budur: bütün neft kəmərləri yaxın günlərdə partladılmalıdır!

Hamı nəzərlərini Bağırovun üzünə dikir. O, isə heç bir reaksiya bildirmədən susur.

– Neft kəmərini sıradan çıxarmağın başqa üsulu da var, – deyə Vəzirov sözə başlayır. – Quyuları necə lazıdır doldursaq, heç yarım ilə də onları bərpa etmək olmaz. Mədənləri partlatmaq ən asan yoldur, partlayışın nəticələrini təsəvvür etmək isə bundan da asandır.

Yanğın törənə biləcəyi ehtimalı çox böyükdür. O cür yanğını söndürmək üçün bir neçə il lazım gələr, axı şəhəri həmişəlik təslim etmirik ki! Partlatmaq olmaz!

– Maykopda da qoşunlarımız geri çəkilərkən quyuları doldurmuşdular.

Axırı nə oldu? Almanlar cəmi ay yarıma quyuları təzədən işə saldılar. Yoldaşlar, deyəsən, siz vəziyyətin nə qədər ciddi olduğunu tam təsəvvür etmirsiz, – deyə Lavrov narahatlıqla gülümsünüb, cavab verir. – Hücum edən “A” qoşun qrupunun ardınca Bakıya doğru neftçi mütəxəssislərdən ibarət on minlik bir dəstə irəliləyir. Rozenberqin idarəsi onları Avropanın hər yerindən diqqətlə seçib toplayıb. Quyuları doldurmaq, avadanlığı xarab etmək özümüzü aldatmaq deməkdir.

– Bəs biz özümüz yanacaqsız necə keçinəcəyik? Axı Bakı Qroznı ilə birlikdə ölkə neftinin 95 faizini verir, – deyə Petrov Bakının təslim edilməsinin nə kimi təhlükəli nəticələr verə biləcəyini sanki indi anlayıbmış kimi qorxu içində dillənir.

– Bu, artıq ikinci məsələdir və onu ikinci planda həll etmək lazımdır. Birinci və ən mühüm məsələ isə neftin düşmən əlinə keçməsinə yol verməməkdir. Lavrov səbirsiz halda saatına baxır.

– Təbii ki, bu məsələni müzakirəyə qoymağa ehtiyac yoxdur, indi hər dəqiqə qiymətlidir. Bütün neft mədənlərini minalamaq üçün neçə gün lazımdır?

– Azı on beş gün, – deyə Bağırovun işarəsi ilə Vəzirov həvəssiz cavab verir. – Adam çatışmır, mədənləri partlatmaq sahəsində təcrübə də azdır...

– Axı mən sizə izah etdim ki, on gündən sonra, bəlkə də daha tez almanlar Bakıya girəcək, – deyə Lavrov qəzəblə qışqırır.

– Sən unutmusan ki, indi bu gündən etibarən, mədənlərin minalanmasına bütün başqa müəssisələrdən istənilən qədər adam cəlb edə bilərsən, – Bağırov astadan, biganə tərzdə xatırladır. – Bu, Baş Qərargahın əmridir, Vəzirov. Və bu əmr yerinə yetiriləcək. Səkkiz gün sənə kifayətdir?

Vəzirov qaşqabaqlı halda təsdiq edir.

– Mədənlərə yaxın məntəqələrdən camaatın təxliyəsi üçün komitə yaratmaq lazımdır. Kimin nə təklifi var? – Bağırov sualedici nəzərlərlə əyləşənləri süzür.

– Yaxın nədir, Dağüstü hissədən, başqa, partlayışdan sonra bütün şəhərə ziyan dəyə bilər! Bütün sahilyanı hissə, Bayıl, Qara şəhər... – Vəzirov az qala özündən çıxıb, hövsələsiz halda sadalayır.

– Bağırov onun sözünü yarıda kəsir:

– Təxliyə komitəsinə yoldaş Vəzirovu sədr təyin edirəm.

– O susur. Çöldə sirena uğultusu eşidilir. Haradasa lap yaxınlıqda zenit topları atəş açır.

– Hava hücumu deyil, – deyə Petrov narahat olmuş Lavrovu arxayınlaşdırır. – Hərdənbir aerofotoşəkillər çəkmək üçün onların “rama”sı yüksək hündürlükdə şəhərə yaxınlaşır. Birini vurublar...

– Petrov qəfil çökmüş sükuta qulaq verərək gülümsünür:

– Deyəsən, bunu da vurdular.

– Lavrov sözünə davam edir:

– Mədənləri mümkün qədər tez partlatmaq lazımdır! Əgər nefti almanlara versək, bunu nə müasirlərimiz, nə də sələflərimiz bizə bağışlayar!

Baş nazir Stalindən baş nazir Çörçillə. Tamamilə məxfi.

“Bu teleqramla Sizi Sovet hökuməti adından SSRİ-yə dəvət edirəm. Məqsəd Hitlerə qarşı mübarizdə İngiltərə, ABŞ və SSRİ arasında münasibətlər məsələsinin müzakirəsidir. Bu məsələ indi çox kəskin şəkildə qarşıda durur. Fikrimcə, görüşümüz üçün ən əlverişli yer Moskva olardı, çünki mən, hökumət üzvləri və Baş Qərargah rəhbərləri almanlarla mübarizənin bu gərgin çağında oradan uzaqlaşa bilmərik. İmperiya Baş Qərargahı rəisinin gəlişi çox arzuedilən olardı. Görüşün keçirilmə tarixini lütfən özünüz müəyyənləşdirin. İstədiyiniz əlverişli bir vaxt seçsəniz, mən etiraz etməyəcəyəm...” – Səhər yeməyi süfrəsi arxasında əri ilə üzbəüz əyləşmiş Ledi Çörçill teleqramı oxuyur. Kəlmələri xüsusi istehza ilə tələffüz etməsindən görünür ki, mətndə nə isə açıq-aşkar xoşuna gəlmir. – Qəribə məzmunlu, çox qeyri-adi teleqramdır.

– Siz bunu haradan tapmısınız? – deyə Çörçill məyus halda soruşur.

– Yataq otağından çıxarkən döşəmənin üstündə gördüm, – Ledi Çörçill fikirli-fikirli cavab verir və təzədən dodaqlarını bir-birinə sıxıb, teleqramı gözdən keçirir. – Baş nazir Çörçillə, – deyə xüsusi ibarə ilə təkrarlayır. – Əgər növbəti teleqram “yoldaş Çörçillə” ünvanlansa, təəccüblənmərəm.

– İkinci cəbhə açılmayınca, çətin ki, məni belə yüksək şərəfə layiq görsünlər, – Çörçill səmimiyyətlə gülümsünür. – Müraciət 159 tərzi xoşunuza gəlmir? Müharibə dövrü üçün “Baş nazir Çörçillə” müraciəti yol verilə biləcək lakonik ifadədir.

– Nədənsə prezident Ruzvelt, müharibə dövrünə baxmayaraq, öz teleqramlarını Böyük Britaniya baş naziri, ser Uinston Leonard Spenser Çörçillə ünvanlayır. Bu “müharibə dövrü, lakonizmi”ndən lap saymazyanalıq qoxusu gəlir. Kimsə mənə demişdi ki, baş nazir Stalinin bütün sözlərində əlavə məna axtarmaq lazımdır.

– Ola bilər, – deyə Çörçill razılaşır və əlini teleqrama uzadır.

Ledi Çörçill teleqramı əlindən buraxmadan düşüncəli tərzdə deyir:

– Məsələ təkcə müraciət formasında deyil. Yəni doğrudanmı bu namənin ahəngi Sizin heysiyyətinizə toxunmur? Bu teleqram dəvətdən daha çox, öz böyük tərəfdaşının hüzuruna yollanmaq tələbini xatırladır. Elə həmin dəvət də yetərincə təhqiramiz bir dəlillə əsaslandırılır: Siz Moskvaya gəlməlisiniz, çünki Baş nazir Stalin bərk məşğuldur! Özü də məhz Moskvaya – hansısa bitərəf, daha təhlükəsiz yerə yox. Ona görə ki, baş nazir Stalin məşğuldur və öz öhdəlikləri ilə bağlı Moskvanı tərk edə bilməz.

– Əgər Siz dünən gecə mənim yazdığım cavabı oxusaydınız, görərdiniz ki, heç nə gözdən yayınmayıb. Bəlkə də Siz cavab teleqramının mətnini həddən artıq kəskin hesab edərdiniz. Mən indi təəssüf edirəm ki, onu Sizə göstərməmişəm.

Bu an telefon zəngi Çörçilli diksindirir.

Baş Qərargahın telefonudur, – Çörçill narahat halda saata baxıb, tələsik yazı stoluna sarı yönəlir.

Qonaq otağının qapısı döyülür və Brendan Braken içəri girir.

Ledi Çörçillə ehtiramla baş əydikdən sonra səhər poçtu qovluğunu baş nazirin stolu üzərinə qoyur.

– Ser Uinston Moskva görüşünə dəvətin mətni ilə bağlı mənimlə məsləhətləşmək istəyirdi.

– Ser Uinston mətni gecə saat dörddə hazırladı, şifrələnməyə beş dəqiqə vaxt sərf olundu. Daha beş dəqiqə də mətni Moskvaya ötürmək üçün, elə bu qədər də oradan teleqramın çatdığı barədə məlumatı qəbul etməyə lazım gəldi, – deyə katib ipə düzülübmüş kimi cavab verir.

– Şifrləməyə cəmi beş dəqiqə? – Ledi Çörçill təəccüblənir.

– Görünməmiş sürətdir! Yadımdadır, qızıl sterlinqin islahatları zamanı bir səhifəlik mətni ən adi şifrlənməsinə ən azı qırx dəqiqə vaxt gedirdi. Təəssüf ki, teleqram artıq göndərilib. O sizə həddən artıq kəskin görünmədi ki?

– Surətini saxlamışam, – deyə Braken qovluğu açır. – Budur!

Ledi Çörçill mətni ucadan oxuyur:

“Baş nazir, cənab Stalinə baş nazir, cənab Çörçilldən. Əlbəttə, mən Moskvaya gələcəyəm, səfər günün xəbər verəcəyəm”.

O, çaşqın halda vərəqi o biri üzünə çevirir: elə bu?!

Telefon söhbətini bitirdikdən sonra nədənsə narahat olmuş Çörçill stol arxasına qayıdır.

– Pis xəbərlər var, – deyir, – almanlar cənub istiqamətində kəskin hücum edib, Don çayını keçmişlər. Eyni zamanda onlar Xəzər dənizi sahilinə, Qafqaz dağlarının ətəklərinə çatıblar. Ən xoşagəlməz əhvalat isə budur ki, onlar Maykop neft mədənlərini ələ keçiriblər.

Əlbəttə, Maykop neftinin köməyilə onlar yanacağa olan tələbatlarını onsuz da ödəyə bilməyəcəklər, ancaq bu, hər halda qüvvələrini artıracaq. Bəli, bəli, artıracaq! Mən təcili surətdə Ruzveltlə əlaqə saxlamalıyam.

Əlbəttə, müttəfiqlərindən narazı qalmaq üçün Stalinin əsası var.

Ruslara kömək etmək lazımdır. Onlara münasibətimiz necə olsa da etiraf etməliyik ki, almanların qüvvələrinin böyük hissəsini onlar öz üzərinə çəkməsəydi, Allah bilir, indi bizim aqibətimiz necə olardı?

– deyə Brenden getdikdən sonra Çörçill arvadına izah edir.

– Təəssüflər olsun ki, hiyləgər, fırıldaqçı Hitler yenidən öz qətiyyətini toplayıb ilkin planına qayıtmışdır, – indi o, Rusiyanı Qafqazdan ayırmağa çalışacaq...

Yeganə dinləyicisinin üzünün ifadəsi Çörçilli sözünü kəsməyə vadar edir.

– Siz nədənsə narahatsız? – deyə, o soruşur.

– Elədir, arvadı teleqramın surətini əlindən buraxmadan cavab verir. – Mən çox narahat oluram ki, Siz Londondan Qahirəyə və Moskvaya səfər zamanı gözlənilməz və təhlükəli hadisələrlə qarşılaşa bilərsiz.

– Müharibə qurtaranadək mənim başıma heç bir hadisə gələ bilməz, – Çörçill gülümsünür. – Siz məni sakitləşdirdiniz. Yoxsa 161 lap qorxmuşdum: elə zənn etdim ki, Stalinə teleqramımı oxuyandan sonra əhvalınız pozuldu. Çox şadam ki, yanılmışam.

Etiraf etməliyəm ki, məndə bizim bu müvəqqəti müttəfiqimizə hərdən-hərdən az qala səmimi dostluq rəğbətinə bənzər bir hiss yaranır. Ancaq hər dəfə də öz-özümə xatırladıram ki, labüd şəraitlə bağlı onunla biz ömrümüzün son günlərinədək əbədi düşmənçiliyə məhkum edilmişik.

Bakının hava hücumundan müdafiə qoşunlarının zenit topları üzərində tanınma nişanları olmayan təyyarəni atəşə tuturlar. Motor alışır. Paraşütçülər çaxnaşmaya düşmədən, lakin cəld təyyarəni tərk edirlər. Ekipaj üzvləri də onların dalınca gedir. Zülmət qaranlıq içində desantçılar yerə atılır.

Bakı neft mədənlərinin minalanması başa çatır. Rabitəçilər kabelləri çəkir, hərbiləşdirilmiş mühafizə dəstəsinin nəzarəti altında partlayıcı maddələr yerləşdirirlər.

Əmiraslanovun kabinetində Heydərov həbs edilmiş diversantların dindirilməsinin nəticələri barədə məruzə edir.

– Dördü də, o cümlədən, qrupun komandiri bir nəfər kimi deyir ki, onları Bakıya mədənlərin partladılmasının qarşısını almaq üçün göndəriblər. Hamısının da əlində Maykop neftçilərinin şübhə doğurmayan sənədləri var.

– Tanış hoqqadır, – Əmiraslanov gülümsəyir, – davam edin.

– Onlardan heç birinə məlum deyil ki, burada kiminlə, hansı yerdə görüşməlidirlər. Şults deyib ki, onları kimlərsə axtarıb tapacaq.

– Vəssalam?

– Şultsun harada olduğunu müəyyənləşdirə bilmişik! – deyə Heydərov səsindəki sevinc xallarını gizlətməyi bacarmadan dillənir.

– O, indi Şimali Qafqazda, Qroznı rayonundadır. Bu, demək olar ki, cəbhə xəttidir.

– Məndə belə təəssürat oyanır ki, sizin nəsə bir planınız var, – deyə Əmiraslanov bir az susduqdan sonra soruşur.

– İcazə verin, həbs dəstəsi ilə Şimali Qafqaza uçum.

– Əmr edirəm ki, iki saatdan sonra Şimali Qafqaza uçun, – deyə Əmiraslanov gülümsünür. – Sizə Bağırovun və Petrovun təhlükə- 162 sizliyini təmin etmək həvalə olunur. Əgər Bağırov yoldaş bir az da o yana – Moskvaya uçası olsa, planımızı gerçəkləşdirmək üçün sizin vaxtınız qalacaq. Yox, əgər o, Bakıya qayıtsa... – Əmiraslanov fikrə gedir, – onda... Bu, çox pis olacaq, – üzündə kədərli təbəssüm görünür. – Onda siz də onunla birlikdə geri qayıdıb, nəzarət etməlisiniz ki, Bakının bircə neft mədəni belə almanların əlinə keçməsin.

Dəstəni uçuşa hazırlayın!

Maskalayıcı boya ilə rənglənmiş təyyarə dalğaları üzərindən uçur. Pilot, boyunbağı kimi uzanıb gedən dağlar silsiləsində dar bir sahə tapıb, kəskin hərəkətlə enməyə başlayır. Təyyarədə Petrovla Bağırovdan başqa, Heydərovun xüsusi dəstəsi də var.

– Bu Lavrov Suximidə həngamə çıxarıb. İkicə günlüyə gəlib, ancaq aləmi elə qarışdırıb ki, müharibə qurtarınca qaydaya salmaq çətin olacaq. Öz səlahiyyətlərinə güvənib, ən təcrübəli komandirləri rəhbərlikdən uzaqlaşdırıb, çox axmaq kadr dəyişiklikləri edib, – general Petrov hətta təyyarədə motor uğultusuna baxmayaraq, Lavrov barədə az qala pıçıltı ilə danışır.

– Şükür Allaha, general Qreçko qətiyyətli tərpənib, bu mənasız dəyişiklikləri ləğv edib. Riskə getdiyini bilsə də, qorxmayıb, telefonu götürüb, Ali Baş Komandana zəng vurub, öz mülahizələrini bildirib.

– Bu, yeganə çıxış yoludur, – deyə Bağırov sanki öz fikirlərinə cavab verərək, düşüncəli halda deyir. – Ancaq bununçün inam gərəkdir.

Səhv eləmək ölümə bərabərdir. İxtiyarımda olan bir neçə gün ərzində mən vəziyyəti diqqətlə araşdırmalıyam. Bir həftə çox azdır.

– Təcrübəli səyyahlar deyirlər ki, naməlum ölkəni duymaq üçün ya bir həftə gərəkdir, ya da on il, – deyə Petrov gülümsünür.

– Bu ölkə isə yad deyil axı!

Bağırov xəritə planşetini dizi üstə açaraq, qoşunların yerləşmə koordinatlarını göstərən rəngli xətlərə diqqətlə baxır. Alman qoşunlarının mövqelərini göstərən göy xətt daha üstündür.

– Lavrovu da elə bu xəritə qorxudub, – deyə Petrov acıqla deyir. – Bir də rəqəmlər. O, bircə şeyi əsas götürür ki, almanların Qafqazda canlı qüvvə ehtiyatları daha çoxdur, tank və təyyarə sarıdan da üstünlük onlar tərəfdədir.

– Bu, az şey deyil, – deyə Bağırov öz fikrini bildirir. – Üstəlik, nəzərə alsaq ki, Zaqafqaziyaya göndərilən qüvvələr məğlubiyyət 16 3nə olduğunu bilməyən, demək olar ki, itki verməmiş təcrübəli birləşmələrdir...

– Bəs əgər biz düşmənin adət etmədiyi bir şəraitdə, ona tanış olmayan döyüş üsullarından istifadə etsək, – deyə Petrov onun sözünü kəsir. – Əgər nəzərə alsaq ki... – o, ifadəsini bitirməyə macal tapmamış, uzaqda səmaya yüksələn nəhəng narıncı alov sütunu nəzəri cəlb edir.

– Bu nədir?!

Şimali Qafqazda kiçik bir kənd. General Petrovun qərargahı burada yerləşir. Uzaqda yanan neft anbarının qırmızımtıl şöləsi gecənin qaranlığını yarır. Qərargah zabitlərindən biri Petrova məlumat verir:

– Almanların yanacaqla fasiləsiz təmin olunduğu vaxt arxada qaldı. İndi onlar benzin və yağların daimi qıtlığı ilə qarşılaşırlar.

Tanklar həftənin neçə gününü yerindən tərpənə bilmir.

Bağırovla Petrov maşınla ön mövqeləri yoxlayır.

– Biz süvari qoşunlarından geniş istifadə edirik, almanlarda belə hissələr yoxdur. Dağlarda müharibə şəraitində dağlıların atı ən yaxşı nəqliyyat vasitəsidir. Qafqazda döyüşənlər yerli şəraitdə böyümüş adamlar – ruslar, azərbaycanlılar, gürcülər, osetinlərdir...

Bir sözlə, beynəlmiləl tərkib. Ölkənin bütün millətlərinin nümayəndələri Qafqazın müdafiəsində durub! Elə silah sarıdan da vəziyyət xeyli yaxşılaşıb.

General Petrovun qərargahı.

– Qafqazı müdafiə qoşunlarının komandanı kimi mən qəti deyə bilərəm: hələ ağır döyüşlər olacaq, müvəqqəti geri çəkiləcək və yenə qayıdacağıq. Ancaq düşmənin Bakıya soxula biləcəyi barədə heç söhbət ola bilməz.

– Mən hərbçi deyiləm, ancaq məndə də belə bir hiss var, – deyə Bağırov qızğınlıqla dillənir. – İndi əsas məsələ neft mədənlərinin partladılması barədə əmri ləğv etməkdir. Gördüklərimizin hamısı barədə Stalinə məlumat vermək lazımdır. Mən nə vaxt Moskvaya uça bilərəm?

Bu vaxt müdafiə atəşləri arasından özünə yol tapan hücum təyyarələri kənd üzərinə bombalar səpələyir, tələsik uça-uça adamları biçirlər. Təyyarələrdən biri istiqaməti itirib dağın yamacına çırpılır.

Petrovla Heydərov ehtiyatla Bağırovu döşəmədən qaldırıb, çarpayıya uzandırırlar. Təcili çağırılan hərbi həkim mərmi qəlpəsinin parçaladığı döş qəfəsini narahatlıqla müayinə edir. Bağırov nəsə deməyə cəhd göstərir, lakin qanlı öskürək ona imkan vermir.

Nəhayət, çox çətinliklə Heydərova müraciətlə pıçıldayır:

– Sən uçarsan, çalış ki, Stalinin qəbuluna düşəsən. Mən yazaram ona...

Bağırov zorla bir-iki söz qaralayana kimi tamam taqətdən düşür. Qüvvələri tükənir. Ağızdan açılmış qan da kəsilir. Petrov ehtiyatla onun gözlərini qapayır.

Heydərov Spassk qülləsi yanında növbə çəkən əsgərə yanaşır:

– Bir saat əvvəl Qafqaz cəbhəsindən gəlmişəm, – deyə o, izah edir. – Məni Ali Baş Komandanın yanına göndəriblər. Bu da şəxsən Stalin yoldaşa məktubdur.

– Məktub? – deyə keşikçi əsgər inamsızlıqla soruşur və əziküzük kağız vərəqini gözdən keçirir. – Burada ki, təkcə ünvan yazılıb, bir də... qandır. Kənara çəkilib gözləyin, mən komendaturadan növbətçini çağırım.

Yaraşıqlı “Lyantsiya” çətinliklə yoxuşu qalxır. Onun motoru bu işin öhdəsindən çətinliklə gəlir. Sürücü Şultsa sarı dönərək izah edir:

– Bağışlayın, cənab ştandartanfürer, hava sıxlığı dəyişdiyinə görə motorun gücü çatmır.

– Təxminən bir dörd kilometrdən sonra sıldırım eniş başlanacaq.

Ehtiyatlı olun! – Şults sürücüyə belə deyib, Polada sarı dönərək əlavə edir: – Gecəni çox pis keçirmişəm: yuxusuzluq bir yandan, narahat yuxu da bir yandan əl-ələ verib əsəblərimi elə gərginləşdirib ki, lap səhərdən bəri beynin iradəsindən asılı olmayan müstəqil sistemə çevrilib. Güzgüyə baxanda dəhşətə gəldim: gözlərim qan çəkib, barmaqlarım titrəyir.

– Özünüzə şər atmayın, gözləriniz büllur kimi təmizdir, barmaqlarınız da ki, lap brilyant cilalayıcısının barmaqları kimidir, – deyə Polad gülümsünür. – Məncə, hər şey daha sadədir. Hələ səhər yeməyi zamanı fikir verdim ki, o “sinir sisteminiz” mənimçün nəsə bir xəbər hazırlayıb, ancaq söyləməyə tələsmirsiniz.

– Mən tövsiyə edirəm ki, dostları vaxtsız verilən xəbərlərdən qoruyasınız. Çünki həddən artıq gözləməkdən usanmış şəxsin tələb olunan vaxtadək gözünün və qulağının itiliyini itirməsi arzuolunmazdır.

Bu həqiqəti mənə İranda bir keçmiş dostum söyləyib. Yeri gəlmişkən, bu gecə onu yuxuda görmüşəm.

– Bəs dostunuz necə, özü bu qaydaya əməl edirdimi?

– Əlbəttə, bəzən hətta lap ifrata varırdı.

– O nədən ölüb ki?

– Sizin bu bayağı nəticəniz yanlışdır, – Şults gülümsəyir. – Bir il əvvəl mən İranı tərk edəndə, o sağ idi. Bəzi xırda-para ailə bədbəxtliyini nəzərə almasaq, hətta lap xoşbəxt sayıla bilərdi.

Maşın iri dağ kəndinin ucqar küçələrinin dar döngələrini arxada qoyub, mərkəzi meydana çıxır. Orada könüllü əsgər və zabitlərdən, mütəxəssislərdən və kəndlilərdən ibarət hay-küylü izdiham ətrafı hasarlanmış meydançanın ətrafında toplaşıb, it boğuşmasına şövqlə tamaşa edir.

– Gözəl mənzərədir, – deyə Şults dillənir. – Həm də faydalı əyləncədir. Gəlin biz də tamaşa edək. Vaxtımız çoxdur.

Gələnlərə fikir verən yoxdur. Şults qəribə bir məmnunluq içində gözlərini qanlı səhnəyə zilləyib: “döyüş iştirakçılarından” birinin sahibi, qanına qəltan edilmiş itini meydandan çəkib aparır.

Deyəsən, seyr etdiyi bu mənzərə Şultsun kefini açır. O, Polada müraciət edir:

– Bəzən sizin davranışınız məni heyran qoyur!

– Çalışıram belə şeylər tez-tez olsun. Sonuncu dəfə sizi nə vaxt heyran etmişəm?

– Elə indi. Bax, bu dəqiqələrdə, – deyə Şults güclü duyulan istehza ilə deyir. – Bütün yol boyu bircə sual da vermədiniz. İndiki şəraitdə heyrətamiz bir soyuqqanlılıqdır.

– Burada elə bir şey yoxdur, – deyə Polad təvazökar görkəmlə etiraz edir. – Məncə, özü üçün məyusedici bir şey “kəşf etmiş”, təhlükəli səfərə onun əvəzinə fədakar dostunun yollanacağından xəbər tutmuş bir şəxs kimi, mən özümü lazım olduğu qədər də sakit aparmıram.

– Siz niyə bu fikrə düşmüsünuz? – deyə Şults soruşur. Lakin onun sual vermə tərzindən görünür ki, Poladın cavabı onun üçün gözlənilməz olub.

Polad zarafatyana cavab verir:

– Çox sadəcə. Bu gün səhər yeməyi zamanı mən hiss etdim ki, cənab Şults gözlənilmədən, naməlum mülahizələrə görə məni “Qara alov” əməliyyatına rəhbərlikdən kənarlaşdırıb. Bundan başqa, ikinci dərəcəli bəzi məqamlar da gözümdən qaçmadı.

– İkinci dərəcəli məqamlarınızı hələ saxlayın, – deyə Şults deyingən halda sözə başlayır. – Doğrudanmı bunu səhər hiss etdiniz?

Axı hansı əlamətlərə görə? Axı mən iş barədə bircə kəlmə də demədim!

– İntonasiyalar, danışıq tərzi, baxış... Konkret heç bir şey.

Ancaq həmişəki kimi sizin fikirlərinizi əsas işin aqibəti asılı olan adam məşğul edirdi. Həmişəki kimi siz onun təhlükəsizliyi, məziyyətləri və nöqsanları barədə düşünürdünüz.

– Bu mənim peşə adətimdir, – deyə Şults çiynini çəkir. – Təzə bir şey deyil. Bu, izah olmadı.

– Niyə ki, əsl izahdır, – deyə Polad gülümsəyir. – Çünki sizin şüurunuza hakim kəsilmiş belə bir adam dünənədək mən idim. Bu gün isə mən artıq bir kənara sıxışdırılmışdım, nəticədə isə sizin bayaq çox gözəl təsvir etdiyiniz emosional vəziyyət yaranmışdı.

Mənə isə qalırdı buna diqqət yetirmək. Xatırladım ki, vaxtilə siz məni böyük şərəfə layiq görərək, özünüzün ən yaxşı şagirdiniz adlandırmışdınız.

– Hə, demişdim. Hələ o vaxt mən ümid edirdim ki, məndən çox şey əxz edə biləcəksiz, – deyə Şults qımışır:

– İkinci dərəcəli detallara gəldikdə isə, qısaca deyim... Xırda, əhəmiyyətsiz məsələdir, ancaq... Səhər tezdən mən paltarları geyib yoxlayanda siz növbətçi zabitə irad tutmadınız ki, Sovet Ordusu mühəndis qoşunları kapitanının mənim üçün tikilmiş mundirinin astarı sətin, yoxsa ipəkdir. Ən başlıcası isə, onu dərhal dəyişdirməyi tələb etmədiniz. Sonra, diqqət yetirmədiniz ki, Bakıda gəzdirmək üçün mənə verilmiş qəttəzə “TT” tapançası elə bir silahdır ki, hələlik o, yalnız cəbhəyə yollanan təcrübəli komandirlərə verilir.

Sonra isə bəzi-para məsələlər. “Kəşfiyyatçı” oyunu, düzünü deyim ki, mənə o qədər də ləzzət vermədi. Sizinlə açıq söhbət daha xoş olardı.

Maşın kiçik aeroporta yaxınlaşır. Dağın ətəyində yorucu eniş, nəhayət, başa çatır. İndi “Lantsiya” düzən yolla şütüyərək, tək 167 bircə təyyarə dayanmış aerodromun darvazasına yaxınlaşır. Buradakı idman təyyarəsinin üzərinə maskalayıcı tor çəkilib.

Şultsla Polad keşikçiyə yaxınlaşıb xahiş edirlər ki, gəldiklərini xəbər versin. Vaxtından xeyli əvvəl gəlmiş Şults və Polad uzun yoldan sonra ləzzətlə gəzişirlər.

– Sən gərək minnətdar olasan! Xeyr, mənə yox, bütün məharətinə baxmayaraq, anlaya bilmədiyin bəzi məqamlara. Təəssüf ki, mən bu barədə hətta sizə də danışa bilmərəm. Əməkdaşlıq etdiyiniz bütün bu müddət ərzində işimizə sadiq olduğunuza məndə bircə an belə şübhə yaranmayıb. Bununla belə, “Qara alov” əməliyyatında iştirakınız artıq ləğv edildiyinə görə, fürsətdən istifadə edib deyə bilərəm ki, sizin mətanətinizə heyran olmaqla bərabər, məndə bəzən siz sarıdan çox güclü narahatlıq hissi baş qaldırırdı:

axı gələcək rifahı naminə siz öz doğma şəhərinizə son dərəcə ağır zərbə vurmalı olacaqdınız. Çox şadam ki, vəziyyət sizi belə bir ağır missiyanın yerinə yetirilməsindən azad etdi.

– Əgər Bakı mədənlərinin məhv olması labüddürsə, vacib deyil, bu, kimin əli ilə ediləcək, – deyə Polad çiynini çəkir. – Bundan əlavə, mən Bakıda başqa birisinə nisbətən daha çox fayda verə bilərəm. Məni özünüzlə aparın.

– Əgər düşünürsünüzsə ki, mən bunu etmək istəmirəm, onda mənim barəmdə pis fikirdəsiniz. Lakin sərəncamımızda olan yeganə təyyarə yalnız bircə sərnişin götürə bilər. Mənsiz burada qalmayın. Maşınla gedin. Sonra Berlinə uçub, mənim gəlişimi gözləyin.

Çalışın, elə bu maşınla gedəsiz.

Uzaqdan Şultsu tanıyan, əyinlərində təyyarəçi forması olan adamlar onun yanına tələsir. Şults da onlara tərəf gedir. Tək qalmış Polad fikirli-fikirli onun ardınca baxır. Sonra elə bil nəyisə xatırlayıb, maşina yaxınlaşır.

– Yolumuz uzundur, odur ki, vaxt itirməyin, gedin yanacaq götürün. – Polad möhürlü vərəqi ona uzadır: – Bu, 200 litr benzin almaq üçün xüsusi icazə vərəqidir. Bircə qalır tarixi yazmaq və xidməti avtomobil sahibinin familiyasını göstərmək. Əks təqdirdə icazə vərəqi sənəd kimi məhv edilir.

Sevincək olmuş sürücü Poladın əlindən qələmi qapıb, onun gözünün qabağındaca uşaq xəttinə oxşayan iri xətlə Şultsun familiyasını vərəqə yazır.

İçəridən az qala və hətta qışqırıqlar eşidilməsinə əhəmiyyət vermədən sürücü kağızı kiçik pəncərədən içəri uzadır. İçəridəkilər inad edərək, qiymətli məhsulun yoxluğunu bəhanə gətirirlər.

Şultsun sürücüsü uzun-uzadı təkiddən və nəhayət, altıncı kərə pəncərəyə həmlə etdikdən sonra, möcüzə nəticəsində cırılmamış vərəqi ünvanına çatdırır. Bir anlıq sükutdan sonra, sürücü, axır ki, bağırtı əvəzinə adi insan səsi eşidir. Ona bildirirlər ki, digər müştərilərlə konflikt yaranmasın deyə, benzini yalnız hava qaralandan sonra verə bilərlər. Ya da bir saatdan sonra – təyyarəni yanacaqla doldurandan sonra benzindaşıyan maşın aerodromdan qayıdanda.

– Özü də ondakı benzin çox yüksək keyfiyyətlidir, – deyə həmin səs şirnikdirici tərzdə xəbər verir.

– Bu saat özüm aerodroma gedirəm, təyyarə uçunca orada qalacağam, – deyə sürücü sevinclə dillənir. – Olsaydı, lap elə iki 50 litrlik kanistr benzini də pulla alardım.

– O da düzələr, – bu sözlərdən sonra pəncərə örtülür.

Hava qaralanda benzindolduran maşın təyyarəyə yaxınlaşıb onu yanacaqla doldurmağa başlayır.

Sürücü Şultsun çamadanını təyyarənin yanına aparır. O hasarın böyründə durub Poladla söhbət edir.

– Hər şey hazırdır, – deyə Şults təntənə ilə dillənir, – və indi mən sizə deyəcəyəm ki, nə səbəbə sizin yerinizə mən uçuram o, mundirinin döş cibinin düyməsini dinməzcə açıb, qatlanmış kağız vərəqini çıxararaq Polada uzadır. Faraların işığında Polad kağızı oxuyur.

– Fürerin əmrini mən nəyin bahasına olursa-olsun, yerinə yetirəcəyəm.

Bakı neft mədənləri uzun müddətə sıradan çıxarılacaq, lakin həmişəlik yox; dörd ildən sonra Bakı nefti bizim motorlarımızı hərəkətə gətirəcək.

– Belə hesab edə bilərikmi ki, bununla da etiraf seansı bitdi!

– deyə Polad soruşur.

– Demək olar ki, bitdi. – Şults gülümsəyir. – Qalır təkcə təlimatı yerinə yetirmək və əmri yandırmaq, – o, alışqanı vərəqə yaxınlaşdırır.

Avtomobilin yanında benzindolduran maşın dayanır.

Sürücü şlanqı ardınca sürüyə-sürüyə, sisterndən aralanır. Söhbət edənlərlə maşının arasına keçib dayanır və Şults nə baş verdi- 169 yini anlamağa macal tapmamış, onu başdan-ayağadək benzin şırnağı ilə “suvarır”.

– Mənəm, Şults, Fərzaniyəm, – deyə astadan dillənib, alışqanı odlayır.

Bir göz qırpımında alovlanmış məşələ çevrilən Şults çaya sarı cumur, – o, həyatını xilas etməyə çalışır.

Polad üst-başından alov dillərini çırparaq, onun dalınca yüyürür.

Bir azdan o, huşunu itirmiş Şultsu sahilə çıxarır.

Əsgərlər həbs olunmuş Fərzanini aparırlar. O, addımlarını yavaşıdaraq sifəti tanınmaz hala düşmüş adamı biganə nəzərlərlə süzür və sanki onun iniltilərinə cavab olaraq başını bulayır.

– Bu, o qədər də dəhşətli ağrı deyil, Şults. Əsl ağrının necə olduğunu sən məndən soruş.

– Axı sən yaşlı adamsan, necə əlin gəldi belə şeyə? – deyə Polad təəccüblə Fərzaniyə baxaraq soruşur.

– Kaş heç olmasa bircə anlığa qəlbinin müdriklik gözü açılaydı.

Və onda sən görərdin ki, torpağın üstündəki bu əcaib məxluq insan deyil. Hə, hə, onda sən görərdin ki, ayağının altında yıxılıb qalan bu canlı murdar bir həşəratdır.

Polad başı görünməyən soxulcanı xatırladan Şultsun sözlərinin mənasını çox çətinliklə anlayır. O, familiyaları sadalayır. Polad bir neçə dəfə təkrar soruşmağa məcbur olur. Bloknotun səhifələri rəqəmlər, familiyalar, Bakıdakı ünvanlarla doludur.

Ala-toranlıqda Polad təyyarəyə qalxır. Bir qədər irəlilədikdən sonra kəskin hərəkətlə havaya qalxan təyyarə tünd, mavi səmanın ənginliklərində gözdən itir.

Yanıcı maye istehsal edən zavod. Əbülfəzin tutduğu diversantları bura gətirirlər. Yanğından mühafizə müfəttişliyinin əməkdaşları adlı ilə onlar elə həmin əməkdaşların müşayiəti sexdənsexə keçərək, fəhlələrin sifətlərinə diqqətlə baxırlar.

“Müfəttişlər” laboratoriya girəndə Lida analiz üçün qatışıq nümunəsi götürür. O, gözlərini tərəzidən ayıran anda baxışları Qaraşarlının nəzərlərinə sancılır. O, Lidanı dərhal tanısa da, üzə vurmur.

Lida çox çətinliklə özünü ələ alır. Ancaq “yanğınsöndürənlər dəstəsi” laboratoriyanı tərk edən kimi sifəti qar kimi ağarmış halda stula 170 çökür. Qorxuya düşmüş iş yoldaşları onun başına yığışır. Laborant qadınlardan biri çoxbilmiş adamlar kimi gülümsünüb deyir:

– Hə, məsələ məlumdur... Ürəyin bulanır?

Lida etiraz əlaməti olaraq başını bulayır.

– Lap əvvəllər məndə də ürəkbulanma olmurdu. Eləcə başım hərlənirdi, bir də özümü zəif hiss edirdim. Üç ayında iştaham artdı, nə artdı. Yeyirdim, ancaq həm də, necə yeyirdim ...qaytarmaq istəyirdim.

Beşinci ayda xasiyyətim elə pisləşmişdi ki, lap ifritəyə dönmüşdüm, altıncı ayda xasiyyətim düzəldi, ancaq üzümdə qəhvəyi ləkələr əmələ gəldi...

– Simanı bu yana çək, yoxsa Lidanı birtəhər eləyəcək.

– Öhdəsindən çətin gələm. Yaxşısı budur, ərinin dalınca qaçım.

Kamil cəld özünü Lidaya yetirir.

Sima isə uçuna-uçuna, macal vermədən elə hey danışır:

– Axır ki, doqquz ayın tamamında əkiz oldu. Bilirsən, adlarını nə qoymuşam?

Kamil Lidanı dəhlizə çıxarır.

– Sənə nə olub, – deyə o, narahatlılıqla soruşur. Ancaq eyni zamanda vücudunu çulğamış sevinci gizlətmək üçün özünü zorla ələ almağa çalışır. – Qulaq as, bəlkə laboratoriyadakı o arvad düz deyir?

Bənizi hələ də ağappaq olan Lida başını bulayır:

– Gəl çıxıb gedək Bakıdan, – deyə ərinə yalvarır. – Məni burdan apara bilərsən? Yoxsa... Yoxsa məhv olacağam.

– Əlbəttə, əlbəttə, gedək. Bircə operatorlara deyim, sonra da maşın çağırım. Gedərik bağa – sənə təmiz hava lazımdır. Bircə dəqiqə otur burda.

Lida ümidsizlik içində başını əlləri içinə alıb, Kamili gözləyir.

– “Yanğınsöndürmə müfəttişləri”nin hamısı inzibati korpusunun otaqlarından birindədir. Artıq gecə düşüb.

– Qalır üçüncü növbədə işləyənləri yoxlamaq, – deyə baş mühafizəçi işin yekunlarından danışır. – Gecə saat ikidə işə başlayırlar.

– O, əsas sexin yerləşdiyi üzbəüz binadan eşidilən səs-küydə çox ucadan danışmağa məcburdur.

– İndi saat neçədir? 12-nin yarısı? Bir saat şəhərə, bir saat da geriyə, elə düz növbə başlanan çatarıq,- deyə Qaraşarlı istehza ilə qımışır. – İkicə gün də belə keçsə, yatmağı tərgidəcəyik.

Baş mühafizəçi pəncərəyə yaxınlaşır, çölə baxır; onmərtəbəli binanın divarı heç bir girinti-çıxıntısı olmayan sıldırım qayanı xatırladır. O, pəncərədən aralanıb deyir:

– Burada iki divan var. Qaraşarlı və Qəribov – siz burada bir az dincəlin, saat dördə oyadarıq. Bizsə dəhlizdə növbə çəkəcəyik.

Mühafizəçilərdən üç nəfəri dəhlizə çıxıb, qapını arxalarınca açarla bağlayırlar. Baş mühafizəçi üstəlik kreslonu da çəkib qapıya söykəyir.

– Hər iki saatdan bir dəyişilirik, – deyə o, yoldaşlarına xəbərdarlıq edir, – hələlik mən növbə çəkirəm. Siz gedin vestibülə, divanlara. Yatıb qalmayın ha...

– Bu səs-küydə yatmaq olar?!

Onlar gedəndən sonra mühafizəçi hələ bir müddət “Oqonyok” jurnalını vərəqləyir. Sonra jurnalı bir kənarı qoyub, ləzzətlə kresloya yayxanır.

Qaraşarlı pəncərəyə yaxınlaşıb çölə boylanır. Başını bulayıb, divana qayıdır.

– Çox hündürdür? – deyə Qəribov yaltaq-yaltaq onun gözünün içinə baxaraq soruşur, ancaq cavab almır. – Biz indi bir-birimizdən möhkəm yapışmalıyıq, sən isə mənə düşmən kimi baxırsan, – deyə o, özünü saxlaya bilməyib əlavə edir. – Elə bil mən nədəsə günahkaram.

Mənim heçi kəsi ələ vermək fikrim yox idi. O özü-özünü ələ verdi: bizi görən dəqiqə dovşan kimi əsməyə başladı! Mənsiz də hamı başa düşdü ki, niyə onun canına vicvicə düşüb.

– Tutaq ki, lap elə başa düşdülər, sən niyə özünü ortaya atdın?

– deyə Qaraşarlı qəzəblə soruşur.

– Necə yəni niyə? Belə anlarda mənim beynim həmişəkindən iki dəfə yaxşı işləyir. Fikirləşdim ki, onsuz da bayram şamı kimi alışıb yanır, onu nişan verib-verməməyin onunçün elə fərqi yoxdur daha. Qaraşarlı ilə mənə isə heç nə olmasa, güllələnmədən aşağı bir ölüm düşər.

– Deməli, həmin o bircə saniyədə mənim qayğıma qalmaq da yadına düşdü? Əcəbdir! Ancaq başın həqiqətən sürətlə işləyir!

– Necə istəyirsən fikirləş, – deyə Qəribov könülsüz dillənir, – məsələnin nə yerdə olduğunu anlayanda, hələ mənə “sağ ol” deyəcəksən. Onu nişan verməsəydim, ertəsi gün bizi divara dirəyə- cəkdilər ki, daha boş yerə bizi gəzdirməkdən ötrü maşını şəhərdə ora-bura qovmasınlar. İndi isə inanırlar ki, bizə bel bağlamaq olar.

– Bəsdir, sən Allah, yat! – deyə Qaraşarlı iyrənirmiş kimi ona sarı baxıb, hansı fikrinsə təsirilə təzədən pəncərəyə yanaşır, yarıyadək sallaşıb, divarı gözdən keçirir.

Qaraşarlı ətirşahı qoxulayır. Sonra yatmış Qəribovu oyatmamaq üçün ehtiyatla hərəkət edərək, kustar üsulla armaturdan hazırlanmış dibçəyi dibçəkaltıdan çıxarır. Dibçəkaltını əlinə alıb, diqqətlə baxır, sonra döşəmənin üstünə qoyub, onun üç ayağından birini laxlatmağa çalışır. Tezliklə ayaqcıq yerindən qopur. Qaraşarlı qulağını divara söykəyib dinşəyir. Ancaq dərhal da başa düşür ki, ümumi səs-küy içərisində bu, mənasız bir şeydir. Divara yaxınlaşır, polad armaturu bircə dəfə qüvvətlə endirməklə, yatan şəxsin kəlləsini iki yerə parçalayır. Qana batmış armaturu Qəribovun “yanğınsöndürən” gödəkcəsinə sildikdən sonra pəncərəyə yaxınlaşır, çərçivənin üzəri ilə ehtiyatla hərəkət edərək, addım-addım, santimetr-santimetr irəliləyir. O, qonşu otağın pəncərəsinə doğru can atır. Armaturu isə kəmərinə sancıb.

Keşikçi kresloya yayxanıb yatır.

Qaraşarlı qapını ehtiyatla aralayıb, çölə boylanır. Ayağının ucunda yeriyərək, otaqdan çıxır, ömrünün son saniyələrini yaşayan keşikçinin yanında ayaq saxlayır.

Tapança ilə vəsiqəni gödəkcəsinin cibinə qoyur. Dəhlizdə və vestibüldə işığı söndürür. Və tələsmədən öz növbə çəkmək vaxtını gözləyən mühafizəçilərin yanından keçib, şüşəli çıxış qapısına çatır.

Qapıçılar, əynində yanğınsöndürən paltarı olan şəxsin zavodu tərk edərkən verdiyi son tövsiyələri dinləyib, başlarını tərpədirlər:

o, üzərində çaydan olan elektrik peçinə əlini toxundurub qayğılı tərzdə məsləhət görür ki, bədbəxt hadisə baş verməsinin qarşısını almaq məqsədilə onun altına bir parça tənəkə, ya da asbest qoysunlar.

Vəsiqəsini də özü çıxarıb göstərir və gecənin qaranlığında yenicə başlanan xəzriyə çıxır.

– Əvvəllər mən o qıza etibar edirdim. – Qaraşarlı cidd-cəhdlə alnını qırışdırıb deyir, – yandırıcı maye zavodunu partlatmağı bizə qadağan edəndə, elə bilmişdim ki, qorxur. İndi isə başa düşürəm ki, hər şey elə həmin vaxtlarda başlanıbmış. Bir il əvvəl ərə gedəndən 17 3bəri isə onun heç həndəvərindən keçmək olmur! Məncə, artıq buna son qoymaq lazımdır.

– Biz hər bir şəxsə özünü göstərmək imkanı verməliyik, – deyə Polad səbirlə izah edir. – Əvvəl yoxlayaq, sonra danışarıq. Onun harada yaşadığını öyrənərəm, məşğul olarıq.

Lida bağ evində təkdir. Həyətə bir minik maşını yaxınlaşır.

Qaraşarlı düşüb evə sarı gəlir.

Polad nömrə yığır:

– Zəhmət olmasa Məmmədəliyevi... Salam, Kamil.

– Polad! – deyə o, sevinclə qışqırır. – Haradasan?

– Burda, Bakıdayam. Kefin-əhvalın necədir? Atamgil nə təhərdir? Səndən başqa heç kəsə zəng vurmamışam. Çalışacağam səninlə görüşüm. İşdən nə vaxt çıxırsan?

– Bir saatdan sonra.

– İnstitutla üzbəüz kafe yadındadır? Məni orada gözlə. Görsən ki, gecikirəm, yenə çıxıb getmə ha, gözlə! Söz verirsən?

– Əlbəttə ki! Vaxtımız olsa, bağa gedərik, səni arvadımla tanış edərəm.